Dünyanın gələcəyi mədəniyyətlərin
dialoqundadır
Musa Qasımlı: “Müxtəlif mədəniyyətlərin qarşılıqlı əməkdaşlığı və zənginləşməsi ilə bağlıdır”
Vasif Əfəndiyev: “Forumun təşkili ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir”
Nizami Cəfərov: “Forum beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə müsbət təsir göstərəcək”
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu gün başa çatır. Foruma nüfuzluq qonaqlar, tanınmış siyasətçilər, elm adamlarının qatılıması tədbirin əhəmiyyətini daha da artırır. Bundan başqa bu faktorlar dünya mediasının diqqətini cəlb edir ki, bu da çox önəmli faktordur.
Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Musa Qasımlı deyib ki, dünya nizamının az qala yox olduğu indiki dövrdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin dərin mənası, aydın məqsədi və ondan bəzilərinin alacağı böyük ibrət dərsləri var.
Onun sözlərinə görə, bu Forumu keçirməklə Azərbaycan göstərir ki, dünyanın gələcəyi mədəniyyətlərin, sivilizasiyaların toqquşmasında deyil, müxtəlif mədəniyyətlərin qarşılıqlı əməkdaşlığı və zənginləşməsi ilə bağlıdır: “Azərbaycan dövləti ənənə halı alan bu Forum ilə özünün mədəniyyət diplomatiyası vasitəsilə dünyanın bir-birinə zidd olan güclərini birləşdirən, əməkdaşlığa cəlb edən güc olduğunu təsdiq edir, digərlərinə nümunə olaraq yol göstərir. Hesab edirəm ki, Azərbaycan təcrübəsinin öyrənilməsi fayda verərdi”.
Politoloq Vasif Əfəndiyev deyib ki, bu günlərdə Bakı şəhərində BMT, Avropa Şurası və YUNESKO-nun, tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu nüfuzlu beynəlxalq təşkilatların ökəmizə olan diqqətin təzahürüdür. Onun sözlərinə görə, dialoq çərçivəsində müzakirə olunan məsələlərin mövzusu ölkəmiz üçün Avropa və sivil dünya ailəsinə qoşulmasına yönəlmiş bir istiqamətdir: “BMT – nin Sivilizsaiyalar Alyansı, Ümumdünya Turizm təşkilatı və Ərzaq və Kənd Təsərrüaftı təşkilatlarının təcrübəsinə yiyələnmək, eləcə də turizmin inkişafının və ərzaq təhlükəsizliyi təminatının yaradılması gələcək inkişafımızın qarantıdır. Forumda Avropa Şurası ilə parlamentlərarası münasibətlərin inkişafı, sivilizasiyalararası münasibətlərin mohkəmələndirilməsi dialoqu xüsusi önəm daşıyır. Həmçinin dialoq çərçivəsində zorakı ekstremizmə qarşı mübarizə, regionda sülhün yaranması, mədəniyyətlərarası münasibətlərin qurulmasının təşviqi və dinlərarası bərabərliyin qorunması məsələləri müzakirə ediləcək. Bu forumun Bakıda keçirilməsinin təşkilini indiyə qədər keçirilən nüfuzlu beynəlxalq tədbirlərin davamı kimi qiymətləndirirəm. Bu forumun təşkili ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir”.
Deputatı, akademik Nizami Cəfərov deyib ki, IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu bütün dünya üçün aktual olan önəmli məsələlərin
müzakirəsi üçün çox mühüm tədbirdir.
O, bildirib ki,
IV Bakı Forumu öz
növbəsində mədəniyyətlər və
sivilizasiyalararası gərginliklərin aradan
qaldırılması, davamlı inkişaf
və inklüziv cəmiyyət məsələlərinin
müsbət dinamika üzrə
inkişafının təmin edilməsinə töhfələr
verəcək. Onun sözlərinə görə, forum
həmçinin, beynəlxalq aləmdə sülh
və əmin-amanlığın möhkəmlənməsinə,
istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və
yayılması prosesinə də müsbət təsir
göstərəcək: “Azərbaycan hökuməti IV Ümumdünya Forumu
çərçivəsində beynəlxalq təşkilatların
birinci yüksək səviyyəli görüşünün keçirilməsi
təşəbbüsünü irəli sürüb.
Bu təşəbbüs qlobal
miqyasda narahatlıq doğuran
məsələlərin həlli istiqamətində beynəlxalq
təşkilatların müştərək fəaliyyət mexanizminin daha effektiv fəaliyyəti üçün
yeni imkanlar yaradacaq. Forumun və prosesin tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar
Alyansı, Dünya Turizm
Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı, Avropa Şurası,
ISESCO kimi beynəlxalq təşkilatlardır.
Forumda Qərb
və Yaxın Şərq regionlarındakı mövcud
vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif
sahələr üzrə yaranmış problemlərin həlli
üçün innovativ
əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə
edilmiş mütərəqqi təcrübənin
tətbiqi və paylaşılması kimi
məsələlərin də müzakirə olunur.
Bütövlükdə, Azərbaycan dünyada
sivilizasiyalar arasında dialoqun
inkişafına böyük töhfələr
verir".
Xalq Cəbhəsi.- 2017.- 6 may.- S.6.