Türkmənçay – 1828: tarixi xronika

 

Türkmənçay müqaviləsi Azərbaycanın taleyində dərin ağır iz buraxdı

14-cü yazı

1921-ci il 26 fevral. Moskva. RSFSR İran arasında müqavilədən:

...Maddə . Rusiya Sovet hökuməti İran xalqına münasibətdə Rusiyanın siyasətinin əsasları haqqında 1918-ci il 14 yanvar 1919-cu il 26 iyun notalarında ifadə edilmiş öz Bəyannaməsinə uyğun olaraq, fəhlə kəndlilərin iradəsi ilə devrilmiş Rusiyanın imperialist hökumətinin İrana münasibətdə Rusiyanın zorakılıq siyasətindən qəti imtina etməsi haqqında bir daha təntənəli bildirir. Rusiya Sovet hökuməti ona uyğun olaraq İran xalqını müstəqil, çiçəklənən özünün bütün sərvətlərinə azad sərəncam verən görmək arzusu ilə keçmiş çar hökumətinin İranla bağladığı İran xalqının hüquqlarının azaldılmasına gətirmiş bütün traktatları, müqavilələri, konvensiya sazişləri ləğv edilmiş hər cür qüvvəsini itirmiş elan edir...

Maddə 11. Razılığa gələn hər iki Yüksək tərəflər bu Müqavilənin 1-ci maddəsində elan edilmiş prinsiplərin gücünə görə 8-ci maddəsilə İranı Xəzər dənizində donanma saxlamaq hüququndan məhrum edən İran Rusiya arasında 1828-ci il fevralın 10-da Türkmənçayda bağlanmış sülh müqaviləsinin öz qüvvəsini itirməsi mülahizəsindən çıxış edərək bu müqavilənin bağlandığı vaxtdan onların Xəzər dənizində öz bayraqları altında azad üzmək hüququndan bərabər dərəcədə istifadə etməyə razıdırlar..."

Müqaviləni RSFSR tərəfindən Georgi Çiçeriıı, İran tərəfindən Müşaverəl Məmalek imzalayıb. RSFSR hökuməti müqaviləni 1921-ci il martın 20-də ratifikasiya etmiş, ratifikasiya fərmanları 1922-ci il fevralın 26-da Tehranda mübadilə olunmuşdu.

Beləliklə, 1828-ci il Türkmənçay müqaviləsi, əsasən 90 il, rəsmi müqavilə ilə 93 il mövcud olduqdan sonra ləğv edildi.

Bu zaman da məsələlər Rusiya İran arasında həll edildi. Azərbaycanın taleyi nəzərə alınmadı.

 

Türkmənçayın övladları - Ermənilər: “Rus otunu yemək, İran çörəyini yeməkdən daha yaxşıdır

 

Tarix göstərir ki, Azərbaycanın əleyhinə varsa, erməninin xeyrinə olub, erməni isə harada hansı sahədə olmasından asılı olmayaraq əldə etdiyi hər bir uğuru Azərbaycana qarşı yönəldib. Türkmənçay müqaviləsindən ən çox udan ermənilər oldu, hətta demək olar ki, ermənilər bir xalq kimi Türkmənçayın övladlarıdır. Ermənilərin Şimali Azərbaycana köçürülməsindən bəhs edən müəlliflərin hamısının təkrar etdiyiRus otunu yemək, İran çörəyini yeməkdən daha yaxşıdırifadəsi çox mətləblərin həlli üçün mühüm formuladır. Təəssüf ki, İranda bu məsələyə lazımi diqqət yetirilmir.

Türkmənçayadək ermənilər vətənsiz olub, dünyanın müxtəlif ölkələrinə səpələnmişdilər. Onları yalnız din birləşdirirdi bu xristian həmrəyliyi ilə problemlərini həll etməyə çalışırdılar. İsrail Ori (1658-1711) ermənilərin diqqətini Rusiyaya yönəldə bildi bu müraciətlər sistemli şəkil aldı. Bu, cənuba üz tutan I Pyotrun siyasətinə uyğun gəldi. Onun 1722-ci ildə Xəzərsahili torpaqlara işğalçı yürüşü ermənilərin mövqeyini möhkəmləndirdi. Çarın 1724-cü il 10 noyabr fərmanı ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilməsinə təkan verdi. Lakin Rusiya bölgədə mövqeyini uzun müddət saxlaya bilmədi. Buna baxmayaraq erməniideoloqlarıAzərbaycan torpaqlarında erməni dövləti yaratmaq iddialarını davam etdirirdilər. Onların erməni dövləti yaratmaq layihələri hiyləgər məzmunu konyuktur xarakteri ilə diqqəti cəlb edir. Bir layihəyə görə, II İraklinin başçılığı ilə erməni-gürcü birləşdirilmiş dövləti yaradılmalı idi (1761, İosif Emin), digər layihəyə görə, Rusiyanın himayəsi altında məliklərdən birinin başçılığı ilə erməni dövləti qurulmalı idi (1769, Movses Səfərov). İ.Arqutinski-İ.LazarevinŞimal proqramıerməni dövlətinə knyaz Q.Potyomkinin başçılığını nəzərdə tuturdu s.

Rusiyanın XIX yüzilin başlanğıcından Cənubi Qafqazı ilhaqdan ötəri atdığı praktik addımlar ermənilər üçün əlverişli şərait yaratdı. Türkmənçay isə bunun kulminasiyası oldu. Tarixi xronikadan aydın olan bəzi nəticələrə diqqət yetirək:

- Çarizmin Cənubi Qafqazda işğalçı fəaliyyəti ermənilərin Azərbaycan torpaqları əsasında dövlət qurmaq iddiasını fəallaşdırdı, Rusiyanın yaxından köməyi ilə bu iddianın reallaşmasına çalışan yeni erməniideoloqları”, hərbçiləri, məmur dəstəsi yetişdirildi. Onlar Türkmənçayla kifayətlənməyərək sonralar da məkrli əməllərini davam etdirmiş, azərbaycanlılara qarşı soyqırımların təşkilatçıları olmuşdular;

- Ermənilər köçürüldükləri Şimali Azərbaycan torpaqlarında mərkəzləşmiş, Azərbaycanın hesabına millət kimi konsolidasiya olmuş, bu imkanları Azərbaycan və Türkiyəyə qarşı yeni iddialara çevirmişlər;

- Təxmini hesablamalara görə, ermənilərin köçürülməsi İrana, əsasən Cənubi Azərbaycana 32 mln. manat ziyan vurmuş, bunun bütün ağırlığı yerli əhalinin üzərinə düşmüş, vəziyyəti kəskin şəkildə pisləşmişdi. Köçürülmə Şimali Azərbaycanda da azərbaycanlıların ən məhsuldar torpaqlarının əllərindən çıxması ilə nəticələnmişdi. Köçürmənin xərcləri də, demək olar ki, Azərbaycan hesabına həyata keçirilmişdi...

Rusiya-İran Türkmənçay müqaviləsindən kifayət qədər bəhrələnən ermənilər müasir dövrdə ermənipərəst qüvvələrin yaxından köməyi ilə işğal etdikləri Azərbaycan torpaqlarını yenidən bölüşdürən öz Türkmənçayına nail olmaq istəyir. Bu mümkünsüzdür...

Ermənilərdən fərqli olaraq Türkmənçay Azərbaycanın taleyində dərin və ağır iz buraxdı. Tarix boyu Azərbaycanın torpaqları uğrunda amansız mübarizələr olub, hətta onun bölüşdürülməsi də baş verib. Lakin xalq onun nəticələrini aradan qaldırmağa nail ola bilmişdi. Türkmənçay isə Azərbaycan xalqını regionda olduqca mürəkkəb və ziddiyyətli, beynəlxalq aləmdə isə kəskin dəyişikliklər və tərəqqi dövründə yaxaladı: Azərbaycan torpaqları bölüşdürüldü. Bu, Azərbaycana misilsiz çətinliklər və faciələr gətirdi... Azərbaycan xalqı bütün bunların qarşısında baş əymədi, öz varlığını qoruyub saxladı. Ərazi birliyinin pozulmasına baxmayaraq vahid millət kimi təşəkkül tapdı...

 

 

Kərim Şükürov

Tarix üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2017.- 23 may.- S.14.