Novruz - maddi-mənəvi dəyərlərimizi
özündə yaşadan mədəniyyət
hadisəsidir
1-ci yazı
Novruz Azərbaycan
xalqının zəngin
maddi və mənəvi dəyərlərinin
mühüm bir hissəsini özündə
ehtiva edən böyük mədəniyyət
hadisəsidir. Novruzun tərkibi quruluşca
mürəkkəb, məzmunca
dərin və geniş əhatəlidir.
Müasir dövrümüz üçün bu bir milli bayramdır.
Bu bayrama tarixi
inkişaf boyunca baxdığımız zaman
onun qədim mədəni köklərə
və mənəvi qaynaqlara bağlı olduğunu görürük.
Keçmişdə olduğu kimi,
bu gün də Azərbaycanda, digər türk dövlətlərində və
bir çox qonşu ölkələrdə
Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır.
Novruzun əsasında
əski xalq mərasimləri dayanır. Dünya
xalqlarının bir çox mərasimləri də belədir. Onlardan bəzilərinə
sonralar dini mahiyyət qazandırılır
və beləliklə
də əski mərasim mədəniyyəti
ilə dini adətlər birləşdirilmiş
olur. Yəni zaman keçdikcə insanlar imtina edə bilmədikləri ibtidai dönəmin ənənələrini yeni
dövrə uyğunlaşdırıb
dini bayramlar olaraq qəbul ediblər. Novruzun da rəsmi bayram
kimi keçirildiyi qədim və orta əsrlərdə o, dini əfsanələrlə
əlaqələndirilib, ona
dini bir mahiyyət qazandırmağa
cəhd göstərilib.
“Novruz” – hərfi mənada “yeni gün” deməkdir. Ancaq ifadə etdiyi mərasim semantikasına görə
keçidin bitməsi
və yeni nizamın başlanğıcıdır.
Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilib. “Novruz” anlayışı bəzi
deyiliş fərqlərilə
bir çox türk xalqlarının dillərində işlənməkdədir.
Novruz haqqında məlumatlara Biruni Əbu Reyhanın “Asarul Baqiye” (Pamyatniki minuvşix pokoleniy), Kaşğarlı
Mahmudun “Divanü Lugat-it Türk”, Balasaqunlu Yusif Has Hacibin “Kutadqu biliq”, Ömər Xəyyamın “Novruznamə”,
Nizamülmülkün “Siyasətnamə”,
Nizami Gəncəvinin
“İsgəndərnamə” və b. əsərlərində
rast gəlirik.
Biruninin
müasiri olan mütəfəkkirlər Mahmud Kaşğarlı və Ömər Xəyyam Novruz haqqında müəyyən məlumatlar
veriblər. Onların
əsərlərində təkcə
bu bayramın təbiətlə və onun qanunauyğunluqları
ilə əlaqəsindən
deyil, həm də onunla bağlı mərasimlər,
sınamalar və rituallar haqqında bəhs edilir. Məsələn, Biruni belə bir sınama
haqqında məlumat verir: “Əgər Novruzun ilk günü gün doğan vaxt hələ heç bir söz demədən üç qaşıq
bal yesən və üç parça mum yandırsan, bütün xəstəliklərdən xilas
olarsan”.
Qədim
dövrlərdə Novruz
təkcə xalq bayramı kimi deyil, eyni zamanda,
dövlət bayramı
kimi qeyd olunub. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi.
Biruninin əsərindən,
Ömər Xəyyamın
“Novruznamə”sindən aldığımız
məlumatlara görə,
Novruzda yerə su səpərmişlər,
yaxınlara hədiyyə
verərmişlər, yelləncəkdə
yellənərmişlər, şirniyyat paylayarmışlar,
yeddi illik məhsulu müəyyənləşdirərmişlər,
ritual yuyunması, çimməsi
və digər mərasimlər icra edilərmiş. Novruz günündə süfrəyə
buğda, arpa, darı, qarğıdalı,
noxud, mərcimək, düyü, küncüt və ya lobya
unundan hazırlanmış
çeşidli çörəklər
düzərmişlər. Süfrənin
ortasına yeddi cür ağacın (söyüd, zeytun, heyva, nar və
s.) zoğunu, yeddi ağ piyalə, ağ dirhəm və ya yeni
dinar qoyarmışlar.
Novruz bayramı şənliklərində
kütləvi gəzintilər,
xalq oyunları, yarışlar, rəqs və nəğmələr
oxunması, məzhəkəçilərin
və kəndirbazların
çıxışları olurdu. Novruz bayramında müharibələr
və qarşılıqlı
çəkişmələr dayandırılır, sülh
müqavilələri bağlanır,
hətta dəfn belə növbəti günlərə təxirə
salınırdı. Bu bayram
o qədər şad və şən bir bayram olub
ki, o günlərdə
təkcə təmtəraqlı
təntənələr deyil,
eyni zamanda, xəstələrə müstəsna
diqqət və qayğı göstərilib,
qohum və dostlara baş çəkilib, qohum və yaxınların məzarları ziyarət edilib, bir-birinə qarşılıqlı inam
və simpatiya ifadə edilərək ümumbəşəri dəyərlər
üstün tutulub.
Novruzun əkinçilik təqvimi
ilə bağlı olması tarixdən məlumdur. Belə ki, bu bayram
şimal yarımkürəsində
20-21 martda baş verən yaz bərabərləşməsi ilə
əlaqələndirilir. Təbiətin
oyanması, canlanması,
bitkilərin yenidən
öz yaşıl rənginə bürünməsi
min illər boyu müşahidə olunmuş
və təcrübədə
təsdiqlənmiş bir
gerçəklikdir. Belə
bir yeniləşmə
gününün başlanğıcı
şəmsi-günəş təqviminin ilk ayının
ilk gününə (21 mart) təsadüf edir. Həmin günü Novruz (Yeni gün)
adlandırıblar.
Azərbaycan xalqının təcrübəsində
Novruz təqvim mərasimi olmaqdan çıxdıqdan sonra öz əhəmiyyətini
azaltmayıb. Bu da onun arxaik ritualdan
gələn genetik əsaslara malik olmasının, başqa sözlə, bu xalqın öz bayramı olmasının təzahürüdür. Novruzun
mənşəyi ilə
bağlı müxtəlif
mülahizələr mövcuddur.
Bunlardan biri “Novruz”un “Yaradılış
bayramı” olmasıdır.
Bu mülahizəyə görə
Tanrının dünyanı
və insanı yaratması təbiətin
yazda dirilməsi ilə simvolizə olunaraq həmin vaxtda bayram kimi
qeyd olunur. Dünyanın yaranmasında
iştirak edən dörd ünsür dörd çərşənbədə
qeyd olunur və bu yaradılış
prosesinin sonu bayram edilir.
Digər
bir mülahizəyə
görə, “Novruz” turanlıların “Tura” bayramıdır.
Bu mülahizəni K.Hüseynoğlu
irəli sürüb.
M.Cəfərli “Novruz”un
sosial-mədəni və
mənəvi aspektinə
diqqəti yönəldib,
onun dini əsaslardan məhrum olmadığından və
sosial harmoniyanın təmin olunmasında oynadığı müstəsna
rolundan bəhs edib.
Novruz bayramının mənşəyi,
onunla bağlı əsatirlər, miflər qədimdir. Orta əsrlər İran əfsanələrinə əsasən,
Novruz bayramı ilk dəfə mifik İran şahları Kəyümərs və ya Cəmşid tərəfindən tətbiq
olunub. Ancaq birinci personaj daha qədimdir və “Avesta”da Qara Martan adlanan
bu obraz ilkin insan və
ya bəşəriyyətin
əcdadı hesab edilir. Bu personaj “Avesta”ya, heç sübhəsiz, Turan aləmindən daxil olub. Əl Biruninin
yazdığı rəvayət
isə Novruzun yaranmasını Azərbaycanla
bağlayır. Bu rəvayətə
görə Cəmşid
Azərbaycana gələndə
qızıl taxta oturur və insanlar onu öz
çiyinlərində aparırlar.
Günəşin şüası
Cəmşidin üzərinə
düşdükcə insanlar
onu görürlər
və sevincdən həmin günü bayram edirlər.
Novruz yazın, baharın gəlişinin bayram edilməsidir. Bu, çox geniş yayılmış
və ümumi bir fikirdir. Bu prizmadan baxaraq bir qədər də irəli gedən araşdırmaçılara
görə, Novruz əski inisiasiya mərasimi ilə əlaqəlidir. İnsanlar
təbiətin qışla
ölüb yazla dirilməsini bayram edirlər. Novruzda biz bu ritualın rudimentini “Kosa-kosa” oyununda görürük.
Bu oyunda Kosanın ölümü simvollaşdırılıb.
Onun “kəfənsiz ölməsi” belə heç kimi məyus etmir, əksinə, güldürür.
Kosanın ölümü
ritual epizodunun oyunda ifadəsidir, yəni arxaik ritualın özü və ya onun bütövü
deyil. Ancaq bu oyunda arxaik
ritualın bərpası
üçün çox
əhəmiyyətli detallar
saxlanılıb.
Novruz oyunları kompleksinə daxil olan “Kəndirbaz”
oyunu da arxaik ritualın və ya başqa
sözlə, Novruzun mənşəyinin öyrənilməsində
istifadə oluna bilər. Çünki bu oyunda çox
əski “keçid” ritualı oynanılır.
Əgər “Ergenekon”u
Boz qurd cildində olan şamanın arxasınca gedərək dar bir keçiddən, dağ və ya qaya arasından
keçərək icra
edirlərsə, “kəndirbaz”
oyununda bu hərəkətlər havada,
daha çətin və mürəkkəb şəraitdə yerinə
yetirilir. Buradakı keçid o dünyaya gedən “qıl körpünü” də,
“uçmağa” aparan
yolu da simvolizə
edə bilər. Keçi isə mərasim icraçısı,
mediator, “yumuşçu”, ölüm
mələyi kimi ritualda, yalançı və ya təlxək
kimi oyunda ən müxtəlif funksiyalarda izah oluna bilər . O da mümkündür ki, Hind-Avropa mədəniyyətində rast
gəldiyimiz ritual zamanı
bütün günahların
yüklənib buraxıldığı
“günah keçisi”nin
lokal variantı həmin Keçidir.
Ağaverdi Xəlil
filologiya
üzrə fəlsəfə
doktoru
Xalq Cəbhəsi.- 2017.- 17 mart.-
S.15.