Arzum budur ki, Hərbi Orkestr qələbə paradı səsləndirsin”

 

General-mayor, xalq artisti, professor Yusif Axundzadənin AZƏRTAC-a müsahibəsi

 

O, bütün keyfiyyətləri yüksək hörmətə layiq olan hərbi musiqiçi olmaqla yanaşı, həm ictimai xadimdir. Onun mükəmməl dirijorluq maneraları, dəqiq jestləri, hər bir elementi özünə tabe etmək bacarığı professionallıq peşəkarlığın göstəricisidir. Ölkəmizin ən mötəbər, peşəkar nəhəng hərbi orkestrinin-Əlahiddə Nümunəvi Hərbi Orkestrin yaradıcısı rəhbəri olan Yusif Axundzadə sənətinə sadiq olduğu kimi, Vətəninə sadiqdir. O, təkcə yüksək səviyyəli musiqiçi kimi deyil, Vətən keşiyində vətənpərvər insanların qəlbində xüsusi məhəbbət qazanmış şəxsiyyət kimi tanınır. Yusif müəllimin Silahlı Qüvvələrimizin möhtəşəm 100 illik paradında Bakı Qarnizonun Birləşmiş Orkestrinə dirijorluq etməyi ifa edilən hərbi marşa bir az da əzəmətlilik qatdı. Özünün dediyi kimi, bir əsrlik ordunun paradında iştirak etmək bir general kimi onun üçün ən böyük xoşbəxtlikdir.

- Yusif müəllim, rəhbəri olduğunuz Əlahiddə Nümunəvi Hərbi Orkestr Silahlı Qüvvələrimizin 100 illiyini necə qarşıladı?

- Orkestr ordumuzun 100 illiyi münasibətilə iki ay öncə hazırlığa başladı. Bildiyiniz kimi, 100 illiklə bağlı paytaxtın Azadlıq meydanında möhtəşəm parad keçirildi. Burada silahlı qüvvələrimizin bütün növ qoşun bölmələri iştirak edirdi. Möhtəşəm paradda ordumuzun gücü müasir texnikası göstərildi. Düzdür, gördüklərimiz ordumuzun arsenalında olan texnika müasir silahların bir hissəsi idi. Şəxsi heyətə ruh yüksəkliyindən tutmuş mənəvi-psixoloji hazırlıqlar hamısı göz qabağında idi. Əlbəttə ki, Bakı Qarnizonun Birləşmiş Orkestri bu paradda yüksək səviyyədə iştirak etdi. Mənim bədii rəhbərliyimlə 170 nəfərlik orkestr heyəti ordumuzun paradını marş sədaları altında müşayiət edirdi. Etiraf edim ki, 48 illik xidmətim dövründə ordumuzun 100 illiyinə həsr edilmiş parad gördüyüm ən möhtəşəm paradlardan idi. Paradımızı dövlətimizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, hərbi attaşelər izləyirdi. Onlar da ordumuzun nizami güclü bir ordu olmasının şahidi oldular. Bütün bunların hamısı Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. Dövlət başçımız hər zaman ordumuzun daha da güclü olması üçün çalışır. Belə bir möhtəşəm paradın keçirilməsi dövlət başçımızın diqqət qayğısının nəticəsidir. Bu möhtəşəmlik əsgərdən generaladək hamıda ruh yüksəkliyi yaratdı. Bundan başqa, orkestrimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən dövlət tədbirində ruh yüksəkliyi ilə çıxış etdi. Deyə bilərəm ki, hər iki tədbirə yüksək səviyyədə hazırlaşmışdıq. Orkestr hər zaman üzərinə düşən məsuliyyəti dərk edir, göstərilən etimadı doğrultmağa çalışır.

-Orkestrin 100-cü il dönümə hədiyyəsi oldu?

- Orkestrimiz hər zaman çalışır ki, bu ya digər sahədə töhfələrini verə bilsin. Silahlı Qüvvələrimizin 100 illiyində iştirak etmək bizim üçün ən böyük xoşbəxtlik idi. Zarafat deyil, düz 100 il. Bu illər ərzində ordumuz gör hansı yollar keçib, hansı məşəqqətlərdən çıxmışıq. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qeyd edilən istiqamətlərdəki çatışmazlıqları diqqətdə saxlayır, bunun üçün öz tapşırıqlarını verirdi. Baxın, müstəqillikdən bəri ordumuz qədər modern, eyni zamanda güclü bir orduya çevrilib. Əlbəttə, biz çalışdıq ki, belə möhtəşəm bir ordunun 100 illiyinə hədiyyəmiz olsun. Əlahiddə Nümunəvi Orkestr tərəfindən bir disk buraxıldı. Bu diskdə orkestrin müşayiəti solistlər Aynur İsgəndərli, Nərmin Abdullayeva Kənan Qədimovun ifasında bir sıra hərbi marşlar, vətənpərvərlik ruhuna köklənmiş ifalar yer alır. Burada orkestrin dirijorları Əlahiddə Nümunəvi Orkestrin rəisi, polkovnik-leytenant, Əməkdar incəsənət xadimi Rüfət Axundzadə, rəis müavini, mayor İmran Allahverdi orkestrin hərbi dirijoru baş leytenant Orxan Zeynallıdır.

-Orkestrin nümunəvi çıxışı hər zaman rəğbətlə qarşılanır. Bu hal, həm heyətdə ruh yüksəkliyi yaradır. Bir az bu barədə danışardınız.

- Bizim orkestrin heyətində çalışan əməkdaşlar istedadlı ixtisarlarının peşəkarlardır. Heyətimizə üzv qəbul edərkən şəxsin peşəkarlığı ifaçılığına diqqət yetiririk. Bütün uyğunluqlar yerindədirsə o musiqiçi bizim orkestr ailəsinin üzvü olur. Əlbəttə, nizam-intizam, peşəkarlıq istedad varsa bütün bunlar imkan verir ki, çıxışlarımız uğurlu alınsın. Çıxış uğurludursa heyətdə hər zaman ruh yüksəkliyi yaranır. Təriflər, təşəkkürlər qazanırıq ki, bunu da əldə saxlamaq bizim üçün həm məsuliyyət, həm stimulverici hissdir. Bir sözlə, orkestrdə çalışan bütün əməkdaşlarımız işlərinin məsuliyyətini dərk edir, tapşırılan işin öhdəsindən layiqincə gəlirlər.

-Orkestr sizin dirijorluğunuzla respublikamıza rəsmi işgüzar səfərə gələn prezidentlərin qarşılanma mərasimlərində iştirak edir. Bu, həm bədii rəhbər kimi sizin üzərinizə böyük məsuliyyət qoyur. Bunun öhdəsindən necə gəlirsiniz.

-İnsan hər zaman məsuliyyətli olmalıdır. İnsanın mahiyyəti onun arzu məsuliyyətində təzahür edir. Düşünürəm ki, peşəsindən asılı olmayaraq hər bir şəxs xarakter, istedad məsuliyyətini bir araya gətirə bilsə istədiyinə nail olacaq. Ancaq bu halı sonadək əldə saxlamaq üçün elə sonadək məsuliyyət tələb olunur.

-Çoxsaylı dövlət tədbirində iştirak edən orkestrin bir az da məşq prosesindən danışaq...

- Məşq prosesimiz adi qaydada keçir. Yəni hazırlığımız üç, dörd gün elə ola bilər ki, iki ayadək davam edə bilər. Məşq prosesi zamanı çalışırıq ki, proqramımızda olan bütün ifaların notlarını əzbərləyək. Ölkəmizdə səfərdə olan dövlət başçılarının rəsmi qarşılanma mərasimlərinə hazırlığımız üç, dörd gün çəkir. Orkestr olaraq aidiyyəti dövlətin himnini orda nəzərdə tutulan ifaların notlarını əzbərləyirik. Orkestr tam hazır olandan sonra bu şəkildə rəsmi qarşılanmada iştirak edirik.

-Sizi hərbi mülki musiqiçi adlandırmaq olar. Əks qütblərdə çalışmağın kimi çətinliyi var?

- Hər bir işin öz çətinlikləri var. Bəli, mən pedaqoji fəaliyyətlə məşğul oluram, Bakı Musiqi Akademiyasında kafedra müdiriyəm. Eyni zamanda hərbi musiqiçiyəm. İstənilən şəxsin iki sahədə çalışmağı bunu paralel aparmağı əlbəttə ki, çətindir. Hər zaman çalışıram aid olduğum sahələrdə özümü doğruldum ki, işimdə qüsur olmasın. Musiqi sənəti bir elmdir. Hər şeydən öncə musiqini dərk etmək, sevmək onun peşəkarı olmaq lazımdır. İstəyirsən həbi musiqiçi ol, istəyirsən mülki musiqiçi, fərqi yoxdur, bir peşənin sahibisən, bir amala xidmət edirsən. Sənin adın musiqiçidir.

- Hərbi musiqiçi kimi arzularınız var?

- Xoşbəxt insanam ki, Silahlı Qüvvələrimizin 100 illik paradında iştirak etdim. Deyim ki, bütün şəxsi arzularıma çatmışam. Ən böyük arzum budur ki, düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunsun Əlahiddə Nümunəvi Hərbi Orkestr mənim bədii rəhbərliyimlə qələbə paradı səsləndirsin. Bizim qüdrətli yenilməz ordumuz var. Onlar hər dəqiqə Ali Baş Komandanın əmrini gözəyirlər. Bu arzuma da çatacağıma böyük ümidlər bəsləyirəm.

 

Xalq cəbhəsi 2018.- 14 avqust .- S. 15.