Özbəkistanda azərbaycanlı alimə
həsr olunmuş elmi
konfrans keçirilib
Daşkənddəki Cahan Dilləri Universitetində Səmərqənddə
yaşayan azərbaycanlı
alim, görkəmli pedaqoq və tərcüməçi Seyid
Rza Əlizadənin
130 illiyi ilə əlaqədar elmi konfrans keçirilib.
Tədbirdə Özbəkistanın tanınmış elm, mədəniyyət
və incəsənət
xadimləri, şair və yazıçılar,
Azərbaycan diasporunun
üzvləri, bu ali məktəblin
professor-müəllim heyəti,
tələbələr, jurnalistlər
iştirak ediblər.
Akademik Bəxtiyar
Nazarov və professor Saydi Umirov Seyid
Rza Əlizadənin Türküstanda xalq maarifinin və mədəniyyətin inkişafındakı
müstəsna xidmətlərindən
danışıblar.
Deyilib ki, S.R.Əlizadə Türküstanda
yeni tipli məktəb açan ilk maarifçilərdən olub,
1918-1920-ci illərdə özbək,
tacik və Orta Asiyada yaşayan
farsların əlifba kitabını, tacik dilinin qrammatikasını yazıb.
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasov Seyid Rza Əlizadəni
maarifçi, jurnalist və tərcüməçi
kimi zəngin fəaliyyətindən söz
açıb. S.R.Əlizadənin
1918-1922-ci illərdə Səmərqənddə
Üzeyir Hacıbəylinin
“Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını, “Arşın
mal alan”, “O olmasın,
bu olsun” musiqili komediyalarını,
Hüseyn Cavidin “Şeyx Sənan” və “Şeyda” əsərlərini tamaşaya
hazırladığını, bu əsərlərə quruluş etdiyini və baş rollardan birini ifa etdiyini diqqətə
çatdırıb.
Vurğulanıb ki, o İbn Sina, Nizami Gəncəvi,
Füzuli və digər ədib və şairləri tərcümə edib. “Türküstanın tarixi”,
“İslam tarixi”, Din qanunu” kimi kitablar
yazıb.
Professor Naim Kərimov
Seyid Rza Əlizadənin iki cildlik rusca-tacikcə lüğətin tərtibatçısı
olduğunu, ibtidai sinif şagirdləri üçün coğrafiya,
tarix, riyaziyyat, həndəsə, astronomiya
və ərəb dilinin qrammatikası dərsliklərini hazırladığını
xüsusi olaraq qeyd edib. Bildirilib
ki, görkəmli pedaqoq alimin bilavasitə təşkilatçılığı
ilə 1907-ci ildə Səmərqənddə “Həyat”,
bir il
sonra isə “Yeni həyat” adlı məktəblər
fəaliyyətə başlayıb.
Özbəkistanın Xalq Artisti Nəsibə
Abdullayeva Seyid Rza Əlizadəni “mədəniyyət carçısı”
adlandırıb. Onun Səmərqənddə, ümumən
Türküstanda mədəniyyətin
inkişafındakı müstəsna
xidmətlərindən söhbət
açıb.
Sonra
“XIX əsrin sonu, XX əsrin əvvəllərində
Səmərqənddəki mədəni
mühit və Seyid Rza Əlizadənin
maarifçilik fəaliyyəti”,
“Seyid Rza Əlizadə alim, ədib və tərcüməçi kimi”,
“Seyid Rza Əlizadə - Şərq
mütəfəkkiri”, “Seyid
Rza Əlizadənin jurnalistlik fəaliyyəti”,
“Seyid Rza Əlizadə XX əsrin başlanğıcında Özbəkistan
və Azərbaycanda mədəni inqilabın əsasını qoyanlardan
biri kimi”, “Seyid Rza Əlizadənin
əsərlərinin toplanması
tarixindən” və digər mövzularda məruzələr dinlənilib.
Məruzələrdə bildirilib ki, Seyid Rza Əlizadə
1937-ci ildə repressiyaya
məruz qalıb,
1945-ci ildə həbsxanada
vəfat edib. 1986-cı ildə Fərhad Əlizadə babasının
nəşini çox
çətinliklə Səmərqəndə
gətirərək bu
qədim şəhərdəki
Pəncab qəbiristanlığında
dəfn etdirib.
Universitetin tələbəsi Sardor Mustafayev Seyid Rza Əlizadəyə həsr etdiyi şerini oxuyub. Böyük maarifçinin
nəvəsi Fərhad
Əlizadə babasının
xatirəsinə göstərilən
ehtirama görə təşkilatçılara və
iştirakçılara minnətdarlıq
edib.
Sonda Nəsibə Abdullayeva Azərbaycan və özbək dillərində
mahnılar ifa edib.
Xalq Cəbhəsi.- 2017.- 9 may.-
S.16.