S.C.Pişəvəri Hərəkatı ilə bağlı tarixi sənədlər

 

AMH rəhbərliyinin köməklik haqda Sovetlərə son müraciəti

 

(Əvvəli ötən sayımızda)

 

Bu aydın bir məsələdir ki, o, bu işləri İranın sərvətinə göz dikən ingilis və Amerika dövlətlərinin göstərişi ilə icra etməkdədir. O fikir edir ki, həmişə hoqqabazlıq və yalançılıq ilə etdiyini eləyə bilər. Azərbaycanlıları aldatdığı kimi Sovet dövlətini də işğal edib (çaşdırıb) neft məsələsini də cürbəcür hoqqalar ilə başdan sala bilər. Biz azərbaycanlılar çox yaxşı anlamışıq ki, ingilislər və amerikalılar hər qiymətə olur-olsun, neft məsələsini öz mənfəətlərinə həll etməyə çalışırlar. Qəvam isə onların nökəridir. Əvvəla, necə ki, gorürsüz, Məclisə bir nəfər də olsun azadixahlardan yol vermək istəmir, bu isə müstəqimən İuralar əleyhinə olan bir tədbirdir. Mürtəcelərdən toplanan bir Məclis qətiyyən neftin Şuralara verilməsinə razı olmayacaq. Qəvam isə Məclisi bəhanə edib özünün verdiyi sözdən qaçacaq və yaxud istefa verməklə yaxasını qurtaracaq. Sovet hökuməti isə Qəvamın verdiyi vədədən qanuni bir sənəd və rəsmi bir mədrək kimi istifadə edə bilməyəcək. İran tarixində bu kimi hadisələr çox olub.

Birinci dünya müharibəsindən sonra Qəvamüs-səltənənin qardaşı Vüsuddövlə ingilislərlə bir müahidə bağlamışdı. Bu müahidəni Şah və Məclis rədd etdi, ingilislər isə hətta dövlətin vəzirlərinə məsələn, Müzəffər Firuzun atası Nüsrətüddövləyə və qeyrilərinə rəsmi surətdə verdiyi pulu da geri ala bilmədi. Demək, neft imtiyazı məsələsi olduqca nisyə bir məsələdir ki, Sovet dövlətinin Məclisdə və camiədə tərəfdarları olmasa, onu əldə edə bilməyəcək. Qəvamüs-səltənənin hüsniniyyəti isə möhkəm bir qaranti ola bilməz, çünki o, Azərbaycan məsələsində hüsni-niyyətin nə olduğunu açıq bir şəkildə göstərməkdədir.

Neft məsələsi o vaxt Sovetlər nəfinə həll ola bilər ki, onun arxasında ictimai qüvvələr olsun, İranın ayn yerlərində isə bu qüvvələr fövqəladə bir surətdə yığılıb, əzilib və ortadan getməkdədir, vəli tamamilə ortadan getməyib. Azərbaycanda isə bizim qüvvəmiz əhəmiyyətli bir qüvvə hesab oluna bilər. İndi bizim Tehran hökumətinə böyük fişar gətirmək imkanımız vardır və bizim bu imkanımız İranın ayrı yerlərində olan azadixah və demokratik qüvvələri də möhkəmlədə edə bilər.

Mütəəssifanə, iş belə gedərsə, bizim gücümüz də çox tez bir zamanda əldən çıxa bilər. O vaxt Qəvam və sair mürtəcelər hər nə istəsələr, maneəsiz edə bilərlər. Ümumiyyətlə, etiraf etmək gərək ki, siyasəti Qəvam və baŞqa bir dövlət adamının hüsni-niyyətinə bağlamaq quru bir işdir. Sovet siyasətinin ciddi tərəfdarı xalqın mütərəqqi və azadxah təbəqəsidir ki, onu gərək təqviyət edib əldə saxlamaq və ondan ötrü Azərbaycanın qüdrətini hifz etmək, onu qorumaq lazımdır. Bunu da nəzərdə tutmaq lazımdır ki, İranda siyasət ilə olan xarici ölkələr heç vaxt öz nüfuz və qüvvələrini əldən verməyib, xüsusən ingilislər ki, nüfuzlarını həmişə güclü saxlamaqla onların etimadını qazanıb istədikləri vaxt istifadə edə biliblər. Məsələn, Qaşqay hadisəsini götürək. Siz gözəl bilirsiz ki, orada dövlət əleyhinə neçə dəfə böyük müsəlləh üsyan olub, bununla belə bu günədək ingilislər imkan verməyiblər dövlət onlardan bir qəbzə əsləhə (silah) ala bilsin; ora, ya bəxtiyari və ya cənubun başqa tayfalarınm yeri ingilislərin möhkəm qalaları halında qalmaqdadır. Onlar isə bu qüvvələri gündəngünə artırırlar.

Sizə çox yaxşı məlumdur ki, xalqı hər vaxt ayağa qaldırmaq olmaz və hərəkat hər gün yaradılmaz, hər zaman böyük xalq hərəkatı üçün zəminə olmaz. Çox illətlər və böyük fədakarlıqlar nəticəsində İranda nəzərimizi cəlb edən ictimai qüvvələr və Azərbaycanda böyük bir nehzət vücuda gəlib. Bu nehzət müstəqimən sovet dövlətinin İranda olan (köməkçisi) və Sovet siyasətinin poştibanıdır (arxa durmasıdır). Bu qüdrət sovet siyasəti üçün kəskin bir silahdır ki, onun vasitəsilə İran xalqları kimi Şuralar İttifaqı da böyük işlər görə bilər. Bu qüdrəti ümumi iş uğrunda hər bir fədakarlığa hazır olan bir qüdrətdir; onu əldən versək, bu tezlik ilə yeni bir qüdrət vücuda gələ bilməz.

Biz bilmirik, necə olur ki, Yunanıstanda, İtndoneziyada və qeyri yerlərdə məzlum xalqlar öz azadlığı uğrunda müsəlləh bir surətdə mübarizə edə bilərlər, amma biz gərək öz əlimiz ilə cəlladlara təslim olaq. Bu, tək bizim sözümüz deyil, bunu xalqımız vəfirqənin görkəmli üzvləri açıq bir surətdə söyləməkdən çəkinmirlər. Bizim firqəmiz və xalqımız bizə deyir ki, bugünkü əlimizdə olan dəlillər və mədrəklərdən (sənədlərdən) sonra artıq sözə və ya kağıza etimad edib Qəvamüssəltənə və başqalarına inana bilmərik. Qəvam gedər, yerinə başqası gələr. Hərgah müsəlləh qüvvəmiz vasitəsilə irticanı əzməsək, heç vaxt siyasət bizim nəfimizə dönə biməz. Və bizim üçün əldə heç bir qarantı yoxdur, özümüzü də nahaq yerə aldada bilmərik. Bugünkü imkanı əldən buraxmaq olmaz. Belə bir iş görsək, tarix bizi həmişə məzəmmət edəcəkdir. Dünyada heç bir millət özü öz əlilə öz qüdrətini məhv etməyib, biz də bunu etməməliyik.

Qəvamın üzərimizə göndərdiyi qüvvənin xaincəsinə həmləsi xalqımız içərisində şədid (kəskin) bir həyəcan tövlid edib (əmələ gətirmişdi). Xalq dəstə-dəstə firqəyə müraciət edib azadlığı müdafiə etmək üçün icazə və silah tələb edirlər. Bu isə xalqımızın ruhiyyəsini ciddi surətdə aşkara çıxarır. Beş-üç nəfər malik və ya irticai ünsürlərin, məsələn, Əmir Nüsrət İsgəndəri, Camal İmami, sərləşkər Müqəddəm və Zülfüqarilərin ruhiyyəsi xalq ruhiyyəsinə nümunə ola bilməz. Bunların ağalıqları, torpaqları əllərindən getdiyi üçün ruhiyyələri də məlumdur ki, nə cür ola bilər. Amma azadlıq, torpaq alan kənd və şəhər camaatı aldığını saxlamaq yolunda hər bir şeyini fəda etməyə hazırdır. Hərgah biz bu gün onların azadlığının ortadan getməsinə imkan versək, onları bir də ayağa qaldırmaq mümkün ola bilməz, artıq onlar kimsəyə etimad etməzlər. Xalq nə tək bizdən, bəlkə ümumi azadlıq şüarı ilə meydana çıxan ümumi-qüvvələrdən naümid və məyus ola bilər. Bizim qüvvə və qüdrətimiz isə xalqın bizə olan etimad və inamına bağlıdır.

Azərbaycan xalqı və ona rəhbərlik edən Demokrat Firqəsi və onun başçılarının Sovet dövlətindən iki intizarı var: Əvvəla, sərhədlərimiz açıq ikən, milli qüdrətimiz mövcud ikən bizə CÜZİ MİQDAR ƏSLƏHƏ (SİLAH) VERİLSİN, çün iş belə gedərsə, bu imkan olmayacaq. Biz çox asanlıq ilə məxfi surətdə eləyə bilərik verilən əsləhəni milli qüvvələrimizə yetirək, müxalif qüvvələr ondan müttəla olmasın. Dava başlanırsa, şiddətləndikdən sonra bu iş çox çətin ola bilər. Biz elə çox silah istəmirik; müxtəsər bir miqdar olsun ki, fədailər silahsız düşmən qabağına getməyə məcbur olmasınlar. İkinci, indi ki, Qəvam müharibəni başlayıb və bizim qardaşlarımızın qanını tökməkdədir, icazə verilsin biz də hər tərəfdən onu məziqədə (ehtiyacda) saxlamaqla, İranda olan azadixah qüvvələrin ayağa qalxmalarına imkan verək, bu vasitə ilə bütün İranda böyük bir nehzət başlayıb irticai hökuməti sərnigun (yerlə yeksan) edək, yerində demokratik bir hökumət vücuda gətirək. Əgər bu səlahdırsa, icazə verilsin Tehran ilə tamamilə qətirabitə edib öz Milli Hökumətimizi vücuda gətirək (xalq isə bu axırıncı tədbirə daha artıq rağibdir).

Sovet siyasəti bu iki tədbirdən hər hansı birini intixab edərsə, biz şərafətlə onu əncam verib müvəffəq ola bilərik. Demək lazımdır ki, çox yaxşı oldu Qəvam bizim silahlı qüvvələrimizin fərmandehliyini almayıb, əvvəl öz həqiqi simasını göstərdi. Əgər sonra bu işi etsə idi, bizi tamamilə məhv edə bilərdi. Onun bu gün bizə həmlə etməsini Azərbaycan xalqı özünə xoşbəxtlik hesab edir. İşi elə bir vaxt edə bilərdi ki, bizim müdafiəyə imkanımız olmasm, indi isə bizim müdafiəyə imkanımız var. Bu imkandan düzgün istifadə olunursa, biz istədiklərimizi əldə edə bilərik. Əgər bir qədər təxir olursa, ya işə tərdid ilə baxarsaq, bu imkan ortadan gedər, necə ki, yuxarıda dedik, xalq qorxar, məyus olar, irtica azadlıq qüvvələrini əzib yox edər.

Bu isə Sovet dövlətinin İranda illər boyu fəaliyyət və zəhmət nəticəsində qazandığı böyük nüfuz və böyük qüdrətin ortadan getməsi deməkdir. Bunun nəticəsində İran tamam ingilislər və amerikalıların qucağına düŞər və burada Rza xan dövrəsindən şədid bir despotizm meydana çıxar ki, İran xalqı Sovet siyasəti üzrə heç bir növ ilə hərəkət etmək imkanına malik olmaz. Belə bir dövrdə, belə şəraitdə İranda neft məsələsindən danışmaq belə bir söz olub qalar. Və Sovet dövləti nefti tamamilə uduza bilər. Buna isə hec bir şübhə yoxdur.

Sovet hökumətinin İranda nefti uduzması isə İranda mütərəqqi siyasətin uduzulması deməkdir. Bu isə Yaxın Şərqdə demokratik hərəkata böyük bir zərbədir. Çünki artıq Azərbaycan nehzəti Yaxın və Uzaq Şərqdə böyük müsbət təsir bağışladığı kimi, onun məhvi də mənfi təsir bağışlaya bilər.Yenə də təkrar edirik: iş danışıqlar və sazişlər ilə həll olmaqdan keçib. Sovet dövləti nə qədər sülh və sazişə çalışırsa, yüz o qədər Amerika və İngilis dövlətləri İran dövlətlərini cəngə (müharibəyə) və daxili müharibəyə və qan tökməyə təhrik edirlər. Onun üçün bu davanı vücuda gətirməyə imkanlar yaradırlar. Bu gün Qəvam hökumətininin Amerikadan külli miqdarda pul aldığı əfsanə deyil. İngilistandan və sair irticai ölkələrdən İrana silah sel kimi axıb gəlməkdədir. [...]dan yüklənən əsləhə müstəqimən Zəncanda vaqonlardan alınıb bizim əleyhimizə göndərilir. Biz Sovet hökumətindən böyük kömək istəmirik. Biz deyirik, Şuralar əleyhinə aparılan xainanə siyasətə bəhanə verilməsin və Şura hökuməti özünü zahirdə bizə əlaqəmənd dəxi göstərməyə bilər, amma necə İran dövləti istəmir Sovet dövləti vasitə olub işi sülh yolu ilə həll etsin, Sovet hökuməti bizə də imkan versin, biz də Tehranın əleyhinə onun öz götürdüyü yol ilə rəftar edək.

Zərər yoxdur, madam ki, Qəvama ingilis və amerikalılar deyirlər Azərbaycan məsələsi daxili bir məsələdir, biz də deyirik belə bir məsələdir. Qoy onlar Azərbaycana hücum etdikləri zaman Azərbaycan fədailəri onların başını əzsin. Biz də deyirik Azərbaycan məsələsi daxili məsələdir, biz bu daxili məsələni özümüz həll edərik, kimsənin Əmniyyət Şurasında və ya ayrı bir xarici ölkədə İuralar İttifaqı əleyhinə çığır-bağır salmağa haqqı yoxdur.

Yuxarıda dediyimiz kimi, əgər Şuralar İttifaqının köməyi gizli olarsa, ondan İran dövlətinin Təhlükəsizlik Şurasına müraciət etməyə də əlində heç bir dəlil ola bilməz. Axırda yenə də təkrar edirik: artıq sazişlər, danışıqlar fayda verməz. Xalqımız, firqəmiz və onun rəhbərləri fəqət sizin ölkənizə ümid bağlayır və ondan nicat gözləyir, bu isə ancaq sizin edəcəyini cüzi silah köməyinə bağlıdır.

İndi on minlərlə kəndli fəqət silah tələb edir və bu köməyi bir an verməklə İran xalqının azadlığı və sovet siyasəti təhlükədən xilas ola bilər və illa xətər çox yaxın və çox böyükdür. Yenə qeyd edirik, mümkündür qəvam qısa bir müddət hücumu dayandırsın. Buna inanmaq olmaz, bu sadə bir manevr olub qalar. Onun Azərbaycan nehzətini məhv etməyə ciddən hazırlandığına bizim zərrəcə şübhəmiz qalmayıb. Bizim üçün başqa bir yol yoxdur. Qeyri-müəyyən vəziyyətin xətəri hücumdan daha artıqdır. Bu vəziyyət bizi tədric ilə yorub zəif salmaqla məhv edəcək. Sizin müxtəsər köməyinizin yetiŞməsini səbrsizliklə gözləyirik.

 

Səmimi ehtiram ilə:

Pişəvəri Şəbüstəri Padeqan

Doktor Cavid Qulam Daneşyan

17 Azər l325.

 

Xalq Cəbhəsi.- 2017.0 31 yanvar.- S.14.