“Azərbaycan xalqı üçün milli ideya taleyüklü məsələlər sırasına aiddir

 

 Milli ideyanın formalaşması və transformasiyası və indiki spesifikası barədə kifayət qədər elmi baxımdan əsaslandırılmış məlumat alan oxucuya tam aydın olur ki, azərbaycanlıların milli ideyası - azərbaycançılığı Azərbaycanın dünya birliyində yeri, onun tarixi, mədəniyyəti, milli mentallığı, milli xarakteri haqda təsəvvürlər sistemini əks etdirir”. Bu fikirləri fəlsəfə elmləri doktoru, professor Nigar Ələkbərova səsləndirib. O bildirib ki, dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən Azərbaycan həmin dövr ərzində böyük inkişaf, özünəqayıdış, özünüdərk özünütəsdiq yolunu keçən Azərbaycan xalqı üçün milli ideya taleyüklü məsələlər sırasına aiddir: “Milli ideya hazırkı dövrdə Azərbaycanın özünü reallaşdırmasının özülü, dövlətin səmərəliliyinin aparıcı faktoru, ölkənin tərəqqisinin mental baxımdan təminatçısı qismində çıxış edir. Eyni zamanda, milli ideya milli ideologiya mövzusu fəlsəfə, siyasi fəlsəfə, siyasi tarix politologiyanın ən çətin incə, heç vaxt aktuallığını itirməyən, həm dərin zəka, analitik təfəkkür, ensiklopedik bilik, kompleks, sistemli, komparativ kreativ yanaşma tələb edən genişəhatəli problem kimi dəyərləndirilə bilər. Təsadüfi deyil ki, cəmiyyəti maraqlandıran bir çox problemlərə daim diqqət yetirən, aktual ictimai prosesləri fəlsəfi, sosial-siyasi tarixi baxımdan dərindən təhlil edən tanınmış dövlət xadimi görkəmli alim, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev məhz milli ideya mövzusuna xüsusi önəm verir. Son illərdə bu məsələyə hörmətli akademikin bir sıra maraqlı əsərləri həsr olunub. Nüfuzlu alimin "Bakinski raboçi"qazetində dərc olunan geniş dolğun müsahibəsində milli ideya mövzusu mərkəzi yer tutur. Burada milli ideyanın təşəkkülü, inkişafı, zənginləşməsi hazırkı vəziyyəti, milli mənlik şüurunun yaranması möhkəmlənməsində, bütövlükdə millətin formalaşmasında onun rolu, real potensial gücü, dövlətə, cəmiyyətə hər bir vətəndaşa təsiretmə imkanları, birləşdirmə həmrəylik enerjisi digər olduqca əhəmiyyətli xüsusiyyətləri hərtərəfli, dərin elmi-nəzəri tətbiqi-praktiki nöqteyi-nəzərdən əsaslandırılmış təhlilin predmetini təşkil edir. Müsahibənin özəlliyi həm ondadır ki, fəlsəfi siyasi tutumlu mürəkkəb məsələ sadə, səlis, oxunaqlı dillə geniş oxucu auditoriyasına çatdırılır. Digər fərqləndirici xüsusiyyət milli ideyanın izahında, dahi nəzəriyyəçi praktik Heydər Əliyevin dövlətçilik xəttinin davam etdirilməsidir. Ulu öndər 2001-ci il noyabırın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərək demişdir: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir biz azərbaycançılığı, Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət- ənələrini yaşatmalıyıq". Buradan belə məntiqi nəticəyə gəlinir ki, azərbaycançılıq dövlət siyasətində strateji əhəmiyyətə malikdir. O, dövləti möhkəmləndirmək, ərazi bütövlüyünü müstəqilliyini qoruyub saxlamaq, iqtisadiyyatı modernləşdirmək, mədəniyyəti inkişaf etdirmək, hazırkı gələcək nəsillər üçün daha da mükəmməl şərait yaratmağa, onların firavanlığını təmin etməyə yönəlmişdir”. Onun fikrincə, milli ideyaya məhz belə yanaşma müsahibənin əsas qayəsini təşkil edir: “Müasir elmdə milli ideya problematikası müxtəlif cür izah edilir. Lakin milli siyasi şüurun səciyyəvi xüsusiyyətlərinin, ölkənin xalqın siyasi inkişafının retrospektiv perspektiv vəziyyətlərinin komplekssistemli təhlilinə, konseptual baxımdan dərk edilməsinə məhz akademik Ramiz Mehdiyevin elmi-nəzəri yaradıcılığı praktiki-tətbiqi fəaliyyətində rast gəlirik. Hörmətli alimin fundamental əsərlərində, bir çox publisistik yazılarında çıxışlarında, barəsində danışdığımız müsahibə daxil olmaqla, Azərbaycanın milli ideyası olan azərbaycançılığın mahiyyəti, onun ontoloji əsası, koqnitiv siyasi substratı, aksioloji məzmunu, genezisinin prinsip mexanizmləri, istiqamətləndirici birləşdirici rolu, dövlətin dövlət institutlarının fəaliyyətinin səmərəliliyinə stimullaşdırıcı təsiri s. ciddi məsələlər elmi analizə cəlb edilir. Müsahibədə ilk növbədə azərbaycanlıların milli ideyasının formalaşması, xalqımızın milli-ideoloji konseptinin təşəkkülü transformasiyası prosesi mərhələlərə bölünməklə, bütün mərhələlərin spesifik cəhətləri təfərrüatıyla açıqlanmaqla ardıcıl surətdə işıqlandırılır. Akademikin fikrincə, birinci mərhələ 1828-1875-ci illəri əhatə edir. Həmin dövrdə Azərbaycan cəmiyyətində identifikasiyanın əsas meyarı dini faktor olmuşdur. Bununla bərabər, Rusiya imperiyasının tərkibində qalmış azərbaycanlıların tədricən həmrəy olması prosesinə yenicə formalaşan Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə başqa böyük ziyalıların adı ilə bağlı olan milli realist ədəbi məktəb təsir edir ki, bu məktəbin parlaq fəaliyyətindən bəhrələnərək milli oyanış impulsu sonrakı onilliklərdə bir qədər geniş yayılır. İkinci mərhələdə (1875-1905-ci illər) milli mənlik şüurunun təşəkkülü, "Azərbaycan türkləri" (M. Şahtaxstinski) termininin yaranması, milli identikliyin yalnız dini faktorla deyil, ilk öncə etnik əsasla, yəni türk faktoruyla, türk mədəniyyətinin ənənələriylə əlaqələndirilməsi önə çıxır ki, belə yanaşmanın formalaşmasında Həsən bəy Zərdabi, Seyid Camal Ünsizadə qardaşları, Nəcəf bəy Vəzirov, Əlimərdan bəy Topçubaşov, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə digər görkəmli maarifçilərin yaradıcılığı tarixi rol oynamışdır. Məhz onların fəaliyyətinin mərkəzində Azərbaycan milli ideyasının formalaşmasının başlanğıcı olan etnik identikliyə keçid etnik şüurun dini şüurdan ayrılması ideyası dururdu. 1905-1907-ci illərin inqilabından başlanan 1918-ci ilin may ayında Zaqafqaziya Seyminin süqutu ilə başa çatan üçüncü mərhələ xalqın oyanışı, milli mənlik şüurunun sonrakı formalaşması, Avropa sivilizasiyası dəyərləri ilə tanışlıq prosesinə fəal cəlb olunan ilk siyasi partiyaların yaranması, dövlətçilik təfəkkürünün milli azadlıq ideyasının formalaşmasına təkan verən yeni jurnal ("Füyuzat") qəzetlərin ("Həyat", "İrşad") təsis edilməsi ilə xarakterizə olunur. Bu dövrdə milli ideyanın son məqsədi kimi ərazi muxtariyyəti yaradılması uğrunda mübarizə ön plana çıxmışdı”. O bildirib ki, həmin illər yeni ictimai-siyasi xadimlər təbəqəsinin nümayəndələri Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov başqaları milli identiklik ideyasını irəli sürməyə başladılar: “Həmin ideya azərbaycançılıq ideologiyasının formalaşmasına keçidi nəzərdə tuturdu, onun növbəti hədəfi isə milli ideya idi. Azərbaycanda get-gedə genişlənən kəskin siyasi mübarizə milli ideyanı öz məntiqi sonluğuna - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına gətirib çıxardı. Azərbaycan milli ideyasının formalaşması tarixinin dördüncü mərhələsi 1918-ci il mayın 28-də Tiflisdə, Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında qərar qəbul edildiyi vaxtdan 1920-ci il aprelin sonuna qədər olan dövrü əhatə edir. Həmin dövr milli ideyanın öz məntiqi sonluğuna, "milli ideyanın təntənəsinə" gətirib çıxardı, çünki yaranmış Azərbaycan Xalq Cümhuriyyəti məhz bu ideyanın təcəssümü idi. Özünüidentifikasiya prosesi sovet dövründə bir sıra səbəblərdən (bu sırada repressiyaları, totalitar dövlətin formalaşmasını, kommunist ideologiyasının qələbə çalmasını, bir qədər sonra volyunatarizmin bərqərar olmasını s. xatırlatmaq istərdik) çox ləng gedirdi. Lakin 1969-cu ildə çətin şəraitdə Heydər Əliyev kimi dövlət xadiminin siyasi səhnəyə gəlməsi milli maraqların ehtiyatla ardıcıl olaraq reallaşdırmasına təkan verdi keçən əsrin 80-cı illərinin axırlarında ölkədə milli hərəkatın genişlənməsi 1991-ci ildə dövlət müstəqilliyi əldə edilməsi üçün münbit zəmin yaratdı. Milli ideyanın formalaşması prosesinin beşinci mərhələsi müsahibədə Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirilir. Hesab olunur ki, bu mərhələ 1987-ci ilin axırları - 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvarından sonra keyfiyyətcə yeni hərəkata - milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır...”.

 

Ardı var...

 

Əli

 

Xalq cəbhəsi.- 2017.- 27 yanvar.- S.9.