Türkmənçay –
1828: tarixi xronika
9-cu yazı
Günortadan
üç saat keçmiş zati-alinizin adına
məktub alaraq mən onun yanından çıxdım. Mirzə Məhəmməd Əli onların adəti
əleyhinə olaraq, zira günəş batanda nahar edirlər,
məni nahara qonaq etdi. Sonra məni öz
çadırında eşik ağası Məmməd
Hüseyn xan qonaq etdi. Diqqət, nəvazişkarlıq
və yaltaqcasına tərifi mənim qarşımda
artıqlaması ilə səpirdilər. Mən
onlarda olmuşdum, onlarla sülh şəraitində
düşmənçilikdə yaşamışdım və
heç zaman nə özümə, nə də digər əcnəbiyə,
bizimlə ittifaqda olan nəcabətli məmura olsa da, belə
qəbul görməmişdim.
Çor
düşərgəsi genişdir, lakin fars
çadırları böyük mənzil tələb edir;
güman edirəm ki, onların burada 7-dən 10 minədək
qoşunu, o cümlədən tam olmayan 4 batalyon sərbazı
var, 10 top gördüm. Vadi geniş deyil, ora girişin solunda dərə
Gərgərə aparır, onu kürdlərlə Həsən
xan, sağda Mərənd yolunu Əli Nağı Mirzə
mühafizə edir, onunla Xoy arasında Abbas Mirzənin
düşərgəsidir. Qaraziədindən qayıdarkən
birinci suyadək 1/2 saat, oradan Çorsun sərhədini müəyyən
edən yüksəkliyədək 3 saat, oradan Arazadək atla
1/2 saat, verstlə Abbas Abaddan 4 yuxarıdır.
Mən fars düşərgəsini
ruhlandırıcı təəssüratla tərk etdim ki,
düşmən müharibə istəmir, bu ona ağır və
dəhşətlidir; təkrar olunan uğursuzluqdan hamıda
ruh düşkünlüyü var, hamı narazıdır. Mənim qarovulumda dayanan sərbazlar şikayət
edirdilər ki, onları yedirtmirlər, Kərimbəy Sultan
onlara sadəcə izah edirdi ki, onların rəisləri
axmaqdır və onlar birlikdə itib-batacaq. Möhkəm
nəzarətə baxmayaraq, süvarilər gəlir və mənim
tərcüməçimdən soruşurdular:
“Sülh tez olacaqmı? Nə
üçün biz onları həyəcanlandırırıq?”
və müharibə onları dəhşətli dərəcədə
boğaza yığıb.
Mənim
səhhətimdən əhval tutmaq üçün Abbas Mirzənin
göndərdiyi Hacı Maqsud Ağaya deyəndə ki, biz ona
knyaz Sisianovun yanında xidmət göstərmiş adam kimi hörmət edirik, şad oldu və î saat bizə xidmət etməyə
hazır olduğunu təklif etdi və onların ordusundakı
çatışmazlıq və nizamsızlıqdan çoxlu
danışdı. Bu adam bizə faydalı
ola bilər; bir də î qaçmayıb, Yermolovun icazəsilə İrana gedib və
hazırda Abbas Mirzənin yanında yavərdir. Mən
bizim Abbasquluya tapşırdım ki, geriyə dönəndə
mənim konvoyumda olan kürdlərlə (irəvanlı
olmayan) danışığa girsin. Onlar
gizli olaraq ondan xahiş etmişdilər ki, rus baş
komandanı onların xanına xoş sözlər yazsın və
onların hamısı î
saat bizim tərəfə keçəcək. Qoşunun əhval-ruhiyyəsi
belədir...
Abbas Mirzə və onun məmurlarının mənimlə
acizanə tonla danışığından aydındır ki,
onlar öz qüvvələrini bizimki ilə müqayisədən
heç də heyran deyillər. Lakin onların indi
sülhü təklif olunan şərtlərlə
alacağını gözləmək mümkün deyil, bunun
üçün qətiyyət lazımdır;
danışıqlarda vaxtı uzatmaq daha çox onlara
xasdır. İndi şah şurasında Allahyar xan və
sərdar ilə qardaşının səsi
üstündür; onlar sülhə qarşı möhkəm
durur və buna görə şəxsi vadaredici səbəblərə
malikdirlər: birinci öz əvvəlki fikrini müdafiə edir
və qorxur ki, iş onun başlıca təhrikçisi
olduğu müharibəyə görə cəzalandırmaya
çatacaq; sərdar və qardaşı İrəvan əyalətinin
bizə güzəşt edilməsilə sərvətlərinin
əhəmiyyətli mənbəyindən məhrum olacaqlar. Nə
vaxt ki, İrəvan süqut edəcək və farslar özlərinin
Azərbaycanın paytaxtında hədələndiklərini
görəcək, əgər hər hansı görünməmiş
vəziyyət onlarda əvvəlki qabalığı
qızışdırmasa, yalnız onda ola
bilsin ki, bizim indi onlara təklif etdiyimiz şərtlərlə
sülh bağlanmasını gözləmək olar.
Lakin mən kənardan bildim ki, onlar Abbasabada qəsd etməyə
hazırlaşırlar. Ola bilsin ki, rəislər ordunu (müxtəlif şayiələrə
görə onlarda 65 mindir, lakin yəqin etmək olar ki, 45 minə
qədərdir) uzun vaxt fəaliyyətsiz saxlamaq istəmirlər,
ona görə ki, onlar qarət halını görmədiklərindən
və hər cür çatışmazlığın
acısını çəkdiklərindən mütləq
dağılışacaqlar.
Saray müşaviri Qriboyedov A.
***
1827-ci il 26 iyul. Abbasabad.
Qriboyedov
Paskeviçə: - (General, mənim missiyam başa
çatdı, daha doğrusu, mənim şahzadə ilə
danışıqlarım nəhayətsiz oldu və mən
getməyi qərara aldım. Mən son dərəcə
yaxşı qəbul olundum, İranda heç vaxt sülh
dövründə də hansı çin verilməsinə
baxmayaraq, qəbul zamanı yad ölkədən olana belə
iltifat göstərilməmişdi. Î dərəcəyə
çatmışdı ki, 22-də (iyul) ober-təşrifatçı
böyük məiyyətlə gəldi və mənə əlahəzrət
imperatriçə - ananın ad günü münasibətilə
şahzadədən təbrik fərmanı təqdim etdi. Bundan başqa hər gün şirniyyat və səhərdən
axşamacan təriflər olur. Əgər
buna ehtiyac olarsa, mən Sizə xüsusi raportda ətraflı
məlumat vermək şərəfinə nail olacağam.
Mənə iki sözlə məlumat verin bilim ki, Mirzə
Saleh haqqında nə əmr edirsiniz? Siz mənə onu gətirməyə
icazə verirsinizmi? 1) İranlılar hökmən 10
aylığa barışıq istəyirlər? 2) Hücumun
onun tərəfindən olduğunu və imperatorun ondan qurban tələb
etməyə hüququ olduğunu, nəhayət, dərk
etmiş şahzadə deyir ki, o, hər şeyə
hazırdır, ancaq bu, Gülüstan müqaviləsindən
sonra bir neçə əyalətin güzəştə
gedilməsinin onda ötəri pərişanlıq, təhqir və
i.a. üçün bəhanə olduğu kimi tamamilə əbəs
yerə edilməsin. O, imperator həzrətlərinə
üzrxahlığını özü yetirməyə yola
düşməyə və belə böyük
hökmdarın ona irəli sürəcəyi bütün
şərtlərlə razılaşmağa hazırdır,
belə halda heç olmazsa birdəfəlik onun iltifat və
himayəsinə inanmağa cəhd edər. O, şəxsən
gedə bilməyəcəyi halda öz yerinə böyük
oğlu Əmirzadəni göndərər. O, Sizə ərz
edir, onun xahişini Peterburqa yetirəsiniz.
Mənim aldığım və onun kimi bu münasibətlə
məktubda, bu təklifdir. Mən barışıq haqqında
danışılan səsim batana qədər apardım, ola bilsin buna görə, mən buna belə pis
nail oldum. Yaxşısı budur Siz Mirzə Saleh barəsində
həll edərkən dünyada yaxşının az olduğunu əvvəldən biləsiniz. Xudahafiz, zati-aliləri. Mən
yuxulayıram, mən Qaraziədində çox xəstə
idim və ali-həzrətin ağıllı əyanları məşvərət
üçün mənim yorğan-döşəyim ətrafına
toplaşmışdılar. Sizin əmriniz nədir? Mən hazırkı vaxtda danışıqların
kəsilməsinin lazımlılığı barədə
düşünürəm.
Mənə icazə verin Mirzə Salehi yanınıza gətirim. Sizə xəbər verməli
çoxlu daha maraqlı şeylər var. Hazırkı dəqiqədə
mən özümüzünkülər içərisində
olduğumdan və özümü Sizə yaxın hiss etdiyimdən
fərəh içərisindəyəm. Mən
general qr. Suxtelenə və Benkendorfa və Obreskova təzimimi
bildirirəm. General, dərin sədaqətli
və canfəşan bəndənizin Sizə bəslədiyi
hörmət və həqiqi məhəbbətinə inamı
qəbul edəsiniz.
Mən bütün gecəni səfərdə
keçirmişəm, fikirlərim tutqundur, ona görə də
adi haldakından daha pis yazıram.
A.Qriboyedov.
***
Qaraziədin danışıqları baş
tutmadığından döyüşlər davam etdirildi. Avqustun 13-də
Alagözün ətəklərində, 17-də isə
Aştarak və Uşaqan kəndləri
yaxınlığındakı döyüşlərdə
ruslar qalib gəldilər. Sentyabrın 20-də
Sərdarabad təslim oldu, 26-da İrəvan qalasının
mühasirəsi başlandı. Oktyabrın
1-də günün sonunda qanlı döyüşdən sonra
İrəvan qalası tutuldu. Abbas Mirzə
İrəvan qalasını köməksiz qoyaraq
Naxçıvana yönəldi.
***
Rus qoşunlarının ilk dəstələri
1826-cı ilin sonlarında Cənubi Azərbaycan torpaqlarına
daxil olmuşdu. 1827-ci il yanvarın əvvəllərində
rus qoşunları Qaradağın mərkəzi Əhəri
tutdu. Paskeviçin Cənubi Azərbaycana
hücumu qadağan etməsinə baxmayaraq, bu
qruplaşmaların komandanı Eristov hücumu davam etdirdi.
Eristov Georgi Şesseyeviç (1760-1863) - gürcü
knyazı, Əlahiddə Qafqaz korpusunun zabiti, general. Eristovun
qadağaya baxmayaraq, Təbrizə yürüşü Ağa
Məhəmməd şah Qacarın Tiflisə hücumunun
qisası kimi də qiymətləndirilir. 1827-ci il oktyabrın 2-də rus qoşunları Mərəndə
daxil oldu, sonra Təbrizə doğru hərəkət etməyə
başladı.
1827-ci il 13 oktyabr. Təbriz. Təbriz qarnizonunun rəisi Allahyar xan müdafiəyə
hazırlaşdı. Təbriz müctəhidi Ağa Mir
Fəttah rusların tərəfinə keçdi və əhalini
ondan nümunə götürməyə
çağırdı...
Ağa Mir Fəttah Təbatəbai (? - 1852)
tanınmış müctəhid Mirzə Yusifin oğlu idi.
Rusların Cənubi Azərbaycana
işğalçı yürüşü zamanı Təbriz
müctəhidi olan Mir Fəttah şəhərin tutulması
və idarəsində Rusiyaya xüsusi xidmət göstərmişdi.
Paskeviçin təklifi və çarın
razılığına əsasən Rusiya təbəəliyinə
qəbul olunmuş, şeyxülislam vəzifəsinə təyin
edilmişdi. Paskeviçin Qafqazı tərk etməsindən
sonra vəzifayə gələn yeni ali məmurların
ona münasibəti gərgin olmuşdu. 1841-ci
ildə Rusiyanı tərk etmiş, çarın fərmanı
ilə 1843-cü ildə təbəəlikdən
çıxarılmışdı. Müctəhidin
taleyi çarizmə sddaqətli xidmdt müqabilində
etimadsızlıq və inamsızlıq göstərilməsinə
əyani örnək kimi göstərilir. Oktyabrın
13-də rus bölükləri Təbrizə daxil oldu. Təbriz tutulduqdan sonra Tehran üzərinə yol
açıldı.
Cənubi Azərbaycan torpaqları ələ
keçirildikdən sonra onun əvvəlki üsul-idarəsi ləğv
olundu. Bu torpaqları idarə etmək məqsədilə
“Azərbaycan (Cənubi - K.Ş.) idarəsi” yaradıldı.
Bu idarəyə general Osten-Saken
başçılıq edirdi.
Osten-Saken Dmitri Yerofeyeviç (1789-1881) - general - adyutant. Ağa Mir Fəttah, Fətəli
xan və başqaları da həmin idarəyə daxil idi. Paskeviçin tapşırığı ilə
Qriboyedov Azərbaycan idarəsinin fəaliyyəti
üçün ümumi qaydalar tərtib elmişdi. Onun tam mətni məlum deyil.
***
İrəvanın və Təbrizin süqutundan sonra
sülh danışıqları yenidən gündəliyə
çıxır. Abbas Mirzə belə bir təkliflə
Paskeviçə müraciət edir. İngilis
diplomatları da danışıqların başlanmasına
çalışır. Səfir Makdonald ilə
Qriboyedovun rusların işğal etdiyi Təbrizdə
görüşü olur. Danışıqlar
barədə razılıq olsa da, ingilislərin vasitəçiliyi
rədd olunur.
Makdonald Con (? - 1830) - 1824-cü ildə İngillərənin
İrandakı işlar vəkili H.Uilloku əvəz
etmişdir. Makdonaldın vaxtında ingilis
missiyası səfirliyə çevrildi və o, 1826-1830-cu illərdə
səfir oldu. Obrezkovun qaimməqamla Qara Məlik
kəndində görüşündə
danışıqların Dehğarğanda aparılması
razılaşdırılır.
Kərim
Şükürov
Tarix üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2017.- 12 may.-
S.14.