Dövlət quruculuğunda azərbaycançılıq ideologiyasının rolu
İstənilən cəmiyyət
dünya iqtisadi məkanının bir hissəsi
olmadığı halda ümumi rəqabətə
dözümsüz olur. İqtisadi uğursuzluq isə öz növbəsində
sosial problemlərin həllini mümkünsüz
edir, sosial gərginliyə səbəb
olur və nəhayət, insan hüquqlarının həyata
keçirilməsini çətinləşdirir. Müasir dünyada
ölkələr iqtisadi
inkişafa, milli təhlükəsizlik və
hüquqi rejimin qorunmasına beynəlxalq iştirakçılıq olmadan
tam olaraq zəmanət
yarada bilməzlər.
Bu baxımdan dövlətlər daha çox qloballaşma proseslərinə üstünlük
verərək öz daxili problemlərinin həllini beynəlxalq əməkdaşlıqda görürlər.
Bu nöqteyi-nəzərdən
azərbaycançılıq Azərbaycanın dünya
birliyinə inteqrasiyasının
ideya əsasını
təşkil edir. Biz bu ideya ilə
özümüzü dünyaya
tanıdır, onu mütərəqqi dünya
dəyərlərini (tolerantlıq,
etnik müxtəliflik)
özündə birləşdirən
ideologiya kimi təbliğ edirik. Azərbaycanın əsas prioritetlərindən
biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya
birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada Azərbaycanın
öz yerini tapması, eyni zamanda, milli eyniyyətini qoruyub saxlaması müstəsna
əhəmiyyət kəsb
edir.
Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin
qorunmasını önəmli
hesab edir və ölkəmizin müasir milli modernləşmə yolunu
bu dəyərlərin
bərqərar olduğu
Avropa məkanına inteqrasiyada görür. İnkişaf etmiş Avropa ölkələrinin tarixi
göstərir ki, baş verən hər hansı siyasi, iqtisadi kataklizmlərə, hakimiyyətlərin
bir-birini əvəzləməsinə,
dövlət quruluşunda
dəyişikliklərə baxmayaraq, bu ölkələrdə müstəqillik
və demokratik inkişaf yolu dönməz və sarsılmazdır. Azərbaycançılıq ideyası da
universal dəyər olan
insan hüquqlarının
qorunması, vahid Avropa məkanında beynəlxalq təhlükəsizliyin
təmin edilməsi, eyni zamanda ölkələrin
ərazi bütövlüyü
prinsipi və digər vacib dəyərləri nəzərdə
tutaraq qloballaşmanı
müasir dünyanın
təbii inkişaf prosesi hesab edir.
R.Rzayevin fikrincə, azərbaycançılığın
əsas elementlərindən
biri vətəndaşlıqdır. Azərbaycan dilində
vətəndaşlıq bir
neçə məna daşıyır. Məsələn,
30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının
vətəndaşlığı haqqında” qanunun 1-ci maddəsinə əsasən
vətəndaşlıq hüququ
insanın ölkədə
hüquqi statusunu müəyyən edən norma kimi başa
düşülür. Azərbaycan Respublikası
Konstitusiyasının 52-ci maddəsinə
görə, “Azərbaycan
dövlətinə mənsub
olan, onunla siyasi və hüquqi bağlılığı,
habelə qarşılıqlı
hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.
Vətəndaşlıq ölkədə şəxsin hüquqi vəziyyəti ilə bərabər onun ictimai-siyasi münasibətlərə
mövqeyini əks etdirən psixoloji vəziyyətidir. İdeoloji baxımdan
fərdin cəmiyyətə
münasibəti və
bu münasibətdə
mövqeyi maraq kəsb edir. Beləliklə, vətəndaşlıq azərbaycançılıq kontekstində
fərdin öz hüquq və vəzifələrini dərk
edərək ölkədə
yaranan ictimai-siyasi münasibətlərə mövqeyi
kimi başa düşülür.
Vətəndaşlıq anlayışının konseptual
analizi metodoloji cəhətdən mürəkkəb
məsələdir. Ona görə ki, ictimai elmlərdə az tədqiq
olunan kateqoriyaların
çərçivələrini müəyyən etmək
çətindir. Bu kateqoriyalar müxtəlif aspektlərdən təhlil
olunur və ictimai münasibətlər
kontekstində nisbətən
fərqli təqdim edilir. Azərbaycanın müasir inkişaf
mərhələsində vətəndaşlıq
insanların şüurunun
qiymətləndirici əsasını,
cəmiyyətdə davranışının
motivasiyasını təşkil
edən və onların siyasi maraqlarını əks etdirən amildir. Vətəndaşlıq anlayışı
nəzəri cəhətdən
az təhlil
edilsə də, onun praktiki tərəfi
insanların ictimai-siyasi
proseslərdə iştirakı
zamanı asanlıqla müşahidə olur. Məsələn, seçki prosesində
iştirak etmə mütləq olmadığından
hər bir vətəndaşın bu
siyasi prosesdə fəallığına əsasən
onun vətəndaşlıq
mövqeyi olur.
Cəmiyyətdə vətəndaşlıq fenomeninin
zəif inkişaf etməsi ictimai-siyasi cəhətdən təhlükəlidir. Hər bir
vətəndaş dövlət
quruculuğunda iştirak
edir. Bu onun
aktiv və passiv seçki hüququ vasitəsi ilə həyata keçirilə bilər.
Seçki hüququ vətəndaşın
hüquqi vəzifəsi
deyil. Hər bir kəs öz seçki hüququndan istifadə edə bilər. Seçki hüququnun istifadəsində
fərd öz vətəndaşlıq mövqeyini
nümayiş etdirməlidir.
İctimai-siyasi proseslərə biganə
qalmayaraq seçkilərdə
fəal iştirak etməlidir. Vətəndaşın bu mövqeyindən dövlətin gücü,
dövlət quruluşunun
sabitliyi, fərdlə
dövlət, cəmiyyətlə
hakimiyyət arasındakı
sıx əlaqə, nəhayət insanların
sosial rifahı asılıdır.
Vətəndaşlığın əsas elementlərinə
mənəvi və hüquqi mədəniyyəti,
fərdin öz şəxsiyyətini dərk
etməsi, daxili azadlığı, dövlət
hakimiyyətinə münasibəti,
cəmiyyət və dövlət qarşısında
məsuliyyəti və
ən əsası öz vəzifələrini
yerinə yetirmək bacarığını aid etmək
olar. Beləliklə, demək olar
ki, vətəndaşlıq
özündə vətəndaşın
siyasi, mənəvi, hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir.
Vətəndaşlıq azərbaycançılığın əsasını təşkil
edir. Vətəndaşlıq kollektiv qərarların
qəbul olunmasında
vacib amildir. O, cəmiyyətdə əxlaqla
hüququn inteqrasiyasına
xidmət edir. Vətəndaşlıq mövqeyi hər
bir insana hakimiyyət tərəfindən
həyata keçirilən
uzunmüddətli sosial
proqramların, irimiqyaslı
layihələrin mahiyyətini
dərk etməyə imkan yaradır. Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq
mövqeyi Azərbaycan
əhalisinin bir xalq kimi birləşməsinə
və dövlətçilik
kursu ilə inkişafına əhəmiyyətli
zəmin yaradır: “Deməli, azərbaycançılıq
ideologiyasının daşıyıcısı
olan vətənpərvərlik
mövqeyi dövlət
quruculuğu prosesində
olduqca vacib elementdir. Bu baxımdan Azərbaycanın bir nömrəli problemi olan ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həlli, ölkəmizin
məruz qaldığı
işğala son qoyulması
bütün vətəndaşlarımızın,
eyni zamanda dünya azərbaycanlılarının
ortaq məsələsi
və ortaq hədəfi kimi milli ideologiyamızın da təməl müddəalarından birini
təşkil edir. Təsadüfi deyil ki, bu gün siyasi
baxışından, harada
yaşamasından asılı
olmayaraq bütün azərbaycanlılar Dağlıq
Qarabağ məsələsində
həmrəydir”.
Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər
bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa
səsləyir. Vətənpərvərlik dövlət quruluşundan
asılı olmayan, vətəndaşlıq mövqeyindən
əzəli məfhumdur.
Vətəndaşlıq fərdin öz
dövlətinə münasibətini
təcəssüm etdirir,
vətənpərvərlik isə insanın öz ailəsinə, Vətəninə, torpağına
hərtərəfli bağlığının
göstəricisidir”.
Qeyd edildiyi kimi, qloballaşan dünyada vətənpərvərlikdən daha çox vətəndaşlıq, loyallıq
və tolerantlığa
üstünlük verirlər. Əksər halda
“vətənpərvərliyi” kor-koranə bir ideologiyaya qulluq etmək, məhdud maraqlar naminə həyatından keçmək
kimi göstərirlər.
Ancaq azərbaycançılıq kontekstində
vətənpərvərlik vətəndaşın öz
dövləti ilə daha sıx bağlılığı
deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar
etməyərək hər
bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə
vətənpərvərlik Azərbaycan xalqının
hər bir üzvünü ucaldan və ona şərəf
verən vətəndaşlıq
mövqeyidir.
Deputat həmçinin onu da bildirib ki,
azərbaycançılıq ideologiyası dövlət
quruculuğu prosesində
vətəndaşın siyasi
loyallıq mövqeyini
təbliğ edir. Siyasi loyallıq
“dövlətin sabitlik
faktoru” kimi də göstərilir.
Loyallıq maddi və psixoloji maraqlara qulluq edən mübadilə prosesidir.
İlk növbədə insan özü özünə
loyal yanaşır, sonra
isə onun maraqlarını təmin edən dövlətə.
Müasir dövlət insanın
təhlükəsizliyini və
sosial rifahını təmin edirsə, deməli hər bir kəs dövlətə
hörmətlə yanaşaraq
ona qulluq etməyə hazırdır.
Məsələn, ABŞ vətəndaşlarının
70 % özlərini “dünya
vətəndaşları” sayırlar.
Bilmək olmaz, onların
torpaqlarında münaqişə
baş verdikdə onlar özlərini necə aparacaqlar. Ancaq ölkənin inkişafı,
dövlət quruluşunun
və siyasi vəziyyətin sabitliyi, sosial rifahın artması üçün
onlar siyasi loyallıq mövqeyini tuturlar.
Azərbaycançılıq ideologiyası çərçivəsində siyasi loyallıq cəmiyyətin hakimiyyətlə münasibətlərinin keyfiyyətcə yüksək xüsusiyyətidir. Bu münasibətlər cəmiyyətin və dövlətin sabit inkişafına xidmət edirlər. Loyallıq prinsipi əsasında yaranan vətəndaş-dövlət münasibətləri hörmət və inam əsasında qurulur. Rus mütəfəkkiri İ.İlin qeyd edir ki, “güclü hakimiyyət – aşağıların ləyaqətli və düzgün yuxarılara azad loyal münasibəti əsasında qurulur”. Azərbaycanda hakimiyyətin güclənməsi xalqın ona inamının artması ilə bağlıdır.
“Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Bu məsuliyyət növü daha çox konstitusiya məsuliyyətinə yaxın anlayışdır. Konstitusiya məsuliyyətinin formaları və xüsusiyyətləri müasir konstitusiya hüququ elmində aktualdır. Konstitusiya məsuliyyəti hüquq, siyasət və əxlaq münasibətlərinin sərhədində subyekt üçün yaranan məsuliyyət formasıdır. Konstitusiya hüququnun subyektləri spesifik xarakter daşıyırlar. Onlara insanı, xalqı, ali vəzifəli şəxsi (prezident, baş nazir, deputat) və s. aid etmək olar. Beləliklə, fərd dövlətlə siyasi bağlılığına görə, ilk növbədə, vətəndaş olaraq dövlət qarşısında konstitusiya məsuliyyəti daşıyır. Bu məsuliyyətin hüquqdan kənar sosioloji aspektləri vətəndaşlıq məsuliyyəti yaradır.
Vətəndaşlıq məsuliyyəti isə daha çox mənəvi məsuliyyətlə bağlıdır. Mənəvi məsuliyyət hüquq çərçivəsində olmadığına görə fərdin mənəvi, əxlaq tələblərini pozduğuna görə onun üçün ictimai tənqiddən başqa digər mənfi nəticələr yaranmır. Hətta müəyyən hallarda əxlaqsız hərəkətlər ictimai tənqidə məruz qalmır. Bu, cəmiyyətdə vətəndaşlıq məsuliyyətinin aşağı olduğunu göstərir”.
Bu
baxımdan azərbaycançılıq ideologiyası həm
də vətəndaş məsuliyyətinin güclənməsinə
xidmət edir. Hər bir
kəs cəmiyyət qarşısında cavabdehliyini
hiss etməlidir. Bu, tək
qanunlara riayət etməkdə yox, habelə aktiv vətəndaşlıq
mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin və dövlətin
inkişafı və güclənməsi onların üzvlərinin
hər bir fərdin fəal vətəndaşlıq
mövqeyindən və vətəndaşlıq məsuliyyətindən
asılıdır.
(əvvəli ötən
sayımızda)
Cavid
Xalq cəbhəsi.- 2017.- 19 yanvar.- S.13.