İtaliyalı qonaq Milli Kitabxanada

 

İtaliya Azərbaycanın Mədəniyyət Turizm nazirliklərinin Avropa İttifaqı (Aİ) ilə birgə icra etdiyiMədəniyyət sektorunun siyasəti idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinə dəstəkadlı Tvinninq layihəsi çərçivəsində İtaliya Milli Kitabxanasının arxiv fotoqrafiya şöbəsinin işçisi xanım Paola Puglisi Milli Kitabxanada olub.

Qonaq kitabxananın direktoru Kərim Tahirovla görüşüb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşün əsas məqsədi kitabxanaların idarə olunması istiqamətinin hüquqi əsaslarını müəyyənləşdirməkdən ibarət olub.

Kərim Tahirov qonağı maraqlandıran bütün suallara aydınlıq gətirib.

Sonra xanım P.Puglisi kitabxananı gəzib, burada quraşdırılan avtomatlaşdırma prosesi elektron kataloqla tanış olub.

Qonağa ölkəmizlə bağlı kitablar hədiyyə edilib.

 

Xalq cəbhəsi.- 2017.- 10 mart.- S.16.