Azərbaycanlıların 1988-1989-cu illərdə
deportasiyası
1-ci yazı
İndi “Ermənistan” adlanan əzəli türk torpaqlarından azərbaycanlıların
sonuncu deportasiyası
1988-1989-cu illərdə olub. Tarixçi
Nazim Mustafanın araşdırmasında bildirilir
ki, təkcə XX əsrdə ermənilər
havadarlarının köməyi
ilə indiki Ermənistan ərazisində
azərbaycanlılara qarşı
1905-1906-cı illərdə və 1918-1920-ci illərdə
etnik təmizləmə,
1930-cu illərdə kütləvi
repressiyalar, 1948-1953-cü illərdə
deportasiya həyata keçirmiş və nəhayət, 1988-1989-cü illərdə
etnik təmizləməni
başa çatdırmağa
müvəffəq olublar:
“Rəhbərliyində kimlərin
olmasından asılı
olmayaraq, Sovet Ermənistanının Azərbaycanın
Dağlıq Qarabağ
və Naxçıvan
ərazilərinə iddiası
və bu iddiaların fonunda Ermənistandan azərbaycanlıların
sıxışdırılıb çıxarılması hər
zaman gündəlikdə
olub. Rəsmi İrəvan və
DQMV erməniləri 1945, 1964, 1975, 1977 və 1987-ci illərdə
Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi
haqqında Moskvaya müraciətlər etmişdilər.
Ermənistanda anti-türk, anti-Azərbaycan təbliğatı 1960-cı illərin
ortalarında var gücü ilə yenidən işə salınmışdı. Yüz minlərlə
azərbaycanlı və
türk dinc əhalisinin qətlinə
rəhbərlik etmiş
Andranik Ozanyanın anadan olmasının 100 illiyi münasibətilə
1965-ci ilin fevralında
Ermənistanda təntənəli
tədbirlər keçirilmişdi.
1965-ci il aprelin 24-də
Moskvanın razılığı
ilə İrəvanda
uydurma “böyük qırğın”ın (o vaxt
indi işlədilən
“erməni soyqırımı”
termini əvəzinə, “böyük
qırğın” ifadəsi
işlədilirdi) 50 illiyi
qeyd edilmişdi. Həmin dövrdə Ermənistanda
aparılan milli ayrı-seçkilik və
diskriminasiya siyasəti
nəticəsində İrəvan
və onun ətraf rayonlarından yüzlərlə ailə
Azərbaycana köçməyə
məcbur olmuşdu.
1983-cü il aprelin 24-də ermənilər
“genosid” gününü
bəhanə edərək
Masis (Zəngibasar) rayonunun mərkəzi Uluxanlıda azərbaycanlılar
yaşayan evlərə
basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda
qəbir daşlarını
qırıb dağıtmışdılar.
Müdafiəsiz əhali Türkiyə
ilə sərhəd zolağına sığınmağa
məcbur olmuşdu.
1984-cü ildə Azərbaycan xalqının
qəddar düşməni
Zori Balayanın “Ocaq” kitabının çap edilməsi azərbaycanlılara qarşı
düşmənçilik hisslərinin
açıq-aşkar qızışmasına
səbəb oldu.
Sov.İKP MK-nın 17
oktyabr 1984-cü il tarixli qərarında deyilirdi ki, son vaxtlarda Ermənistanda millətçilik əhval-ruhiyyəsini
qızışdıran əsərlər
yazılır, tarixi həqiqətlər təhrif
edilir, azlıqda qalan millətlərin dilinin və mədəniyyətinin inkişafına
imkan yaradılmır,
partiya, sovet və təsərrüfat
strukturlarında onların
nümayəndələri təmsil
olunmurlar və s.
1985-ci ildə Mixail Qorbaçovun SSRİ rəhbərliyinə
gəlməsindən sonra
“yenidənqurma” və
“aşkarlıq” pərdəsi
altında Ermənistanda
və DQMV-də şovinizm ab-havası gündən-günə qızışırdı.
1987-ci ilin avqustunda
ermənilər Dağlıq
Qarabağdan və Ermənistandan 75 min imza toplayaraq Kremlə göndərmişdilər. Həmin il
noyabrın 18-də M.Qorbaçovun
iqtisadi məsələlər
üzrə müşaviri,
akademik Abel Aqanbekyan Parisdə “L’Humanite” qəzetinə verdiyi müsahibəsində DQMV-nin
Ermənistana birləşdirilməsinin
iqtisadi cəhətdən
daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi
komissiyanın işlədiyini
bəyan etdi. Dekabrın
1-də Dağlıq Qarabağ
ermənilərinin təmsilçiləri
muxtar vilayətin Azərbaycanın tərkibindən
çıxarılıb Ermənistanın
tərkibinə verilməsi
haqqında hazırlanmış
müraciəti Sov.İKP
MK-ya təqdim etmişdilər. 1988-ci il fevralın 13-də
DQMV-də gizli fəaliyyət göstərən
separatçı “Krunk”
(“Durna”) təşkilatının
təşkilatçılığı ilə DQMV-nin Ermənistana birləşdirilməsi
tələbi ilə Xankəndidə ilk mitinq keçirilmişdi. Fevralın 20-də Vilayət Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası
keçirilmiş, muxtar
vilayətin Azərbaycan
SSR-in tərkibindən çıxarılıb
Ermənistan SSR-in tərkibinə
daxil edilməsi haqqında qərar qəbul edilmişdi.
Elə həmin gün Qafan rayonundan qovulan azərbaycanlı qaçqınların ilk dəstəsinin
nümayəndələri Azərbaycan
KP MK-da qəbul edilmişdi.
Fevralın 21-də axşam Sov.İKP MK-nın Siyasi Bürosu DQMV-də baş verən hadisəni müzakirə etmiş, ermənilərin
iddiasının dövlətin
mövcud milli-ərazi
quruluşunun dəyişdirilməsinə
cəhd və yolverilməz olduğu mövqeyi bildirilmişdi. Kremlin ilk rəsmi açıqlamasından
narazı qalan ermənilər İrəvanda
və Xankəndində
etiraz mitinqlərinə
başlamışdılar. Fevralın 21-də İrəvanda
fəaliyyət göstərən
yeganə Dəmirbulaq
məscidi (XX əsrin
əvvəllərində şəhərdə
8 məscid var idi) və M.F.Axundov
adına orta məktəbin binası, C.Cabbarlı adına İrəvan Dövlət
Dram Teatrının ləvazimatı
yandırıldı. İrəvanda
bu hadisələrə
qarşı etirazını
bildirən azərbaycanlıların
evlərinə od vurdular. Fevralın
25-də Azərbaycanın öz
ərazisindən soydaşlarımızın
ilk qaçqınlıq dalğası
başladı. DQMV-nin
ərazisində ermənilərin
təzyiq və təhqirlərinə tab gətirməyən
540 ailə (təqribən
2,5 min nəfər) Ağdam rayonuna, 150 ailə isə (təqribən 500-600 nəfər)
Ağcabədi rayonuna
pənah gətirmişdi”.
Ermənistan ərazisindən isə
azərbaycanlıların deportasiyası
günü-gündən intensivləşirdi:
“Fevralın 28-nə olan
rəsmi məlumata görə, Qafan rayonundan qonşu Zəngilan rayonuna təqribən 2 min nəfər
azərbaycanlı qaçqın
kimi gəlmişdi. Həmin günlərdə İmişli
və Qubadlı rayonlarına da Ermənistandan yüzlərlə
qaçqın ailəsi
pənah gətirmişdi.
Abşeron rayonuna Ermənistandan
canını qurtarıb
gələn 200 nəfər
qaçqını Mərkəzi
Komitənin birinci katibi K.Bağırov və Moskvadan gələn yüksək vəzifəli şəxslər
qəbul etmişdilər.
Gəncədə və Naxçıvanda
Ermənistandan azərbaycanlıların
təqib edilmələrinə
etiraz əlaməti olaraq aksiyalar keçirilmişdi.
İrəvanda fəaliyyət göstərən
“Qarabağ” komitəsinin
rəhbərləri Silva Kaputikyan
və Zori Balayan fevralın 24-də Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü, MK katibi Aleksandr Yakovlevlə üç saata yaxın danışıq
aparmışdılar. Fevralın 26-da isə M.Qorbaçovun köməkçisi Georgi
Şahnazarovun və A.Yakovlevin müşayiəti
ilə Sov. İKP MK-nın baş
katibi M.Qorbaçov S.Kaputikyanı və Z.Balayanı qəbul etmişdi. Lakin Qorbaçov onlara
Dağlıq Qarabağın
Ermənistana veriləcəyini
vəd etməmişdi.
Əvəzində, DQMV-nin sosial-iqtisadi
inkişafı üçün
o dövrün miqyasına
görə çox böyük bir məbləğ olan 400 milyon rubl ayrılacağına
söz vermişdi.
Fevralın 27-də Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi
müdirinin birinci müavini Karen Brutens Xankəndinə gələrək
erməni separatçılarının
rəhbərləri ilə
tam məxfi görüş
keçirmiş, onlara
təzyiqləri artırmağı
və tələblərindən
geri çəkilməməyi
məsləhət görmüşdü.
Ermənistandan azərbaycanlıların
deportasiyasının qarşısını
almağın mümkünsüzlüyünü
görən Azərbaycan
KP MK martın 1-də MK-nın
katibi H.Həsənovun
başçılığı ilə Ermənistandan gələn azərbaycanlılarla
iş aparmaq məqsədilə respublika
komissiyası yaratmışdı.
Fevralın 27-28-də Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara
qarşı edilən
zorakılıqlara etiraz
əlaməti olaraq keçirilən mitinqdən
sonra DTK-nın ssenarisi və erməni ekstremistlərinin
bilavasitə iştirakı
ilə Sumqayıtda kütləvi iğtişaşlar
törədildi. Bundan sonra
Ermənistandan azərbaycanlıların
yeni qaçqınlıq
dalğası başladı.
Erməni millətçiləri üçün
Ermənistanda ən münbit rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlını
deportasiya etmək Dağlıq Qarabağ problemini öz xeyirlərinə həll etmək qədər önəmli idi. Azərbaycan hökuməti
isə Ermənistandan
gələn qaçqınları
yük maşınlarına
dolduraraq geri qaytarmaqla öz işini bitmiş hesab edirdi. 1988-ci il martın 21-nə olan rəsmi məlumata görə, fevralın 28-dən həmin
günədək Ermənistandan
16900 nəfər qaçqın
gəlmiş, onlardan
8600 nəfəri geri qaytarılmışdı. Buna baxmayaraq
dağ yolları ilə Ermənistanın Vardenis (Basarkeçər),
Masis (Zəngibasar), Razdan (Axta), Krasneselo, Yeğeqnadzor,
Ararat (Vedi) rayonlarından
qaçqın axını
gəlir və əsasən Gəncə,
Mingəçevir, Naxçıvan
şəhərlərində, Şərur, Zəngilan, Qazax, Salyan, Xanlar (Göygöl), Beyləqan rayonlarında özlərinə sığınacaq
tapırdılar.
11 may 1988-ci ildə ermənilər Ararat (Vedi) rayonunun Şirazlı kəndinə hücum etmiş, iki nəfər qətlə yetirilmiş, xeyli sayda insan yaralanmış, evlər yandırılmışdı. Əhali Sovet-Türkiyə sərhədinə çəkilərək uzun müddət çadırlarda yaşamaq məcburiyyətində qalmışdı. Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətini öyrənmək, onların problemlərini həll etmək məqsədilə Azərbaycandan İrəvana nümayəndə heyəti göndərilmişdi. 13-15 aprel 1988-ci il tarixində Ermənistanda olmuş nümayəndə heyəti iki dəfə Ermənistan KP MK-nın birinci katibi Karen Demirçyanla görüşmüşdü. Lakin verilən vədlərə baxmayaraq, azərbaycanlılara qarşı edilən zorakılıqlara və onların deportasiyasına son qoyulmamışdı. 1988-ci il mayın 15-də ilk dəfə keçmiş Lenin - indiki Azadlıq meydanında əsasən tələbələrin və ziyalıların iştirakı ilə azərbaycanlıların Ermənistandan qovulmasına etiraz əlaməti olaraq izdihamlı mitinq keçirilmişdi”.
1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin: “Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşdı. İyunun 17-20-də İrəvanda teatr meydanında mitinqə toplaşan qeyzlənmiş erməni dəstələri avtobuslarla azərbaycanlılar yaşayan Masis rayonunun mərkəzinə və Zəngilər, Zəhmət, Dəmirçilər, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlı Sovet-Türkiyə sərhədinə toplaşmış, günlərlə orada gecələməyə məcbur olmuşdular.
Həmin günlər 20-dən çox azərbaycanlı yaralanmışdı. Rayon mərkəzi Uluxanlı qəsəbəsindən 3 mindən çox azərbaycanlı evlərindən çıxarıldı. Bütün bu iğtişaşlar zamanı SSRİ Daxili İşlər Nazirliyinin rayonda olan qüvvələri yalnız müşahidəçi rolunu oynayırdılar. 1988-ci il iyulun 9-da Azərbaycan KP MK-nın yeni birinci katibi Əbdürrəhman Vəzirovun tapşırığı ilə Şuşada və DQMV-nin digər məntəqələrində özbaşına və yaxud qohumlarının yanında məskunlaşmış azərbaycanlı qaçqınlar muxtar respublika ərazisindən çıxarılaraq digər rayonlara göndərildilər. 1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət heyətinin iclası DQMV haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi haqqında qərar qəbul etdikdən sonra ermənilər azərbaycanlıların Ermənistan ərazisindən çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başladılar”.
Uğur
Xalq Cəbhəsi.- 2017.- 9 may.-
S.13.