Musiqili Teatr Fəcr Festivalında
Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib. Musiqili Teatr festivalda dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyasını təqdim edib. Anşlaqla keçən tamaşa dünyanın təqribən 20 ölkəsinin təmsil olunduğu festival iştirakçıları və təbrizli tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. “Ər və arvad”ın ifaçılarını uzun müddət sürəkli alqışlara qərq etməklə sevgilərini ifadə edən tamaşaçılar onları dəfələrlə səhnəyə dəvət ediblər. Məhz bu böyük sevginin nəticəsi olaraq təbrizli tamaşaçıların xahişi ilə istisna olaraq “Ər və arvad” tamaşası ikinci dəfə nümayiş olunub. Yaradıcı heyətin ruh yüksəkliyi ilə oynadığı səhnə əsəri yüzlərlə Təbriz sakininin böyük coşqusuna səbəb olub.
Qeyd edək ki,
35-ci Fəcr Beynəlxalq Teatr Festivalında
nümayiş olunan
“Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu
dirijoru Əməkdar İncəsənət
Xadimi Nazim Hacıəlibəyov,
dirijoru Əməkdar İncəsənət
Xadimi Fəxrəddin Atayev,
quruluşçu rəssamı Əməkdar
Rəssam Eldar Qurbanov,
quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər,
xormeysteri Əməkdar Artist
Vaqif Məstanovdur. Təbrizdə
böyük ruh
yüksəkliyi və uğurla göstərilən
tamaşada rolları Əməkdar artistlər
Nahidə Orucova, Ələkbər
Əliyev, Əkbər Əlizadə, aktyorlar
Gülcahan Salamova,
Möylə Mirzəliyev, Ağaxan Şərifov,
Hüseyn Əlili və Əliməmməd
Novruzov ifa ediblər.
Xalq cəbhəsi.-
2017.- 19 yanvar.- S.16.