Orxon-Yenisey
abidələrində türk izləri...
Qədim
türklərin ətraf mühitə münasibəti
2-ci
yazı
II əlyazmada
nəsil qayğısına da diqqət yetirilir: “Nəsil verən
xoşbəxt ayğıram. Qozağacı yaylağım,
quşlu ağac qışlağım, orada durub zövq
alıram, - deyir. Onu bilin yaxşıdır o”.
Və ya “ilinə çatmışı (yaşı
çatmışı, qocalmışı) ürütməyim,
ayına çatmışı (az
yaşlı) məhv etməyim, yaxşısı olsun, - deyir.
Onu bilin, yaxşıdır o!” Göründüyü kimi, birinci misalda ayğır
(erkək at) özünü xoşbəxt sayır, ona görə
ki, döllü nəsl verə bilir. Burada
ayğırın həyatında mövsümi dəyişikliklər
öz əksini tapıb. Odur ki,
qozağacı yaylağı, quşlu ağac
qışlağından mükafatı var. İkinci misalda,
qocalmışı ürütməmək - incitməmək,
azyaşlını məhv etməmək - öldürməmək,
yəni nəsil törətməsinə şərait yaratmaq,
mane olmamaq tövsiyə edilir. Bundan
ötrü yaxşısını seçmək -
ovlanması nəsilvermə üçün problem yaratmayan,
yaş dövrlərinə görə heyvanları seçmək
qarşıya məqsəd qoyulur. Abidədə
heyvanlara neqativ və pozitiv münasibətlər də öz əksini
tapıb. Qədim türklər heyvanlara
neqativ münasibətləri pisləyirdilər ki, biz buna abidə
üzərində rast gəlirik. 37-38-ci səhifədə
“İki öküzü bir boyunduruğa qoşmuş, hərəkət
etməyi bacarmayaraq durur, - deyir. Onu bilin: pisdir o”. İki
öküzün bir boyunduruğa qoşulması yaxın 50-60
il öncəyə qədər davam etsə
də, bunun neqativ cəhətləri barədə təxminən
15-16 əsr əvvəl narahatçılıq ifadə
olunurdu ki, bu da heyvanları incitməməklə bağlı
idi. Qədim və orta əsr türkləri, eləcə
də Azərbaycan türkləri gələcək nəsildə
təbiətə qarşı müsbət emosiyalar yaratmaq,
onları ətraf mühitə qağıkeş ruhda tərbiyə
etmək üçün bu variantı seçiblər. Şübhəsiz, əhalidə ekoloji fikirlərin
inkişafı baxımından bunun əhəmiyyəti olub.
Qədim türklərə heyvanlar xəstələnərkən
istifadə etdikləri dərman bitkiləri də məlum idi. 25-ci səhifədə
oxuyuruq: “Minik atı şərq günəşli yerdə
arıqlayıb. Zəifləyib duraraq qalmış.
Tanrı gücünə dağ üstündə bulaq, su
görüb orman üstündə tər ot
görüb qaçaraq getmiş, su içib, tər ot yeyib
ölümdən xilas olmuş,-deyir. Onu bilin,
yaxşıdır o.” Günəşli,
isti yerlərdə, xüsusən yay aylarında, soyuq
qış aylarına nisbətən oranizm zəifləyib arıqlayır.
Ölümcül dərəcədə zəif
düşmüş at şəfaverici sulardan içərək,
otlardan yeyərək sağlamlığını bərpa
edir. Artıq elmə məlumdur ki, xəstələnən
heyvan şəfalı bitkiləri seçib yeməklə
özünü müalicə edir. Görünür
ki, o dövrdə əhali bəzi məlumatlara malik imişlər.
“Falnamə”də heyvanlar arasındakı münasibətlərə
də rast gəlirik. “Ayılı donuzlu dağ keçidində
qarşılaşıbmış. Ayının qarnı
yarılmış, donuzun köpək dişi
sınmış,- deyir. Onu
bilin; pisdir o.” Qabanla ayı bir-birilə
vaxtaşırı münasibətdə olan heyvanlardır.
Z.Novruz “Vəhşilər arasında” adlı kitabında
müşahidələrinə əsasən yazır ki, ”Adi şəraitdə ayı və qaban
qonşu yaşayırlar. Bütün hallarda
qonşuluq prinsipini ayı pozur.” Bu,
ayının qaban ətini xoşlamasından irəli gəlir.
“Qaban qılınc dişini işə
salmağa imkan tapırsa, ona hücüm edən ayını
öldürə bilir.” Bu, o halda baş
verir ki, ayı qabanı yaralasın, yaxud balasını aparmaq
istəsin. Yuxarıdakı misalda ayılı-donuzlu
dağ kəndində qarşılaşıbmış cümləsindəki ”donuzlu” fikrimizcə,
çöl donuzudur - qabandır. Yəni ayı
ilə çöl donuzu - qaban dağ keçidində
qrşılaşaraq köpək dişi ilə
(ağzının yanlarından bayıra
çıxmış bir cüt köpək dişləri
qabanlarda olur. Qədim türklər bunu
elmi cəhətdən düzgü müşahidə ediblər)
ayının qarnını yirtmış. Nəticədə
köpək dişi sınıb. Biotik əlaqənin
qidalanma formalarına nümünədir. 12-ci
səh-də faydalı xüsusiyyətlərinə görə
canlı orqanizmlərin məhv olmasından bəhs edilir.
“Qızıl başlı ilanam.
Qızıl qursağımı qılıncla kəsib
özümü tulladın, başımı evə göndər,- deyir. Onu bilin, pisdir o.”
Folklorda qızılbaş ilanının faydalı cəhəti
barədə məlumat verilir. Xalq təbabətində
ilanın başı, dərisi və qursağından müxtəlif
dərmanlar hazırlandığı və müalicə vasitəsi
kimi istifadə edildiyi məlumdur. “Qizilbaş ilanın”
“qızıl qursağı”nın və
başının kəsilib evə gətirilməsi, qalan
orqanlarının kəsilib atılması göstərir ki,
bu nəcib sürünən heyvana qarşı neqativ
münasibət onun nəslinin kəsilməsi təhlükəsini
yaratdığı üçün narhatlıq ifadə
olunmuş və pislənmişdir. Çətin anlarda
heyvanların insanlara kömək etməsi təkcə
nağıllarda deyil (“Məlikməmməd”, ”Vəfalı
at” və s.), real həyatda da rast gəldiyimiz hadisələrəndir.
Məsələn, at, it ayı, dəvə,
delfin və b. belə heyvanlardır. “İrk Bitik”in 52 və
53-cü səhifələrində maraqlı fikirlər
çoxdur: “Ər qoşuna getmiş, yolda atı xəstələnmiş,
ər qu quşu ilə qarşılaşmış, qu
quşu qanadına vurub (alıb) onunla yuxarıya qalxaraq
anasına, atasına çatdırmış. Anası,
atası fərəhlənər, sevinər,-deyir. Onu bilin, o yaxşıdır.” Döyüş
gedən igidin ati ağır vuruşlardan sonra xəstələnir
(yaralanır). Sahibini mənzil
başına çatdıra bilmir. Bu zaman
onun köməyinə qu quşu gəlir. Igidi
qanadına alıb valideynlərinə qovuşdurur və
onları sevindirir. Bu bizə Məlikməmmədi
işıqlı dünyaya çıxaran Zümrüd
quşunu xatırladır. Hər ikisi - qu
quşu da, zümrüd quşu da alleqorik obrazdır. Onlar təsvir olunan köməyi etmək
gücündə deyillər, lakin əhalinin ekoloji tərbiyəsində
bu cür fikirlər faydalı olub.
“Orxan-Yenisey abidələri”ndə ovçuluğun və
müharibənin ətraf mühitə təsiri barədə
maraq doğuran məlumatlara rast gəlirik. “Elegeş abidəsi”ndə:
- “Yüz igid dostum güclü (olduğu) üçün,
yüz ərən öküzə hücum etdiyi
üçün ayrıldım” (tərcümə 2-ci sətr ). “Beqre abidəs”ndə: - “Yeddi canavar
öldürdüm, bars, xallı maral öldürmədim”
(sağ tərəf, tərcümə 10-cu sətr). ”Birinci
Altın-Göl abidəsi”: - “Qızıl sona, cavan (körpə)
keyiki (dağ keçisi) axtar, ağlat, hönkürt. Bacardığı üçün barsım (bəbirim)
ayrılaraq getdi (öldü), əfsus” (sağ tərəf, tərcümə.
6-cı sətr). “Üçüncü Uybat abidəsi”ndə:
- “Altı yaşımda atadan ayrıldım (atasız
qaldım), tanınmadım. Üç
böyük qardaşımdan, əfsus, ayrıldım. Ovçu...üç böyük qardaşıma
ata mən idim, adım idi birlikdə” (arxa tərəf, tərcümə.16-cı
sətr). “Kemçik-Cirğak abidəsi”də: -
“Böyük qohumlarım, kiçik (cavan) qohumlarım,
ilxım sizdən, ovda qurban verdiyim atım ağ...”
(arxa tərəf. tərcümə. 7-ci sətir).
“Kül Çor abidəsi”ndə: - “...idi. Döyüş
olsa, qoşun göndərərdi, ov ovlasa rmlə (?) tək
idi.” (Qərb tərəfi, tərcümə.
9-cu sətir).”Abakan abidəsi”ndə: - “Doğdu, dursun,
artsın. Kuş ovlayan müdrik tutuk yox
artsın (artmasın). Alp Kökşin
oturdu.” (Qabaq tərəf, tərcümə.
5-ci sətir).
Qeyd etdiyimiz abidələr üzərindəki mətnlərdən
verdiyimiz seçmələrə ekoloji baxımdan yanaşsaq
görərik ki, qədim türklər ətraf mühitə
ovçuluğun təsiri barədə məntiqi nəticəyəgəlməyi
bacarıblar.
“Yüz igid, güclü dost”unun “əlli öküzə
hücum” edib öldürməsini faciə kimi qəbul edən
türk bahadırı bu səbəbdən ondan
ayrıldığını deyir. Yəni
dostunun heyvanlara qarşı pis münasibəti xoşuna gəlmir
(Elgeş abidəsi). Türk yeddi canavar
öldürdüm deyir. Niyə məhz canavar, axı
öldürmədiyi bars da yirtıcıdır. Deməli, ovun heç də insan üçün
yırtıcı heyvan olması və qida kimi istifadəsi
şərt deyil. Burda onu ən çox
maraqlandıran təsərüfatına ziyan vuran heyvandır.
Bu mənada insanın yaşayış məskənlərinə,
ov heyvanlarına hücum edib zərər verdiyi
üçün canavarı öldürür və buna fərəhlənir.
Eyni zamanda demək istəyir ki, mən təkcə xallı
maralı yox, bars kmi yırtıcını da öldürməmişəm.
Əks halda, təbiət kompleks ziyan dəyərdi.
Məqsədim canlı təbiəti məhv etmək
olmayıb (Beqre abidəsi). Qəbul olunmuş
ovçuluq qaydalarından biri də budur ki,boğaz
və körpə heyvanları ovlamaq, onları öldürmək
olmaz.. Bu, dində günah sayılır. Milli adət-ənənələrimizə də
ziddir. N.Gəncəvinin “Yeddi gözəl”
əsərində Bəhram şah gur ovlayarkən
cavanlarına qıymır, boğaz gurları
öldürmür. Azərbaycan və
türk folklorunda, mifoloji ədəbiyyatlarda, tarixi qaynaqlarda
belə misallara çox rast gəlmək olar. Burda dacavan keyiki
ovladığı-“ağlatdığı”,
“hönkürtdüyü” üçünbars ayrılaraq
gedir” - ölür. Yəni dini baxımdan, körpə
heyvanları öldürdüyünə görə günaha
batır və özü də ölümə məruz
qalır.. Əlbəttə,
bars (bəbir) üçün bir yırtıcı kimi
ovladığı heyvanın yaş fərqi yoxdur. Bars körpə keyiki “hönkürtməyi”
bacardığı üçün ölür. Bununla barsın qidasını hansı heyvanların
təşkil etdiyi bildirilir. Nədənsə
tərcüməçilər keyiki mötərizədə
dağ keçisi kimi veriblər. Bars isə
həm bəbir, həm də pələng kimi tərcümə
edilib (Birinci Altın-Göl abidəsi). Altı
yaşında atasını itirən balaca bir uşaq erkən
ovçuluq edərək özündən böyük
üç qardaşına da “ata” olur. Yəni
ov hesabına başsız qalmış ailənin
dolanışığını təmin edir. Abidə üzərindəki təsvirdən belə
çıxır ki, ovçu ov qaydalarına düzgün əməl
etmədikdə, abqibəti pis olur. ”Üç
böyük qardaşımdan, əfsus ayrıldım“ deməklə, elindən, oğlundan, hətta
xanın mehriban nəvazişindən də doymayaraq nakam
ayrıldığını qeyd edir (Üçüncü
Uybat abidəsi). Əski qaynaqlarda türk
xalqının döyüşkənliyi, cəsurluğu ilə
bərabər, ova meyilliyi də təsvir edilir. “Döyüş olsa, qoşun göndərərdi,
ov ovlasa tək idi”. (Kül Çor abidəsi)., yaxud “...ovda qurban verdiyim atım ağ...” (Kemçik-Circak abidəsi) kimi ifadələr bunu
göstərir. Ancaq mətnlərdə
qaydasız ovun acı nəticələri və onu doğuran
səbəblərə münasibət də var. Quş
balalayır, nəsil verir ki, artsın, amma “müdrik”
adlandırılan bir valinin (tutuk-qoşunda rütbəli şəxs)
silahına tuş gəlir. Onun bu hərəkəti
pislənir. “Kuş ovlayan tutuk artmasın”.
Yəni neqativ əməlinə görə
ölsün, çünki təbii sərvəti məhv edir,
çoxalmanın qarşısını alır (Abakan abidəsi).
“Gül Çor abidəsi”ndə də “Döyüş olsa, qoşun göndərərdi, ov ovlasa rmlə tək idi” sətrinin birinci hissəsində müharibənin, döyüşün ətraf mühitə təsiri əks olunub. Döyüşlərin baş verdiyi, qoşunların keçib getdiyi yerlər kütləvi insan ölümü ilə məhdudlaşmır, həm də ərazidəki mövcud bitki və heyvan növlərinin stabilliyi pozulur, tapdaq altında qalaraq sıradan çıxır, hərbi silahların qurbanı olur. Qoşunların və atların ayaqları, döyüş arabalarının təkərləri altında qalan əkin və biçənək torpaqları yararsız hala düşür. Təbiət və tarixi abidələr dağıdılır, faydalı qazıntılar qarət edilir.
Yusif Dirili
Xalq Cəbhəsi.- 2018.- 14-16
aprel.- S.14.