Azərbaycan maarifçilərinin
yaradıcılığında Azərbaycançılıq
ideyası
2-ci yazı
Azərbaycançılıq
– xalqımızın vahid fikir ətrafında mənəvi
birliyini nəzərdə tutan milli ideyadır, Azərbaycançılıq
haqqında düşüncələr, Azərbaycançılıq
amalıdır. A.Məmmədlinin fikrincə, Mirzə Fətəli
Axundovdan tutmuş mollanəsrəddinçilərədək
dahi sənətkarların hər hansı biri "Mən Azərbaycançılıq
ideologiyasını özümə əsas mövzu
seçmişəm" iddiasında olmayıb və hətta
bu anlayışın özünü belə çox nadir
hallarda işlədiblər. Azərbaycançılıq
anlayışı bu ziyalıların əsərlərində
birbaşa görünməsə də, onların ən
böyük sənət nümunələrinin mayası Azərbaycançılıqdan
yoğrulub. Odur ki, Azərbaycan
xalqının müstəqillik uğrunda ən yeni mübarizə
tarixində Azərbaycançılıq ideologiyasının
klassik bədii nəsrdə, poeziya və dramaturgiyada ifadəsi
yenidən və bu dəfə daha güclü yada düşdü.
Bir tərəfdən bu mövzunu qələmə
almış klassiklərin məktəbləri yeni sənətkarlara
örnək rolu oynadı, digər tərəfdən həmin
məktəblərin Azərbaycançılıq
ideologiyasına münasibəti elmi-tədqiqat sahəsinə
çıxarıldı. Görkəmli ədəbiyyatşünaslar
- İsa Həbibbəyli, Bəkir Nəbiyev, Yaşar Qarayev,
Akif Hüseynov, Əflatun Saraclı, Şamil Vəliyev, Ofelya
Bayramlı və başqa alimlər bu sahədəki tədqiqatlarını
ortaya qoydular. Məşhur tədqiqatçı Yaşar
Qarayev "Milli "mən" yaddaşı"nın bu unudulmaz səhifələrini
canlandırır, Azərbaycançılıq
ideologiyasının əlimizdən alınmasının səbəblərini
bir alim təfəkkürü, publisist-improvizator
bacarığı ilə aşkarlayır.
Yaşar Qarayevin "Axundovla
başlayan yaddaş - Azərbaycan türk intibahı",
"Nəsrin və səhnənin ağrı yaddaşı -
Cəlil Məmmədquluzadə", "Yaddaş
özünü satirada dərk edir - Sabir" və başqa əsərləri
klassik ədəbi məktəb sahiblərimizin Azərbaycançılıq
ideologiyasının ifadəsinə çevrilmiş əsərlərinə
məhz bu rakursdan yeni baxış, yeni qiymət kimi dəyərləndirilir.
Müstəqillik də Azərbaycançılığın
tərkib hissəsidir. Müstəqillik -
insan azadlığı kimi ən ciddi şəkildə məsuliyyət
deməkdir. Öncə öz
xalqının taleyi qarşısında məsuliyyətdir.
Hər bir xalqın və hər bir vətəndaşın
arzusudur və haqqıdır ki, Vətənin sərhədləri
daxilində, ərazi bütövlüyü və toxunulmazlığı
şəraitində öz müstəqil suveren dövlətini
qursun, yaşatsın və inkişaf etdirsin. Məhz bu səbəbdən milli müstəqillik
uğrunda mübarizə Azərbaycançılıq
ideologiyasının əsas prinsipləri
sırasındadır. Azərbaycançılıq
məfkurəsi birləşdirici, vəhdətyaradıcı
bir amala xidmət edir. Etnik mənsubiyyətindən
asılı olmayaraq, ölkəmizdə yaşayan
bütün insanlar bərabərlik şəraitində,
qardaşlıq və dostluq münasibətləri ilə
yaşayırlar. Həmin
yaşayışın əsasında hamının Azərbaycançılığa
xidmət və qulluq etməsi dayanır. Ona
görə ki, bu ideya ətrafında birləşən
insanlar özlərini sərbəst hiss edir,
inkişaflarını ona xidmətdə görürlər.
Xalq yazıçısı Anar Azərbaycançılıq
amalını həm də bərabərlik, qardaşlıq,
dostluq sözləri ilə ifadə edir. Həqiqətən
sözdə deyil, işdə, gerçəkdən əhalinin
sinfi, milli, irqi, dini, cinsi bərabərliyi demokratik cəmiyyətin,
elə Azərbaycançılığın da təməl
prinsiplərindəndir”.
Araşdırmada
vurğulanır, Azərbaycançılığın
mühüm milli birlik rəmzi, dövlətçiliyin,
müstəqilliyin bel sütunu kimi qəbul edilməsi
bugünümüzün ədəbi, fəlsəfi, ictimai və
hətta siyasi faktına çevrilib. Azərbaycan maarifçilərinin,
demokratik hərəkat iştirakçılarının
klassik məktəbləri və bu sıradan Molla Nəsrəddin
ədəbi məktəbi yaradıcılıq sənətində
- bədii sözdə, publisistikada və digər növlərdə
Azərbaycançılığın yeni istiqamətdə,
yeni estetik dəyərlər səviyyəsində
qavranılmasında önəmli məktəb rolunu
oynamaqdadır. Azərbaycanda milli azadlıq məfkurəsi
1917-ci ilin fevralında çar istibdad rejiminin
yıxılmasından sonra yeni bir mərhələyə qədəm
qoyur. Bu hadisə ədəbi hərəkata
yeni bir nəfəs gətirir. Belə bir təlatümlü
dövrdə Bakıda siyasi hakimiyyət uğrunda gedən
çarpışmalar kəskinləşdikcə müxtəlif
ideoloji cərəyanlara məxsus qəzet və jurnalların
nəşri çoxalır. Həmin illərdə
bədii ədəbiyyatın operativ janrları və satirik
publisistika bir aktuallıq kəsb edir. Məhz
belə bir zərurətin nəticəsidir ki, xalqın
azadlıq ideallarının böyük ifadəçisi olan
satirik "Molla Nəsrəddin" jurnalı Tiflisdə yenidən
nəşrə başlayır. Milli
azadlıq məsələsi bu dövrdə "Molla Nəsrəddin"in
əsas mövzusu olur. Cəlil Məmmədquluzadə
1917-ci ilin belə qarışıq məqamında xalqa milli
nicatın harada olduğunu bu cür başa salırdı:
"Gəlin, gəlin, ey unudulmuş Vətənin
cırıq-mırıq qardaşları! Gəlin
görək beşikdə yad südünü əmmiş, Vətənimizdən
yadırğamış və millətimizin ruhundan xəbərsiz
bir para millət başçılarımız sizə nə
gün ağlayacaqlar?! Niyə sakitsiniz, ey
mənim lüt-üryan Vətən qardaşlarım?!”
Azərbaycanda Xalq Cümhuriyyətinin
qurulması ərəfəsində milli özünüdərk
məfkurəsi M.Hadi, M.B.Məmmədzadə, C.Cabbarlı,
Ə.Cavad, Umgülsüm, S.Mənsur, Ə.Mütəlliboğlu,
Ə.Müznib, Əbdürrahman Dai, Əli Yusif kimi şair və
publisistlərin əsərlərində böyük inamla ifadə
olunurdu. Milli-azadlıq, onun başlıca xətti
olan Azərbaycançılıq bədii-ictimai fikirdə
öz tematik zənginliyi, ideya istiqaməti ilə diqqəti cəlb
edir. Bu ideyaların gerçəkləşməsində
və bədii-estetik fakta çevrilməsində mövzu ilə
bağlı taktiki gedişlər mühüm əhəmiyyət
kəsb edib. Azərbaycançılıq
bu ideyaların zirvəsində dayanan vacib bir fakt kimi təkcə
sənət adamlarını deyil, bütövlükdə
ziyalı qüvvələrimizi həmişə
düşündürüb. Hətta bu sahədə
fəlsəfi, ictimai və bədii fikir zaman-zaman o qədər
güclü olub ki, onun ətrafında "Azərbaycanşünaslıq"
kimi ciddi bir elm sahəsi meydana çıxıb. İstər Azərbaycançılıq
dünyagörüşü, istərsə də Azərbaycanşünaslıq
elmi son bir əsrdə xeyli inkişaf edib. Lakin
Azərbaycançılıq dünyagörüşü
özünün formalaşmaya canatma prosesi tarixini çoxdan
başlayıb. Bu prosesi xeyli sonradan izləyən
və onun elmi əsaslarını işləyib hazırlamaqda
olan Azərbaycanşünaslıq bu gün özünün
mühüm və vacib mərhələsini yaşayır.
Xalqın, ölkənin müstəqilliyi Azərbaycançılıqdan,
milli birlikdən keçir. Bunun
üçün xalq özünün bütün potensial
imkanlarından istifadə etməlidir. Ölkənin
zəngin iqtisadi potensialı və əlverişli geosiyasi
mövqeyi buna lazımi şərait yaradır. Bu amil bu gün Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsində və dövlətçilik
mənafeyinin qorunmasında mühüm əhəmiyyətə
malikdir. Azərbaycanın milli
maraqlarının qorunması uğrunda mübarizə indi daha
ciddi və daha elmi əsaslarla aparılmalıdır”.
S.Vəliyevanın fikrincə, Azərbaycançılıq
ideologiyasının ardıcıl və məqsədyönlü
formalaşması prosesi elmi ədəbiyyatda XIX əsrdə təşəkkül
və inkişaf tapan maariıçilik hərəkatına
aid edilir: Î
dövrdə Çar Rusiyası Azərbaycanı öz
inzibati idarəetmə sisteminə daxil edərək, "Azərbaycan"
sözünü ümumən xalqın yaddaşından silməyə
çalışırdı. Ayrı-ayrı
quberniyalara, canişinliklərə, qəzalara
bölünmüş Azərbaycan bütövlükdə
Qaıqaz, Zaqaıqaziya məfhumları içində əridilmişdi.
Maarifçilik hərəkatı xalqın bütün bu məhrumiyyətlərə
müqavimət reaksiyası kimi meydana gələrək, tarixi
yaddaşın itməməsi, ana dilinin, adət-ənənələrin
qorunub-saxlanması, inkişafı, mənəviyyatın, milli
dəyərlərin yaşadılması, bütövlükdə
milli şüurun oyanışı və milli
özünüdərk prosesinin güçlənməsi
üçün mühüm təkanverici rol
oynamışdı.
Mirzə Fətəli Axundov
bu dövrdə Azərbaycan xalqının mütərəqqi
ideallara inteqrasiyası baxımından əsl tarixi və
müstəsna əhəmiyyətli xidmətlər göstərirdi. O, yeni, Avropa tipli ədəbiyyatın
dram, bədii nəsr, ədəbi tənqid, publisistika kimi
janrlarını anadilli ədəbiyyatımıza daxil etməklə
xalqla canlı ünsiyyətin yeni metodlarını tapır və
xalqını zamanın ruhunda düşünməyə, fəaliyyət
göstərməyə səsləyirdi. Axundov
öz komediyalarında milli həyatımızın gerçəkliklərini,
adət-ənələrini, ictimai davranış
normalarını güzgü kimi əks etdirir, bu həyatın
gerilikçi tərəflərini tənqid etməkdən
çəkinmir, xalqa şirin yalanlar söyləməkdənsə,
əsl maarifləndirmə - acı gerçəkləri
göstərmək yolunu tuturdu. Xalqın
milli mənlik şüurunun yüksəlişi və mütərəqqi
ideallara qovuşması tarixində Mirzə Fətəli
Axundovun yaradıcılığı və ictimai fəaliyyəti
bütöv bir mərhələ təşkil edib. Axundov istər "Təmsilat" adı ilə
tanınan komediyalarında, istər "Kəmalüddövlə
məktublarr`nda, istər "Aldanmış kəvakib"də,
istərsə də ictimai fəaliyyətində hadisə və
predmetlərə xalqın milli tarixi və sosial taleyi
prizmasından yanaşıb, bu aktual məsələni qlobal
miqyasda araşdırıb. Bu nöqteyi-nəzərdən
M.F.Axundov mərhələsinin uzun bir zaman kəsimində
ardıcıl davam etməsi və Azərbaycan xalqının ən
müxtəlif təbəqələrinin fikir və
düşüncəsində öz inqilabi işini görməsi
tamamilə əsaslı sayılmalıdır. Axundovdan sonra ictimai fikir tariximiz üçün
az-çox əhəmiyyət kəsb edən elə bir əsər
və müəllif tapmaq mümkün deyil ki, onda Mirzə Fətəli
təsiri bu və digər dərəcədə hiss
olunmasın. Hətta ötən əsrin
sonlarına doğru Cənubi Azərbaycanda demokratik ruhlu,
milliyyətçi nəsrin Əbdürrahman Talıbov və
Hacı Zeynalabdin Marağayi kimi yenilikçilərin şəxsində
yüksəliş tapması belə dediklərimizi sübut edən
faktlardır.
Hər növ mövhumatdan, köhnəlikdən
sürətlə təmizlənmək, yeniliyə qətiyyətlə
can atmaq və yiyələnmək ideyası, texniki tərəqqi
va ona laqeydlik meyli, xüsusən, məktəb və maarif
baxımından geriliyə, elmdə, təhsildə sxolastika və
ətalət əleyhinə kəskin etiraz motivləri bir
şair və müəllim kimi Seyid Əzim Şirvaninin əsərlərində
çox güclüdür. Cəmaləddin
Əfqani öz əsərlərində "milli vəhdət"
təliminin banisi kimi çıxış edirdi, "Milli vəhdət
fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti"
adlı məşhur traktatında î göstərirdi ki, hər bir insan öz
varlığını bir qəbilə vəhdəti içərisində
tapır. İctimai varlığın,
kollektivin həyat ruhu mütləq yaxınlıqdadır.
Həmin mütləq yaxınlıq müxtəlif
insanların toplusundan ibarət olan qəbiləni (tayfanı)
vadar edir ki, hamı bir nəfər kimi öz mənafeyini təmin
etmək üçün bacarığını əsirgəməsin,
ümumi təhlükəni hamı ilə birlikdə əl-ələ
verərək aradan götürsün. Göründüyü
kimi, burada milləti təşkil edən faktorlar arasında
din və dil amilinə deyil, daha çox ictimai-mənəvi
birlik amilinə önəm verilir.
Uğur
Xalq cəbhəsi.-
2017.- 11 yanvar.- S. 13.