SSRİ dövründə Dağlıq
Qarabağ problemi
7-ci
yazı
Bu gün ermənilər havadarlarının köməyilə
işğal etdikləri Azərbaycan torpaqlarında özlərinin
varlığını daimiləşdirmək
üçün dəridən-qabıqdan
çıxırlar. Azərbaycanın İşğal
Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı ictimai
birliyinin sədri Faiq İsmayılov tədqiqatında
1918-1920-ci illərdə Laçında baş vermiş hadisələr
haqqında danışılır. Faktlardan aydın
görünür ki, erməni məkrində həmişə
çox fəal amansızlıq nümayiş etdirib, məqsədinə
çatmaq üçün bütün vasitələrdən
istifadə edib: “ Azərbaycanda baş verən
erməni cinayətlərinin qarşısını almaq
üçün nə Bakıı nə də Moskva heç
bir əməli tədbir görmürdü. Məhz bu səbəbdən
də xalq kütləsi Bakıda, Ermənistandan və DQMV-dən
azərbaycanlıların kütləvi şəkildə
qovulmasına, Moskvanın və İrəvanın DQMV-də
qeyri-qanuni silahlı dəstələr yaratmasına, Topxana
meşəsinin qırılmasına, Vilayətin azərbaycanlılar
yaşayan kənd və qəsəbələrinin ermənilər
tərəfindən mühasirədə saxlanmasına etiraz
olaraq noyabr ayının 18-dən Azadlıq meydanında fasiləsiz
mitinqlərə başlandı.
Bakıda başlanan bu etiraz dalğası tezliklə Azərbaycanın
bütün regionlarına yayıldı. Xalq, hökuumətdən
ölkədə baş verən erməni cinayətlərinə
son qoyullmasıını tələb edirdi.
Hökumət isə cinayəti törədənləri
deyil, cinayətə etiraz edənləri itaətə
çağırırdı. Hətta Hökumət
məcbuuriiyyət qarşısında mitinqlərə
toplaşan insanları hədələməkdən belə
çəkinmirdi.
Səngimək
bilməyən bu etiraz dalğasını yatiırmaq
üçün Azərbaycan Hökuməti Moskvanın təziqi
ilə hərbi qüvvələrdən istifadə etməyə
qərar verdi. Belə ki
1988-ci ilin Noyabr ayının 22-də Gəncə şəhərində
hərbçilərin şəhər mitinqinə müdaxiləsi
bir nəfərin ölümü ilə nəticələndi.
Noyabr ayının 24-də Bakıda, Naxçıvanda və
Gəncədə fövqaladə vəziyyət elan
edildi.1988-ci ilin Dekabr ayının 5-də Bakıının
Azadlıq meydanında mitinq ordu hiissələrinin köməyi
ilə dağıdıldı. Bu
qarışıqlıq zamanı üç nəfər həlak
oldu.
Erməni
saqqallıları, azərbaycanlıların vəsaiti
hesabına silahlandırılırdı
Özünün işğalçılıq siyasətini
dövlət səviyyəsinə qaldıran Ermənistan, hər
vəchlə Qarabağda gərginliyi artırmaqla, vilayətdən
azərbaycanlıları qovmağa
çalışırdı. Ermənilər 1988-ci
ilin sentyabr ayında Qarabağın kənd və qəsəbələri
üzərində vertolyotlarla uçaraq yerə “Azərbaycanlılar,
Qarabağda sizə yer yoxdur, nə qədər ki,
sağsınız çıxıb gedin” Yazılmış vərəqələr
səpələyirdilər.
Qarabağdan azərbaycanlıların qovulması
prosesini sürətləndirmək üçün erməni
ideoloqu Zori Balayan artıq silahlı terror yoluna keçməyin
vaxtının çatdığını elan etdi. O, qeyd edirdi ki, ilkin mərhələdə
Dağlıq Qarabağın ətrafında bufer zona yaratmaqla
Qarabağ ermənilərinin müstəqilliyini tanıtmaq
sonra isə bu əraziləri Ermənistana birləşdirmək
lazımdır. Bu itkisiz olmayacaq. Münaqişədən qalib çıxmaq
üçün vaxt itirmədən əhali
silahlandırılmalıdır.
Zori Balayanın təşəbbüsü ilə bu
işin təşkilatçılığı DQMV-nin partiya
Komitəsinin birinci katibi H. Poqosyana və vilayətin komsomol
komitəsində işləyən R.Koçaryana (Ermənistanın
keçmiş prezidenti) tapşırıldı. Onlar hərbi
təcrübəsi olan yerli və xarici ermənilərdən
ibarət silahlı dəstələr yaradaraq xüsusi hərbi
poliqonlarda onlara təlimlər keçir, bu dəstələrin
parakəndə halında meşələrdə
yaşamalarına şərait yaradaraq, bütün zəruri
mallarla ehtiyaclarını ödəyirdilər.
1988-ci ilin payızında artıq ermənilərin hərbiləşdirilmiş
silahlı dəstələri Qarabağın meşələrində
görünməyə başladı. Onlar saqqallarını
uzadaraq meşələrdə yaşayır DQMV-nin rəhbərliyi
tərəfindən silah sursat və ərzaqla müntəzəm
təmin olunurdular. Saqqalıların vəzifəsi
azərbaycanlıların yaşayış mərkəzlərində
təxribatlar, sui-qəsdlər törədərək əhalini
daim qorxu və vahimə içərisində saxlamaqla bərabər
rəhbərlərindən gələn növbəti təlimatlara
əməl etmək idi.
Azərbaycan Hökumətinin erməniləri sakitləşdirmək
üçün ümidsiz cəhdləri bir fayda vermirdi. Ermənilər
dinc qonşuluğu düşmənçiliyə
çevirirdilər. Artıq onlara Tibilisidən “Dağ
tülküsü” ləqəbli general Arkadi İvanoviç
Ter-Tadovesyan, əslən ABŞ-ın Kaliforniya
ştatından olan Livan vətəndaşı məhşur terrorist
“Abo” ləqəbli Monte Melkonyan, İrəvan şəhərindən
Tatul Karapetyan kimi xüsusi təlim görmüş canlı
qüvvələr öz silahlı dəstələri ilə
Qarabağda azərbaycanlılara qarşı vuruşmağa gəlirdilər.
Meşələrdə erməni millətindən olan
qaniçən saqqallı insanların peyda olduğu barədə
müxtəlif vahiməli xəbərlər azərbaycanlıların
yaşayış
məntəqələrində sürətlə
yayılırdı.
Meşələrdə saqqallıların olduğu xəbəri
çox keçmədi ki, özünü doğrultdu. Belə ki, 1989-cu ulin Avqust
ayında Laçın rayonunun 26 Bakı komisarı adına sovxozun (Turşsu kəndi) ərazisində
partlayış baş verdiyi barədə rayon daxili işlər
şöbəsinə məlumat daxil oldu.
Çox
çəkmədi ki, rayon prokrorunun müstəntiqi Nizami
Babayevdən, rayon daxili işlər şöbəsi rəisinin
müavini İsrafil Xanlarovdan, Dövlət Təhlükəsizliyi
Komitəsi Laçın rayon bölməsinin rəisi Əhmədağa
Həşimovdan ibarət operativ dəstə yaradılaraq
hadisə yerinə gəldilər. Məlum oldu
ki, əraziyə partlayış törətmək məqsədi
ilə bir qrup erməni, meşədə istirahət edərkən
partlayıcılarla ehtiyatsız davrandıqlarına görə
partlayış baş vermiş, cinayətkarlar hadisə yerindən
qaçmışdılar. Ərazi müayinə olunarkən
5 ədəd saat mexanizmli kustar üsulla hazırlanmış
mina, 7 ədəd xüsusi plastik kütlədən
hazırlanmış və aminal ilə doldurulmuş
butılka, 5 ədəd içərisində aminal və içi
qırmalar olan banka, partlayıcı maddə doldurulmuş
paketlər, xeyli patron, balta, çəkic, ərzaq məhsulları
və tibbi yardım göstərmək üçün aptek
qutuları, aşkar edilərk
götürülmüşdür. Bu hadisə
göstərdi ki, ermənilərin başladığı bu
milli münaqişə artıq silahlı terror yoluna qədəm
qoyur.
O,
dövrdə bu dəstələrin saxlanması
üçün lazım olan böyük məbləğlərdə
vəsait Vilayətin büdcəsindən
götürülürdü. Bundan başqa
indiki Ermənistanın və Vilayətin erməni sakinlərindən
pullar yığılır, ictimai-iaşə obyektlərində,
vətəndaş xidmətləri bürolarında və digər
müəsisələrin sifarişçiləri
aldadılaraq, pulları əllərindən alınır bu
silahlı dəstələrin saxlanmasına xərclənirdi.
Bu prosesdə yenə də ən böyük
qurbanlıq azərbaycanlılar idilər. Belə ki, Vlayətin şəhər
və
qəsəbələrinin əmanət kassalarındakı azərbaycanlıların
adına qoyulmuş əmanətlər vilayət rəhbərliyi
tərəfindən onların özlərinə
qaytarılmadan birbaşa erməni muzdlularına silah-sursat
alınması üçün istifadə olunurdu”.
F.İsmayılovun araşdırmasında daha sonra
vurğulanır, bütün bu baş verənlərdən xəbərsizmiş
kimi Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçov çox
yumşaq şəkildə Azərbaycan və Ermənistan zəhmətkeşlərinə
və xalqlarına müraciət edərək, onları
dostluğa, həmrəyliyə, dinc yanaşı
yaşamağa çağırırdı. Bunlarla yanaşı baş
katib, 1989-cu ilin Aprel ayında Ermənistanın Spitak rayonunun zəlzələdən
zərər çəkmiş 30 mindən çox erməni əsilli
əhalisinin Dağlıq Qarabağa köçürülməsinə
sərəncam verməyi də unutmadı. Erməni
silahlı dəstələri Azərbaycanda sabitliyi pozmaq
üçün nəiki təkcə Qarabağda eyni zamanda Azərbaycanın
bütün sərhədboyu ərazilərində azərbaycanlılara
qarşı silahlı hücumlar həyata keçirirdilər.
Qarabağda və sərhədyanı ərazilərdə
yaşayan azərbaycanlılar hətta öz evlərinin
içərisində belə özlərini təhlükəsiz
hiss etmirdilər. Bütün yaşayış
məntəqələrində əhali mümkün erməni
hücumlarından xəbər tutmaq üçün ov
tüfəngləri ilə silahlanaraq, kəndlərinə və
qəsəbələrinə keşik çəkirdilər.
Qarabağda vəziyyət heç cürə
sabitləşmşk bilmirdi. Ağdama hər gün
Ağdərə, Əskəran, Xocavənd və Hadrut
rayonlarından döyülmüş, yaralanmış adamlar, əzilmiş
sındırılmış maşınlar gətirilirdi:
“Ağdam-Şuşa-Laçın, Ağdam-Kəlbəcər,
Tərtər-Kəlbəcər yollarında günahsız
dinc inasnlar erməni silahlıları tərəfindən təhqir
edilir və öldürülürdü. Faktiki
olaraq hüquqmühafizə orqanları hadisələrə
müdaxilə edə bilmirdilər. 1989-cu ilin cəmi bir
günü ərzində erməni silahlıları
Laçın rayonunun Hacılar, Cağazur, Cicimli,
Aşağı Cicimli kəndlərinə basqın edib
mal-qaraları oğurlayıb tövlələrə od vurdular. Qayğı qəsəbəsində
çalışan fəhlələri və yoldan keçən
maşınları yarım gün atəş altında
saxladılar. Laçın-Şuşa
yolunda bir nəfər mülki şəxsi güllələyib
öldürdülər və Xankəndi-Şuşa
yolundakı “Ağa körpüsü” adlı Tarixi Memarlıq
Abidəsini partlatdılar. Vəziyyət o yerə
çatmışdı ki, erməni silahlıları
Bakı-Naxçıvan və Bakı-İrəvan yük
qatarlarına da hücumlar təşkil edib, yükləri qarət
edir, bəzən də 50-60 vaqondan ibarət qatarları
çəkib naməlum istiqamətə aparırdılar. Odur ki, Azərbaycan dəmiryolçuları 1989-cu
ilin Sentyabr ayında Ermənistan istiqamətində yük
aparmaqdan imtina etdilər.
1989-cu ilin Sentyabr ayının 18-də SSRİ MVD-yə
məxsus həbi qüvvələri mülki insanlara zor tətbiq
edərkən iki nəfəri qətlə yetirdilər. Bu hadisə
onsuuz da gediş-gəliş üçün təhlükəli
olan Ağdam-Şuşa yolunun birdəfəlik
bağlanmasına səbəb oldu.
Azərbaycanda
vəziyyətin kifayət qədər gərginləşdiyini
hiss edən SSRİ Ali Soveti 28 Noyabr
1989-cu ildə “DQMV-də vəziyyətin normal hala
salınması haqqında” məsələ müzakirə edərək,
Muxtar Vilayətin hakimiyyət və idarə orqanlarının
bərpası şəraitində Xüsusi İdarə Komitəsinin
bundan sonra saxlanmasının məqsədə uyğun
olmaması barədə qərar qəbul etdi. SSRİ Ali Sovetinin bu qərarından
dərhal sonra yəni 01 Dekabr 1989-cu il
tarixdə Ermənistan SSR Ali Soveti Azərbaycanın DQMV-nin Ermənistana
birləşdirilməsi barədə qərar qəbul etdi. Elə dekabr ayından başlayaraq Ermənistan
Hökuməti öz sərhədləri boyca yerləşən
Azərbaycan ərazilərinə hücumlar təşkil etməyə
başladı. Ermənistan helikokterlərlə
Azərbaycanın DQMV-ti, Xanlar və Goranboy rayonlarına
xüsusi təlim görmüş silahlı desant dəstələri
tökürdülər.
Bu suveren Azərbaycan Republikasına qarşı
açıq təcavüz idi. Azərbaycan heç zaman
arzulamadığı
və
hazır olmadığı, Rusiya tərəfindən
planlaşdırılan bir müharibənin astanasında
dayanmışdı”.
Uğur
Xalq Cəbhəsi.- 2017.- 9 iyun.- S.13.