Azərbaycançılıq - dövlətçilik və
vətənpərvərliyi özündə birləşdirir
Vətənpərvərlik
insanın daxilindən, ruhundan gələn bir hiss kimi öz
dövləti, tarixi vətənilə onun sıx
bağlılığı deməkdir. Vətənpərvərlik
mahiyyəti vətənə məhəbbət və öz
şəxsi maraqlarını vətən yolunda qurban verməyə
əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub
olduğun millətin etnik, mədəni, siyasi və tarixi
xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli
qürür kimi də hallanır. Burada vətəninin
xarakterini və mədəni incilərini qorumaq və
özünü bu keyfiyyətlərlə millətin başqa
üzvləri ilə tanımaq, vətənin və öz
xalqının marağını qorumaq da vətənpərvərlik
keyfiyyətlərinə aiddir.
Vətənpərvərliyin
tarixi kökündə min illər boyu yaşamış,
möhkəmlənmiş, öz ana torpağına, dilinə
və adət ənənələrinə bağlanmış
dövlətçilik durur. Millətin və
dövçiliyin formalaşması şəraitində vətənpərvərlik
onun inkişafının ümumimilli anlarını əks
etdirən ictimai düşüncənin tərkib hissəsinə
çevrilir. Vətənpərvərlik hər
bir şəxsin öz ölkəsinin müdafiəsinə
qalxmaq, onun müstəqilliyini qorumaq, inkişafına kömək
göstərmək istəyidir. Bizim hər
birimiz üçün vətənpərvərlik
xalqımıza, dövlətimizə şərəf gətirən
vətəndaşlıq mövqeyimizdir.
Azərbaycanlı olmaq ən əvvəl
doğma torpağı , vətəni sevmək,
onun adını hər yerdə uca tutmaq, bu yolda həqiqətən
də cəfakeş olmaq deməkdir. Xalqımızın
yetirdiyi böyük şəxsiyyətlər, vətənsevər
övladlar bunun nümunəsini gələcək nəsillərə
göstərmişlər. Böyük vətənpərvər
azərbaycanlılar bu cür həyat
yaşamışdır. Tarixi şəxsiyyət Heydər
Əliyevin hələ sovetlərin total beynəlmiləlçilik
mühitində doğma xalqı, vətəni
üçün etdiklərini yada salmaq kifayətdir. O
dövrün bəlli siyasi-ideoloji, idarəçilik çərçivələrində
ölkəmizi müttəfiq respublikalar arasında ön
sıralara çıxarmaq, xalqımızın
şan-şöhrətini (tarixini, mədəniyyətini,
elmini, sənətini, ədəbiyyatını) tanıtmaq azərbaycanlı
adını, vətənpərvərlik missiyasını ən
yüksək səviyyədə doğrultmaq demək idi.
SSRİ-nin bir çox şəhərlərində görkəmli
şəxsiyyətlərimizin yubileylərinin keçirilməsi,
onlara abidələrin qoyulması, küçə və
meydanlara adlarının verilməsi, Bakının
dünyanın müxtəlif şəhərlərilə
qardaşlaşmasını təşviq etmək, bu zəmində
xaricdə Azərbaycanı təbliğ edən tədbirlərin
təşkili və s. Heydər Əliyevin vətənpərvər
azərbaycanlı kimi xidmətlərinin bir hissəsidir.
H.Əliyevin Azərbaycana rəhbərlik
etdiyi zamanda milli ideya məfkurəsi səviyyəsinə
yüksəltdiyi azərbaycançılıq məfkurəsi
də dövlətçilik və vətənpərvərliyi
özündə birləşdirir. O, öz
çıxışlarında bu məqamı tez-tez
vurğulayırdı: “Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik
Azərbaycanın müstəqilliyini, ərazi
bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın
müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın
qəlbində olmalıdır. Ona görə
hər bir vətəndaş vətənpərvərlik hisslərilə
yaşamalıdır”.
Heydər Əliyevin
böyük vətənpərvər kimi tarixdə qalacaq xidmətlərindən
biri də azərbaycançılıq məfkurəsinin
ölkəmizin milli zənginliyini, etnik müxtəlifliyini bir
araya gətirməsidir. Bu məfkurənin digər mühüm
missiyası dünya azərbaycanlılarının, müxtəlif
ölkələrdə yaşayan həmvətənlərimizin
birlik və həmrəyliyinin təmin olunmasıdır.
Sovet Azərbaycanına rəhbərlik etdiyi vaxt
nəhəng SSRİ –də həmvətənlərimizin bir
araya gəlməsinə, təşəkkül tapmasına
mümkün dəstək verir, bu prosesi həmişə təşviq
edirdi. O, müstəqil Azərbaycanın Prezidenti olduqdan
sonra bu fəaliyyəti dövlətimizin xarici siyasətinin
prioritet istiqamətlərindən birinə çevirdi. Xaricdəki soydaşlarımızla görüşlərdə
onları yaşadıqları ölkədə fəal
mövqe tutmağa, ictimai-siyasi proseslərə, işgüzar
həyata nüfuz etməyə, bununla bərabər, tarixi vətəni
unutmamağa, azərbaycanlı kimliyini, xalqımızın mədəniyyətini,
milli-mənəvi dəyərlərini tanıtmağa, Azərbaycan
həqiqətlərini dünyaya çatdırmağa
çağırırdı.
1994-cü ilin fevralında o, Londonda
azərbaycanlı icmasıyla keçirdiyi görüşdə
demişdi: “Vətəndən kənarda yaşayan
soydaşlarımızın ürəkləri gərək
daim Azərbaycanın nəbzi ilə bir vursun. İndi
bizim müstəqil dövlətimiz var. Deməli, harada olursan
– ol, Azərbaycanın müstəqilliyi haqqında, Azərbaycan
xalqının bu günü və gələcəyi
haqqında düşünməlisən”. Sonrakı
illərdə dünyadakı azərbaycanlı diasporunun təşkilatlanması
istiqamətində görülən işlər, azərbaycançılığın
xaricdəki həmvətənlərimizi birləşdirən
ortaq dəyərə çevrilməsi onun həmin nəsihətinin
həyata keçdiyinə gözəl nümunədir.
Bu gün Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsi, ölkəmizin
məruz qaldığı işğala son qoyulması ölkə
vətəndaşları kimi, dünya azərbaycanlılarının
da ortaq hədəfi, ortaq məsələsidir. Siyasi
baxışından, yaşadığı yerdən
asılı olmayaraq, bütün azərbaycanlılar bu məsələdə
həmrəydirlər. Vətənpərvərlik
insanın daxili, mənəvi zənginliyi olmaqla yanaşı,
onun öz vətəni, dövləti, doğma xalqı,
torpağı uğrunda fədakarlığının da
göstəricisidir. Bu nöqteyi-nəzərdən
yetişən nəslin vətənpərvərlik, yurdsevərlik
ruhunda tərbiyəsi xüsusi əhəmiyyət kəsb
edir. Vətənpərvərlik yalnız vətənini
sevmək deyil, həm də onu qorumaq deməkdir. Onda gənc nəslin vətənpərvər kimi
böyüməsi həm də milli təhlükəsizlik
prioritetidir. Vətənpərvərlik
mövqeyi, bu ruhda tərbiyə dövlət quruculuğu
prosesində çox vacib elementdir. Vətənpərvərlik
insanı öz dövlətilə sıx bağlayır, bu
hiss hər bir fərdi öz torpağına, Vətəninə
sahib çıxmağa çağırır.
Bütün bunlara əsaslanaraq
deyə bilərik ki, vətənpərvərlik ideyası
dövlət müstəqilliyinin sütununu təşkil edir. Təsadüfi deyil ki, islam dinimizdə də deyilir: “Vətəni sevmək
imandandır”. Öz xalqının əldə etdiyi suverenliyi,
dövlətinin müstəqilliyini qorumaq vətənpərvər
insanın ali məramıdır. Heydər
Əliyev çıxışlarının birində
demişdir: “Müstəqilliyi elan etmək hər bir xalq
üçün, hər bir ölkə üçün tarixi
hadisədir, böyük xoşbəxtlikdir. Amma
müstəqilliyi yaaşatmaq və onu dönməz,
sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan
da böyük xoşbəxtlikdir. Mən
bu gün iftixar hissilə bəyan edirəm ki, Azərbaycanda
müstəqil dövlət yaşayır və onun gələcəyi
üçün böyük bir təməl qoyulubdur”.
Təsadüfi deyil ki, ölkə
başçısı İlham Əliyevin 2007-ci il 27 may tarixli sərəncamıyla təsdiq
edilmiş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Konsepsiyasında da bu müddəa özünü göstərir.
Konsepsiyada Azərbaycan xalqının mədəni-tarixi
irsinin və mənəvi dəyərlərinin qorunması,
ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi,
özünüdərk, vətənpərvərlik və milli
iftixar hissinin inkişaf etdirilməsi müstəqil dövlətimizin
milli maraqları sırasında qeyd edilmişdir.
Vətənpərvərlik hər
bir insan üçün yaşadığı dövlətin
quruluşundan asılı olmayan vətəndaşlıq
mövqeyindən də irəlidə olan bir məfhumdur. Bu da ondan irəli
gəlir ki, vətəndaşlıq insanın öz dövlətinə
münasibətini təcəssüm etdirirsə, vətənpərvərlik
onun yurduna, Vətəninə, torpağına hərtərəfli
bağlılığının faktorudur. Vətənpərvərlik duyğusu insana kiçik
yaşlarından, həyatı dərk etməyə
başladığı zamandan “ana Vətən” məfhumuyla,
yurd, torpaq sevgisilə aşılanır. Bundan
sonra isə onun vətəndaşlıq mövqeyi, vətəndaşlıq
münasibəti formalaşır. Buna
görə də yetişən nəsildə güclü vətənpərvərlik
hissinin tərbiyəsi onun gələcək vətəndaşlıq
mövqeyinin, dövlətçilik hissinin təşəkkül
tapmasında böyük rol oynayır. Əsl
vətəndaş ilk növbədə vətənpərvər
olmalıdır. Vətənpərvər,
yurdsevər vətəndaş yetişdirmək Azərbaycan
dövlətinin gələcəyini, millətimizin, xalqımızın
sabahını təmin etmək deməkdir. Axı cəmiyyətin və dövlətin
inkişafı, güclənməsi onun hər bir fərdinin fəal
vətənpərvərlik mövqeyindən, vətəndaşlıq
məsuliyyətindən asılıdır.
Heydər Əliyev mənəvi zənginliyin
məhək daşlarından biri kimi vətənpərvərliyə
böyük qiymət vermişdir: “Vətənpərvərlik
insanın daxilindəki duyğulardır. Əgər
bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.
Vətənpərvərlik,
milli hissiyat sağlam özül, başqalarına hörmət
üzərində qurulanda bəşəri dəyərləri
zənginləşdirir. Azərbaycan vətənsevərliyi,
ölkəmizdəki tolerantlığı, polietnik zənginliyi
özündə birləşdirən azərbaycançılıq
məfkurəsi də bizim mənəviyyatımızın təməl
daşıdır. Bu ideya həm də Azərbaycanın
şovinist, mionoetnik Ermənistanla apardığı informasiya
mübarizəsində güclü təbliğat silahıdır.
Davakar millətçilik üzərində
köklənən ermənilik ideologiyasından fərqli olaraq
azərbaycançılıq ideyası sağlam vətənsevərlik,
vətənpərvərlik məfkurəsidir, onun
özülündə başqa xalqlarla sülh içində
yaşamaq, milli, dini dözümlülük fəlsəfəsi
durur.
Buna görə
də gənc nəslin vətənpərvərlik, dövlətçilik,
milli ruh, mənəviyyat və heç vaxt gözardı edilməyən
tolerantlıq mühitində yetişdirilməsi, təlim-tərbiyəsi
milli intibahımızın möhkəm təməlinə əzas
yaradır. Azərbaycanın yeni inkişaf
mərhələsinə qədəm qoyduğu, sürətlə
dünyaya inteqrasiya olunduğu bir vaxtda bu, xüsusilə
müstəsna əhəmiyyət kəsb edir. Ölkə
Prezidenti İlham Əliyev öz çıxış və bəyanatlarında
bu məqamı həmişə diqqətə
çatdırır: “Bizim strategiyamız dəyişməz
olaraq qalır. Milli ideologiyamız möhkəm əsaslar
üzərində qurulubdur. Müstəqillik, azərbaycançılıq,
müasirlik, vətənpərvərlik, milli və dini
dözümlülük. Bizim əsas ideoloji dayaqlarımız
bunlardır. Müstəqil Azərbaycanın uğurlu
inkişafı onu göstərir ki, taleyimiz öz əlimizdə
olduğu halda xalqımız böyük zirvələrə
çata bilər. Bu gün müstəqil Azərbaycan istənilən
sahə üzrə uğurla, inamla inkişaf edir”.
Xalq cəbhəsi.-
2017.- 26 yanvar.- S.13.