Bolqarıstanda Azərbaycan filmi gecəsi
Sofiyada keçirilən “MENAR” film festivalı
çərçivəsində Azərbaycan filmi gecəsi təşkil olunub. Gecədə Bolqarıstanın
dövlət və hökumət nümayəndələri,
deputatlar, bu ölkənin aparıcı
QHT və KİV təmsilçiləri,
Sofiyada akkreditə olunan diplomatik korpusların rəhbərləri,
Bolqarıstan-Azərbaycan Dostluq
Cəmiyyətinin nümayəndələri
və üzvləri iştirak ediblər. Sofiya şəhərinin meri Yordanka Fandıkova tərəfindən tədbir
iştirakçılarına təbrik məktubu ünvanlanıb. Sayca 9-cu olan
bu festivalda ilk dəfə olaraq Azərbaycan filmləri nümayiş olunub. Filmin nümayişindən əvvəl
Azərbaycanın Bolqarıstandakı
səfiri Nərgiz Qurbanova bu ölkənin
milli radiosuna müsahibə verib.
Festivalın kino sənətimizin bolqar cəmiyyətində
təbliğinə imkan
yaratdığını bildirən
səfir Azərbaycan kinematoqrafiyasının tarixindən
danışıb. Diplomat kino
sahəsinə dövlət
qayğısından, “Azərbaycan
kinosunun 2008-2018-ci illər
üzrə inkişafına
dair Dövlət Proqramı”nın kinematoqrafiyanın inkişafına
təkan verməsindən
bəhs edib. Diqqətə çatdırıb ki, Azərbaycan filmlərində ictimaiyyəti
maraqlandıran məsələlərin
öz əksini tapması bir ənənə halını
alıb. Filmlərimiz bu gün nüfuzlu
beynəlxalq festivallarda
mükafatlara layiq görülür.
Ölkəmizin festivalda iki filmlə təmsil olunduğunu bildirən N.Qurbanova bu filmlərin bolqar auditoriyası tərəfindən
maraqla qarşılanacağına
inamını ifadə
edib. “Bu il Azərbaycan
ilə Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının
25-ci ildönümü çərçivəsində
səfirlik tərəfindən
müxtəlif sahələrdə,
o cümlədən mədəniyyət
sahəsində silsilə
tədbirlərin keçirilməsi
planlaşdırılır. Mədəniyyət və multikultural
dəyərlərə hörmət
Azərbaycanda dövlət
siyasətinin prioritet istiqamətlərindən biridir.
Azərbaycan Prezidentinin Fərmanı
ilə ölkəmizdə
iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi bu siyasətin parlaq nümunəsidir. Cari
ilin yazında paytaxtımız IV Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi
edəcək. Bu siyasət yalnız Azərbaycanla məhdudlaşmır.
Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Bolqarıstanın Veliko Tırnovo şəhərində
yerləşən “Trapezitsa”
Memarlıq Muzey-Qoruğu
bərpa olunub. Bu, Heydər Əliyev
Fondu tərəfindən
Cənub-Şərqi Avropa
regionunda mədəniyyət
sahəsində reallaşdırılan
ən böyük layihələrdəndir”, - deyə
diplomat bildirib.
Azərbaycan filmi gecəsində çıxış edən
N.Qurbanova “MENAR” film
festivalında ilk dəfə təmsil olunan ölkəmizin bu nüfuzlu tədbirə iki
filmlə qatıldığını bildirib.
Diqqətə çatdırıb ki, gələn
il Azərbaycan kinematoqrafiyası 120 illik yubileyini qeyd edəcək. “Ölkəmizdə film sənayesinin yaranması
kinematoqrafiyanın kəşfi ilə eyni
vaxta təsadüf edir.
Hər il 2 avqust
Azərbaycanda Milli Kino
Günü kimi qeyd olunur. 1916-cı ildə
Pirone qardaşlarının Bakıda təsis
etdiyi səhmdar cəmiyyət Azərbaycan
kinematoqrafiyasının inkişafına töhfə verib. Şirkətin ən uğurlu
işlərindən biri dahi
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında
çəkilmiş komediya olub. Bu film
nəinki Azərbaycanda, eləcə də xaricdə böyük uğurlar əldə
edib”, - deyə səfir vurğulayıb.
O, gecədə nümayiş olunacaq “Qırmızı bağ”
və “Şəhər motivləri” filmləri barədə də
məlumat verib. Diqqətə
çatdırıb ki, “Qırmızı
bağ” filmi
babaları bəy olmuş, özü isə müəllim işləyən
bir insanın həyatından bəhs edir. Bu film
Qazaxıstan, Almaniya, Misir
və Türkiyədə keçirilən nüfuzlu
beynəlxalq festivallarda nümayiş
olunub. İkinci nümayişi yanvarın 28-də olacaq “Şəhər motivləri”
kinoalmanaxı Bakı və onun sakinlərindən
bəhs edən qısa novellalardan ibarətdir.
Sonra “Qırmızı bağ”
filmi nümayiş olunub və izləyicilərin böyük
marağına səbəb olub.
Xalq cəbhəsi.-
2017.- 20 yanvar.- S.16.