“Xalçaçı
günü”
Mayın
5-də İqtisadiyyat Nazirliyinin
və “Azərxalça”
Açıq Səhmdar
Cəmiyyətinin təşkilatçılığı
ilə “Xalçaçı
günü” peşə
bayramına həsr olunmuş I Ümumrespublika
konfransı keçirilib.
Konfrans öz işinə “Azərxalça” ASC-nin mərkəzi ofisində başlayıb. İştirakçılar
və qonaqlar cəmiyyətin fəaliyyətini
əks etdirən sərgi ilə tanış olublar. Sərgidə qədim milli
çeşnilər əsasında
yeni toxunmuş müxtəlif ölçülü
xalçalarla yanaşı,
cəmiyyətin Füzuli
filialının fəaliyyətini,
regionlarda təşkil
olunmuş tədris-hazırlıq
kurslarını, beynəlxalq
əlaqələrini, tikinti
işlərini əks
etdirən fotostendlər
də nümayiş etdirilib.
Konfransda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Xalçaçı
günü” peşə
bayramının ilk dəfə
rəsmi şəkildə
qeyd olunmasını Azərbaycan dövlətinin
xalçaçılıq sahəsinə olan diqqətinin daha bir nümunəsi kimi dəyərləndirib,
ölkəmizdə son illərdə
bu istiqamətdə görülmüş işlər
haqqında konfrans iştirakçılarına məlumat
verib. Bildirib ki, İqtisadiyyat
Nazirliyi “Azərxalça”
ASC ilə birlikdə Sumqayıt Sənaye Parkında 2018-ci ilin sonunadək əyirici-boyaq
fabrikinin yaradılması
istiqamətində işlər
görür.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov cəmiyyətin birillik istehsalat fəaliyyəti, bölgələrdə
filial binalarının tikinti-quraşdırma
işləri, peşəkar
xalçaçı kadrların
hazırlanması, dünya
xalçaçılığında “Azərbaycan brendi”nin tanıdılması
istiqamətində görülən
işlər, xalça
çeşnilərinin elektron
bazasının formalaşdırılması
və zənginləşdirilməsi,
əyirici-boyaq fabrikinin
yaradılmasına dair
aparılan işlər
və digər perspektivlər haqqında geniş hesabat məruzəsi ilə çıxış edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi sədrinin müavini Sədaqət
Qəhrəmanova və Azərbaycan Xalça
Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək
ölkəmizdə Azərbaycan mədəniyyətinin bir hissəsi olan
xalçaçılığa verilən qiymətdən danışıblar.
Azərbaycanın ənənəvi
xalçaçılıq sənətinin UNESCO-nun
Bəşəriyyətin Qeyri-Maddi Mədəni
İrsin reprezentativ
siyahısına daxil edilməsinin əhəmiyyətini
vurğulayıblar. Tədbirdə Prezidentin 1 may 2017-ci il tarixli Sərəncamlarına
əsasən Azərbaycan xalçaçılıq sənətinin
inkişafındakı səmərəli fəaliyyətinə
görə təltif olunmuş 27 nəfər
xalçaçıya orden və medallar təqdim edilib.
Bakı şəhəri ilə yanaşı, Şuşa, Ağdam, Bərdə,
Quba, Qusar, Xaçmaz, İsmayıllı, Lənkəran,
Lerik, Qazax və digər
rayonlardan olan
xalçaçılar çıxış edərək Azərbaycan
dövləti tərəfindən xalçaçılıq
sənətinə və onun nümayəndələrinə
göstərilən diqqət və qayğıya görə
təşəkkür ediblər. Dövlətimizin bu sahədə yürütdüyü
məqsədyönlü siyasəti nəticəsində xalçaçılığın
Azərbaycan iqtisadiyyatının ən gəlirli və geniş miqyaslı sahələrindən birinə
çevriləcəyDindən əmin olduqlarını
bildiriblər. Tədbirin sonunda “Azərxalça”
ASC-nin bir qrup əməkdaşı fəxri fərmanlarla
təltif olunub.
Xalq Cəbhəsi.- 2017.- 6 may.-
S.16.