Ermənilərin şovinist
siyasətini hər addımda ifşa etməliyik
XIX əsr rus qafqazşünası İ.Şopen: “Ermənilər
gəlmədirlər. Onlar
friqiyalıların və
ioniyalıların bir
qolu olub, Anadolu dağlarının
şimal vadisinə gəliblər”
Dünyada erməni yalanları artıb. İnsani dəyərlərdən uzaq, heç bir bəşəri dəyər yaratmayan, xarakteri satqınlıqdan və minüzlükdən
yoğrulmuş ermənilər
dünyanı ardıcıl
yalanlarına inandırmaqla
özlərinə hər
kəsdən qayğı
umurlar. Onların yalan tarix quraşdırmaqla yanaşı
bu cəfəngiyyatı
dünyaya sırımaları
da paralel davam edir. Ancaq yalanla var olmaq
mümkün deyil.
Tarix elmləri doktoru R.Hüseynzadənin
araşdırmasında haqlı
olaraq belə bir sual qoyulur:
"Sual olunur: nə üçün gürcüşünaslar “Gürcüstan
tarixi”, azərbaycanşünaslar
“Azərbaycan tarixi”, ermənişünaslar isə
“Erməni xalqının
tarixi”ndən yazırlar?
Başqa
sözlə desək,
nə üçün
onlar öz ölkələrinin deyil,
etnoslarının tarixini
yazmağa üstünlük
verirlər? (Erməni xalqının tarixi. Yerevan, 1951; Yenə
həmin adda ali məktəblər
üçün dərs
vəsaiti. Yerevan, 1980).
Üstəlik bu tarixə poetik-mifoloji başlıqda müqəddimə
də yazırlar: “Haykın törəmələri”
(müəlliflər – Sərkisyan
Q., Xudaverdyan K., Yüzbaşyan
K., Yerevan, 1998). Məsələnin mahiyyəti görünür,
ondadır ki, gürcülər və azərbaycanlılar tarixi vətənlərinin harada
olduğuna əmindirlər:
bu, tarixən onların əcdadlarının
– Qafqaz avtoxtonlarının
yaşadıqları etnik
ərazidir.
Ermənilər isə daha doğrusu, onların müəyyən bir hissəsi, nisbətən kompakt halda ermənişünasların
“Şərqi Ermənistan”
adlandırdıqları, amma
daha doğrusu “Qafqaz Ermənistanı” adlandırılan ərazidə
yaşayır. Buraya, Cənubi
Qafqazın Azərbaycan
xanlıqlarına onlar
XIX əsrdə və
XX əsrin əvvəllərində
qonşu Osmanlı imperiyası və İrandan miqrasiya etmişdilər. Erməni xalqının
tarixi, istənilən
digər etnosun tarixi kimi, müxtəlif
səciyyəli sarsıntılarla
doludur. O mühüm
tarixi-siyasi, ərazi-demoqrafik,
ermənilərin əcdadlarının
Qərbdən Şərqə,
yəni Avropadan Asiyaya çoxəsrlik və dəfələrlə
miqrasiyasına dair aspektləri əhatə edir. Daha konkret desək,
miqrasiya proseslərinin
əvvəlində Balkanlardakı
tarixi Frakiya vilayətindən Kiçik
Asiya ilə Qafqaza miqrasiyasını.
Ermənişünaslığın korifeylərinin, eləcə də sonradan dəfələrlə təkrar nəşr olunan “Erməni xalqının tarixi”nin müəllifləri XIX əsrdən etibarən yazırdılar ki, e.ə.VIII əsrdə Balkanlarda, Frakiyada Qədim Misir etnik nomenklaturasında “dəniz xalqları”ndan biri olan kimmerlilər peyda oldu. Onlar burada ermənilərin əcdadları ilə əlaqə yaradaraq, onları özləri ilə Şərqə – Kiçik Asiyaya aparırlar (Адонц Н. Армения. – Новый энциклопедический словарь Брокгауза-Ефрона. С-Петербург, 1912, том 3; Абегян М. История древнеармянской литературы. Ереван, 1975, с.12-14; любое издание «Истории армянского народа», вышедшее в свет до распада в 1991 году).
Arayış üçün qeyd edək: geniş ərazidə məskunlaşan kimmerlilər şərqdə skiflər tərəfindən sıxışdırıldıqda Balkanlar vasitəsilə Kiçik Asiyaya köçüblər, erməni alimlərinin söylədikləri kimi, özləri ilə “Haykın törəmələri”ni, yəni ermənilərin əcdadlarını da gətiriblər. Ermənilərin uzaq əcdadlarının bu ilk miqrasiyasında onlar Fraqiyada – Kiçik Asiyanın tarixi vilayətində peyda olublar. E.ə. V əsr Qədim Yunanıstan alimi olan “Tarixin atası”, özü də Kiçik Asiyadan olan Herodot bildirir ki, ermənilər buraya qərbdən gəliblər və friqiyalıların nəslindəndilər. (Геродот. История в девяти книгах. I:180, 194; III:93; V:49,52; VII:73).
XIX əsr rus qafqazşünası İ.Şopen bu versiyanı təsdiqləyərək qeyd edirdi: “Ermənilər mahiyyət etibarilə gəlmədirlər. Onlar friqiyalıların və ioniyalıların bir qolu olub, Anadolu dağlarının şimal vadisinə gəlmədirlər” (Шопен И. Новые заметки на древнюю историю Кавказа и его обитателей. С.-Петербург, 1896, с.26). XX əsrin tanınmış ermənişünası Q.A.Kapansyan yazır: “Ermənilərin vətəni” - Xayasa-Asiya onların Balkanlardan miqrasiyasından sonra Kiçik Asiyada yerləşir” (Капанцян Г.А. Хаяса-колыбель армян. Этногенез армян и их начальная история. Ереван, 1947, с. 240, 242). Görkəmli rus alimi-şərqşünas İ.M.Dyakonov həmçinin bu fikrə gəlib ki, qədim erməni dili (qrabar) – friqiya dilidir. Ermənilər – friqiyalıların bir hissəsidir (Дьяконов И.М. Предыстория армянского народа. Ереван, 1968, с.202-203, 212)".
Nicat Cəmilzadə bildirir ki, Sovet hakimiyyətinin son illərində erməni-türk münasibətlərinin kəskinləşdiyi və soydaşlarımızın öz yurdlarından didərgin salındığı bir vaxtda tarixçilərimiz bu məsələyə öz münasibətlərini bildirdilər. Bunlardan biri X.D.Xəlilov idi ki, o da məsələyə münasibətini “Qarabağın etnik tarixindən” adlı əsərində bildirir. İlk öncə o, Qarbağın tərkibinə daxil olan tarixi etnoqrafik vilayətləri sadalayır. Kiçik Qafqaz dağları, Kür-Araz ovalığı, Kürlə-Arazın qovuşduğu yerdən vilayətin cənub sərhədi başlayır, cənubda Araz çayı, Qarabağ dağları – Keşbek, Solvart, Erekli adı ilə məşhur olan və Göyçə gölünə qədər uzanan dağlar, Şərqdə isə Kür və Goran çayları, bütün bunlar sərhədlərdir.
Müəllif göstərir ki, Qarabağda 17 türk mahalı yerləşirdi: Sisyan, Dəmirçi-Aslanlı, Küparə, Bərgüşad, Bəhabyurd, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləbörd, Xırdapara-Dizaq, Otuzik, İyirmi dörd, Qaraçaorlu, Vərənd, Dizaq, Acan. Bir neçə kəndləri nəzərə almasaq, 12 mahalda yalnız azərbaycanlılar yaşayırdı. Dizaq, Vərənd, Xaçın, Çiləbörd, Talış mahallarında azərbaycanlılar və ermənilər bir yerdə yaşayırdılar. Çarizmin müstəmləkəçilik planlarından bəhs edərkən müəllif qeyd edir ki, çarizm hər hansı bir yeri tutanda xalqları bir-birinə qarşı qoyurdu. O cümlədən çarizm azərbaycanlılara qarşı ermənilərdən istifadə etdi. Çar ordusunun komandiri Sisianov 1805-ci il 22 may 19 nömrəli raportunda yazırdı ki, öz coğrafi mövqeyinə görə Qarabağ həm Azərbaycanın, həm də İranın qapısı hesab olunur, ona görə də o, məsləhət görürdü ki, Çar bu yerləri öz əlində saxlasın. Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi Sisianov öz mövqelərini möhkəmləndirmək üçün Zaqafqaziyanın başqa yerlərindən olan erməniləri Qarabağa köçürdü”
18 oktyabr 1991-ci ildə Azərbaycan özünün müstəqilliyini elan etdi. Buna baxmayaraq, bu dövlətçiliyimizin ilk addımları çox gərgin şəraitdə keçdi. 1988-ci ildən başlayan qarşıdurma nəticəsində qonşularımız yenidən ərazi iddiaları ilə çıxış etdilər. Sovetlər dövründən başlayaraq xalqımıza qarşı 1905-ci il, 1918-ci il hadisələrini törədənlərin etdikləri vəhşiliklər unuduldu. Məhz bu unutqanlığımızı nəzərə alaraq, müstəqillik qazandıqdan sonra bütün erməni məsələsinə dair əsərlər yazıldı. Əsrin əvvəllərində yazılmış, lakin çap olunmamış 1905-1906-cı illər hadisələrini işıqlandıran əsərlər yenidən nəşr edildi. Bunlara Mir Möhsüm Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” və Məmməd Səid Ordubadinin “Qanlı illər” əsərini misal göstərmək olar".
F.Əsədov və S.Kərimova “Çarizmi Azərbaycana gətirənlər” əsərində ermənilərin köçürülməsinə hazırlıq barəsində yazılır: "Sülh danışıqları ərəfəsində Paskeviç İranda olarkən ermənipərəst siyasətinə ciddi şəkildə əməl edildi. Hər yerdə onu erməni keşişləri Nerses, Stefan, habelə ailəyə yaxın olan Sarkis müşayiət edirdi. Ermənilərin köçürülməsi məqsədilə Paskeviç ermənilərdən ibarət xüsusi komitə təşkil etdi. Komitəyə milliyətcə erməni olan Qriqori Davudoviç Lazarev rəhbərlik edirdi. 1828-ci ildə Qarabağ, Şəki, Naxçıvan, İrəvan və Şamaxıdan başqa Bərdəyə 1012 erməni ailəsi köçürüldü. Lazarev ermənilərin İrəvanda yerləşdirilməsinə daha çox çalışırdı, çünki burada ermənilər sayca az idi. Lazarev isə bundan narahat idi. İrəvanda əhalinin 95%-i azərbaycanlı olduğundan bu çox təşviş doğururdu. Paskeviçin əmrinə əsasən İrəvanda Bebudovun başçılıq etdiyi və köçürülməsi ilə bağlı komitə yaradıldı. “1828-ci ilin may ayında Qarabağa 279 ailə, İrəvana isə 948 ailə köçürülmüşdü.”
1988-ci ilidən xalqımızın başına gətirilən müsibətlərdən sonra artıq erməni məsələsi ilə bağlı məsələlər dövlət səviyyəsində araşdırılmağa başladı. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları buna bir işarədir. Son illərdə həmişə olduğu kimi xarici ölkələrdə erməni diasporası o qədər geniş surətdə fəaliyyət göstərir ki, onların bu məqsədyönlü fəaliyyəti nəticəsində hələ də Azərbaycan həqiqətləri tanınmır. Fransa, Rusiya və bu kimi digər dövlətlərin ermənilərin “uydurma soyqırımı”nı tanıması, bu istiqamətdə Azərbaycan tarixçilərinin işini aktuallaşdırır. Baxmayaraq ki, ermənilərin ərazimizdə yerləşdirilməsi, xüsusilə də azərbaycanlıların öz yurd-yuvalarından deportasiya edilməsi haqqında müstəqil Azərbaycan tarixşünaslığında kifayət qədər əsərlər var, ermənilərin şovinist və uydurma siyasətini ifşa etmək üçün bu məsələlərin həlli yolunda atılan hər bir addım azdır. Nə qədər ki, müstəqil Azərbaycan dövlətçiliyi var, ermənilərin iyrənc siyasətinin nədən ibarət olduğunu dünya ölkələri daha aydın görəcəklər.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2017.- 14 noyabr.-
S.13.