Bakıda “Plov” festivalı
Azərbaycan paytaxtında “Plov festivalı” keçirilib.
Festivalda Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva,
turizm şirkətlərinin
təmsilçiləri və
başqaları iştirak
ediblər.
Nazir bildirib ki, təkcə Bakıda yox, regionlarda da müxtəlif tədbirlər
və festivallar keçirilir:
“Azərbaycanda
turizmin inkişafında
ən vacib sahə bizim mətbəximizdir. Ona görə bu
festivalda hər region özünün dəyərli
töhfələrini nümayiş
etdirir. Bu cür festivalların təşkil olunması eyni zamanda ənənələrin
gənclər arasında
təbliğ olunmasına,
qorunub-saxlanılmasına təkan
verir.
Bizim mətbəx mədəniyyətimiz
böyük tarixə
malikdir. Bu gün
turizmin inkişafı
proqramları çərçivəsində
Azərbaycan mətbəxi
olduqca böyük rola malik olmalıdır.
Bu festivallar eyni
zamanda xarici qonaqlar üçün də maraqlı olur. “Plov festivalı”nın keçirilməsi təkcə
mədəni tədbir
deyil, eyni zamanda bizim mədəni
zənginliyimizdən xəbər
verir. Bu festival gələcəkdə daha
geniş məkanlarda təşkil olunacaq”.
Tədbirdə Azərbaycanın müxtəlif
bölgələrində bişirilən
plov nümunələri
təqdim olunub, onlar haqqında ətraflı məlumat verilib.
Festivalda “Şah
plov”, “Döşəmə
plov”, “Şüyüd
plov”, “Fisincan plov”, “Boranı plov”, “Çığırtma
plov” və başqa mətbəx nümunələri təqdim
olunub.
Xalq cəbhəsi.-
2017.-16 mart.- S.16.