Qaradağ rayonunun
sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Qaradağ rayonu Azərbaycvanın ən çox
inkişaf etmiş rayonlarından biridir. Rayonda
mövcud olan zəngin resurlsar inkişafı şərtləndirən
amillərdən biridir. Eyni zamanda son illər rayonda
çox ciddi işlər görülüb, infrastruktur yenilənib,
əlavə iş yerləri açılıb, yeni parklar
salınıb, həmçinin əsaslı təmir edilib.
Qeyd edək ki, Qaradağ rayonunun 11 qəsəbəsi var.
Rayonda neft-qaz, əhəng daşı və gil
yataqları mövcuddur.
Rayonda müasir avadanlıqlarla təmin edilmiş xəstəxanalar,
eni zamanda məktəblər fəaliyyət göstərir. Qaradağda təhsilə,
səhiyyəyə, idmana xüsusi diqqət yetirilir.
Bu güy rayon ərazisində 30-dan çox iri sənaye
müəssisəsi fəaliyyət göstərir. Onların arasında Heydər
Əliyev adına BDÖZ, Ə.Əmirov adına Neft-Qaz
Çıxartma İdarəsi, Qaz Emalı zavodu,
"Holcim" ASC, Bakı gəmiqayırma zavodu, Qaradağ
Metal Konstruksiyalar zavodu, "Metanol CO", Səngəçal
Elektrik Stansiyası, "Gilan-Holdinq" Qaradağ Kərpic
zavodu və s. adlarını qeyd edə bilərik. Qaradağ rayonu inzibati ərazi vahidi kimi
Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar
yaradılıb. 1923-cü il mayın
7-də Puta qəsəbəsindəki klubda ilk partiya
konfransı keçirilib və rayonun əsası qoyulub. Rayon
1937-ci ilədək Mikoyan, 1956-cı ilədək Molotov,
1956-1963-cü illərdə Qaradağ ,
1963-66-cı illərdə Əzizbəyov, 1966-cı ildən
isə yenidən Qaradağ rayonu adlandırılıb. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol
stansiyalarından olan Qaradağ stansiyasının adı ilə
bağlıdır.
Statistik
göstəricilər
Rayon İcra Hakimiyyətindən verilən məlumata
görə, Qaradağın sosial, iqtisadi həyatında son
illərdə müşahidə olunan sürətli inkişaf
tempi saxlanılıb, həm sosial, həm də iqtisadi sahələrdə
yeni nailiyyətlər qazanılıb. Sənaye sahəsində 2017-ci ildə
929 mln 693 min manatlıq və ya əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 1,7
faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər
göstərilib. Sənaye məhsulunun ümumi həcmində
qeyri-dövlət sektorunun xüsusi çəkisi 41,7 faiz təşkil edib. "Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı” çərçivəsində
hazırda rayonun Qobustan qəsəbəsində 60
çarpayılıq 17 nömrəli Birləşmiş
Şəhər Xəstəxanasında poliklinika, stasionar, təcili
yardım və doğum şöbələrinin,
Qızıldaş qəsəbəsində 350 yerlik Mədəniyyət
Evinin tikintisi, Puta, Ələt, Səngəçal və
Qobustan qəsəbələrində isə idman komplekslərinin
tikintisi davam etdirilir. Həmçinin Heydər
Əliyev Fondu tərəfindən Lökbatan qəsəbəsində
120, Ümid qəsəbəsində isə 100 yerlik uşaq
bağçalarının tikintisi aparılır. Rayon
İcra Hakimiyyətinin daxili imkanları hesabına yeni parklar
salınıb, rayonun bütün qəsəbə və digər
yaşayış məntəqələrini də əhatə
edən abadlıq və yaşıllaşdırma işləri,
Bakı-Astara avtomobil yolunun Lökbatan dairəsindən
başlayaraq, Ələt qəsəbəsi də daxil olmaqla
60 km məsafəni də əhatə edib. Burda
1 000 ədəd zeytun, 10 000 yaxın şam və sərv
ağacları, eyni zamanda ərazidə əlavə dekorativ
kollar əkilib. Lökbatan qəsəbəsi
ərazisində hərbi şəhərciyin
qarşısında yolüstü piyada keçidi istifadəyə
verilib. Sahil, Sanqaçal, Qobustan, Ələt qəsəbələrində
binaların fasadları rənglənib, 8000 kv.metrdən
çox dam örtüyü vurulub, qəsəbələrdə
hasarlar çəkilib, 10 000 kv.metrdən
çox hörgü işləri aparılıb. Bakı-Salyan avtomobil yolunun kənarlarına səki
daşları düzülüb. Dövlət
proqramlarının uğurlu icrası nəticəsində
rayonda mövcud qaz, su, işıq, kanalizasiya problemlərinin
aradan qaldırılması istiqamətində də çox
böyük işlər görülüb. Rayonun elektrik enerjisi ilə təchizatının
yaxşılaşdırılması üçün yeni
kompleks transformator məntəqəsi
quraşdırılıb, transformatorlar daha güclüsü
ilə əvəz olunub, yeni yüksəkgərginlikli kabel xətləri
çəkilib, aşağı gərginlikli hava xətləri,
aşağı gərginlikli kabel xətləri çəkilib
və təmir olunub. Qaz təchizatının
yaxşılaşdırılması, qaz təsərrüfatının
təhlükəsiz istismarının təmin edilməsi məqsədilə
müxtəlif diametrli 168 min poqonmetr mövcud qaz xətti
yenisi ilə əvəz olunub. Belə ki, çəkilmiş
qaz kəmərləri 439844 metr,
quraşdırılmış qaz ilə təmin olunmuş
abonentlərin sayı 13218 nəfər,
quraşdırılmış qaztənzimləyici 210 ədəd,
quraşdırılmış siyirmələr 231 ədəd
olub. Keçən il may ayının 30-da
Qaradağ rayonunun Lökbatan qəsəbəsində
qaçqın və məcburi köçkün ailələr
üçün 1 026 mənzilli yeni yaşayış
kompleksinin təməlqoyma mərasimi olub və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva həmin tədbirdə iştirak edib.
Xüsusi
diqqət
Qeyd edək ki, prezident İlham Əliyevin rayona xüsusi
diqqəti var və o 1995-2000-ci illərdə bu rayondan millət
vəkili olub.
Prezident Qaradağa xüsusi diqqət göstrərdiyini dəfələrlə
vurğulayıb və Qaradağ sakinləri ilə
görüşlərin birində deyib: “Bilirsiniz ki, Qaradağ
rayonuna mənim həmişə xüsusi münasibətim,
xüsusi diqqətim olub. Mənim demək olar
ki, siyasi fəaliyyətim bu rayonda başlayıb. Birinci dəfə 1995-ci ildə qaradağlılar mənə
etimad göstərib, Milli Məclisə deputat seçiblər.
Mən də çalışırdım ki, bu
böyük etimadı doğruldum. Dəfələrlə
Qaradağ rayonuna gəlmişəm, vəziyyətlə tanış olmuşam. Bu gün
ölkə Prezidenti kimi çalışıram ki,
Bakının ən böyük rayonu olan Qaradağ rayonunun
inkişafı üçün öz köməyimi göstərim”.
Rayon icra
hakimiyyətinin başçısı Süleyman Mikayılov
bildirib ki, qazanılan hər bir uğura dövlət
başçısının göstərdiyi böyük diqqət
və qayğı sayəsində müyəssər olunub: “Məhz
ölkə Prezidentinin birbaşa təşəbbüsü və
himayəsi sayəsində son illər Qaradağ rayonunda bir
çox mühüm obyektlərin inşası uğurla
başa çatdırılıb. Bunun bariz nümunəsi kimi
ötən il ərzində ölkə
başçısı cənab İlham Əliyevin Qaradağ
rayonuna 3 dəfə səfər etdiyini göstərmək
olar. Bu səfərlər çərçivəsində
Prezident cənab İlham Əliyev Heydər Əliyev adına
yarımdalma qazma qurğusunun açılış mərasimində,
Gəmiqayırma zavodunda "Şahdəniz-2” layihəsi
çərçivəsində inşa edilən "Xankəndi”
sualtı tikinti gəmisinin təqdimat mərasimində və
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında
keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli
açılış mərasimində iştirak edib. Prezident cənab İlham Əliyevin Qaradağ rayonuna
səfərləri hesabat dövrünün ən
mühüm və yaddaqalan hadisələrindən olub”.
Sakinlər nə düşünürlər?
Qaradağda əhali ilə söhbətimizdə rayonla
bağlı görülən işlərdən
danışdıq. Lökbatan qəsəbə sakini Azər Həmidov
bildirdi ki, bu gün Qaradağ rayonu Azərbaycanın ən
çox inkişaf etmiş rayonlarlından biridir: “Xüsusilə
bizim qəsəbəmiz daha fərlqidir. Lökbatanda
aparılan abadlıq quruculuq işlərini
görürüsünüz. Mən
Lökbatana qəsəbə yox, şəhər deyirəm.
Çünki qəsəbəmiz son illər
çox gözəlləşib. Parklar
salınıb, yeni binalar, sahibkarlıq obyektləri
açılıb. Həmçinin
böyük stadionumuz, xəstəxanalarımız, məktəblərimiz
var. Ona görə də hesab edirəm ki, yaxın gələcəkdə
Lökbatan qəsəbəsi də Xırdalan kimi şəhər
statusu alacaq”.
Qızıldaş
qəsəbə sakini İbrahim İbrahimli isə
vurğuladı ki, son illər rayonda xeyli işlər
görülüb: “Qəsəbəmizdə mədəniyyət
evinin tikiliməsi və istifadəyə verilməsi bizim
üçün müsbət haldır. Bundan
başqa qəsəbədə idman inkişaf edir. Uğur qazanmış, perspektivli
idmançılarımız var. Ümumiyyətlə təkcə
Qızıldaşda deyil, Qaradağın digər qəsəbələrində
də idmana xüsusi diqqət yetirlir. İdmançılarımız
uğurlu nəticələr qazanırlar. Qonşumuz
Əli Sultanov dəfələrlə yarışların
qalibi olub, çempion olub. Qızıldaşdan
belə gənc və perspektivli idmançıların
çıxması bizim üçün xoşdur. Amma bu cür idmançılara daha ciddi dəstək
verilməlidir. Ümid edirik ki, bu cür gənclərə
daha çox diqqət yetiriləcək”.
Sahil qəsəbəsinin
sakini Xanoğlan Heydərov vurğuladı ki, Qaradağ rayonu
səliqə sahmanı, gözəlliyi ilə, digər
rayonlardan fərqlənir: “Sahil qəsəbəsində
aparılan işləri yüksək qiymətləndirirəm.
Digər qəsəbələri, xüsusilə
Lökbatanı da misal göstərə bilərəm.
Rayonumuzda həm də iş yerləri çoxdur. Bir çox müəssisələr fəaliyyət
göstərir. Eyni zamanda, rayonumuz inkişaf etdiyindən
fərdi qaydada iş tapmaq mümkündür. Amma
hesab edirəm ki, bu yetərli deyil. Daha çox iş yerlərinin açılmasına ehtiyac
var. Rayonun buna potensialı var və ümid edirəm ki, gələcəkdə
rayon sakinlərinin əksəriyyəti elə öz
rayonlarında çalışa biləcəklər”.
Transmilli
layihələr
Qaradağın
millət vəkili Aydın Hüseynov isə bildirib ki, təkcə
ötən 2017-ci ildə ölkə başçısı
rayonumuza 3 dəfə səfər edib: “May ayının 18-də
Heydər Əliyev adına qazma qurğusunun
açılış mərasimində, sentyabr ayının
6-da Gəmiqayırma zavodunda “Şahdəniz-2” layihəsi
çərçivəsində inşa edilən “Xankəndi”
sualtı tikinti gəmisinin təqdimat mərasimində və
oktyabr ayının 30-da Bakı Beynəlxalq Dəniz Ticarət
Limanında keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun
təntənəli dövlət rəhbərlərinin
iştirakı rayonun sosial-iqtisadi həyatında mühüm
tarixi hadisə olub. Millət vəkili həmçinin əlavə
edib ki, Qaradağ ölkəmizin ən böyük sənaye
rayonlarından biridir: “Dövlət
başçısının həyata keçirdiyi
böyük transmilli layihələrin əksəriyyəti
Qaradağ rayonunun payına düşür. Bakı-Tbilisi-Qars
dəmiryolunu misal göstərmək olar. Prezidentin
də qeyd etdiyi kimi, bu layihə təkcə bizim
üçün deyil, həmçinin Avropa və Avrasiya
ölkələri üçün də böyük əhəmiyyət
daşıyır”.
Onun
sözlərinə görə, Qaradağda aparılan
abadlıq quruculuq işlərini xüsusilə vurğulamaq
olar: “Gördüyünüz kimi, bütün qəsəbələrimiz
diqqətdən kənarda qalmır. İnfrastruktur
yenilənir. Salınan parklar, yeni binalar və
açılan müəssisələr rayonun inkişaflı
üçün zəruri amildir. Əhalinin problemlərinin
həllinə diqqətlə yanaşılır,
çatışmazlıqlar aradan qaldırılır və
inkişaf prosesi hər gün davam edir...”.
Əli
Zülfüqaroğlu
Xalq Cəbhəsi.- 2018.- 26 aprel.-
S.8.