“Göydəki gündən,
yerdəki elimdən doymadım”
Orxon-Yenisey abidələrində
türk izləri...
2-ci yazı
“Gül Çor abidəsi”nin Şərq tərəfi üzərindəki 22 və
23-cü sətrdə oxuyuruq:
“...döyüşdə vuruşub
qoşununu qırdı,
elini aldı, oğlunu, adamlarını
bu... xaqanına işbara müdrik Küli çor...” “...ölüləri o qədər
imiş. Yağıya yalqız (təkcə)
sürətlə hücum
edib arasına girib özü qısa (qəfil) həlak oldu”. Burda, kütləvi insan qırğını ilə
bərabər, qəhrəmanlıq,
qorxmazlıq, şücaətlik
obrazı da təsvir edilmişdir.
“Kül Tigin abidəsi”ndə müharibənin
dağıdıcılıq xüsusiyyəti göstərilir:
“Qırx yeddi yol qoşun çəkmiş, iyirmi döyüş döyüşmüş,
Tanrı yar olduğu üçün
ellini elsizləşdirmiş,
xaqanlını xaqansızlaşdırmış,
yağını tabe etmiş, dizlini çökdürmüş, başlını
səcdə etdirmiş.
Atam xaqan bunca...”
Kül Tiginin igidliyindən danışılan
bu abidənin Şimal tərəfi üzərindəki yazılarda
döyüş zamanı
atların öldüyündən,
döyüşçülərin mühasirəyə alınaraq
qılıncdan və
nizədən keçirildiyindən
bəhs olunur. “Bilgə
Xaqan abidəsi”ndə
amansız döyüşlərin
nəticələrinin daha
sarsıdıcı və
dəhşətli olduğu
bidirilir: “...Tabğac atlı (süvari) qoşununun on yeddi min əsgərini birinci gün öldürdüm.
Piyada qoşununu ikinci gün bütünlükə (toplaşıb
getdi)...” “...yol qoşun çəkdim...
(otuza doqquz
yaşımda) yazda tatabılara qarşı qoşun çəkdim...”
“Mən öldürdüm...Oğlunu, qız-gəlinini , ilxısını, var-dövlətini...” “xaqanını...qız,
gəlinini məhv etdim...” (Cənub tərəfi, 1,2,3,4-cü sətirlər). Böyük türk tarixində
ciddi rol oynamış Bilgə xaqan müxtəlif yerlərə səpələnmiş
türkləri birləşdirmək
üçün təəssüf
ki, o dövrün ənənəvi metodunu -
müharibəni seçmişdi.
Abidənin (şərq tərəfi)
29-30-cu sətirlərində deyilir: “...Doqquz oğuz mənim xalqım idi. Göylər,
yerlər qarışdığı
üçün, həsəd
günü çatdığı
üçün yağı
oldu. Bir ildə dörd yol döyüşüdüm...”
Şübhəsiz, bu “döyüşlər”
çoxlu mqdarda insanın məhvi ilə nəticələnmiş,
ətraf mühitə
ciddi ziyan dəymişdir. Abidənin qərb tərəfinin
5-ci sətrində müharibənin
ətraf mühitə
təsiri kimi “dağda sığın qaçsa...” oxuyuruq.
Müharibə çox
vaxt təbii səngərlərdə - sıx
meşələrdə, qaya
arxasında, dərə
və təpəliklərdə
aparılırdı ki,
tələfat az olsun, düşmən çox itki versin. Bu
zaman ərazidəki müxtəlif canlıların
həyatı təhlükə
qarşısında qalırdı.
“Süngü batımı (süngü
qədər qalınlığı
olan) qarı sökün”. Kögmən ormanını üzüyuxarı
yüyürüb qırğız
xalqını yuxuda basdım (məğlub etdim). Xaqanı ilə Sona ormanında döyüşdüm.
Xaqanını öldürdüm, elini onda aldım.
O ili türkişlərə
qarşı Altun ormanını aşaraq, İrtış çayını
keçərək yürüdüm
(yürüş etdim)
(Şərq tərəfi,
26-27-ci sətir). Burada
Gökmən, Sona və Altun ormanları
meşəli dağlardır.
“Süngü qədər qalınlığı
olan qarı sökün” düşmən
üstünə gedən
qoşun meşə ekosisteminə mənfi təsir göstərməyə
bilməzdi. Eləcə də
müharibənin aparıldığı
başqa ormanlara, məsələn, Yuxarı
Ötükənə və
s.
Müharibənin ətraf mühitə təsir vasitələrindən
biri də maddi-təbii sərvətlərin
qarət edilməsidir. Qiymətli filiz
yataqlarının ələ
keçirilərək daşınması,
xalqın mənəvi
dəyərlərinin (maddi
mədəniyyətinin) dağıdılması
müharibənin səciyyəvi
xarakteridir. Orxan-Yenisey
abidələrində biz buna
aid misallarla qarşılaşırıq:
“Tinəsi oğlu yata dağa çatmış, sahibi yox imiş. O yerə mən müdrik Tonyukuk hücum etdiyim üçün “sarı qızıl, parlaq gümüş, qız-gəlin,
xalça, saysız pul gətirdi...” (Tonyukuk abidəsi. tərcümə. II daş. Cənub tərəfi. 47-48-ci sətrlər),
yaxud ”...Karluq və
tibetlilərə hücum etdi.
Bayraqlarını parçaladı.
Başlarını qopartdı, qaçanları təqib edərək
qərbə doğru Pahana
ölkəsinə qədər qovladı. Xalqı
mal-qaraları ilə birlikdə əsir aldı. Bu səbəbdən Yəbqu onun
əmr və fərmanlarını dinləyərək
torpaqlarını tərk etdi” (Üçüncü Uyğur
abidəsi. Mətnin çincə tərcüməsi.
20-ci sətr.) Başq bir
misal. “On yeddi yaşında tanqutlara qarşı qoşun çəkdim.
Tanqut xalqını pozdum, oğlunu, qız-gəlinini, ilxısını,
varını (dövlətini)
onda aldım... ” (Bilgə Xaqan
abidəsi. I daş. tərcümə.
Şərq tərəf. 24-cü sətir)
Orxon-Yenisey abidələrində heyvani
qidalardan və ağır içkilərdən
(spirtli içkilərdən)
imtina ilə bağlı maraqlı fikirlər vardır (8 və 9-cu sətirlər). Üçüncü Uyğur abidəsinin çincə mətnində
bu barədə yazılıb. Bu cür münasibət heyvanları qida tələbatına görə
məhv etməkdən
çəkindirir, orqnizmə
mənfi təsir göstərən zərərli
içkilərdən daşındırırdı.
İsti qan içmək qatillik sayılırdı.
Tövsiyyə olunurdu
ki, “işıq dinini qəbul etməlisiniz”(10-cu sətir). Fikrimizcə, “işıq dininə”
sitayiş zərdüştçülüyün
izləri kimi faydalı cəhətinə
görə təbliğ
olunurdu. Buna səbəb canlı orqanizmlərin inkişafında
işığın, yəni
günəş işığının
- hərarətin, istiliyin
əhəmiyyət daşıması
idi. “Üçüncü
Barlı abidə”si üzərindəki 3-cü sətr
həmin fikrin doğruluğunu təsdiq
edir: “Göydəki gündən, yerdəki elimdən doymadım”. Günəş - işıq, istilik
olmadan canlı orqanizmlərin inkişafı
mümkün deyil.
Qədim
türklər ekoloji baxımdan bunu çox düzgün anlamış və ölçülüb - biçilmiş
fikir yrütmüşlər.
Qədim
türklər canlının
inkişafını yalnız
Günəşlə (işıq
və istilkilə) məhdudlaşdırmır, oprimal
şərait baxımdan
mühitin qidalılığını,
torpağn münbit olmasını da əsas götürüdülər.
Üçüncü Uyğur
abidəsinin çincə
mətninə (15-ci sətr)
yenidən nəzər
salaq: “Torpaqlarında rahat duran və
təmiz hava niyyyətilə nəfəs
alan əhalidən
yaxşı olanları
iltifata qərq etdi; ona qarşı
çıxanları isə
qızıl qana boyadı. Bundan sonra şoran
yerdə köçəri
həyat sürənləri
şirin dillər tökərək oturaq həyata dəvət etdi və xalqa
iltifat göstərdi.”
Şoran
torpaqlar məhsul vermir. Ona görə də
Göy Xaqan belə yerlərdə köçəri həyat
sürməkdənsə, əksinə
yararlı münbit torpaqlarda məskunlaşaraq
oturaq həyat keçirməyə, əkib-becərməyə
çağırırdı. Burada torpağın ekoloji cəhətdən yararlı
- yararsız olması
diqqətə çatdırılır,
təmiz hava ilə nəfəs almağın faydası bildirilir.
Orxon-Yenisey abidələri üzərindəki
heyvan təsvirləri,
ayrı-ayrı mətnlərdə
bir çox heyvanların adlarının
çəkilməsi abidələrin
qoyulduğu (yazıldığı)
dövrlərdə bioloji
müxtəliflik barədə
müəyyən təsəvvürlər
yaradır. “Gül Tigin abidəsi”nin üzərində əjdaha
və dağ keçisi, “Bilgə Xaqan abidəsi”ndə əjdaha (ilan), “Ulan-Bator Kirəmid abidəsi”ndə
və “Bir balbal abidəsi”ndə iki təkə (erkək keçi) rəsmləri təsvir olunub. Bunlardan əlavə, mətnlərdə
bars (pələng), dovşan,
keyik (ceyran), xallı maral, canavar, at, öküz (inək), ilan, qızıl quş, şahin, böcək, qurd və s. heyvan, eləcə də müxtəlif növ bitki adlarına rast gəlirik. Orxon-Yenisey abidələrindəki 12 ildən bir dəyişən heyvan təqvimi də göstərir ki, qədim türklərə
heyvanların davtranışları,
həyat tərzi və bioloji xüsusiyyətləri məlum
imiş. Qara-Yus, Uyuq-Arxan
abidələri üzərində,
digər abidə və başdaşılarında
müxtəlif növ
heyvanların təsviri
əksini tapıb.
Bunlardan maral, qaban, vəhşi öküz, və s. göstərmək olar.
Orxon-Yenisey abidələrində qiymətli
daşların xassələri
barədə də məlumat verilir. Bu bizə böyük Azərbaycan mütəfəlkkiri
Nəsrəddin Tusinin
“Tənsuqnamey-Elxani” (“Cəvahirnamə”)
əsərini xatırladır.
“Turran abidəsi”ndə
açıq-mavi daşın
Tahir
(Merkuri), açıq
daşın Hürmüzd
(Yupiter), sarı daşın Venera, qara daşın Saturn, sarı-qırmızı daşın
Ayın əlaməti
olduğu bildirilir. Göründüyü kimi, planetlər haqqında da müəyyən təsəvvürlərə
malik olan qədim türklər, səhvən Ayı da onların sırasına daxil ediblər. Qeyd etmək lazımdır
ki, həmin dövrdə Ayın Yer planetinin təbii peyki olması barədə elmi kəşflər məlum deyildi. Qədim türklər, bütün
daşların fəziləti
olduğuna inanırdılar.
Onlar hesab edirdilər ki, kim qırmızıtəhər
su çıxan açıq daşı üzərində gəzdirsə,
həmişə uğur
qazanar. Həmin daşdan açıq-mavi
su çıxsa, yabançı adamdan (düşməndən) təhlükə
görməz, yaşıl
su çıxsa zəhərli qurd və böcəklərin
qorxusu olmaz.
Qədim türklər müəyyən səviyyədə ekoloji fikirlərə malik olublar. Ona görə də ətraf mühitin qorunması, onun faydalı və zərərli cəhətləri barədə düşüncələrini abidələr üzrində əks etdirməyə çalışıblar. Təəssüf ki, indiyədək Orxon-Yenisey abidələri tarix və dilçilik istiqamətində öyrənilsə də, bu sahədə hələ ciddi elmi araşdırma aparılmayıb. Zənnimcə, ekologiyanın öyrənilməsi və tarixiliyi baxımdan Orxon-Yenisey abidələrinin tədqiqi çox vacibdir.
Yusif Dirili (Mahmudov),
Ətraf mühit üzrə
tədqiqatçı
Xalq
Cəbhəsi.- 2018.- 17 aprel.- S.14.