Azərbaycan filmləri
Dakka festivalında nümayiş olunub
“Dərs” və
“Qırmızı bağ”
bədii filmləri
15-ci Dakka Beynəlxalq
Film Festivalında nümayiş
olunub.
“Azərbaycanfilm”
kinostudiyasından verilən
məlumata görə,
festival 12-20 yanvar tarixlərində
Banqladeşin paytaxtı
Dakka şəhərində
keçirilib.
“Dərs” tammetrajlı bədii filmi Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
lentə alınıb.
Filmin beynəlxalq təqdimatı
Almaniyanın 34-cü Münhen
Film Festivalında baş
tutub.
Ekran əsərinin ssenari müəllifləri
Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı
Fikrət Ələkbərov,
bəstəkarı Tünzalə
Ağayeva, icraçı
prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova
və digərləri
canlandırıblar.
Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Cəfər Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
və Rusiyanın “WeiT Media” kino şirkətində lentə
alınıb.
Ekran əsərinin ssenari müəllifi və quruluşçu
rejissoru Mirbala Səlimli,
quruluşçu operatoru
Maksim Drozdov, quruluşçu rəssamı Leonid
Karpov, bəstəkarı Salman
Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq
Hətəmov (Azərbaycanfilm) və Timur
Vaynşteyndir (WeiT Media). Baş
rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri
canlandırıblar.
Xalq cəbhəsi.- 2017.- 24 yanvar.- S.16.