1918-ci ildə Bakıda
mart qırğınları
1-ci yazı
Ermənilərin 1918-1920-ci illərdə törətdikləri
soyqırımı bəşər tarixində rast gəlinən
ən dəhşətli vandallıq olayıdır. Bu yazıda
1918-ci ildə Bakı qırğınları haqqında tarixi
faktlarla danışılır. Tarix elmləri doktoru
Ataxan Paşayevin araşdırmasında qeyd olunur ki, "tarixə
nəzər saldıqda biz belə bir qanunauyğunluğun
şahidi oluruq: harada pul, var-dövlət əldə etmək
olarsa, ermənilər hamıdan əvvəl orada peyda olur. Əvvəlcə özlərini yazıq,
mağmın, zavallı, sözəbaxan işbazlar kimi
göstərir, sonra isə özlərinə yer etdikcə
quduzlaşır, başqalarına diş göstərirlər.
Məhz ermənilərin Bakıda görünməsi,
möhkəmlənməsi, Bakının düz göbəyində
öz kilsələrini tikdirmələri, 1905-ci və 1918-ci
illərdə və sonralar Bakıda bu yerin həqiqi sakinlərinə
qarşı törətdikləri qırğınlar dediyimizə
əyani sübutdur".
Hələ 1907-ci ilin avqustunda Yelizavetpol (Gəncə)
qubernatoru A.Kaçalov Qafqaz Canişininə daşnaksutyunla
bağlı geniş məruzələrindən birində erməni
psixologiyasını belə səciyyələndirmişdi:
“Millətçilik erməni xalqının çox dərinlərdən
gələn başlıca milli xüsusiyyətidir. Hər bir erməni
özünü hamıdan – rusdan, gürcüdən, tatardan
(azərbaycanlıdan – A. P.) yüksək, ağıllı,
bic, xeyirxah və bacarıqlı hesab edir… acgözlük,
ehtiyatlılıq, hər şeyə qadir pula inam, var-dövlət
və kapital qarşısında səcdəni kult dərəcəsinə
qaldırmaq – bax budur erməni psixologiyasının
başlıca xüsusiyyətləri” XIX əsrin axırları
XX əsrin əvvəllərində Bakıda neft sənayesinin
sürətlə inkişafı, Bakının dünyanın
ən iri neft mərkəzinə çevrilməsi ermənilərin
kütləvi surətdə bu şəhərə
axınına səbəb olur: "Özlərinin xristian
dininə etiqadlarına və həmişə Rusiya hökuməti
qarşısında müti və Şərq siyasətində
Rusiya hökuməti əlində bir alət olduqlarına
istinad edən ermənilər hökumətdən Bakı neft
sənayesində böyük imtiyazlar ala bilir və qısa
bir vaxtda demək olar ki, Bakı neftinin əsas
sahibkarlarından birinə çevrilirlər. İş
o yerə çatır ki, Bakı neft sənayeçiləri
qurultayına rəhbərliyi tamamilə ermənilər öz
əllərinə keçirir və burada istədiklərini
diktə edirlər.
XX əsrin
əvvəllərində Rusiyada sənayenin sürətlə
inkişafı sənaye proletariatının yaranmasına və
onun inqilabi mübarizəsinin yüksəlməsinə də
təkan verdi. Çar
Rusiyasının əsas sənaye rayonlarından olan Bakıda
da sənaye proletariatı və onun inqilabi təşkilatları,
xüsusilə sosial-demokrat təşkilatları yaranır.
Bakı neft sənayesində erməni varlıları ilə
yanaşı, özünə iş axtaran erməni yoxsulları
da fəhlə sifətilə artıq XIX əsrin
axırlarından Bakı neft mədənlərində sürətlə
artmağa başlayır və artıq XX əsrin əvvəllərində
Bakı neft sənayesi fəhlələri arasında erməni
fəhlələrinin sayının artması xüsusilə nəzərə
çarpırdı. Onlar Bakıda yaranmış
bir sıra inqilabi təşkilatların və o cümlədən,
sosial-demokratik təşkilatlarının fəal üzvlərinə
çevrilirlər. Birinci rus inqilabı ərəfəsində
sosial-demokratların nüfuzunun Bakı fəhlələri
arasında artdığını görən daşnaklar bu vəziyyətdən
məharətlə istifadə edir və tezliklə
sosial-demokratlarla yaxınlaşırlar.
Erməni fəhlələri arasında sosial-demokratiya
ideyalarını yaymaqla “Daşnaksutyun” partiyası onlar
arasında öz nüfuzunu qorumağa və sosial-demokrat
ideyalarından öz məqsədləri üçün
istifadə etməyə çalışırlar. Erməni millətinə
xas olan xüsusiyyətlərdən biri odur ki, onlar hər
hansı partiyaya daxil olsalar belə, ilk növbədə ondan
öz məqsədləri üçün istifadə edəcəklər.
Erməni millətindən olan şəxslər
hansı partiyaya, zümrəyə, vəzifəyə, cəmiyyətə
daxil olmasından asılı olmayaraq ilk növbədə erməni
olaraq qalır. Yəni ermənilərə
məxsus ideyalar onların şüurunda, beynində möhkəm
həkk olunmuşdur. Bunu onların beyinlərinə
göz açdıqları vaxtdan evlərində, kilsələrində,
məktəblərində, bir sözlə ermənilərə
məxsus bütün ictimai yerlərdə yeridirlər. Harada olursa-olsun, erməni həmişə bir cür
danışır, başqa cür hərəkət edir.
“Daşnaksutyun”un sosial-demokratlarla
yaxınlaşmasının mahiyyətini Yelizavetpol qubernatoru
belə səciyyələndirirdi: “Millətçilik ruhu ermənilərə
məxsus elə başlıca xasiyyətdir ki, ən qısa
bir vaxt üçün belə ermənilərin ondan imtina edə
biləcəyini təsəvvürə belə gətirmək
mümkün deyil. Sosialistlər partiyasına
qoşulmaqla “Daşnaksutyun” şübhəsiz ki, möhkəm
əqidəli sosialistlər qarşısında
vicdansızlıq etmişlər. Çünki
erməni xalqı heç vaxt sosializm ideyalarını dərindən
dərk edə bilməz. Ermənini
inandırmaq olmaz ki, tatar (azərbaycanlı – A. P.) millətindən
olan proletar sənə erməni millətindən olan
istismarçı burjua nümayəndəsindən daha
yaxındır, sadəcə olaraq ağlasığmazdır”.
XX əsrin
əvvəllərində Rusiyada baş vermiş siyasi hadisələrin
tarixinə qısa bir nəzər saldıqda belə bir
qanunauyğunluqla qarşılaşırıq ki, mərkəzi
dövlət üçün ağır, kəskin və təzadlarla
dolu bütün mərhələlərdən erməni
daşnakları həmişə öz şovinist məqsədləri
üçün məharətlə istifadə edərək
azərbaycanlılara qarşı vəhşi
qırğın və talanlara əl atıblar. Məhz belə
hadisələrdən biri də 1918-ci ilin martında Bakıda
törədilmiş azərbaycanlıların kütləvi
qırğını aktı olmuşdu: "1917-ci ildə əvvəlcə
fevral inqilabı nəticəsində çar hakimiyyətinin
devrilməsi, sonra isə oktyabr ayında bolşevik
çevrilişindən sonra imperiyanın
dağıdılmasından daşnaklar və digər erməni
millətçi partiyaları məharətlə istifadə
etdilər. 1918-1920-ci illərdə Qafqazda, o
cümlədən Azərbaycanın bütün ərazisində
ermənilər azərbaycanlılara qarşı geniş
qırğınlar, talanlar, zorakılıq və terror əməliyyatları
həyata keçiriblər. Ermənilərin
bu hərəkəti 1905-ci ildə olduğu kimi 1918-ci ilin
martında, yenə də Bakıdan başlamışdır.
Özü də bu qırğın 1905-ci ilə
nisbətən ermənilər tərəfindən daha məharətlə
hazırlanmış və amansızlıqla həyata
keçirilmişdi. Bunun əsas səbəbi
Rusiyada bolşevik hakimiyyətinin qələbəsi ilə
ölkənin Birinci Dünya müharibəsindən
çıxması nəticəsində əsgərlərin
döyüş bölgələrini tərk etməsi
olmuşdu. Qafqaz cəbhəsindəki Rusiyanın hərbi
hissələrinin tərkibində olan əsasən erməni
zabit və əsgərlərinin silahlarını təhvil
verməyərək Azərbaycana, xüsusilə Bakıya
dolmasından bolşevik donu geyinmiş, əlində
V.İ.Leninin fövqəladə Zaqafqaziya komissarı vəzifəsinə
təyin edilməsi haqqında mandatı olan daşnak Stepan
Şaumyan məharətlə istifadə edir. V.Leninin
mandatı ilə Tiflisə gedən S.Şaumyan orada istədiyinə
nail ola bilməyərək Bakıya
qayıdır. Beynəlmiləl proletar
Bakısında demək olar, bütün hakimiyyəti öz əlinə
keçirən S.Şaumyan ondan məharətlə azərbaycanlılara
qarşı mübarizədə istifadə edir. S.Şaumyanın rəhbərliyi ilə Bakıda
törədilən azərbaycanlı qırğınları
sonralar bütün Azərbaycana yayılır. Bu məsələlər öz əksini geniş
şəkildə Azərbaycan Cümhuriyyəti hökumətinin
yaratdığı Fövqəladə Təhqiqat
Komissiyasının hazırladığı məruzələrdə
və digər rəsmi sənədlərdə
tapmışdır. Faciənin həyata
keçirilməsinin səbəbi aydın idi. Bunun üçün bəhanə düşünmək
lazım idi. Bəhanə necə
düşünülmüşdü? Bununla
əlaqədar komissiyanın məruzəsinə və digər
sənədlərinə, habelə S. Şaumyanın məktubuna
nəzər salaq.
1918-ci ilin yanvarında başda general M.K.Talışinski
olmaqla yaradılmaqda olan müsəlman korpusunun qərargahı
Bakıya gəlir. Qərargahın rus zabitləri
sırasında əvvəllər jandarmeriyada xidmət
etmiş şəxslər olduğu bəhanəsilə
müsəlman korpusunun qərargah üzvlərinin əksəriyyəti
erməni əsgərlərindən ibarət bolşeviklər
tərəfindən həbs edilirlər. Daşnaksutyun
erməni partiyası Sovet hakimiyyətini tanıyaraq sonrakı
hadisələrin göstərdiyi kimi, azərbaycanlılarla
mübarizə üçün bolşeviklər partiyası
ilə birləşirlər. Müsəlman
korpusu qərargahının həbs edilməsindən istifadə
edərək ermənilər azərbaycanlıları
bolşeviklərə, həm də ermənilərə
qarşı silahlı üsyana təhrik edirdilər. Burada da məqsəd özləri tərəfindən
hazırlanan hadisələrin günahını azərbaycanlıların
üzərinə atmaq idi. Lakin azərbaycanlılar
bu təxribata getməmişdilər. Azərbaycanlıların
çıxışı baş vermədikdə erməni əsgərləri
azərbaycanlılar üzərində zor işlətməyə,
müdafiəsiz qocaları, qadınları və
uşaqları qarət edib öldürməyə
başlamışdılar. Azərbaycanlılar
hətta Bakı vağzalında belə görünə
bilmirdilər.
Şəhərdən dəmir yolu ilə çıxmaq
istəyən azərbaycanlılar Bakı vağzalında erməni
əsgərləri tərəfindən qarət edilərək,
öldürülməmək üçün faytonlarla
yaxındakı stansiyaların birinə gedirdilər. Ermənilərin
bütün təhriklərinə baxmayaraq azərbaycanlılar
dözür, qırğına getmək istəmirdilər.
Bakının məscidlərində
keçirilmiş mitinq və yığıncaqlarda iştirak
edən Bakıdakı xristian xadimlərinin sözlərinə
görə bütün müsəlman xadimləri azərbaycanlı
əhalini sakitliyə, sıxıntı və zorakılığa
dözməyə çağırırdılar. Məruzədə bildirilirdi ki, azərbaycanlılar
bütün vasitələrdən istifadə edərək
barışığa çalışırdılar. Azərbaycanlıların nümayəndələri
dəfələrlə bolşeviklərə qarşı ermənilərlə
ittifaq bağlamağa çalışmış, lakin ermənilər
hər dəfə buna qeyri-müəyyən cavab vermişdilər".
1918-ci il martın 17-də silahla ehtiyatsız
davranmış və nəticədə həlak olmuş Məmməd
Tağıyevin cənazəsini Bakıya müşayiət edən
müsəlman divizionunun böyük bir dəstəsi Lənkərana
yola düşmək istəyir. Paroxodun körpüdən
aralanmasına az qalmış silahlı erməni
bolşevikləri müsəlman divizionundan tərksilah
olunmağı tələb edirlər. Divizion rədd
cavabı verdikdə gəmiyə tüfəng və
pulemyotlardan atəş açılır. Ertəsi gün şəhərin erməni hissəsində
silahlı erməni əsgərləri görünürlər.
Onlar bütün küçələrdə səngərlər
qazıb, torpaq və daşlardan bəndlər ucaltmağa
başlayırlar. Bunu görən azərbaycanlılar da
öz növbəsində bəzi küçələrdə
səngərlər qazmağa başlayırlar…
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 3 aprel.- S.13.