Multikulturalizmjurnalının yeni sayı çapdan çıxıb

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan "Multikulturalizm" jurnalının dördüncü nömrəsi işıq üzü görüb.

Jurnal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi tədbirlərdə çıxışı sərəncamları ilə açılır.

JurnalınMultikulturalizm ilibölməsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal AbdullayevləMultikulturalizm ili”nin yekunlarına dair müsahibə yer alıb.

Dünyanın tanınmış xadimləribölməsində akademik Vasim MəmmədəliyevinMüasir İslam aləminin nüfuzlu liderlərindən biriŞeyxülislam Allahşükür Paşazadəyazısı, “Çoxmədəniyyətlilikbölməsində Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibəylinin “Ha ïóòÿõ ìóëüòèêóëüòóðàëèçìà: èñòîðèêà-ëèòåðàòóðíûå òðàäèöèè è ñîâðåìåííàÿ åïîõà şair, tərcüməçi, şərqşünas alim Nəriman QasımoğlununMultikultural irsimizdə dini əks-sədaməqaləsi, “Reportajbölməsində İkinci MahmudunTaleyini Azərbaycana etibar edənləryazısı, “Homo Sapiens” rubrikasındaBugünə necə gəlib çıxmışıqkitabındanSilahlarhissəsi çap edilib.

Axundov zalıbölməsində Azərbaycan ədəbiyyatınınSəksənincilərnəslinə aid edilən 6 şairin 12 şeiri, “Höte zalırubrikasında isə görkəmli gürcü yazıçısı Nodar DumbadzeninTamerlanhekayəsi verilib.

Tənqid esseistikarubrikasında fəlsəfə elmləri doktoru Niyazi MehdininAvropa müsəlman Şərqisualların metodologiyasıyazısı çap edilib.

Forumlar, konfranslar, dəyirmi masalarbölməsində V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları ilə qısa müsahibələr işıq üzü görüb.

Sönməyən ulduzlarbölməsində oxucularSönməyən ulduzlarteatrının fəaliyyətinə həsr olunmuş debatla tanış ola bilərlər.

Jurnalın “Region” əlavəsi Ahıska türklərinin yaradıcılığına həsr olunub. Bu bölmədə Usta Mürtəz, Zeynul Yektavi, Cabir Xalid, İlyas Xəlil, İlim Səfil, Güləhməd Şahin, Məhəmməd Paşaəliyev, Şahismayıl Adıgünlü, Muzeyfə Qoca Adıgünlü, Nurəddin Sasıyev, Həmdi Yitgün, Təzəgül Cövdətqızı, Şəmşir Şimşəkoğlu və Müsəddinin şeirləri çap edilib.

 

Xalq Cəbhəsi.- 2017.- 7 yanvar.- S.16.