Azərbaycanlı pianoçu
Londonda konsert verib
Azərbaycanlı pianoçu və bəstəkar Renara Axundova Londonda konsert proqramı ilə çıxış
edib.
Londonda “Rossotrudniçestvo” agentliyinin
Böyük Britaniyadakı
nümayəndəliyində “Art is Truth” adlı solo konsert proqramı ilə çıxış edən
R.Axundova özünün
bəstələdiyi əsərləri
ifa edib. R.Axundovanın əsərlərini yüngül
klassika, musiqili mənzərə rəsmləri
kimi səciyyələndirmək
olar. Onun bəstələri arasında musiqili portretlər də var. Bəstəkar deyir ki, bəzən maraqlı adamlarla görüşləri onu
belə portretlər yaratmağa ruhlandırır.
Hazırda Parisdə yaşayan Renara Axundova Bakıda ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyası yanında musiqi məktəbində alıb. Moskva Dövlət Universitetinin
iqtisadiyyat fakültəsini
bitirdikdən sonra tale
onu Parisə gətirib.
Burada Renara musiqi sənəti
ilə ciddi məşğul olmağa
başlayıb. Tanınmış musiqiçi Belçika,
İsveçrə, Fransa, İtaliya,
Böyük Britaniya, Latviya və digər ölkələrdə konsert proqramları ilə
çıxış etməklə yanaşı, teatr tamaşalarına musiqilər yazır,
audiokitabların musiqi müşayiətlərinin
hazırlanmasında iştirak edir.
Xalq cəbhəsi.-
2017.- 11 mart.- S.16.