“Diasporumuzun əsas məramı -
Azərbaycan həqiqətlərini dünyaya
təqdim etməkdən ibarətdir”
Cavanşir Feyziyev:
“Qarabağ məsələsinə
görə qaçılmaz
olan daha ciddi sınaq və mübarizələri
proqramlaşdırmaq zəruridir”
Əvəlli ötən sayımızda
“Müstəqil
dövlətimizin qarşılaşdığı ən böyük problemdən - ermənilərin
torpaqlarımızın bir hissəsini işğal etməsi, onu heç vəchlə qaytarmaq
istəməməsi və bununla da beynəlxalq hüququn müvafiq normalarını cinayətkarcasına
pozması faktından qaynaqlanır. Məhz bu məsələdə dünya
azərbaycanlılarının maraqları mütləq şəkildə
birləşir və burada heç
bir fikir ayrılığı
yoxdur. Dərindən duyduğumuz bu zərurət
səbəbindən son iyirmi
ildə Azərbaycan diasporu özünün strateji məqsədlərində
xeyli irəli gedib,
dünyanın ən təhlükəli diasporlarından biri olan, yalnız dar millətçilik maraqlarından
çıxış edən erməni diasporuna
layiqli cavab verə
biləcək qədər güc
toplayıb. Bəllidir ki, Ermənistan təkbaşına
Azərbaycan torpaqlarını heç cür işğal edə
bilməzdi”. Bu fikirləri deputat,
fəlsəfə doktoru Cavanşir
Feyziyev səsələndirib. Onun sözlərinə görə, bu işğalı "təşkil edən"
əsas təhrikçi qüvvələrdən biri məhz maliyyə və altsiyasət vasitələrini
uzun zamanlar yaradaraq hazır vəziyyətə gətirən
erməni diasporu olub:
“Deməli, hazırkı vəziyyətdə Azərbaycan
Respublikasının Ermənistandan bütün
parametrlər üzrə qat-qat güclənməsi
Azərbaycan diasporunun da
erməni diasporunu qat-qat
üstələməsi faktında öz
təsdiqini tapmalıdır. Bu, həm də strateji planda ona görə
lazımdır ki, Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad etdiyi təqdirdə
beynəlxalq siyasət, hüquq və diplomatiya müstəvisində erməni
arsenalını neytrallaşdırmaq və dağıtmaq mümkün olsun. Bu gün isə diasporumuzun əsas
məramı - Azərbaycan həqiqətlərini özünün gerçək dəyərində
və gərəyində dünyaya təqdim
etməkdən və Qarabağ məsələsinə
görə qaçılmaz olan daha ciddi sınaq və
mübarizələri proqramlaşdırmaqdan ibarətdir.
Azərbaycanın demokratik dünya birliyinə və iqtisadiyyatına
onların hərəkətverici qüvvəsinə
çevrilməklə inteqrasiyası, qlobal
enerji layihələrinə ölkəmizdən
start verilməsi, burada
mədəniyyətlər, sivilizasiyalar və
dinlərarası dialoq mühitinin
yaradılması, dövlətimizin siyasi,
iqtisadi və intellektual
potensialının artması dünya azərbaycanlılarının
daha böyük imkanlar əldə etməsinə, bu proseslərə dünyanın hər yerindən
fəal şəkildə qoşulmasına maksimum
şərait yaradır. Ölkəmizin dinamik
inkişafı prosesində xalqımızın
yaratdığı böyük milli mədəniyyətin və onun bəşər sivilizasiyası ilə bütün
zamanlardakı qırılmaz
bağlılığının, dünyaya
açıqlıq psixologiyasının tarixi
və müasir əhəmiyyətini daha dərindən anlayır və qiymətləndiririk.
Bəşəriyyət ailəsində özünü həmişə onun yaradıcı qüvvəsi kimi hiss edən azərbaycanlıların
eklektik formada deyil, təbii şəkildə və yüksək
səviyyədə millilik və ümumbəşərilik
xüsusiyyətlərinə malik
olması tarixən olduğu kimi bu gün
də onlara imkan verir ki, dünyanın
istənilən ölkəsində cəmiyyətin elitası ola bilsinlər. Müasir
azərbaycanlının universal keyfiyyətləri
ona dünyanın bütün
qapılarını açır. Onun milli və ümumbəşəri
dünyagörüşündəki bu vəhdət
inkişaf edərək universallaşan
Azərbaycanla qloballaşan dünya arasındakı üzvi
inteqrasiyanın mühüm şərti,
itirilməz dəyərdir. Xalqımızın bu unikal keyfiyyətlərindən
həmişə iftixarla söz
açan Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyev Dünya Azərbaycanlılarının
III Qurultayının açılış mərasimində diaspor siyasətinin əsas prinsiplərini, məqsəd
və vəzifələrini təhlil etmiş,
ümumən xaricdə yaşayan həmvətənlərimizlə
ölkəmiz arasındakı dərin münasibətləri daha da inkişaf
etdirməyin strategiyasını müəyyən etmişdir. Dövlət
başçısının "Biz neft kapitalını insan
kapitalına çevirməliyik" şüarı həm də
diaspor quruculuğu
istiqamətində mühüm əhəmiyyət
kəsb edir”. O bildirib ki, dünya
azərbaycanlıları həmin prosesin fəal
iştirakçısı olaraq, özlərinin
milli intellektual
potensialı ilə dövlətlərarası münasibətləri
inkişaf etdirir, bu münasibətləri elə səviyyəyə
qaldırmağa çalışırlar ki,
həmin proseslər Azərbaycan dövlətinin milli mənafelərinin uca
tutulması üçün beynəlxalq
platformanı daha da
möhkəmləndirsin və sarsılmaz etsin:
“Dövlət başçısı
çıxışında xüsusi olaraq vurğulayıb ki,
"səfirliklərlə diaspor təşkilatları
arasındakı əməkdaşlıq daha
da güclü, daha da məqsədyönlü
olmalıdır". Çünki
yalnız belə olduqda, hər iki istiqamətdə bir
sıra problemləri aradan qaldırmaq, vətənlə
xarici
dövlətlər, ölkə vətəndaşları ilə
xaricdə yaşayan həmvətənlərimiz
arasında münasibətlərin səmərəli
formalarını yaratmaq və inkişaf etdirmək mümkündür.
Ölkə başçısı eyni zamanda xaricdə fəaliyyət göstərən
diaspor təşkilatlarımızın
o ölkələrin daxili
siyasətində iştirak etmələrinin
vacibliyini diqqətə çatdıraraq
göstərdi ki, "artıq bunun vaxtı gəlib çatıb. Həm
ölkəmizin inkişafı, həm diaspor
təşkilatlarımızın güclənməsi
qarşımızda indi belə imkanlar açır. Soydaşlarımız -
azərbaycanlılar yaşadıqları ölkələrdə
dövlət, hökumət qurumlarında təmsil
olunmalıdırlar. Onların sayı da bəzi
hallarda buna imkan verir. Qanunvericilik
orqanlarında təmsil olunmalıdırlar. Bunu
etmək üçün azərbaycanlılar
arasında qarşılıqlı dəstək və birlik daha da
güclü olmalıdır". Beynəlxalq şəraiti, qlobal
siyasətin inkişaf təmayüllərini,
burada hansı proseslərin üstünləşməsinə
əhəmiyyət verildiyini dəqiq bilən
və düzgün qiymətləndirən
ölkə rəhbərimiz belə bir mühüm istiqamətdə də həmvətənlərimizin
fəaliyyətinə təkan və ruh
verir... Azərbaycanın müvafiq
dövlət strukturlarına, dövlət şirkətlərinə
göstəriş verilib və özəl
şirkətlərə tövsiyə edilib
ki, çalışdığı
ölkələrdə azərbaycanlıları daha da çox
işlərə cəlb etsinlər. Hesab
edirəm ki, şirkətlərimiz xaricdə
güclənən zaman orada
yaşayan azərbaycanlılar bu işlərə daha da çox cəlb ediləcəklər.
Burada söhbət təkcə azərbaycanlıları
işə götürüb hansısa vəzifə
verməkdən getmir. Xaricdə fəaliyyət
göstərən şirkətlər Azərbaycan şirkətləri,
dövlət şirkətləri tərəfindən icra edilən layihələrdə iştirak etməlidirlər". - Bu, artıq ölkə Prezidentinin
öz həmvətənlərinə verdiyi yüksək siyasi zəmanətdir:
Gəlin, həm Azərbaycan kapitalından istifadə edin, həm də öz
kapitalınızı ölkədə və xaricdə Azərbaycan
layihələrinin icrasına yatırın. Tam
əminliklə demək olar ki, bu prosesin
stimullaşdırılması Azərbaycan
iqtisadiyyatının, eyni zamanda,
dövlətlərarası iqtisadi əlaqələrin
inkişafında yeni bir
mərhələnin başlanması deməkdir. Xaricdə yaşayan azərbaycanlıların da kifayət qədər sərmayə
imkanları var. Deməli, bu
sərmayənin milli iqtisadiyyata
və artıq onun xarici
ölkələrdə yaranıb genişlənən bölmələrinə
və istiqamətlərinə yatırılması bu kapital qoyuluşunun
həcmini yetərincə artırar. Bu - yeni nəsil demokratik dünya dövlətlərinin üstünlük
verdiyi faydalı prosesdir
ki, Azərbaycan da onun ön sıralarında
olmaq imkanındadır. Beynəlxalq siyasi, mədəni, intellektual
həyatın dinamik inkişafında dünya azərbaycanlılarının öz yeri, rolu
və məsuliyyət payı var. Azərbaycan Respublikası inkişaf
etdikcə, onun başlıca olaraq bir suveren
dövlət statusunda, həm də buna dəstək kimi güclü və vətənpərvər diasporu vasitəsilə beynəlxalq siyasətə
təsir imkanları artdıqca, özünün
qüdrətli milli dövlətinə -
Azərbaycana arxalanan dünya
azərbaycanlılarının da
milli, regional və qlobal səviyyədə manevr
və fəaliyyət imkanları yüksəlir. İndi təkcə azərbaycanlılar deyil, onların vasitəsilə ölkəmiz
haqqında dürüst məlumata malik olan digər millətlərin
nümayəndələri, dövlətlərdə və beynəlxalq
təşkilatlarda müəyyən məsul vəzifələri
icra edən şəxslər də Azərbaycanın
milli maraqlarının müdafiəsində
lazımi mövqeyi sərgiləyirlər.
Bu istiqamətdə Azərbaycanın
xeyirinə lobbiçilik hərəkatını
fəallaşdırmaq və genişləndirmək də xüsusi əhəmiyyət kəsb edir. Müqayisə etsək görərik ki, son on
ildə dünyanın kütləvi informasiya
vasitələrində Azərbaycan haqqında informasiyanın
keyfiyyəti, həcmi, intensivliyi və
miqyası dəfələrlə artıb. Azərbaycan indi planetin aparıcı
mediasında diqqət mərkəzindədir. Onun
tarixi və müasir
nailiyyətləri publisistik
araşdırmalardan elmi tədqiqatlaradək
çox geniş miqyasda öyrənilərək, beynəlxalq arenada dəyər qazanır. Diasporla İş
üzrə Dövlət Komitəsinin nəşr etdiyi "Ölkəm" dərgisi, Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın redaktoru
olduğu, rus və ingilis dillərində dərc edilən "Baku" jurnalı, Betti Bleyrin redaktorluğu ilə
1993-cü ildən nəşr olunan "Azerbaijan International"
jurnalı, xarici ölkələrdəki
çoxsaylı diaspor təşkilatlarımızın
veb-saytları və s. Azərbaycanı bütün dolğunluğu
ilə qlobal informasiya
məkanında təqdim etməyə zəmin yaradan
böyük uğurlardır...Həmvətənlərimiz beynəlxalq siyasətin
ön cinahında yer alan Azərbaycan Respublikasının nailiyyətlərindən
fərəhlənərək, onun tərəqqisi
naminə daha sıx birləşmək,
güclənmək, fəaliyyətlərini ən zəruri və
məqsədəyönlü istiqamətlərdə qurmaq və irəlilətmək üçün bu gün real tarixi
şans əldə ediblər. Bu imkanlardan yararlanmaqla, onlar
qarşıdakı illərdə doğma
vətən torpağına ayaq basanda, daha qüdrətli
Azərbaycanla nəfəs-nəfəsə dayanacaq,
qurur duyacaq, "Bu inkişafda,
çiçəklənmədə mənim də payım var!" - deyə biləcəklər...”.
Əli
Xalq cəbhəsi.- 2017.- 26 yanvar.- S. 9.