“Orqan transplantasiyasına ehtiyacı olan xəstələrin siyahısı
hazırlanır”
Mircəlal
Kazımi: “ Dərmanlar ölkəmizdə istehsal olunduqdan
sonra orqan köçürülməsi əməliyyatlarının
qiymətləri aşağı olacaq”
Səhiyyə Nazirliyinin
Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici
Şurasının üzvü, Mərkəzi Neftçilər
Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan
Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə
fəlsəfə doktoru Mircəlal Kazıminin APA-ya müsahibəsi.
- Mircəlal həkim, Transplantologiya
işinin təşkili üzrə Əlaqələndirici
Şurada görülən işlər hansı mərhələdədir?
- Ötən il səhiyyə
naziri Oqtay Şirəliyevin imzaladığı
əmrə əsasən,
Azərbaycanda insan orqan və toxumalarının
transplantasiyası işinin
təşkili məqsədi
ilə Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici
Şura yaradılıb.
Şuranın bir neçə
iclası keçirilib.
Şuranın yaradılmasında əsas məqsəd insan orqan və
toxumalarının transplantasiyası
işinin əlaqələndirilməsi,
spesifik müayinələrin
aparılması, transplantasiya
əməliyyatlarının növbəlilik prinsipi əsasında həyata keçirilməsini təmin
etməkdir. Artıq 2008-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasında
orqan transplantasiyası
əməliyyatları icra
olunur. Lakin indiyə kimi əməliyyata ehtiyacı
olan xəstələrin
seçimi, əməliyyata
ehtiyacı olmayan xəstələrə hər
hansı bir peşəkar qrup tərəfindən nəzarət
olunması, onların
qeydiyyata alınması
ilə bağlı bir iş aparılmayıb.
Şuranın əsas məqsədlərindən
biri budur ki, əməliyyata ehtiyacı olan xəstələrlə birbaşa
işlənilsin, orqan
köçürülməsinə ehtiyacı olan xəstələr qeydiyyata
alınsın, xəstələr
əməliyyata hazırlansın.
Eyni zamanda, əməliyyatın
hansı şərt daxilində, hansı xəstəxanada keçiriləcəyinə
qərar verilsin.
Orqan köçürülməsi əməliyyatları
spesifik əməliyyatlardır.
Bu tək tibbi
aspekt kəsb eləmir. Burada psixoloji, sosial,
hüquqi və tibbi məsələlər
var. Bunun üçün
də Şura müxtəlif qurumlar arasında tənzimləyici
funksiyanı yerinə
yetirəcək.
- Azərbaycanda meyitdən orqan transplantasiyasının aparılmaması
beyin ölümü diaqnozunun qoyulmaması və təlimatların olmaması ilə əlaqələndirirlər. Şuranın yaradılmasından sonra meyitdən orqan və toxumaların götürülməsi ilə
bağlı təlimatı
hazırlanıb?
-
1999-cu ildə "İnsan
orqan və toxumalarının transplantasiyası
haqqında" qanun qəbul olunub, Nazirlər Kabinetinin 2011-ci
il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə qaydalar təsdiq edilib. Qanuna görə, meyitdən
orqan götürülməsinə
icazə verilir. Lakin qeyd etdiyim kimi,
bu özündə hüquqi və sosial problemləri əhatə etdiyi üçün burada müəyyən məsələlərlə
bağlı qərar verilməlidir. Kimlərdən
orqan alına bilər, beyin ölümünün kriteriyaları
nələrdir, hansı
xəstəxanalar beyin
ölümü diaqnozu
ilə məşğul
ola bilər
və s. məsələlər
peşəkar şəkildə
öz həllini tapmalıdır.
- Azərbaycanda orqan transplantasiyası əməliyyatlarının vahid
mərkəzdə aparılması
nəzərdə tutulub?
- Hazırda Mərkəzi Neftçilər Xəstəxanası,
Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası,
Respublika Diaqnostika Mərkəzi, Mərkəzi
Gömrük Hospitalı,
Azərbaycan Tibb Universitetinə, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzinə orqan transplantasiyası üçün
lisenziya verilib. Orqan transplantasiya əməliyyatlarını
həyata keçirmək
üçün ixtisaslı
mütəxəssislər də
olmalıdır ki, əməliyyatı icra edə bilsinlər. Orqan transplantasiyası əməliyyatların
vahid mərkəzdə
aparılması barədə
konkret məlumat yoxdur, çünki bu məsələ Şuranın iclasında müzakirə olunmayıb.
- Əməliyyata
ehtiyacı olan xəstələrin siyahısı
Şurada hazırlanır?
- Əməliyyata ehtiyacı olan xəstələrin siyahısı
hazırlanır. Çünki statistika lazımdır.
Nə qədər xəstənin
əməliyyata ehtiyacı
olduğunu bilmək lazımdır. Statistika həm
də ona görə lazımdır
ki, əməliyyatlara
maliyyə ayrılmalıdır.
Hazırda əlimizdə konkret
rəqəm olmadığına
görə, sizə statistika ilə bağlı məlumat verə bilməyəcəyəm.
- Şurada bu iş mərkəzləşdirilmiş
şəkildə həyata
keçiriləndən sonra
qiymətlər necə
tənzimlənəcək?
- Mingəçevir şəhəri
və Yevlax rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihə
həyata keçirilir.
İlkin
mərhələdə orqan
köçürülməsi əməliyyatları icbari
tibbi sığortanın
baza zərfinə daxil olan xidmətlərin
siyahısında olmayacaq.
Hesab edirəm ki, icbari tibbi sığorta
tam tətbiq olunandan sonra dövrün tələbi kimi orqan köçürülməsi
əməliyyatları baza
zərfinə daxil edilə bilər.
“Dərmanlar
ölkəmizdə istehsal
olunduqdan sonra orqan köçürülməsi
əməliyyatlarının qiymətləri aşağı
olacaq”
Çünki bütün dünyada
orqan köçürülmə
əməliyyatları icbari
tibbi sığortanın
baza zərfinə daxildir. Hazırda böyrək köçürmə
ilə bağlı Dövlət Proqramı var, müəyyən qrup xəstələr həmin proqramın çərçivəsində dövlət hesabına əməliyyat olunurlar.
Qaraciyər transplantasiyası ilə bağlı hər hansı Dövlət Proqramı yoxdur. Hər halda icbari tibbi sığorta məsələsi gündəmə
gəldiyinə görə,
bəlkə də qaraciyər transplantasiyası
ilə bağlı ayrıca Dövlət Proqramının olması,
yaxud onun icbari tibbi sığortanın
baza zərfinə daxil edilməsi müzakirə oluna bilər. Hər halda bunu zaman göstərəcək.
Bununla belə, qaraciyərə ehtiyacı olan xəstələr də dövlət hesabına əməliyyat olunur.
Konkret olaraq sizin sualınıza
gəldikdə deməliyəm
ki, Şuranın qiymət məsələsini
tənzimləməyə hüququ
yoxdur. Əməliyyat zamanı məsrəflər
olur, dərmanların
qiymətində artım
var, əksər dərmanlar isə ölkəyə xaricdən
gəlir. Proyektdə olan
3 dərman zavodundan artıq 2-nin təməli
qoyulub. Düşünürəm ki, yaxın
gələcəkdə dərmanlar
ölkəmizdə istehsal
olunduqdan sonra yəqin ki, orqan köçürülməsi
əməliyyatlarının qiymətləri aşağı
olacaq.
- Orqan transplantasiyası əməliyyatları
bölgələrdə həyata
keçirilə bilər?
- Bölgələrdə bu
işi həyata keçirmək üçün
ixtisaslı həkimlər
olmalı və əməliyyat aparılan
xəstəxanalar bütün
standartlara cavab verməlidir. Orqan transplantasiyası əməliyyatları niyə
də regionlarda həyata keçirilməsin?!
Bizim mərkəzdə formalaşan
komandaların bu işi regionlarda görməsini çox istəyirik. Bu gələcəyin işidir.
İnkişaf olacağı təqdirdə,
bu əməliyyatlar regionlarda da icra olunacaq.
- Bu işlə
əlaqədar donor bankının
yaradılması mümkündürmü?
- İnsan orqanları üzərində
donor bankı yaradılması
mümkün deyil. Müəyyən orqanlar bədəndən çıxarılandan 12 saat,
24 saat, maksimal 48 saata qədər xüsusi məhlulların
içərisində saxlanıla
bilər. Bundan sonra
orqan sıradan çıxmış sayılır,
keyfiyyətini itirir.
Ona görə donor bankı yaratmaq bir qədər
çətindir. Ancaq gözün
buynuz qişasına görə donor bankı yaratmaq mümkündür
ki, o da məhdud sayda.
- Necə düşünürsünüz, bu gün ölkədə
ehtiyacı olan xəstələrə onların
yaxınlarından, yəni
sağlam insanlardan orqan alınaraq köçürülməsi nəticəsində
sağlam insanların
həyatı risk altına
düşmür ki?
- Bu tək Azərbaycanda
baş verən bir praktika deyil.
Biz bu işə
2008-ci ildən başlamışıq.
Elmi tərəfdən sübut
olunub ki, canlı donorlardan orqan transplantasiyası əməliyyatlarında, xüsusilə
qaraciyər və böyrək köçürülməsində
donorların sonrakı
həyatı üçün
hər hansı təhlükə yoxdur.
Çünki donorlar praktiki
olaraq tibbi və ruhən sağlam olurlar. Əməliyyatdan sonrakı müddətdə
donor əgər böyrəyinin
birini veribsə, kompensator olaraq orqanizm tək böyrəklə yaşaya
bilir. Yaxud qaraciyərin bir
hissəsini veribsə,
təxminən ay yarım
ərzində verdiyi qaraciyərin hissəsi həcmcə özünü
100% bərpa edib, yerinə qayıdır.
Bu insanların gələcək həyatında,
istər sosial, istər fiziki, istərsə də bioloji həyatlarında hər hansı bir problemləri olmur.
- Ötən il Mərkəzi
Neftçilər Xəstəxanasında
nə qədər xəstəyə böyrək
və qaraciyər köçürülüb?
- 2016-cı ildə 20 xəstəyə qaraciyər,
69 xəstəyə böyrək
köçürülüb. Əməliyyatların bir qismi dövlət hesabına aparılıb və bütün əməliyyatlar
müvəffəqiyyətlə icra olunub.
- Orqan köçürülməsindən sonra fəsadlaşmalar çox olur?
- Tək bizdə yox, bütün dünyada fəsadlaşma halları var. Orqan köçürülməsi əməliyyatlarından sonra 100 xəstədən 20-də müxtəlif fəsadlar görünə bilər. Fəsadların siyahısı isə uzundur.
“Qaraciyər və
böyrək köçürülməsində donorların
sonrakı həyatı üçün hər
hansı təhlükə yoxdur”
Avropa Qaraciyər Transplantasiyası Reyestrinin Fransa və Almaniyadan olan auditləri bizim xəstəxanada yoxlama işi aparıblar. Böyrək köçürmə əməliyyatlarından sonrakı nəticələrimiz dünya səviyyəsinə uyğundur. Orqan köçürülməsi əməliyyatından sonrakı statistika 1 illik, 3 illik, 5 illik və 10 illik tutulur. Azərbaycanda əməliyyat edilən 100 xəstənin 1 illik həyatda qalması 91%, 3 illik 86-88%, 5 illik 75-78 %-dir. Bu böyük rəqəmdir. 10 il müddəti tamam olmadığına görə isə əlimizdə rəqəm yoxdur.
- Azərbaycanda
böyrək və qaraciyər köçürülməsindən
sonra neçə xəstə həyatını
itirib?
- Orqan
köçürülməsi əməliyyatı xəstəyə
verilən bir şansdır. Əgər orqan köçürülməsi əməliyyatı
olmasa xəstə 100% dünyasını
dəyişəcək. Məsələn, biz
103 xəstəyə qaraciyər köçürmüşük.
Səhv etmirəmsə, onlardan 16-sı
dünyasını dəyişib. Yəni bu xəstələrin 103-ü də əməliyyat
olunmasa, 103 xəstənin hamısı
öləcəkdi. Əməliyyat olunmuş
100 xəstədən 90 nəfəri normal
həyata qayıdır. Əməliyyat etdiyimiz
3 xəstə uşaq dünyaya
gətirib, ana olub, 1 xəstəmiz
isə hamilədir. Bu cür faktlar çoxdur.
Xalq cəbhəsi.-
2017.- 28 yanvar.- S.13.