Əbu-Dabidə “Beynəlxalq Mədəniyyət Günü”
Birləşmiş Ərəb
Əmirliklərinin paytaxtı
Əbu-Dabidə yerləşən
ən çoxmillətli
məktəblərdən biri
olan “Gems American Academy” məktəbində
“Beynəlxalq Mədəniyyət
Günü” keçirilib.
Qeyd edək ki, burada təhsil
alan şagirdlərin
qarşısında ziyarətçilərdə
öz ölkələrinin
mədəniyyəti haqda
qısa və dolğun təsəvvür
yaratmaq məqsədi qoyulub.
Ölkəmizin tədbirdə
yüksək səviyyədə
təmsil olunması üçün Azərbaycan
səfirinin xanımı
Ülviyyə Şikarova
həmin tədbirdən
əvvəl məktəbdə
təhsil alan
digər azərbaycanlı
şagirdlərin valideynləri
ilə birlikdə fəaliyyət planı işləyib hazırlayıb
və bütün işlərin planauyğunluğunu
təmin etmək üçün onlarla mütəmadi olaraq bir araya gəlib.
Tədbirdən əvvəl məktəbin
rəhbərliyi ilə
şagirdlərin valideynləri
arasında görüş
keçirilib. Ü.Şikarova mədəniyyət gününün məzmununu
daha da zənginləşdirmək
məqsədilə hər
bir xalqın mədəniyyətinin ayrılmaz
hissəsi olan milli rəqs nömrələrinin də
ardıcıllıqla təşkil
edilməsi təşəbbüsü
ilə çıxış
edib. Təşəbbüs həm təşkilatçılar,
həm də valideynlər tərəfindən
müsbət qarşılanıb.
Ü.Şikarova, həmçinin milli kulinariyamıza xas olan nümunələri daim mənimsəməyə
çalışan Ermənistanın
həmin məktəbdə
təmsil olunmamasına
baxmayaraq, bu ölkənin Əbu-Dabidəki
səfirliyinin və ya icmasının istənilən mümkün
təxribatının önləyici
addımlar vasitəsilə
qarşısının alınması
üçün hər
bir təamın adının etimologiyasının
qonaqlara düzgün izah olunmasını tövsiyə edib və dolmanı misal çəkib.
ABŞ, Böyük
Britaniya, İtaliya, İspaniya, İsveç,
Rusiya və digər Avropa ölkələri ilə yanaşı, Yaponiya, Koreya Respublikası, Yeni Zelandiya, Pakistan, Hindistan, İndoneziya, İordaniya, Livan, Suriya, Misir, Fələstin, Venesuela və digər ölkələrin nümayəndələrinin
qatıldığı mədəniyyət
günündə Azərbaycan
guşəsində səfirliyin
əməkdaşlarının ailə üzvləri və Əbu-Dabidəki Azərbaycan icmasının
fəal üzvləri
də iştirak ediblər.
Guşəmizdə dolma, aş, qutab, habelə Azərbaycanın
Birinci vitse-prezidenti,
UNESCO və ISESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın səmərəli
fəaliyyəti nəticəsində
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına
daxil olan lavaş, eləcə də şəkərbura,
paxlava, külçə,
şəkərçörəyi kimi milli mətbəximizin
nümunələri, o cümlədən
ölkəmizin fiziki xəritəsini və görməli yerlərini əks etdirən fotostend qonaqlara təqdim edilib.
Qonaqlara Azərbaycan yeməkləri,
eləcə də unikal turizm yerlərimiz,
zəngin mədəniyyətimiz
haqqında məlumat verilib. Ölkəmizin tarixini, mədəniyyətini
və turizm abidələrini, o cümlədən
mənzərəli yerlərini
əks etdirən suvenirlər ziyarətçilərə
təqdim edilib.
Mədəniyyət günündə təmsil
olunan ölkələr
ardıcıllıqla öz
milli rəqs nömrələri ilə
çıxış ediblər. Məktəbin 1-ci sinif şagirdi Ceyla Musanın ifasında “Sarı gəlin” rəqsi
iştirakçılar tərəfindən maraqla
qarşılanıb.
Xalq cəbhəsi.-
2017.- 1 mart.- S.16