"Almaz"ın premyerası
olub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının
"Almaz" tamaşasının
premyerası keçirilib.
Teatrın mətbuat
xidmətindən Axşam.az-a
verilən məlumata görə, premyerada ədibin qızı Gülarə
Cabbarlı, mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, teatr ictimaiyyəti iştirak edib. Anşlaqla baş
tutan ikihissəli dramın yeni səhnə redaksiyasının
müəllifi əməkdar
incəsənət xadimi
Əli Əmirli, elmi məsləhətçisi
professor Nizami Cəfərovdur.
Səhnə əsərinin
müəllifi xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.
Tamaşada Almaz rolunda əməkdar
artist Məsmə Aslanqızı
çıxış edib. Digər
rolları xalq artistləri Nurəddin Mehdixanlı (Hacı Əhməd), Rafiq Əzimov (Mirzə Səməndər), Hacı
İsmayılov (Aftil),
Firəngiz Mütəllimova
(Kərbəlayı Fatmansa),
əməkdar artistlər
Sabir Məmmədov (Şərif), Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan),
Əjdər Həmidov
(Balarza), Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov
(Fuad), aktyorlar Rada Nəsibova (Yaxşı) və Mətləb Abdullayev (Sədr) çıxış
edirlər.
Səhnə əsərini Ceyran Həsənli idarə edib.
Xalq cəbhəsi.-
2017.- 24 yanvar.- S.16.