“Şirməmməd Hüseynovun
gördüyü işlərin dəyəri
unudulmayacaq”
Əflatun Amaşov: “Hər
bir azərbaycanlı babalarının müsəlman
dünyasında ilk müstəqil
dövlət yaratması
ilə fəxr edə bilər”
Bakı Dövlət Universitetinin professoru Şirməmməd
Hüseynovun “Azərbaycan
qəzetində parlament
hesabatları və şərhlər” adlı
kitabının III cildinin
təqdimat mərasimi
keçirilib.
Tədbiri açıq elan
edən Mətbuat Şurasının sədri,
millət vəkili Əflatun Amaşov bildirib ki, Şirməmməd
Hüseynovun Cümhuriyyət
tarixi ilə bağlı araşdırdığı
kitablar böyük bir institutun gördüyü işə
bərabərdir: “Hər
bir azərbaycanlı babalarının müsəlman
dünyasında ilk müstəqil
dövlət yaratması
ilə fəxr edə bilər. Şirməmməd Hüseynovun Cümhuriyyət
tarixi ilə bağlı hazırladığı
kitablar həmin tarixlə bağlı bütün gerçəkliyi
ortaya qoyur. Şirməmməd müəllim ömür
boyu Cümhuriyyətə
xidmət etmiş bir insandır. Onun gördüyü işlər
böyük mərkəzin
araşdıra biləcəyi
məsələdir. Bu
kitablarda yalnız hesablatlar deyil, parlamentin işi, orada çalışan ictimai-siyasi xadimlərin əsərləri də əks olunub”.
Millət
vəkili Rəfael Hüseynov bildirib ki, Azərbaycan tarixində elə məqamlar var ki, onları yad etməyə məcburuq: “Şirməmməd
Hüseynovun araşdırdığı,
təqdim etdiyi bu kitablar məhz
bu dövrlərdən
birini əks etdirir. Şirməmməd müəllim tarixin
şərəfli səlnaməsi
olan əsərinin təqdimatını keçirir.
Hesab edirəm ki, hər bir yaradıcı
insan yaradıcılığı
boyu bir şah əsərini yaradır. Şirməmməd Hüseynov layiqli
insan, müəllim ömrü yaşayıb,
çoxlu məqalələr
yazıb. Lakin onun
ömrünün şah
əsəri bu üç cildlik kitabdır. Azərbaycan qəzetində parlament
hesabatları bir salnamədir. Azərbaycan tarixi
səlnaməçilər içərisində iki şəxsiyyət var ki, daim yaşayacaq
- onlar Qulam Məmmədli və Şirməmməd Hüseynovdur.
Onun hazırladığı bu
kitabda toplanan materiallar “Azərbaycan” qəzetində bir vaxtlar çap olunsa da, onların
bir daha çap edilməsinə ehtiyac var. Şirməmməd
müəllim bu kitabı qısa zamanda hazırlasa da, bu prosesə
50 ildən çox hazırlıq görülüb.
Bu kitablar silsiləsinin
ortaya qoyduğu dərs babalarımıza hörmət hissimizin olmasıdır. Onlar bu dövləti qurmasaydılar,
biz yenidən müstəqillik
bəyannaməsini elan
etməyəcəkdik. Buna görə də
o qurucu insanlara minnətdar olmalıyıq.
Hesab edirəm ki, bu kitabın əsasında Şirməmməd
Hüseynovun həmin şəxsiyyətlərə, müstəqilliyə
olan böyük bir eşqi, məhəbbəti durur.
Azərbaycan Cümhuriyyətinin yüz illiyində Parlament stenoqramları əsasında akademik nəşrin ortaya qoyulmasını arzu edirəm. Təkcə stenoqramlar yox,
həm də Şirməmməd müəllimin
qeydləri də əks olunsun”.
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, Şirməmməd
Hüseynovun kitabı
Cümhuriyyətin yüz
illiyi ərəfəsində
verilən yüksək
qiymətin göstəricsidir:
“Cümhuriyyət qurucuları
mübarizələrini təkcə
dövlətin mövcud
olduğu dövrdə
deyil, sonrakı illərdə mühacirətdə
də davam etdirdilər. Biz bu
şəxsiyyətlərin həyatını öyrənməliyik.
Tarix İnstitutunda Cümhuriyyət
dövrünün araşdırılması
üçün qrup yaradılıb. Hesab edirəm
ki, Şirməmməd
Hüseynov məhz bir institut qədər
araşdırma aparıb.
Bu kitablar illərlə
xalqa xidmət edən Cümhuriyyət qurucuları üzərinə
atılmış böhtanların
aradan qaldırılması
üçün güclü
dəlillərdir”.
Cümhuriyyət dövrünün bir
çox tədqiqatçılar
tərəfindən araşdırıldığını
deyən millət vəkili Nizami Cəfərov ən çox istinadın məhz Şirməmməd
Hüseynovun əsərlərinə
olduğunu deyib: “Bunun da səbəbi
kitablardakı mətnşünaslıqdır.
Bu kitabları dəyərli edən həm də anlaşılmayan hər bir sözün mənasının izah edilməsidir. Kitabda təkcə
stenoqramlar verilmir, həm də dövrün vəziyyəti
təsvir edilir.
Bu kitabları oxuyanda dahilər, böyük qəhrəmanlarla yanaşı,
indiyədək adını
eşitmədiyimiz bir
çox şəxsiyyətlərlə
tanış oluruq. Həmin şəxsiyyətlərin tariximiz üçün nə qədər dəyərli işlər
gördüyünü öyrənirik.
Bu kitablarda onlarla
belə şəxsiyyətlər
kəşf etmək olur. Həmin dövrün idarəçiliyi,
parlamentdə Məmməd
Əmin Rəsulzadənin
hansı məqamlarda çıxış etməsi
detallarını görmək
mümkündür. Bu
təqdimatlar oxucunun gözü qarşısında
həmin dövrün
mənzərəsini canlandırır.
Kitablar həm də bu gün üçün
bir dərslik hesab edilə bilər. Hesab edirəm ki,
Şirməmməd Hüseynov
heç kimin görmədiyi işləri
görüb”.
Şərqşünas alim Solmaz Tohidi Rüstəmova
qeyd edib ki, Şirməmməd müəllim sözün
əsl mənasında
nümunə götürüləsi
şəxsiyyətdir: “Araşdırdığı
tarixi şəxsiyyətlərin
həyat tələblərini,
ideyalarını Şirməmməd
müəllimin həyatında
müşahidə etmək
olar. Şirməmməd müəllimin şəxsiyyəti
də bizim üçün bir örnəkdir. Onun üçcildliyi
bu gün üçün çox aktualdır. Azərbaycan
cəmiyyətində parlament
tarixindən başlamış,
onun əhəmiyyəti,
cəmiyyətin bu işə qarışmağı
və bir çox məqamlarla bu kitabda tanış olmaq mümkündür. Kitablar bugünkü
parlamentin fəaliyyəti
üçün də
bir örnəkdir.
Azərbaycan Cümhuriyyəti tarixini yalnız Şirməmməd müəllimin
kitablarından öyrənmək
olar”.
Millət
vəkili Fazil Mustafa vurğulayıb ki, Cümhuriyyət dövrünü
araşdırmaq həm
də bir namus məsələsidir:
“Bu tarixin araşdırılması
ilə çox alimlər məşğul
olub. Lakin belə dəyərli
işlər ortaya qoymaq üçün işə ürəklə
yanaşmaq lazımdır.
Hesab edirəm ki, cəmiyyətin düşünən
insanları Şirməmməd
Hüseynovun gördüyü
işlərin dəyərini
unutmayacaq”.
Daha sonra
kitabın müəllifi Şirməmməd Hüseynov
çəxış edib. O, hər kəsə
göstərdiyi diqqətə görə öz
minnətdarlığını ifadə edib.
Xalq Cəbhəsi.- 2017.- 9 iyun.- S.3.