Azərbaycanlıların 1988-1989-cu illərdə deportasiyası

 

 

2-ci yazı

 

İndi “Ermənistan” adlanan əzəli türk torpaqlarından azərbaycanlıların sonuncu deportasiyası 1988-1989-cu illərdə olub. Tarixçi Nazim Mustafanın araşdırmasında bildirilir ki, Ermənistan EA-nın müxbir üzvü, “Qarabağ” hərəkatının liderlərindən olan Rafael Kazaryan 1988-ci il noyabrın 4-də İrəvanda keçirilən mitinqdə demişdi: “Dəstələrin köməyi ilə emiqrasiyanı təmin etmək lazımdır. Bizə bütün onilliklər ərzində ilk dəfə Ermənistanı türklərdən təmizləmək imkanı verilib. Mən bunu bu on aylıq mübarizəmizin ən böyük nailiyyəti hesab edirəm”.

1988-ci il noyabrın ortalarında Ermənistandan Azərbaycana 80 mindən artıq qaçqın pənah gətirmişdi: “Noyabrın 17-də Bakıda “Azadlıq” meydanında keçirilən mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edilmişdi. Ermənistan televiziyası həmin gün Bakıda keçirilən mitinqdən reportajlar göstərərək, həmin qətnamənin tələblərini dəfələrlə efirdə səsləndirmişdi. Noyabrın 22-də Ermənistan SSR Ali Sovetinin azərbaycanlı deputatların iştirakı olmadan növbədənkənar sessiyası çağırılmışdı. Sessiyanın keçirildiyi Opera teatrının binasının qarşısına toplaşan mitinq iştirakçılarının hücumundan sonra Ermənistan rəhbərliyi mitinqçilərin tələbi ilə sessiyanın gedişini dayandırmış, deputatları və rayon rəhbərlərini “qayda-qanunu bərpa etmək” adı altında yerlərə göndərmişdi. Rayon rəhbərlərinə tapşırıq verilmişdi ki, bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını başa çatdırsınlar.

Rusiya tarixçisi Yuri Pompeev 1988-ci ilin payızında azərbaycanlıların Ermənistandan deportasiyasını belə təsvir edir: “Müdafiəsiz, silahsız azərbaycanlıları adətən çılpaq və əliyalın evlərindən qovaraq deyirdilər: “Lənətə gəlmiş türklər, rədd olun Ermənistandan!” Ermənilər noyabrın 25-dən 26-na keçən gecə Kirovakan (indiki Vanadzor) şəhərinə bitişik Şaumyan (əvvəlki adı Vartanlı olmuşdu) kəndə silahlı hücum etmiş, 14 nəfər azərbaycanlını vəhşicəsinə öldürmüş və yandırmışdılar. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə dağlarla, meşələrlə gündüzlər gizlənib yalnız gecələr yol gedərək 13-14 gün ərzində Azərbaycana çatmışdılar.

1988-ci ilin noyabrın 28-də Spitak (Hamamlı) rayonunda da azərbaycanlılara qarşı qırğınlar törədilmişdi. 3 nəfər öldürülmüş, 7 nəfər ağır yaralanmışdı.

1988-ci il dekabrın 7-də Spitak zəlzələsinin baş verməsinədək Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları bütün rayonlarda erməni silahlı dəstələri kütləvi qırğınlar, qətl və qarətlər törətmişdilər. Erməni quldurları Stepanavan (Cəlaloğlu) rayonunun Kuybışev kəndində 3 azərbaycanlını soyuq silahla qətlə yetirmişdilər. Gərgər kəndində isə bir qadını diri-diri yandırmış və meyitini zibilliyə atmışdılar”.

Ermənistan SSR Ali Sovetinin, Nazirlər Sovetinin və KP MK-nın orqanı olanKommunist” qəzetinin 13 dekabr 1988-ci il tarixlı sayında dərc edilən “Fəlakət anı, məsuliyyət anı” məqaləsində yazılırdı: “Qarabağ” komitəsi avantüristlərinin çağırışına millətçilik azarına tutulmuş bir sıra partiya-sovet işçiləri də qoşulmuşlar. Ayrı-ayrı rayonlarda millətlərarası qırğına sürükləyən coşmuş ehtirasları cilovlamaq, vətəndaşları müdafiə etmək, təxribatçıları ifşa etmək əvəzinə, onlar adamların (yəni azərbaycınlıların) kütləvi surətdə çıxarılmasına fitva verdilər. Bu cürmissiya” ilə bəzi “xadimlər” Kirovakanda, Stepanavanda, Artaşatda evləri bir-bir gəzirdilər.” Daha sonra qəzet yazırdı ki, azərbaycanlıların deportasiyasını müəyyən olunmuş müddətdə başa çatdırmaq üçün Kalinin, Spitak, Quqark, Noyemberyan, Krasnoselo, Vardenis, Yağeqnadzor, Əzizbəyov, Ararat, Masis, SisyanMeğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq göstərmişlər: “1988-ci ilin noyabr-dekabr aylarında bir tərəfdən Ermənistanın azərbaycanlılar yaşayan kəndlərinin əhalisi sıxışdırılır, kəndlərə ərzaq göndərilmir, elektrik xətləri kəsilir və silahlı basqınlar edilir, digər tərəfdən kəndləri tərk edən ailələrə yollarda divan tutulur, əmlakları qarət edilir, özləri isə qətlə yetirilirdilər. Ermənistanda milli zəmində baş verən cinayətlərin əksəriyyəti əsasən azərbaycanlı əhalinin öz yaşayış məntəqələrini tərk etməyə məcbur olduqları vaxt baş vermişdi. Ermənistandan Azərbaycana gedən bütün yollar üzərində bir neçə yerdə silahlı quldur dəstələri yerləşdirilmişdi. Quldurların əksəriyyəti milis forması geyərək özbaşına yoxlama-buraxılış məntəqələri yaratmışdı. Onlar bütün maşınları saxlayır, sərnişinlərin sənədlərini yoxlayır və maşında azərbaycanlılar olduğunu müəyyən edən kimi onları maşından düşürür, əmlaklarını boşaldaraq qarət edir, özlərini isə vəhşicəsinə qətlə yetirirdilər.

Həmişə milli ayrıseçkilik siyasəti yürüdən Ermənistan rəhbərliyi zəlzələdən sonra da öz çirkin əməllərini davam etdirmişdi. Zəlzələ zamanı həlak olmuş, ağır yaralanmış, evləri dağılmış azərbaycanlıların taleyinə biganə qalmışdılar. SpitakQuqark rayonlarının rəhbərləri həmin rayonların hərbi komendantlarına təqdim etdikləri siyahıda azərbaycanlı kəndlərinin adlarını siyahıdan çıxarmışdılar ki, guya artıq orada əhali yaşamır. Bununla da onları ərzaq və digər zəruri şeylərlə təmin etməkdən, tibbi yardımdan məhrum etmişdilər.

Müvafiq sənədlər və şahidlərin verdikləri ifadələr əsasında 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyətində tərtib edilmiş siyahıya əsasən, 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olmuşdu. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğub öldürmüşdülər, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak olmuşdular”.

SSRİ Prokurorluğunun məlumatında bildirilirdi ki, 1988-1989-cu illərdə Ermənistan SSR-də milli zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi qaldırılıb, onlardan 283-ü istintaq aidiyyati üzrə Azərbaycana göndərilmişdi. Eyni zamanda, Azərbaycan SSR-dən Ermənistana təhqiqat üçün 138 cinayət işi daxil olmuşdu: “1989-cu il dekabrın 31-nə olan məlumata görə Ermənistanın hüquq-mühafizə orqanlarının icraatında olan bu qəbildən 530 cinayət işindən 200 üzrə cinayət açılmamış və istintaq dayandırılmışdı.

Keçmiş İttifaq orqanları azərbaycanlıların Ermənistandan deportasiyasına seyrçi münasibət göstərdi. Demək olar ki, bütün azərbaycanlılar Ermənistandan qovulduqdan sonra, yəni 1988-ci il dekabrın 6-da Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Vətəndaşların daimi yaşayış yerlərini məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında” qərar qəbul etmişdi. Zəlzələnin vurduğu ziyanları aradan qaldırmaq, iqtisadiyyatı bərpa etmək üçün Ermənistana xeyli miqdarda işçi qüvvəsi lazım idi. Məhz bu məqsədlə də 1989-cu il yanvarın 4-də Ermənistan rəhbərliyinin “xahişi” ilə Azərbaycan rəhbərliyi hər iki respublikanın KP MK-larının, Ali Soveti Rəyasət Heyətlərinin və Nazirlər Sovetlərinin adından daimi yaşayış yerlərinə qayıtmaları üçün qaçqınlara müraciət etmişdi. Ermənistan rəhbərliyi azərbaycanlıların Ermənistana qayıtmasına təminat verilməsi illüziyası yaratmaq məqsədilə 15 dekabr 1988-ci ildə Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 6 dekabr tarixli yuxarıda adı çəkilən qərarının yerinə yetirilməsinin gedişini müzakirə edərək 13 nəfər rəhbər işçini partiya sıralarından xaric etmiş, 68 nəfərə partiya tənbehi vermişdi. Büro həmçinin Quqark rayon Partiya Komitəsinin birinci katibini və İcraiyyə Komitəsinin sədrini işdən azad etməklə kifayətlənmiş, Stepanavanİcevan rayonlarının birinci katiblərinə ciddi töhmət vermiş, adları çəkilən rayonlardan əlavə Yeğeqnadzor, Krasnoselo, Ararat, Masis, Amasiya, Noyemberyan rayonlarında vətəndaşların hüquqlarının pozulması, şantaj və kütləvi iğtişaşlara yol verildiyini qeyd etmişdi. Ermənistan Prokurorluğu isə Sevan, KalininoAbovyan rayonlarının prokurorlarını işdən azad etmişdi. Lakin bütün bu “tədbirlər” azərbaycanlıların tarixi-etnik torpaqlarından faktiki olaraq qovulmalarından sonra həyata keçirilmişdi və azərbaycanlılara heç bir faydası yox idi.

Məhz Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi - Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldular.

1988-ci ilə qədər Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29, 8 min kv.km.) 25 faizini, yaxud təqribən 7,5 min kv. km təşkil edirdi. Ermənistan rəhbərliyi azərbaycanlıların etnik təmizlənməsi aksiyasını başa çatdırdıqdan sonra, onların yaşadıqları kəndlərin adlarını dəyişdirməyə başlayıb. İndiyədək Ermənistanda 700-dən çox azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilib. Hazırda tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövləti yaradılıb”.

 

Uğur

 

Xalq Cəbhəsi.- 2017.- 11 may.- S.13.