S.C.Pişəvəri Hərəkatı ilə
bağlı tarixi sənədlər
Azərbaycan Milli Hökumətinin proqramı
Azərbaycan Milli Nazirlər Kabineti, Azərbaycan xalqının
illər boyu arzu etdiyi milli
muxtariyyətini vücuda
gətirmək və bu vasitə ilə Azərbaycan xalqının milli ehtiyaclarını həll
edib onu inkişaf və təkamülə sövq
etmək üçün
aşağıdakı vəzifələri
özünün yaxın
hədəfi və proqramı təyin edir.
1. Milli muxtariyyətimizi dünyaya
tanıtmaq, onun da vam və
bəqasını təmin
etmək üçün
ciddi tədbirlər görüb, səlahiyyətdar
məqamat ilə müzakirəyə girişmək,
İranın istiqlal və ərazi bütövlüyünə xələl
gətirmədən milli
dövlətimizi demokratik
əsaslar üzrə
qurmaq və bu yolda qabağa
çıxa bilən
çətinlikləri aradan
qaldırmaq.
2.Milli muxtariyyətimizi
möhkəm əsaslar
üzrə qurub, onu xalqa yaxınlaşdırmaq
məqsədi ilə çox tez bir surətdə vilayət əncümənlərinin
seçkilərinə başlamaq
və yerli idarələrin nəzarətini
onların ixtiyarına
vermək.
3.Şəhərlərimizin
abadlığı üçün
yubadılmadan şəhər
əncümənlərini, demokratik əsaslar üzrə seçib, onların işlərini düzgün bir surətdə cərəyana
salmaq.
4.Yerlərdə sağlam
azadlıqsevər adamlardan
rayon və qəsəbə
başçıları seçib,
onların vasitəsi ilə keçmiş zalimcəsinə hərəkətlər
və xalqı təhqir edici əməllərin qarşısım
alıb, bütün ölkədə təhlükəsizlik
və asayişi təmin etmək.
5.Jandarm və
polis idarələrini xain
və xalqı əzib fəlakətə
sövq edən şəxslərin əlindən
çıxarıb, azadlıqsevər
və vətənsevər
şəxslərə tapşırmaq
və onların işlərini xalqın arzu və ehtiyaclarına
mütənasib bir hala salmaq.
Vergi qanunlarını nəzərdən
keçirmək və
maliyyə idarəsinin
gəlir və xərclərini təftiş
etdikdən sonra, çox tez bir surətdə milli büdcə layihəsini Milli Məclisə təqdim etmək. Ümumiyyətlə, mali siyasətin
gəlir və xərclərin əsasını
məmləkətin inkişaf
və təkamülü
üzərində qurmaq.
7.Muxtariyyətimizi, Milli
Məclisimizi və Milli Dövlətimizi qurmaq və onun gələcəyini təmin etmək üçün kəndlərdə
və şəhərlərdə
yaranmış fədai
dəstələrini bir
mərkəz ətrafında
mərkəzləşdirmək, milli xalq qoşunu
yaratmaq və bu qoşunun silah və tənzimatını
müasir hala salmaq məqsədi ilə ciddi tədbirlər görmək.
8.Mədəniyyət və maarif sahəsində dövlətimizin qabağında
iki böyük məsələ durur. Birincisi, öz milli dilimizi
bütün məktəblərdə
rəsmi olaraq qəbul və icra etmək, ikincisi isə ümumiyyətlə savadsızlığa
qarşı mübarizə
aparmaq, pulsuz və icbari təhsili milli yoluna qoymaq. Bunların hamısından
çox, Milli Hökumətimizin ali təhsil məsələsinə əhəmiyyət
verib, milli universitet əsasını
qurmağa çalışmalıdır.
9.Ticarət və iqtisad sahəsində Milli Hökumətimiz birinci növbədə milli sənayemizə əhəmmiyyət verib, mövcud zavodları düzgün yoluna qoyacaq. İkinci növbədə də yeni zavodlar
açmaqla, məmləkətin
sənayesinə olan ehtiyaclarını təmin
edəcək. Ticarət
sahəsində dövlətimiz
Azərbaycanın ticarət
mərkəzi ola bilməsi üçün tədbirlər
görəcək və
yollar arayacaq.
10.Yolların təmir və çəkilməsi də,
poçt və teleqraf və telefon kimi əlaqə
vəsaitinin genişləndirilib,
müasir hala salınması hökumətimizin
əsasi vəzifələrindəndir.
11.Kəndli ilə ərbablar arasında yaranan münaqişələri aradan
qaldırmaq üçün
qarşılıqlı razılıq
şərti ilə, ciddi qanun layihəsi
tərtib edib, bu yol ilə
kəndli və ərbab məsələsini
həll və təsdiq etmək.
Kəndlərdə və şəhərlərdə
gündən-günə artmaqda
olan işsizliyin qarşısını almaq
üçün dövlət
torpaqlarını tezliklə
əkinçilər arasında
bölüşdürmək. Həmçinin Azərbaycanı tərk edib onun xaricində
milli muxtariyyətimiz əleyhinə təbliğat
aparanların da yerlərini zəbt edib kəndlilərin ixtiyarına qoymaqla torpaqsız kəndlilər
ayaqlandırılmalıdır.
Bundan əlavə xalqımızın
əksəriyyətini kəndlilər
təşkil etdiyi üçün gələcəkdə
Aqrar Bankı elə bir surətdə
gücləndirmək lazımdır
ki, eliyə bilsin kəndliyə kredit verməklə torpaq məsələsini həll etsin və ərbablar öz istək və rəğbətləri
ilə torpaqları kəndlilərə adilanə
qiymətə sata bilsinlər.
13. İşsizliklə
ciddi mübarizə etmək üçün ciddi tədbirlər görmək, əl sənayesi, yol işləri, zavodların
təsisi, əkinçilik
və ticarətin artması vəsaitindən
ciddi surətdə istifadə etməyi lazım görür.
14. Fəhlə və zəhmətkeşin
məişətini düzgün
yola qoymaq üçün iş və əmək qanun layihəsini hazırlayıb məclisə
təqdim etməli və eyni zamanda
işçilərin sığorta
edilməsini icbari etmək üçün tədbirlər görməlidir.
15. Səhiyyə
işinə diqqət
yetirib birinci növbədə ümumi
və keçici xəstəliklərin qarşısının
alınması və xüsusilə kəndlərdə
və aşağı
sinfə mənsub əhaliyə həkim və dərman çatdırmaqla xalqın
səhiyyəsini təmin
etməlidir.
16. Milli Şura Məclisi tərəfındən bu
ana qədər qərara alınmış
qanunları, Azərbaycan
xalqının həyatına
və milli muxtariyyətinə münasib
bir surətdə islah edib təzə
faydalı layihələr
təqdim etmək.
17.Xüsusi mülkiyyət haqqında
Azərbaycan Milli Hökuməti, məmləkətin
bütün sahələri
üçün xüsusi
mülkiyyəti qəbul
edib, məmləkətin
və xalq iqtisadiyyatının inkişafına
və xalqın vəziyyətinin yaşılaşmasına
səbəb olan hər növ xüsusi hərəkətlərə
kömək edəcək.
18.Azərbaycan Milli Hökuməti, ölkədə yaşayan
ümum əhalinin vicdan və inam azadlığına ehtiram edəcək.
19.Azərbaycan Milli Hökuməti, Azərbaycanlılarla birlikdə
Azərbaycanda yaşayan
bütün vətəndaşları
xüsusi ilə kürdlər və başqalarını hüquq
və qanun
qarşısında eyni hesab edir.
20.Azərbaycan Milli
Hökuməti, mərkəzi
İran hakimiyyətini
tanımaqla yanaşı
bu hökumətin Azərbaycanın muxtariyyətinə
müxalif olmayan, Azərbaycan xalqının
təsisçilər məclisi
və Azərbaycan məclisinin müraciətnamə
və qərarlarında
qeyd olunan milli hüquq tələblərinə zidd
olmayan tədbirləri
həyata keçirəcək.
Proqramın ətrafında geniş surətdə müzakirə
etdikdən sonra səsə qoyulub, Azərbaycan Milli Hökumətinin proqramı
səs çoxluğu
ilə qəbul olundu.
***
AZƏRBAYCAN
MİLLİ HÖKUMƏTİNİN DİL HAQQINDA QƏRARI
Xalqımızı dövlət
aparatına yaxınlaşdırmaq
və ümum əhalinin ehtiyaclarını
sadə bir surətdə anlamaq və həmçinin milli dili və
milli mədəniyyətimizin
inkişaf və təkamül yollarını
təmizləmək üçün
Azərbaycan Milli Hökuməti özünün
6 yanvar (1945-ci il) tarixli iclasında aşağıdakı
qərarları qəbul
edib.
1. Bu gündən etibarən Azərbaycanda, Azərbaycan
(türkcəsi) dili rəsmi dövlət dili hesab olunur.
Dövlətin qərarları və
rəsmi elanlar, həmçinin xalq qoşunları hissələrinə
verilən əmrlər
və qanun layihələri mütiəq
Azərbaycan dilində
yazılmalıdır.
2. Bütün idarələr
(dövləti, milli, ticari və ictimai) öz işlərini Azərbaycan
dilində yazmağa məcburdular. Bu dildə yazılmayan dəftərlər
və sənədlər
rəsmi
hesab olunmayacaq.
3. Məhkəmələrdə işlərin
baxılması təmamilə
Azərbaycan dilində
aparılmalı və
bu dili bilməyənlər
üçün tərcüməçi
təyin olunmalıdır.
4. Azərbaycanın bütün
idarə, müəssisə
və ticarət məkanlarında tablolar mütləq Azərbaycan dilində yazılmalıdır.
5. Rəsmi iclaslar, yığıncaqlar, nitq və müzakirələr
Azərbaycan dilində
olmalıdır.
6. Azərbaycanlı olmayıb
başqa dil ilə danışanlar və ümumi dövlət idarələrində
xidmət edənlər
Azərbaycan dilində
yazıb-oxumağı və
danışmağı öyrənməlidirlər.
7. Maarif Nazirliyinin idarə işçilərini
Azərbaycan dili ilə tanış
etmək məqsədi
ilə ayrı dillərdən savayı, onlar üçün idarələrin nəzdində
yaşlılara məxsus
kurslar açılmalıdır.
Bu kurslarda iştirak edənlərin iş müddəti bir saat az olmalıdır.
8. Azərbaycanda yaşayan başqa millətlər öz işlərini öz ana dillərində
aparmağa haqlıdırlar.
Lakin onlar öz rəsmi elanları və yazılarında öz milli dilləri
ilə yanaşı
Azərbaycan dilini, rəsmi dövlət dili olaraq, işlətməlidirlər.
9. Azərbaycanda yaşayan azlıqlar xüsusi milli məktəblərindəki
təhsil öz ana dillərində olduğu halda, Azərbaycan dilinin də tədrisi məcburidir.
10.Azərbaycan Milli Hökuməti Maarif Nazirinin məktəblərdə dərslərin
Azərbaycan dilində
olması haqqındakı
qərarını qəbul
və təsdiq edib, məktəblərin milli dilə keçməsini bütün
müəllim və müəllimələrə bir
milli vəzifə kimi tapşırır.
Azərbaycan Milli Dövlətinin Baş Nazir S.C.Pişəvəri
Xalq cəbhəsi.- 2017.- 27 yanvar.- S.14.