Azərbaycan maarifçilərinin
yaradıcılığında Azərbaycançılıq
ideyası
3-cü yazı
Milli mətbuatı yaradanlar
ilk növbədə milli ruhlu insanlar olublar. Ciddi xəlqi
işlərin başlanğıcı çox çətin
olur. “Əkinçi”nin
çıxması Azərbaycan əhalisinin çoxunun
biliksiz olduğu dövrə təsadüf edirdi. Fanatizm meydan sulayır, cəhalət baş alıb
gedirdi. XX yüzilin
başlanğıcında Azərbaycanda millətin dərdlərinə
yanan, onun çoxəsrlik problemlərini çözməyə
çalışan cəsarətli ziyalılarımız
meydana çıxdı. O zaman da indiki kimi Türk
Dünyasının problemləri çox idi. Türklərin
dünyada təklənməsi, Avropanın Şərqi yenməsi,
türk fikrindən, özünəməxsusluğundan
yararlanaraq əslində onun ruhundan imtina etməsi Həsən
bəy Zərdabini, Əlibəy Hüseynzadəni, Əhməd
Ağaoğlunu, Cəlil Məmmədquluzadəni və
başqalarını dərindən
düşündürürdü.
“Molla Nəsrəddin”
çağında çıxan çoxlu nəşrlərdən
ideyasına görə fərqlənirdi. “Molla Nəsrəddin”
ədəbi məktəbinin publisistik çaları olsa da, ədəbiyyatın
imkanlarından istifadə edərək çox işlər
görüb. Ancaq Mirzə Cəlil, Sabir və
başqaları milli dərdlərlə yaşadıqları və
bunu ədəbiyyatda ifadə etdikləri dərəcədə
millətin sabahını böyük mənada görə
bilmirdilər. Onlar ümumən Şərq
miqyasında Novruzəli geriliyini görür və tənqid
edirdilər, ancaq Şərqin, konkret Azərbaycanın zamandan
üstün imkanlarını görə və göstərə
bilmirdilər. Əli bəy Hüseynzadə
XX yüzilin əvvəlində türkün yox olub getməsinə
qarşı dirəniş göstərən ideoloji savaş
açdı. Bütün hallarda Əli bəy
Hüseynzadənin elə bir çağda
türkçülüyü ayrıca bir ideoloji savaş
yönünə çevirməsi ciddi olay idi.
S.Vəliyevanın
araşdırmasında vurğulanır: “Milli şüurun oyanması
millətin öz əslini-kökünü, tarixini
tanıması problemi ilə six bağlı idi. XIX əsrin sonlarına doğru
"Əkinçi" qəzetinin simasında milli mətbuatımızın
yaranması ilə maariıçilik və milli
özünüdərk prosesinin yeni mərhələsi
başlanır. Həsən bəy Zərdabinin
milli şüurun oyanışına verdiyi bu töhfə
vasitəsilə əslində, xalqın inkişafında yeni
eranın başlanğıcı qoyulur, milli və ictimai məsələlər
minlərlə Azərbaycanlının fikrinə və
duyğularına hakim kəsilir. Əvvəl
"Əkinçi", sonradan "Kəşkül" və
"Ziya" qəzetlərinin səhifələrində milləti
səfərbər edən, ona kimliyini anladan yüzlərlə
yazılar dərc etdirir. Bu yazılarda millətin
ağsaqqalı Həsən bəy Zərdabi milli mövcudluq
uğrunda ölüm-dirim savaşından - "zindəganlıq
davasından" qalib çıxmaq üçün xalqı
kütləvi şəkildə elmə, maarifə yiyələnməyə
və bu yolda öz haqqını qorumağa
çağırırdı. O, təbiətdə daim
mübarizə getdiyini xatırladaraq yazırdı ki: "Bu
zindəganlıq davasını da həmişə insan
biri-biri ilə edir. Keçmişdə insan vəhşi
halında olan zaman bu davanı yumruq, sillə, sonra
qılınc, qalxan, dəxi sonra tüfəng və qeyri-əsləhələrlə
edirdi. Elə ki, sonra vurmaq, öldürmək
nəhy oldu, insan zindəganlıq davasını ağıl
ilə edir.
Hər kəsin ki,
ağlı çoxdur, qanacağı artıqdır, bu zindəganlıq
davasında düşmənə fariq gəlir. Çünki
ağıl və qanacağın artıq olmağı elm təhsil
etmək ilədir, ona görə biz müsəlman
qardaşlarımıza "Oxuyun, elm təhsil edin!" - deyəndə zikr olunan zindəganlıq
davasından ötrü deyirik ki, bu davada müsəlman
qardaşlarımız məğlub olub axırda puç
olmasınlar".
"Əkinçi" ilə
yanaşı, 1873-cü ildə Həsən bəy Zərdabi
və Nəcəf bəy Vəzirovun rəhbərlik etdikləri
teatr truppasının M.F.Axundovun "Sərgüzəşti
vəziri-xani Lənkəran" komediyasını tamaşaya
qoyması, 1877-ci ildə Sultan Məcid Qənizadə və
Mahmud bəy Mahmudbəyovun yeni tipli məktəbin əsasını
qoyması ilə Azərbaycanda milli şüurun daha iki vacib
komponenti yaranmış olur.
Milli-professional teatr, demokratik
dövri mətbuat və əski mollaxanalardan keyfiyyətcə
köklü surətdə fərqlənən rus-müsəlman
məktəbi realist ədəbiyyatla yanaşı, Azərbaycançılıq
təfəkkürünün kütlələr arasında
geniş yayılmasında öz müsbət təsirini
göstərməyə başlayır. Azərbaycanın
mütərəqqi fikirli ziyalıları bu yeniliklərirı
qədrini bilməyə, milli məfkurə ocaqlarının
qarşısına çıxan maneələri aradan
qaldırmaq uğrunda mübarizəyə başlayırlar.
Böyük maarifçi Abdulla Şaiqin
aşağıdakı qeydləri bu baxımdan çox məqamlar
üzərinə işıq salır: "Müstəbid
çar hökuməti milli məktəblərin nə darəcədə
əhəmiyyətli olduğunu düşündüyündən,
harada bu müqəddəs ocağın az-çox şölələnib
yandığını görsəydi, dərhal î üç barmaqlı xain
bilək uzanır, fövrən î müqəddəs ocaq
söndürülürdü. Millət və mədəniyyət
uğrunda çalışmaq, çapalamaq bir xəyanət,
çalışmamaq isə səadət
sayılırdı".
Bu dövrdə realist
uşaq ədəbiyyatının təməli qoyulur,
müasir pedaqoji prinsiplər əsasında anadilli dərsliklər
yaradılır, rus dilindən ən zəruri bədii
materiallar tərcümə olunur. Səhnə-mətbuat-dərslik
üçbucağı milli ədəbi şüurun
inkişaıı üçün ən səmərəli
ictimai müstəviyə çevrilir. H.B.Zərdabi,
S.Ə.Şirvani, N.B.Vəzirov,
Ə.B.Haqverdiyev, C.Məmmədquluzada,
N.Nərimanov, S.S.Axundov, R.B.Əfəndiyev, H.B.Vəzirov,
F.B.Köçərli, S.M.Qənizadə, M.T.Sidqi, E.Sultanov,
Ə.A.Gorani, S.Vəlibəyov kimi məşhur ziyalılarla bərabər
ictimai fikir meydanına Səid Ünsizadə, Əlimərdan
bəy Topçubaşov, Əhməd bəy Ağayev kimi
maarifçi-romantik ruhlu mühərrir və publisistlərin
atılması da məhz həmin illərə
təsadüf edir. "Avropasayağı
məktəbi saxlamaq üçün Avropa ruhlu ədəbiyyat
yaratmaq" çağırışı bu dövrün ədəbi
hərəkatının başlıca məzmununu aydın
ifadə edirdi.
Ədəbiyyatımız
janr və növ arsenalı baxımından daha da zənginləşir,
aktual ictimai mətləblərin ifadəsindən ötrü
yeni-yeni vasitələr tapılırdı. Artıq N.B.Vəzirovun
"Müsibəti-Fəxrəddin" və
Ə.B.Haqverdiyevin "Dağılan tifaq" əsərləri
ilk faciənin, Nəriman Nərimanovun "Bahadır və
Sona"sı ilk milli romanın, Cəlil Məmmədquluzadənin
"Danabaş kəndinin əhvalatları" ilk realist
povestin, Sultan Məcid Qənizadənin "Məktubati-Şeyda
bəy Şirvani" əsəri isə ilk publisist bədii nəsr
nümunəsinin yaranmasından soraq verir”.
Araşdırmaçı
daha sonra bildirir, Nəcəf bəy Vəzirovun
yaradıcılığı bu dövrdə ədəbiyyatın
ictimailəşməsi yönündə sənətə gətirdiyi
yeniliklərlə yalnız öz böyük sələfi və
müəllimi Mirzə Fətəli Axundovun fəaliyyəti
ilə müqayisə oluna bilərdi. Onun əsərlərində milli məişət
və milli xarakter anlayışları miqyas etibarilə
genişlənir, fəlsəfi idrak çərçivələrini
aşaraq səhnədə ictimai geriliyin tənqid həcmlərini
böyüdürdü: “M.F.Axundovdan sonra komediya
janrının ən gözəl nümunələrini Nəcəf
bəy Vəzirov yaradıb. Onun səhnə əsərlərində
Azərbaycan, azərbaycanlı məfhumları geniş bir
spektrdə öz əksini tapıb. N.Vəzirovun
müsbət qəhrəmanları ictimai fikrə yenilik ruhu gətirən,
milli şüurda, adət və münasibətlərdə, əxlaq
və məişətdə orta əsrlərin
qalığı olan nadanlığı amansızcasına
qamçılayan yeni, inqilabi şəxsiyyət tipləri
idilər. Ziyalı gənclər olan
Əşrəf ("Yağışdan çıxdıq,
yağmura düşdük"), Fəxrəddin
("Müsibəti-Iəxrəddin") istəyirlər ki,
onların din və qan qardaşları elmli, tərbiyəli, mərhəmətli
olsunlar, bir-birlərinə məhəbbət bəsləsinlər.
"Cəmi zəlalətdə olan müsəlmanlar"
mədəni xalqlar sırasına çıxsınlar, cəmiyyətdə
doğruluq və ədalət öz yerini tapsın, insana layiq
olduğu qiymət verilsin. Ancaq Azərbaycan
gəncliyinin yeni nümayəndəsi kimi təqdim edilən Fəxrəddinin
milli tərəqqi ideyalarının həyata keçməməsi
bütün bu islahat arzularının mövcud reallıqla
uzlaşmamasını göstərirdi.
Böyük dramaturq "Daldan
atılan daş topuğa dəyər", "Sonrakı
peşmançılıq fayda verməz", "Adı var,
özü yox", "Yağışdan çıxdıq,
yağmura düşdük", ələlxüsus da
"Müsibəti-Fəxrədin" əsərlərində
köhnə əxlaqa üsyan edən gənclərin faciəsini
milli şüur rakursundan təhlil etmişdi. Bu
faciələr onun qələmində ayrıca
götürülmüş bir şəxsin, bir ailənin, bir
tayfanın müsibəti kimi yox, avamlıq və
savadsızlığın qurbanına çevrilən milli
şüur daşıyıcılarının tragediyası
kimi ümumiləşdirilib. Əsərlərində
qəhrəmanların həyat tərzini,
psixologiyasını, yaşadığı mühiti ətraflı
təsvir etməklə Vəzirov əslində milli mentalitet,
mənəviyyat və mədəniyyət məsələlərinə
toxunub.
XIX əsrin 80-90-cı illərində
formalaşmağa başlayan yeni sosial-iqtisadi şəraitdə
əhalinin düşdüyü vəziyyəti, insanların
psixologiyasının dəyişməsini və bunun cəmiyyətdəki
təsirini araşdıran Vəzirov Hacı Qəmbər və
Hacı Salman ("Yağışdan çıxdıq,
yağmura düşdük"), Aslan və Cahangir ("Pəhləvani
zəmanə") kimi obrazlar vasitəsilə Azərbaycan
elitasının qüsurlarını amansız tənqid atəşinə
tutur.
Azərbaycançılıq
kontekstində ədibin dinlə bağlı mövqeyi də
diqqətdən yayınmır. Ruhani cildinə girənlərin
avam xalqı din qorxusu altında saxlaması nəticəsində
"müsəlman î qədər
bədbəxt vəziyyətdədir" ki, hər şey onun
gözünə cin, xortdan cildində görünür.
Ədib xalqın sadəlövhlük və fanatizmindən
faydalanan, din pərdəsi altında hər cür rəzalət
törədən tüfeyli dərviş, cadugər, falabaxan və
s. qarşı mübarizə aparmağı vacib
sayırdı.
N.B.Vəzirov bədii
yaradıcılığında başladığı bu
fikirləri publisistikasında da ardıcıl davam etdirir, Azərbaycanın
Avropa ölkələrinə çatması, mədəniləşməsi
üçün "camaat arasında ittifaq və hümmət"
olmasını əsas şərtlərdən bilirdi. Müəllifin fikrincə, əgər
bu şərtə əməl olunarsa, "cəhalətdən
beş ildə biz xilas olarıq, özgələrə
də möhtac olmarıq". Vəzirov bu cəhətdən
î qədər
radikaldır ki, "El dərdinə ağlayanın gözlərinə
qan damar" tipli məsəllərimizin məntiqi ilə
barışmır, hətta onları dəyişməyi,
"El dərdinə el ağlamalıdır" şəklinə
salmağı təklif edirdi. "Pəhləvani-zəmanə"
əsərində yalançı millətpərəstliyin,
saxta milli təəssübkeşliyin amansız düşməni
kimi çıxış edir, bu kimi qondarma sifətlərlə
maskalananların bir qayda olaraq oğru və talançı
olduğunu göstərir. İnqilab, milli
azadlıq hərəkatı mövzusu da dramaturqun
yaradıcılığında xüsusi yer tutur. Onun Səttarxan
inqilabına rəğbəti timsalında ədibin Azərbaycançı
mövqeyini daha dərindən duyuruq: "İran tərəfə
bir nəzər et! Gör neçə
tufan qovuşub! Dağları aparacaq... Sel gəldi,
qaçın! Məngənəyə
qoyulmuş millət axır nəfəsində zindani-əsarətdən
çıxar!" O, Səttarxan hərəkatını
alqışlayır, onun qələbəsindən ruhlanır,
məğlubiyyətindən kədərlənir.
Gülüstan və Türkmənçay müqavilələrinin
hökmü ilə qan qardaşlarından aralı
düşmüş Cənubi azərbaycanlıların taleyi
bir vətəndaş kimi N.B.Vəzirovu dərindən narahat
edir, onlara müraciətlə deyirdi: "Halınız
yadıma düşəndə ciyərim odlanır". Yaxud "Fəramuş etməyin, qardaşlarım,
Vətən yolunda ölməkdən gözəl ölüm
yoxdur. Səhraları qan ilə sirab edin
ki, sünbüllər uzun bitsin." Bu isə
artıq göründüyü kimi, Azərbaycanın müstəqillik
dövrünün çağırışları ilə səsləşən
bir müraciət idi”.
Uğur
Xalq cəbhəsi.- 2017.- 12 yanvar.- S. 13.