“Tolerantlıq ənənələrini müasir şəkildə bərqərar etməliyik”
Biz bu gün dünyanın üzləşdiyi
antisemitizm, islamofobiya kimi problemləri qlobal səviyyədə müzakirə edəcəyik. Bu fikri Milli Məclisin
beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədri Səməd Seyidov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
keçirilən Sivilizasiyalar
arasında mədəni
əlaqələrin qurulmasında
parlamentlərin rolu adlı panel iclasında çıxışı zamanı
deyib. Səməd Seyidov bildirib
ki, iclasda mədəniyyətlərarası dialoqun qurulmasında parlament hansı rolu oynaya bilər
sualına cavab axtarılacaq. Səməd Seyidov
Milli Məclisdə yəhudi, rus icmaların nümayəndələrinin
təmsil olunduğunu
bildirib.
Daha sonra
deputat Cibuti
Respublikasının Milli
Assambleyasının sədri Məhəmməd Əli Humədə
söz verib. Huməd bildirib ki, ölkəsində
Afrika və ərəb mədəniyyətləri
qaynayıb-qarışıb və ölkə sabitlik
adasına çevrilib. O qeyd edib ki,
mədəniyyətlərarası dialoqun
qurulmasında parlamentlər aparıcı rol
oynaya bilməz, bu məsələdə
parlamentlərin rolu əvəzolunmazdır:
“Əcdadlarımızın bizə yadigar
qoyduğu tolerantlıq ənənələrini
müasir şəkildə bərqərar
etməliyik”.
Xalq Cəbhəsi.- 2017.- 6 may.- S.4.