Azərbaycanlı rəssam İspaniyada
keçirilən müsabiqədə ikinci
olub
İspaniyanın paytaxtı Madriddə 6-cı Beynəlxalq Yumor Müsabiqəsi başa çatıb. Müsabiqənin final mərhələsinə 77 əsər vəsiqə qazanıb. Həmyerlimiz, bir çox beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı, rəssam Soltan Soltanlı sözügedən yarışmada 2-ci yeri tutub.
Bu barədə
AZƏRTAC-a rəssam özü məlumat verib. O deyib: “Yarışmada ötən
ilin yayında işlədiyim “Kalva ətrafında döyüş”
əsərim ikinci yerə layiq görülüb. Bu əsəri əvvəlcə
yağlı boya ilə kətan üzərində yaratmışdım
(60x90 sm). Sonradan əsərin
qrafik variantını
kağızda işlədim
və fotosunu müsabiqəyə göndərdim.
Sözügedən əsəri keçən
ilin aprel döyüşlərindən sonra
çəkmişəm. Əsərdə səngəri ənənəvi
biçimdə yox, hər əsgərin ayrıca qəbri kimi təsvir etmişəm. Yəni hər
əsgər səngəri
öz məzarı kimi qazaraq döyüşə
atılıb, yağıya
qarşı öz səngər-məzarından döyüşür”.
Qeyd edək ki, adıçəkilən
müsabiqədə birinci
yeri Monteneqrodan, üçüncü yeri
isə Tailanddan olan rəssamlar qazanıblar.
Müsabiqənin final mərhələsinə keçən
77 əsərdən ibarət
sərgi yanvarın
17-dən fevralın 26-dək nümayiş etdiriləcək.
Xalq cəbhəsi.-
2017.- 18 yanvar.- S. 16.