Türkmənçay – 1828: tarixi xronika
13-cü yazı
Qeyd. Keçid üçün bu bir illik və
hərəkət etməyən
mülkiyyəti satmaq
üçün beş illik müddət istisnasız olaraq İrandan Rusiyaya, əksinə deyil, keçənlərin
xeyrinə qoyulmuşdu.
Heç yerdə deyilməmişdi və deyilə də bilməzdi ki, biz təbəələrimizi ailələri
və mülkiyyətlərilə
buraxmalıyıq, zira
bütün maddələr
Azərbaycanın işğalına
əsaslanmışdı, bizim
ordumuz daxil olarkən çoxları bizə qulluq etmişdi və onları alçaltmış
və qisasçı
əvvəlki hökumətin
qanunlarının şübhəsi
altında daha qalmaq istəmirdilər.
Mənim
fikrimcə, bu, traktatı şərh etməyin yeganə üsuludur: sakinlərin Rusiyadan İrana köçürülməsi haqqında
isə heç yerdə deyilməyib ki, Rusiya hökuməti
buna dözməlidir. Mən güman edirəm ki, əgər cənab-aliniz bu predmetə bundan sonra necə yanaşmalı olduqları
haqqında bütün
sərhəd rəislərinə
təlimnamə göndərməyə
iltifat etsə, lüzumsuz olmaz. On dördüncü maddə üzrə nəzərdə tutulmuş
məsələlərin həyata
keçirilməsindən çətinlik
özünü tezliklə
göstərdi və onun dəyişdirilməsi
zərurəti ortaya çıxdı.
1842-ci il 12 noyabr.
Peterburq.
Çar I Nikolayın
general Neydqardta reskriptindən:- ... Az əhəmiyyətli
olmayan digər məsələ İranla
sərhəddə sakitliyin
möhkəmləndirilməsi ilə sıx bağlıdır.
Neydqardt
A.İ. - general-adyutant, 1842-1844-cü illərdə Qafqazdakı
rus qoşunlarının
baş komandanı olmuşdu. Onun vəzifəsindən uzaqlaşdırılmasından sonra canişinlik təsis edilmişdi.
Türkmənçay traktatının XIV maddəsi
ilə Rusiya və İran təbəələrinə bir
dövlətdən digərinə
sərbəst keçmək
hüququ verilib. Bu maddəyə tez-tez olduqca geniş məna verilir və sərhəd sakinlərinə bəxş
edilmiş köçmə
azadlığı pislik
üçün istifadə
olunur. Bu narahatlıqdan
yarananların qarşısını
almaq üçün
Tehran sarayı ilə
traktatın XIV maddəsinin
şərtlərinə izahedici
qərar qəbul etmək məqsədilə
danışıqlar başlayıb...
Bu danışıqlar nəticəsində 1844-cü ildə
Rusiya ilə İran arasında konvensiya bağlanmışdı.
Konvensiyaya görə, hər
iki dövlətin təbəələri bundan
sonra, bir dövlətdən o birinə
pasportsuz və rəislərinin formal icazəsi
olmadan keçə bilməzdi; əgər pasportsuz keçmə halı baş versəydi, onda həmin şəxs ən yaxın sərhəd rəisliyinə
və ya öz dövlətinin konsuluna qaytarılmalı idi; hər iki
dövlətin təbəələrinin
sərhədi keçmək
üçün hökumətlərinə
icazə haqqındakı
bütün xahişləri
yerinə yetirməli idi. XIX yüzilin
60-cı, 80-ci illərində iki dövlət arasında sərhədlərin
keçilməsi xeyli
dərəcədə sadələşdirildi.
On beşinci maddə
ilə ermənilərin
köçürülməsi (müqavilədə konkret
deyilməsə də
ümumi razılıq
belə olmuşdu) həyata keçirildi. Qriboyedov yazırdı
ki, müqavilə onlara bunun üçün
tam hüquq verirdi.
Ermənilərin Şimali Azərbaycana,
xüsusən Qarabağ,
İrəvan və Naxçıvana köçürülşməsi
geniş vüsət aldı. Sonuncu, on altıncı maddə müqavilə haqqında yerlərə məlumat verilməsindən,
onun ratifikasiyasından
bəhs edirdi.
***
Rusiya və İran arasında ticarətə dair 9 maddədən ibarət Xüsusi ticarət aktı imzalanmışdı. Müqavilə Qacarlar tərəfindən
iyul ayında ratifikasiya edildi. Fətəli
şahın ratifikasiya
fərmanı rus-türk
müharibəsi zamanı
(1828-1829-cu illər) Axalkalaki
qalasını mühasirə
edən rus ordusunun düşərgəsində
Paskeviçə təqdim
edildi. Bu barədə iyulun 29-da tərtib edilmiş protokolu Paskeviç, Qriboyedov, İran tərəfindən Mirzə
Cəfər imzalamışdı.
* * *
1917-ci il fevralın
27-də Rusiyada Türkmənçay
müqaviləsini bağlamış
Romanovlar sülaləsi
devrildi, Müvəqqəti
hökumət (1917, mart-oktyabr)
quruldu. Yeni hökumət çar
Rusiyasının xarici
siyasət xəttinə
sadiq qaldığını
bildirdi. Əsas dəyişikliklər bolşeviklərin
hakimiyyəti ələ
alması ilə baş verdi.
Bolşeviklər hakimiyyəti
ələ aldıqdan
sonra elan olunmuş dövlət sənədlərində (1917-ci il 26 oktyabr
(8 noyabr) - Sülh haqqında dekret; 20 noyabr (3 dekabr) - Rusiya və Şərqin zəhmətkeş
müsəlmanlarına müraciəti
və s.) xarici siyasətinin ümumi istiqamətləri, î cümlədən
Şərq ölkələrinə
münasibət əksini
tapmışdı. Rusiyanın elan
etdiyi xətlə konkret siyasəti arasında mahiyyət etibarı ilə bəzən kəskin fərqlərin olması belə diqqəti cəlb etmişdi. Sovet Rusiyası çar hökumətinin
1828-ci il Türkmənçay müqaviləsi
ilə Azəbaycan torpaqlarını parçalamasına
etinasız yanaşmışdı.
***
1918-ci il 14 yanvar.
Petroqrad.
Sovet dövlətinin İrana bəyanatından:
- Petroqraddakı İran səfirinə. Vətəndaş Səfir! Mən İran xalqı daxilində 1907-ci il ingilis-rus müqaviləsinin sonrakı taleyinə münasibətdə şübhə mövcud olduğunu əsas götürərək Rusiya Respublikası Sovet Hökuməti adından aşağıdakıları nəzərinizə çatdırmaq şərəfinə nailəm:
Xalq Komissarları Soveti İkinci Ümumrusiya Sovetlər qurultayı tərəfindən 1917-ci il oktyabrın 26-da təsdiq olunmuş beynəlxalq siyasət prinsiplərinə tam uyğun olaraq, 1907-ci il ingilis-rus müqaviləsini İran xalqının azadlıq və müstəqilliyinə qarşı yönəldiyinə görə həmişəlik ləğv olunduğunu elan edir. Xalq Komissarları Soveti tərəfindən, eyni zamanda, İran xalqının azad və müstəqil mövcud olmaq hüququnu hər hansı münasibətdə məhdudlaşdıran və ya əl-qolunu bağlayan, göstəriləndən həm əvvəl, həm də sonrakı bütün müqavilələri etibarsız və hər cür qüvvəsini itirmiş elan edir..."
...İran hökuməti cəmi bir ay sonra - 1918-ci il 14 (27) fevralda (Türkmənçay müqaviləsinin bağlanmasından 90 il sonra - K.Ş.) Rusiya Xalq Komissarları Sovetinin bəyanatına təşəkkürlə cavab verdi və İran hökumətinin xalqların azad razılaşma və qarşılıqlı hörmət prinsipi əsasında yeni müqavilələr, konsul konvensiyaları və digər aktlar bağlamaq üçün danışıqlar apaımağa tam hazır olduğunu bildirdi.
1917-ci ilin oktyabr - 1918-ci ilin may ayı dövründə baş verən hadisələr keçmiş Rusiya imperiyasının cənub ucqarında üç respublikanın yaranması ilə başa çatdı. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında İstiqlaliyyət bəyannaməsi elan edildi.
1918-ci il 28 may. Tiflis. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında İstiqlaliyyət bəyannaməsindən: - Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus ordulan tərəfindən tərkinə mövcud bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlanınn idarəsini bizzad kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti cüzindən çıxıb öz müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü... Buna binaən arai-imümiyyə ilə intixab olunan Azərbaycan Şurayi millileyyi - islamiyyəsi bütün cəmaətə elan ediyor ki:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kibi Cənub və Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan dəxi kamiləlhüquq müstəqil bir dövlətdir... Azərbaycan Xalq Cümhuriyyəti Türkmənçay müqaviləsinə rəsmən münasibət bildirməsə də, respublikanın ərazisinə dair bəyanatda İranla mövcud sərhədlərə toxunulmadığı aydın olur.
1919-cu il iyul. Bakı. Y.V.Çəmənzəminlinin yazdıqlarından: - Biçarə İran rus zərbəsindən göz aça bilmirdi ki, ölkəsinin rahat və tərəqqisinə çalışsın. Çəmənzəminli Yusif Vəzir (1887-1943) - yazıçı, publisist və dövət xadimi. 1897-1909-cu illərdə Şuşa və Bakı realnı məktəblərində ibtidai təhsil almış, 1910-1915-ci illərdə Kiyev universitetinin hüquq fakültəsində oxuyub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə diplomatik işdə çalışıb. 1943-cü ildd repressiyaya məruz qalmışdı.
“Rus yıxıldı. Rus ilə İran arasında Azərbaycan dövləti təşəkkül etdi. Rus qorxusuna qarşı Qafqaz orduları döşlərini sipər edərək durdular və duracaqlardır. İran da asudə nəfəs almağa başladı... Hansı nöqteyi-nəzərdən baxsaq, İranın müstəqil və məsud yaşaması bizə əlverişlidir. Dövlətimizin “Azərbaycan” adlandığı sui-təfəhhümlərə səbəb oldu. Halbuki Təbriz əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortalıqda heç bir məsələ yoxdur...”
***
Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, İran ilk vaxtlar onu tanımaqdan imtina etmiş, Sovet Rusiyasının İranla qeyri-bərabər müqavilələri, î cümlədən Türkmənçayı ləğv etməsindən çıxış edərək 1919-cu ilin əvvəllərində Paris sülh konfransında keçmiş Azərbaycan xanlıqlarının ərazisinə iddia ilə çıxış etmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin səyi nəticəsində İranın mövqeyində dəyişikliklər əmələ gəlmişdi. Azərbaycan Xalq Cümhuriyyəti ilə İran arasında yaxınlaşma 1919-cu il dekabr - 1920-ci il mart arasında Bakıda Azərbaycan-İran danışıqlarının keçirilməsi, 1920-ci il mart ayının 20-də iki dövlət arasında dostluq, teleqraf, ticarət-gömrük və b. sahələrdə müqavilələr bağlanması ilə başa çatdı.
Bütün bunlarla birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin Cənubi Azərbaycana bütövlükdə Azərbaycanın tarixi tərkib hissəsi kimi baxması, orada baş verən hadisələri diqqət mərkəzində saxlaması, Azərbaycanın birliyinin təmin edilməsi fikri olmuşdu. İstər Azərbaycan Xalq Cümhuriyyəti, istərsə də onun devrilməsilə (1920-ci il 28 aprel) qurulmuş Sovet hakimiyyəti ilə eyni dövrdə olmuş, Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Milli hökumət (1920-ci il aprel-sentyabr) zamanı Azərbaycanın birləşdirilməsi üçün müəyyən şərait meydana gəlmişdi.
Xiyabani Şeyx Məhəmməd Hacı Əbdülhəmid oğlu (1879-1920) - 1905-1911-ci illər İran inqilabının iştirakçısı olmuş, Məclisə deputat seçilmişdir (1909-1911). 1920-ci il Təbriz üsyanının rəhbəri olmuş, Milli hökumət təşkil etmişdi. Şah qoşunlarının Təbrizə hücumu zamanı öldürülmüşdü. Görkəmli natiq və publisist kimi də məşhurdur.
Xiyabaninin nitqindən. 1920-ci il,
3 iyul:
- Biz ölkəmizdə milli hökumət qurmaq istəyirik. Azərbaycan çox zərərlər
çəkib, zərbələrə
düçar olub.
O, özgələrdən və
özününkülərdən xəsarət görüb.
O, indi təmir və bərpaya möhtacdır. ... Azərbaycan SSR də İranla rəsmi münasibətlərdə
mövcud olan sərhədlərdən çıxış
edirdi.
Türkmənçay müqaviləsi əvvəlki kimi Rusiya və İran arasındakı münasibətlərin predmeti olaraq qalırdı. Lakin hər iki tərəf buna ehtiyac görmədiyindən onu rəsmən ləğv etmək və yeni münasibətlər qurmaq fikrində idi. Bununla əlaqədar olaraq tərəflər arasında 1921-ci il fevralın 26-da (Türkmənçay müqaviləsindən 93 il sonra - K.Ş.) Moskva müqaviləsi imzalandı.
Kərim Şükürov
tarix üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2017.- 20 may.- S.14.