“Molla
Pənah Vaqifin sənət idealları və müasirlik”
Oktyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami
Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin
birgə təşkilatçılığı
ilə “Molla Pənah Vaqifin sənət idealları və müasirlik” mövzusunda elmi sessiya keçirilib. Böyük Azərbaycan şairi, ictimai xadim Molla Pənah
Vaqifin 300 illik yubileyinə həsr olunan tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi,
akademik Nərgiz Axundova, müvafiq elmi müəssisələrin
direktorları və əməkdaşları iştirak
ediblər.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi
haqqında” 2017-ci il
12 yanvar tarixli Sərəncamının şairin
yaradıcılığının təbliği baxımından
böyük əhəmiyyət
daşıdığını vurğulayıb. Bildirilib ki, böyük şairin 300 illik yubileyinin YUNESKO və
TÜRKSOY miqyasında beynəlxalq
səviyyədə qeyd
olunması təkcə
M.P.Vaqifə deyil, ümumilikdə Azərbaycan
ədəbiyyatına verilən
dəyərin parlaq nümunəsidir. AMEA-nın
vitse-prezidenti 1982-ci il yanvarın 14-də
ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü
və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət
mərkəzi Şuşa
şəhərində şairin
məzarı üzərində
ucaldılmış əzəmətli
məqbərənin açıldığını
xatırladıb. Bildirilib
ki, erməni silahlıları tərəfindən
işğal olunmuş
Şuşa şəhərində vəhşicəsinə
yerlə-yeksan edilən,
talana məruz qalan bütün tarixi memarlıq və mədəniyyət
abidələrimiz kimi
Vaqifin də məqbərəsi dağıdılıb.
Akademik şairin poeziya dünyası, nadir yaradıcılıq
üslubu, ictimai və siyasi xadim kimi diplomatik
təcrübəsi, bölgədəki
proseslərə təsir
imkanları haqqında
danışıb. AMEA-nın vitse-prezidenti vurğulayıb ki, Molla Pənah Vaqif özünəməxsus
ənənələrə malik ədəbi məktəb yaradıb və onun bənzərsiz
poeziya nümunələri
ədəbiyyatımızın yeni istiqamətdə inkişafına böyük
təsir göstərib.
Şairin erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının
yaradıcısı olduğunu
deyən akademik əlavə edib ki, o, Məhəmməd Füzulidən sonrakı,
Mirzə Fətəli
Axundzadədən əvvəlki
dövr Azərbaycan ədəbiyyatının ən
görkəmli nümayəndəsidir.
Görkəmli söz ustadı M.P.Vaqifin həyat və yaradıcılığı,
şəxsiyyəti və
ictimai fəaliyyəti
barədə danışan
İ.Həbibbəyli onun
türk dünyasının
böyük şairi olduğunu, ədəbi məktəb yaratdığını
vurğulayıb. Qeyd edilib ki, söz sənətimizin inkişafında misilsiz xidmətləri olan Vaqif Azərbaycan yazılı ədəbiyyatında
heca vəznli seirin yaradıcısıdır.
Sonra Molla Pənah Vaqifin həyat və yaradıcılığına
həsr edilmiş “Həyatın nəsrlə
yazdığını mən
nəzmlə vəsf edirəm” sənədli filmi nümayiş olunub.
Sessiyada
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev “Molla Pənah Vaqif və Məhtumqulu”
mövzusunda məruzə
ilə çıxış
edib. Alim XVI əsrin əvvəllərindən
xalq şeiri üslubunun, ona məxsus poetik formaların klassik poeziyada işlənməsindən,
hüdudlarının getdikcə
genişlənməsi və
klassik ədəbiyyatda
mövqelərini gücləndirməsindən
danışıb. M.Əliyev qeyd
edib ki, Molla Pənah Vaqif və Məhtumqulu
Fəraqi yaradıcılığı
ilə anadilli şeirin poeziyadakı
hakim mövqeyi tam bərqərar
olunub. Yazılı ədəbiyyatda ədəbi dil normaları Azərbaycan və türkmən xalq danışıq dilləri hesabına zənginləşərək möhkəmlənib.
Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor
müavini, filologiya
üzrə elmlər doktoru, professor Paşa Kərimovun
“Gerçəklik və gözəllik nəğməkarı”
mövzusunda məruzəsi dinlənilib. Alim bildirib ki, Molla
Pənah Vaqifin
yaradıcılığında şifahi xalq ədəbiyyatından gələn qoşma klassik poeziyadan gələn obrazlarla,
ərəb-fars tərkibləri, sözləri ilə zənginləşdiyi
kimi, klassik poeziya janrları da şifahi xalq ədəbiyyatı
janrlarına, qoşmaya
yaxınlaşır, xəlqiləşir. Məruzəçi
Vaqifin "Görmədim" rədifli
müxəmməsinin XVII əsrin sonları - XVIII əsrin birinci yarısında yaşamış Nişat Şirvaninin
"Görmədim" rədifli mürəbbəsinə cavab olaraq
yazıldığını deyib. “Molla Pənah Vaqifin
obrazı Azərbaycan təsviri sənətində” mövzusunda məruzə ilə
çıxış edən Memarlıq və İncəsənət
İnstitutu direktorunun
ümumi işlər üzrə direktor müavini, dosent Xəzər Zeynalov bildirib ki, XX əsr Azərbaycan
təsviri sənətinin ən böyük
nailiyyətlərindən biri də
xalqımızın görkəmli söz
ustadlarının portretlərinin yaradılmasıdır.
Xalq Cəbhəsi.- 2017.- 21 oktyabr.-
S.15.