“UNESKO nəşrləri və
e-platformasının istifadəyə verilməsi”
Bakıda
keçirilən IV Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
növbəti panel sessiyası
“Mədəniyyətlərarası dialoqun e-resurslar vasitəsi ilə təbliği üçün
yeni perspektivlər:
UNESKO nəşrləri və
e-platformasının istifadəyə
verilməsi” mövzusuna
həsr edilib. Panel sessiya mövzunun
əhəmiyyətindən söz açılıb.
Bu veb-sayt hərtərəfli
olmaqdan daha çox, “töhfə vermək üçün
çağırışlar”dan ibarət olan təməl daşıdır.
“Vikipediya” ilə
eyni məzmuna malik olan bu
platforma bütün dünyadan məlumat toplayaraq (məzmun baxımından) zənginləşməyə
hazırdır və hər kəs üçün əlçatan
olan və durmadan inkişaf edən internet səhifəsidir.
Bildirilib ki, “onlayn” rəqəmsal
kitabxana və onun səyyar sərgisi xüsusilə sülh və tolerantlıq dəyərlərinin
(humanist və elmi biliklər əsasında)
formalaşdırılmasında ərəb-müsəlman sivilizasiyasının
rolunu və bu irsin müasir
Avropanın, nəticə
etibarı ilə də çağdaş dünyanın inkişafına
necə töhfələr
verdiyini diqqət mərkəzində saxlayır. Bu layihənin bərpa edilməsi (bütün neqativ dəyişikliklərin
qarşısını almaq
baxımından) olduqca
vaxtında verilmiş
bir qərardır və ziyarətçilərə
həm mədəniyyətlər,
həm də onların qarşılıqlı
asılılığı haqqında dəqiq məlumatlar verir.
Paneldə Kanadanın Kvebek əyalətində yerləşən Laval Universitetinin antropologiya departamentinin fəxri
professoru Frankin Seylantin, Paris-Saclay Universitetinin mübahisəli məsələlərin
təhlili və onların həlli variantları mərkəzinin
direktoru Salim El Sayegin, beynəlxalq məsləhətçi
Lazaro İsrail və UNESKO-nun xoşməramlı səfiri Aleksandra Oçirovanın sözügedən
mövzuda məruzələri dinlənilib.
Xalq Cəbhəsi.- 2017.- 6 may.-
S.16.