Azərbaycanda ilk “Baku Shopping Festival”ı
Aprelin 10-dan mayın
10-dək Azərbaycan paytaxtında
ilk dəfə Ticarət
festivalı - “Baku Shopping Festival” keçiriləcək.
Festivalın təşkili Mədəniyyət
və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən
Azərbaycan Konqreslər
Bürosuna həvalə
olunub. Müxtəlif dövlətlərin təcrübəsi göstərir
ki, ənənəvi şopinq festivalları turizmin inkişafına, xaricdən turist axınının artmasına
müsbət təsir
göstərir. Bakıda
belə festivalların
keçirilməsi sözügedən
sərəncamda və
ölkə Prezidentinin
2016-cı il 6 dekabr fərmanı ilə ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış
turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ində
əksini tapıb.
İlk Bakı
Şopinq Festivalına
hazırlıq davam etməkdədir. Bu prosesdə
Mədəniyyət və
Turizm Nazirliyi ilə yanaşı digər aidiyyəti qurumlar da iştirak
edir. Xatırladaq ki, martın
16-da Bakı Şopinq
Festivalına həsr olunmuş mətbuat konfransında bu barədə ətraflı
məlumat verilib.
“Şopinq festivalı
turizmin inkişafı
üçün yeni bir mərhələnin başlanması deməkdir.
Beynəlxalq təcrübəyə
əsaslanaraq reallaşacaq
festival təkcə ticarət
deyil, ölkəmizin adət-ənənələrini, tarixi və mədəni irsini tanıtmaq baxımından
da öz müsbət tərəfləri
ilə seçiləcək”,
- deyə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazir onu da vurğulayıb ki, “Baku Shopping Festival” Qafqazda
və Orta Asiyada ilk belə təcrübə kimi tarixə yazılacaq. Qeyd edib
ki, Dünya Turizm Təşkilatının
hesablamalarına görə,
ticarət festivalları
turist axınını
30 faizədək artırır.
Ticarət turistlərin xərcləri
sırasında əsas
kateqoriyaya çevrilir,
nəticə etibarilə
birbaşa və iqtisadiyyatın digər sektorları ilə əlaqədə olaraq iqtisadiyatın vacib gəlir mənbəyinə
çevrilir.
Bakı Şopinq Festivalı nəinki xaricdən turist axınını təşkil etmək, eyni zamanda, daxili
turizmi inkişaf etdirmək məqsədi daşıyır. Festival çərçivəsində
əcnəbilərlə yanaşı,
Azərbaycan vətəndaşları
da “Tax free” (əlavə
dəyər vergisinin qaytarılması) sistemindən
istifadə edə biləcəklər ki, bu da dünya
təcrübəsində bir
ilkdir. Festival günlərində 100 manat
və daha çox alış-veriş
edən hər bir əcnəbi və ya Azərbaycan
vətəndaşı bu
sistemdən yararlana biləcək.
Festivala
bir sıra qonşu ölkələrdə,
eləcə də son
dövrlər Azərbaycana
böyük turist axınının müşahidə
olunduğu Fars körfəzi
ölkələrində maraq
var. Qeyd edək ki, Bakı Şopinq
Festivalının internet saytı
- www.bakushopfest.com Azərbaycan, ingilis, rus, ərəb
dillərində fəaliyyət
göstərir. Bir ay ərzində
şopinq festivalı həm xarici turistlərə, həm də yerli istehlakçılara
əlverişli alış-veriş
və müxtəlif maraqlı əyləncə
imkanları təqdim edəcək, ölkəmizə
gələn turistlərin
sayını artıracaq,
turizm, qonaqpərvərlik,
ticarət, nəqliyyat
və digər sahələrin inkişafına
təkan verəcək.
Ticarət turizminin dünya
miqyasında trendə
çevrilməsi Azərbaycanın
turizm imicini beynəlxalq turizm bazarında daha da möhkəmləndirəcək,
turizm məhsullarının
diversifikasiyasına gətirib
çıxaracaq.
Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Azərbaycan
Konqreslər Bürosu
festivalın yüksək
səviyyədə, səmərəli
keçirilməsi üçün
bu günlər öz peşəkar mütəxəssisləri və
işçi heyəti
ilə gərgin iş rejimində çalışır. Ticarət mərkəzlərində,
Fəvvarələr meydanında
və Dənizkənarı
Milli Parkda gündəlik əyləncə
tədbirləri keçiriləcək.
Bu tədbirlər zamanı
DJ-lərin və animatorların çıxışları,
konsert proqramları, fləşmoblar, maskotların
paradı, rəqslər,
akrobatların çıxışları,
kino nümayişləri
və s. təşkil
ediləcək.
Festival müddətində
paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticarət
mərkəzlərində informasiya
köşkləri qurulacaq. Həmçinin
müxtəlif dillərdə Çağrı mərkəzi
(Call Center) turistlərin
və əhalinin, tərəfdaşların, sponsorların,
ticarət nöqtələrinin, alıcıların və
festivalın digər iştirakçılarının sərəncamına
veriləcək. Festivalda
iştirakçı kimi qeydiyyatdan
keçən mağazalar “Tax
free” nişanı ilə fərqlənəcək.
Sahibkarlar festivalda
iştirakçı statusu almaqla öz məhsullarını
paytaxtımıza gələcək minlərlə turistə və
yerli əhaliyə təqdim etmək
imkanı qazana bilərlər. Qeyd edək ki, “Baku Shopping Festival”
ilə bağlı bütün təfərrüatlar,
qeydiyyat qaydaları, festival
günlərində turistlərə təqdim olunacaq
tur-paketlər və s. barədə
www.bakushopfest.com saytında ətraflı məlumat almaq olar.
Xalq Cəbhəsi.- 2017.- 28 mart.-
S.16.