Mədəniyyətlərarası dialoqda parlamentlərin rolu müzakirə edilib

 

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu" mövzusunda panel keçirilib.

Panelin moderatoru Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov olub.

Səməd Seyidov deyib ki, dünyanın bu ağır dövründə, problemlərin genişləndiyi bir vaxtda problemlərə yeni yanaşma vacibdir: “Ksenofobiya, islamofobiya, antisemitizm, insan oğurluğu indi reallığa çevrilib. Biz edə bilərik? Məsələyə qlobal nöqteyi-nəzərdən yanaşmalıyıq”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanın mədəniyyətlər dinlər arasında dialoqa töhfələrindən danışıb.

Çexiya Deputatlar Palatası sədrinin birinci müavini Radek Vondraçek qeyd edib ki, Roma İmperiyası ilk qloballaşmış cəmiyyət olub, müxtəlif dinlər, xalqlar birgə yaşayıb: “Dinlər, xalqlar müxtəlif olsa da, onları birləşdirən qədim Roma qanunları idi. Demokratiya bu istiqamətdə ikinci əsas prinsipdir. Başqa sözlə, demokratiya pis variantlar arasında nisbətən yaxşı olan seçimdir. Parlamentdə qəbul olunan qanunların tətbiqi, dövlətlər arasında imzalanan sazişlərin həyata keçirilməsi vacibdir. Parlamentlər mədəniyyətlərarası əlaqələrin qurulmasında iştirak edir. Məsələn, Çexiya parlamentinin Azərbaycan parlamenti ilə əlaqəsi var. Mədəniyyətlərdə bizi birləşdirən dəyərləri axtarmalıyıq. Biz bir-birimizdən çoxlu şeylər öyrənə bilərik. Qloballaşma nəticəsində udan uduzan olmamalıdır. Yerli mədəniyyət meqamədəniyyətlə zənginləşməlidir. Qloballaşmanın ağlabatan şəkildə tənzimlənməsinə böyük ehtiyac var. Beynəlxalq münasibətlərdə azadlıqlar hamıya eyni səviyyədə şamil olunmalıdır. Ancaq mən hansısa ənənələrin başqa cəmiyyətlərə qəbul etdirilməsinin tərəfdarı deyiləm. Körpüləri yandırmaqdan onları tikmək daha yaxşıdır. Biz məsuliyyət qarşılıqlı ehtiramla mədəniyyətlərarası dialoqu yarada bilərik”.

Pakistan Milli Assambleyası sədrinin müavini Murtuza Caved Abbasi deyib ki, Şərqlə Qərb arasında təfriqələrin gərginləşməsi, cəmiyyətlər daxilində qarşıdurmaların artması parlamentlərarası münasibətlərə təsir göstərir: ”Müxtəlif mədəniyyətlər xalqlar arasında birlik, vəhdət hissinin yaradılması çox vacibdir. Müxtəlif ölkələrin parlamentlərinin üzvləri ilk növbədə öz aralarında münasibətlər qurmaqla mədəniyyətlərarası dialoqa töhfə verə bilər. Azadlığın, tolerantlığın, mədəniyyətlər dinlərarası dialoqun təmin olunmasına çalışmalıyıq”.

Böyük Britaniya Lordlar Palatasının üzvü Zahidə Pərvin Mənsur Böyük Britaniyanın Azərbaycandakı əsas sərmayədarlardan biri olduğunu xatırladıb: “Biz mədəniyyətlər arasında körpüləri tikirik. Parlamentlər bu körpülərin inşasında əsas rol oynamalıdır. Dialoqlar problemi həll etməsə , eskalasiyanın, zorakı hərəkətlərin qarşısını ala bilər. Mən Azərbaycan prezidenti İlham Əliyevə Forumun açılışında çıxışına görə təşəkkür edirəm. Prezident İlham Əliyev sanki bizim fikirlərimizi oxuyub”.

ABŞ-da Etnik Anlaşma Fondunun təsisçisi prezidenti Rabbi Mark Şnayer vurğulayıb ki, harada baş verməyindən asılı olmayaraq, ədalətsizlik hər kəsin narazılığına səbəb olmalıdır: “Təəssüf ki, ABŞ-da islamofobiya baş alıb gedir, məscidlərə hücumlar artır. Bundan ən çox narahat olanlar Konqresin yəhudi nümayəndələridir. Yəhudi konqresmenlər ABŞ-dakı müsəlmanların qayğılarını çəkir. Çünki bilirik ki, ABŞ müsəlmanlarının missiyası biz yəhudilərin missiyasıdır. ABŞ prezidenti müsəlman miqrantlara qarşı qadağa qoymaq istəyir. Buna qarşı ilk növbədə çıxanlar yəhudi konqresmenlərdir. Konqresdə 45 konqresmen var. Azərbaycan müsəlman dünyasında bir modeldir, dinlər etiqadlararası münasibətlərin gözəl nümunəsidir. Mən bunu ABŞ-da təbliğ edən bir insanam. Azərbaycan bu sahədə nümunəvi bir ölkədir. Biz amerikalılar üçün Azərbaycan sivilizasiyasını kəşf etməyə çalışırıq. Azərbaycan, prezident İlham Əliyev, xalqınız tolerantlıq, dözümlülük baxımından dünya üçün bir nümunəyə çevrilib”.

 

Xalq Cəbhəsi.- 2017.- 6 may.- S.3.