Səməd Mənsurun poeziyası

 

Mayın 24-də Mədəniyyət Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Əməkdar Elm Xadimi, akademik Nizami Cəfərovun böyük Azərbaycan şairi Səməd Mənsurun yaradıcılığına həsr olunmuşSəməd Mənsurun poeziyasıkitabının təqdimat mərasimi keçirilib. Tədbir Xalq Artisti Nurəddin Mehdixanlının ifasında Səməd MənsurunHəpsi rəngdirşeiri ilə başlayıb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Nizami Cəfərovun yaradıcılığına nəzər salaraq unudulmuş, az tədqiq olunmuş, vətənin, xalqın tərəqqisi naminə təmənnasız xidmətlər göstərmiş elm, ədəbiyyat, incəsənət xadimləri haqqında dəyərli kitablar yazıb, gənc nəslə təbliğ etdiyini söyləyib. Beləunudulmuşşairlərdən biri olan Səməd Mənsurun yaradıcılığının tənqidi istiqamətli, üsyankar, həqiqətsevər poeziya kimi seçildiyini, açıq düşüncəli, həyata açıq, müstəqil baxışlı şair olduğunu bildirib. Bu gün oxuculara təqdim edilən kitabda görkəmli şairin həyat yaradıcılığının müxtəlif dövrlər üzrə tədqiq edildiyini, kitabın tədqiqatçılar üçün əsl töhfə olduğunu deyib.

KitabınÖn sözmüəllifi, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Nizami Cəfərovun Səməd Mənsur irsinə belə toplu baxışını, şairin zəngin poeziyasını müxtəlif dövrlər, üslublar üzrə təsnif etməsini, haqqında daha əvvəl yazılanlara nəzər salıb dəyərləndirməsini ədəbiyyat tariximizə qayğısı kimi qiymətləndirib.

Təqdimat mərasimində AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, professorlar Qəzənfər Paşayev, Buludxan Xəlilov, Şirindil Alışanlı, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı-dramaturq Afaq Məsud, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, Səməd Mənsurun yaradıcılıq yolunun tədqiqatçısı Yadigar Əsgərova çıxış edərək şairin istər çar dövründə, istər Azərbaycan Xalq Cümhuriyyəti, istərsə sovetlər dönəmində rastlaşdığı nöqsanlara, neqativ hallara, zülmə, cəhalətə, avamlığa qarşı laqeyd qala bilmədiyini, həmişə kəskin mübarizə apardığını bildiriblər. Şairin özünəməxsus bədii üslubu, kəsərli tənqidi, ictimai həyata fəal, cəsarətli müdaxiləsi ilə tanınan sənətkarlardan olduğunu, romantik realist üslubda yazdığı çoxsaylı əsərlərdə sərt satirik başlanğıcın, tənqidi yanaşmanın, milli bəlalarımızın müstəqim üsulla ifasının şairin yaradıcılığında ön plana çəkildiyini bildiriblər.

Kitabın müəllifi Nizami Cəfərov Səməd Mənsur poeziyasının ən mühüm məziyyətlərdən biri iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi aktuallıq kəsb edən ən müxtəlif mövzulara müraciət etməsi, milləti, cəmiyyəti narahat edən problemlər üzərində dayanması, onların vaxtında həlli üçün yüksək vətəndaş məsuliyyəti ilə düzgün çıxış yolları arayıb axtarması olduğunu söyləyib. Sonda şairin ailəsi adından mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək kitabın ərsəyə gəlib, təqdim olunmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Tədbir iştirakçıları görkəmli şairin həyat və yaradıcılığını özündə əks etdirən “Görkəmli Azərbaycan şairi Səməd Mənsur” adlı geniş kitab sərgisi ilə tanış olublar.

 

Xalq Cəbhəsi.- 2017.- 25 may.- S.16.