“Ədəbi mühitimizdə istedadlı
gənclər yetişir”
Xəzangül
Hüseynova: “Hər bir dövrü ayrıca olaraq
özündə əks etdirən mükəmməl əsərlər
yaranmalıdır”
Ulu Şeyx Nizami yurdu olan qədim Gəncəmdə bir
şairə yaşayıb, yaradır. Mən onun
yaradıcılığı ilə dövrü mətbuatdan,
eləçə də cap olunan kitablarından tanışam.
Həmsöhbətimin hər bir misrası
mübadiləsiz olaraq deməyə əsas verir ki, o, poeziya aləminə
təsadüfən gəlməyib. Həqiqətəndə
onun hər bir misrasında öz müasirlərinə deməyə
sözü var. Sözsüz ki, onun fikirlərində olan təbilik,
hər bir ifadəni sərrast, daha cəsarətli
yığcam olaraq catdırma qabiliyyəti şeirlərini
daha məzmunlu və məntiqli edir. Bu
baxımdan da onun misralarını oxumaq daha xoşdur. Şairə-dramaturq, Azərbaycan Yazıcılar
Birliyi Gəncə Bölməsinin sədri Xəzangül
xanım 9 kitab müəllifidir. Türkiyə
Avrasiya Yazarlar Birliyinin üzvü, Beynəlxalq Rəsul Rza
mükafatçısıdır. Beləliklə,
şairə-dramaturq Xəzangül Hüseynovanın “Trend”ə
müsahibəsini təqdim edirik.
- Gəlin
elə söhbətimizə
yaradıcılığınızdan başlayaq. Yeni nə
üzərində işləyirsiniz ?
- Bilirsiz
bu şairlik, yaradıcılıq elə bir şeydir ki, bu
planla olmur, yəni fikirləşmirsən ki, bu gün nə
yazmalıyam. Təbii ki, yarımcıq qalan əsərlər
olanda deyirsən ki, bunu tamamlamalıyam. Bu
gün belə yarımçıq əsərim var, teatr
üçün dram əsəri. Onun
haqqında fikirləşirəm. Ançaq
hərdən görürsən ki, fikrində aydın olan məsələlər
nədənsə birdən-birə mürəkkəbləşir.
Nədənsə düşünürsən
ki, bu yolu düzgün tutmamışam. Problemlərin,
düşünçələrin dərinliyinə enə
bilməmişəm. Mən nə edim ki,
bunu burada göstərim. Bax bu zaman görürsən ki,
bir az cətinlik yaranır. Fikirləşirəm
ki, neçə edim ki, mən istəyən kimi bu əsər
alınsın. Belə olan zaman isə
keçirəm gündəlik şeirlərin
yazılmasına. Daha çox hansı
mövzu məni narahat edirsə onun axtarışında
oluram. Şeir yazanda bir azca da olsa dincəlirəm.
Ürəyimdə olan fikirlərin bir qismini də
olsa bir və ya iki misrada deyə bilirəm.
- Şeirlərinizdə sevgi, məhəbbət,
ağrılı-acılı iztirablar, dövrün obyektiv və
subyektiv problemləri. Bunlar sizin
yaradıçılığınıza daha çox
yaxındır. Bəs elə bir mövzu varmı ki, onu
hələ yazmamısız ?
- Nə qədər
yaşayırıq və ətraf aləmlə təmasdayıq
mütləq mövzular alınır, şüuraltı
zehnimizə diqtə olunur və bizi yenə də poeziya aləminə
qovuşdurur. Bu gün o qədər mövzular
var ki, mən onlara yaxınlaşa bilmirəm. Bu dəqiqə bir yarımçıq qalan şerim
var dörd gündür ki, onu tamamlamaq istəyirəm. Adətən mən şeiri bir günə
tamamlayıram. Çünki elə bir
mövzuya toxunuram ki, o mövzu real həyatımızda hələ
mövcud deyil və bu üzdən də nəticəsini ala
bilmirəm. Mövzu etibarı ilə deyə
bilərəm ki, məqsədim var, ancaq nəticəm yoxdur.
Onun üzərində calışıram.
Bir də vallah, bu şeir elə bir şeydir ki,
poetik duyum və fikir ani olaraq yaranır. Özü
istər-istəməz səni cağırır ki, məni
yaz, vərəqə köçür. Düzdür,
çox zaman bu poeziya aləmini,
yaradıçılğı bir möcüzə
adlandırırlar. Çox zaman da istəyirsən
ki, bu möcüzədən kənar qacasan. Ançaq artıq bu səndə varsa da
mümkün deyil. Çünki sən
bilavasitə onunla yaşayırsan. İki-üç
gün heç nə yazmadıqda sanki bir boşluğa
düşürsən. Fikirlərini misralara
cevirdikcə görürsən ki, bir rahatlıq, məğrurluq
və böyük bir məhəbbət yaranır. Çox zaman da poetik dünyanın havasına qərq
olduqca mənəvi bir ruh dincliyi tapırsan. Yaradıcı insanlar hər zaman gələçəyi
qabaqlaya bilirlər. Olur ki, çox zaman
düşündüklərin bir müddət sonra zamanın
reallığına cevrilir. Çox zaman
yaradıcı şəxslərin zamandan əbədiyyətə
çıxış yolu olmur. Hər zaman
bu əbədiyyət qazanan şairlər,
yazıçılar, rəssamlar haqqında fikirləşirəm
ki, biz hələ onları təhlil edib kəşf edə
bilməmişik. Bax çox zaman da bu tip mövzuları
yazmaq istəyirəm.
- Mənim
üçün maraqlıdır ki, Xəzangül xanım
neçə oldu poeziyaya gəldi və poeziyamızın Xəzangülü
oldu?
- Mən
özüm kənd yerində doğulmuşam. Gürcüstanın
Borçalı qəzasının Qırıxlı kəndində.
O kəndin bütün təbiəti, sadəliyi, zəhmətkeş
insanları içərisində boya-başa catmışam. Hələ orta məktəbə belə getmirdim.
Hər zaman küləyin uğultusu məndə
çox qəribə bir duyğular oyadırdı. Çox zaman istəyirdim ki, hətta gecələri
eyvanda yatım, göyə, aya, ulduzlara baxım. Onlara uşaq dünyamda o qədər böyük
maraq vardı ki, həmin anda seyr etdikcə bir də yaman
çox mahnı oxumaq istəyirdim. O zaman özüm də
bilmədən mənə tanış
olmayan misraları mahnıya cevirib oxuyurdum. Kənd
məktəbi idi və sinfimizdə cəmi 10-12 uşaq
olardı. Sinifdə belə ədəbi aləmdən
söhbət düşəndə, şair və
yazıçılarımızdan danışılanda istər-istəməz
xəyal aləmimdə onlarla görüşürdüm.
Mən onların təsiri altına elə
düşürdüm ki, bir də görürdüm şeir
yazıram.
- Xəzangül
xanım, ilk şeiriniz yadınızdadırmı
?
- İlk şeirim. Əgər şeir demək mümkün olarsa (üzündə çox qəribə bir təbəssüm yaranır və gözləri gülür, danışmağa davam edir – A.B). O vaxt ki, Yuri Qaqarin kosmosa çıxmışdı. O zaman dəqiq xatırlamıram ya altı ya da ki, yeddinci sinifdə oxuyurdum. “Eşq olsun sənə, Yuri Qaqarin” adlı bir şeir yazmışdım (yenə də gülür – A.B). O şeiri tamamilə gizlətmişəm. Ondan sonra başlamışam şeir yazmağa. Gizli saxlamışam şeir yazmağımı. Evdən də, ailədən də. Ailə üzvlərimdən atam, anam hətta qardaşlarım belə bilməyib ki, mən şeir yazıram. Eləçə də Gəncəyə gələndən sonra həyat qurduğum ailədən, həyat yoldaşımdan belə gizlətmişəm şeirlərimi.
- Səbəb nə idi ?
- Mənə elə gəlirdi ki, bu şeir yazmaq, şairlik elə bir böyük zirvədir ki, mən ora addım ata bilmərəm. Qorxurdum. Qorxurdum ki, o zirvədən büdrəyib yıxılram. İnanmırdım ki, bu yolu sona kimi davam edə bilərəm. Bu inamı tapmaqda kim mənə kömək oldu? Heç bilirsiz ? Allah rəhmət etsin. Elə sizin ailənin üzvü olub. Mən çalışdığım 43 saylı orta məktəbdə Züleyxa müəllimə vardı. Hərdən olurdu ki, o mənə ərizə yazdırırdı. Bir gün Züleyxa müəllimə mənə dedi ki, yox bu cümlələrin mənə deyir ki, səndə nəsə qeyri bir adilik var. Başladı məni aldilə tutmağa. Mən də buna ürəyimi acıb dedim ki, hə, hərdən olur ki, şeir yazıram. Ançaq üzə cıxarmıram. Xahiş etdi ki, o dəftərini ver oxuyum. Bir necə gündən sonra Züleyxa müəllimə o şeirlər dəftərimi məndən aldı. O zamanlar “Kirovabad kommunisti” indiki “Gəncənin səsi” qəzeti nəşr olunurdu. Bir gün bacımın həyat yoldaşı əlində bir qəzet gəldi bizə ki, bir şeir cıxıb altında imza Xəzangül yazılıb. O zamalarda da Xəzangül adı çox nadir adlardan idi. Hamı bir-birinin üzünə baxdı. Mən tez qəzeti götürüb baxanda gördüm ki, bu mənim “Bahardır” şeirimdir. O zamanlar yoldaşımın çox ciddi xarakterli birisi olduğundan da ehtiyat edirdim ki, bəlkə heç onun da xoşuna gəlməyəçək. Qorxa-qorxa yoldaşımın üzünə baxdım və titrək səslə dedim ki; “Mənim şeirimdir. Züleyxa edib bunu, mən xəbərsizəm”. Yoldaşımın üzündə bir təbəssüm yarandı. “Yaxşı, yazırsan bəs bizdən niyə gizlədirsən”- dedi. Bax bundan sonra mən poeziya aləminə qədəm qoymaq arzumu reallaşdıra bildim.
- Gəncə Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulan dövrün çox aktual bir mövzusunu özündə əhatə edən “Məhəbbətin qənimi” adlı pyesin müəllifisiz. Ailə, məişət problemlərinin aktuallığını özündə göstərən pyeslərin yazılmasına bu gün də ehtiyac var. Ancaq nədənsə mənə elə gəlir ki, pyesləri çox geç yazırsız.
- Düz deyirsiz geç yazıram pyesləri. Söhbətimizdə də qeyd etdim. Bir əsər var, onu bəlkə də üç ildir başlamışam. Ançaq buna qədər “Xərabət gözəli” adlı bir pyesi yazıb Gəncə Dövlət Dram Teatrına təqdim etmişəm. Calışmışam ki, bu pyeslə Gəncəmizin tarixini özündə göstərməklə yanaşı Məhsəti Gəncəvinin həyatını əhatə edərək onun dünyasına daxil ola bilim. Düşünürəm ki, Məhsəti Gəncəvidən nə qədər danışsaq da azdır. Çünki onun şeirlərini oxuduqça insan dəhşətə gəlir. Bir qəribə hadisəni qeyd edim. Bir şerim var “Dəli olmuşam”. Orada bir misram var ki, üzün bahar, xasiyyətin qış dadır. Sonra mən “Xərabət gözəli”ni yazanda Məhsəti Gəncəvinin tarixini araşdırarkən gördüm ki, 900 ildən artıq bir vaxt keçməsinə baxamayaraq Məhsəti xanım da öz misralarının birində eynən bu fikri yazıb. Üzün bahar, xasiyyətin qış dadır – deyib. Ançaq bu araşdırmaya qədər bu fikrə heç yerdə rast gəlmədim. Düşünürəm ki, Məhsətinin bütün rübailərindəki fikirləri bir romanın düşüncəsidir. Bir romanın dediyi fikir və nəticədir. Calışdığım qədər bu pyesdə məqsədim Məhsəti xanımın öz dövrü üçün aktual olan problemlərinin dövrümüzlə əlaqəsini daha dərindən göstərmək olub. Məhsəti xanım hər zaman öz fəaliyyətində Sufi cəmiyyətinin tərəqqisinə, inkişafına calışıb. Onun yaradıcılığında hər zaman ustada məhəbbət öz əksini tapıb. Daha doğrusu mən məhəbbət deyirəm onlar eşq deyir. Calışdığım qədər bu kimi mövzuları qabartmaqla bir daha Məhsəti Gəncəvi yaradıçılığına və həyatına baş vurmuşam. Bir də qeyd edim ki, geç-geç yazmağımın bir səbəbi də var. Məndə yazıya qarşı bir az da tənbəllik var. Bunun da sözsüz ki, bu günümüzlə bağlı obyektiv və subyektiv səbəbləri var. Hətta bu səbəblər üzündən çox vaxt “Xərabət gözəli”ni istəyirdim ki, yarımcıq saxlayım, daha heç yazmayım. İndi o yarımcıq qalan pyesdə də bu gün çox qlobal problemlərimizdən biri olan İŞID və Suriya məsələlərini, aldanıb Vətənini qoyub gedən vətəndaşlarımızın acı taleyini əks etdirmək istəyirəm. Bir üç fəsli yazılıb. Ançaq hələ də axtarıram. Elə bilirəm ki, fikirlərimdə nəsə catmır. O üzdən çox gec yazıram.
- Siz həmçinin Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədrisiz. Bu fəaliyyətiniz yaradıçılığınıza mane törətmir ?
- Əslində sədr olandan bəri şeir və poeziya aləminə daha dərindən daxil ola bilirəm. Çünki bu mənim artıq bir işimdir. Hər çümə günü burada toplaşırıq. Yeni nəsl şairlər öz yeni şeirlərini oxuyur və müzakirələr edirik. Müzakirə vaxtı istər-istəməz bir-birimizdən öyrənirik. Bu baxımdan işimin ürəyimə yatan bir məqamı budur. Bu aləmi kənardan seyr etməkdənsə daxilində olmaq daha xoşdur, daha böyük xoşbəxtlik deməkdir. İnanın elə istedadlı gənclər gəlib bizə müraciət edirlər ki, valeh olmaya bilmirsən. Hərdən də fikirləşirəm kim deyir ki, ədəbi mühitimizdə gənclik inkişaf etmir. Bu gənclərin çox maraqlı poetik deyimli misraları var.
- Bu gün Gəncəmizdə sizcə ədəbi mühit tərəfindən yazılmayan mövzu hansıdır?
- Bu gün mənə elə gəlir ki, biz Gəncə
yazarları Ulu Şeyx Nizami yurdunun tarixini özündə tam
əks etdirə biləçək bir formada
araşdırmalar edə bilməmişik. Gəncəmin tarixi
o qədər dərin və genişdir ki, onu tam əhatə
etmək hələ bizlərə nəsib olmayıb. Bu
baxımdan üzərimizə böyük bir məsuliyyət
düşür. Araşdırmalarımızı davam etdirməklə
hər bir dövrü ayrıca olaraq özündə əks
etdirən mükəmməl əsərlər
yaranmalıdır.
Xalq Cəbhəsi.- 2017.- 23 noyabr.-
S.15.