“Azərbaycan problemin
danışıqlar yolu ilə həllinin
tərəfdarıdır”
Ramiya Məmmədova: “Ermənistana
və onun hakimiyyətinə zaman verir ki, bu
münaqişəni sülh
yolu ilə həll etsinlər”
“Yaxın perspektivdə
müharibə başlanma
ehtimalı azdı. Əlbəttə ki Azərbaycan hər zaman öz torpaqlarını azad etmək istəyilə bərabər
buna nə gədər qadir olduğunu da 16 aprel savaşında bütün dünya və Ermənistana göstərdi. Bu gün
bir çox erməni saytlarında Azərbaycan tərəfindən
atəşkəs rejiminin
mütəmadi olaraq təmas xəttində pozulması halları var. Lakin Azərbaycan yenə də münaqişənin sivil yolla, yəni danışıqlar yolu ilə qan tökülməməsi,
şəhid verilməməsi
yolu ilə həllinin tərəfdarıdır
və bunu da hər zaman
göstərməkdə davam
edir. Ona görə də
bu gün Azərbaycan Ermənistanda
gedən proseslərin
sonunu gözləyir, yəni bir növ
Ermənistana və onun hakimiyyətinə zaman verir ki,
bu münaqişəni
sülh və danışıqlar yollu ilə həll etsinlər”.
Bu fikirləri politoloq
Ramiya Məmmədova
“Xalq Cəbhəsi”nə
müsahibəsində deyib. O həmçinin
digər suallarımızı
da cavablandırıb.
-Hazırda bildiyiniz kimi ATƏT-in Minsk qrupu həmsədrləri vasitəçiliyi
ilə Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı danışıqlar
prosesi uzun illərdir davam edir. Əlbətdə ki, Minsk qrupu
öz fəaliyyətini
beynəlxalq hüququn
normaları və prinsipləri, BMT Təhlükəsizlik
Şurasının qətnamələri
və Helsinki Yekun Aktının müddəalarını
rəhbər tutaraq fəaliyyət göstərir.
Lakin bu illər ərzində qöründüyü kimi
nə qədər “qızğın” iş getsə də nəticə əldə olunmayıb və Dağlıq Qarabağ məsələsi həll
olunmamış qalmaqdadır.
Yəni Minsk qrupu bu formatda
işini davam etdirsə, bu məsələ bundan sonrakı illərdə də açıq qalacaq. Deməli Azərbaycan
öz torpaqlarını
azad etməyə yönəlik siyasəti davam etdirməli və doğru bildiyi yolla bu
məsələni köklü
şəkildə həllinə
nail olmalıdır.
-Ermənistanda ictimai-siyasi
durum gərginləşməkdə davam edir. Bu vəziyyət danışıqlar
prosesi ilə bağlı nə vəd edir?
-Bu gün Ermənistan hakimiyyət böhranı
yaşayır. Ermənistanda baş verən hakimiyət dəyişikliyi
və hakimiyyəti devirən yeni baş nazir Nikol Paşinyan onsuz da acınacaqlı
olan Ermənistanı biraz da uçuruma
aparır. Ard-arda baş
verən hadisələr,
Paşinyanın hakimiyyətə
gəldikdən sonra istər xarici, istərsə də daxili siyasətdə atdığı addımlar,
verdiyi bəyanatlar bunun bariz nümunəsidir.
Ermənistan hüquqi dövlət
olmadığından və
Rusiya forpostu olaraq müstəqil konstitusiya ilə idarə olunmur. Ona görə də onlar azad qərar
qəbul etdiklərini
və sərbəst şəkildə dövləti
idarə edə biləcəklərini nə
qədər göstərməyə
çalışsalar da
bu, qəti şəkildə mümkün
olmur. Çox guman ki, yaxın zamanlarda Ermənistanda siyasi böhran daha da dərinləşəcək.
Bu vəziyyət isə Dağlıq Qarabağ məsələsinin
həllini uzada bilər.
-Sizcə Köşəryanın
həbsi və azad edilməsinin pərdəarxası məqamları
nədən ibarətdir?
-Ermənistan baş prokurorluğunun təqdimatı
əsasında iyulun
26-da barəsində həbs-qətimkan
tədbiri seçilən
eks prezidenti Robert Köçəryan ölkənin
konstitusiya quruluşunu
dəyişdirməyə cəhddə
ittiham olunur. İttiham sübut olunarsa, eks-prezidenti maksimum 15 il
azadlıqdan məhrumetmə
cəzası gözləyir.
Koçəryan da Paşinyan kimi Levon Ter-Petrosyanın məcburi istefaya göndərilməsindən sonra
ölkənin rəhbərliyini
ələ aldı və Ermənistanda Qarabağ klan
rejimini yaratdı, yəni vəzifələrin
başına yalnız
Qarabağ ermənilərini
gətirdi. Ozü prezidentlik vəzifəsindən
getdikdən sonra da hakimiyyəti başqa klanın üzvü olan Serj Sarkisyana təhvil verdi.
Bu da ermənilərin
xoşuna gəlmirdi.
Sarkisyanı devirdikdən
sonra Nikol Paşinyan ona rəqib ola
biləcək Qarabağ
klanını zəiflətmək
xəttini götürdü,
lakin bunu sona çatdıra bilmədi. Belə ki, öncə Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının
(KTMT) baş katibini dəyişmək istəyi
Moskvanın xoşuna gəlmədi və ona sərt reaksiyalar
verdi, sonra
da məhkəmə eks-prezident Robert Köçəryanı
da azad etdi.
Robert Köçaryanın həbsdən azad edilməsi, birbaşa Moskvanın təzyiqi ilə əlaqədardır.
Yəni Moskva öz kadrlarına arxa durmaq və Ermənistanın yeni hakimiyyətinə Rusiyaya qarşı suyasətini yenidən gözdən kecirməsi ismaricını
verməkdədir.
-Rusiyanın Ermənistandakı
proseslərlə bağlı
mövqeyi necə ola bilər?
-Ermənistan tarixən Rusiyanın Qafqaz reqionunda onun ən yaxın tərəfdaşı olmuş
bir ölkədir. Ermənistanın bütün rəhbərləri
Moskva tərəfindən
təyin olunub və rəhbərlikdə
təmsil olunanlar hər zaman onların əmrlərini yerinə yetirən kadrlardır. Ermənistanda baş vermış inqilab və Moskvanın kadrını devirirb vəzifəyə gələn Paşinyan, xüsusən də onun Qərb yönümlu olması
Kremlin marağına ziddir.
Rusiya bir müddət Paşinyanın elədiklərinə
seyrçi qaldı, lakin son günlərdə
Kremlin kadrlarına yönəlmış
təzyiqlərdən sonra
bu mövqeyindən çıxaraq artıq mövcud hakimiyyətə
qarşı tədbir
görəcəyini ehtimal
etmək olar. Bu tədbirlərin də başında yenidən Qarabağ klanına üstünlük
veriləcəyi ehtimalı
da var. Yəni Köçəryan-Sarkisyan və
digərləri Paşinyana
qarşı çıxaraq
yenidən devirmə planı həyata kecirə bilər.
-Paşinyanın sərgilədiyi
mövqe ilə bağlı nə demək olar?
-Paşinyan Ermənistanın
Qərbə yönəlmə
mövqeyini irəli sürür. Yəni Rusiyanın əsarətindən
çıxaraq daha genış və azad siyasətə can atır. Buna görə
də Qərb dövlətləri və
Amerika rəhbərləri
ilə ünsiyyət
qurmağa səy göstərir. Paşinyan bunu
NATO sammitində də
göstərməyə calışdı.
Lakin Paşinyan bir növ odla su
arasında qalır, yəni bir tərəfdən
Ermənistana havadarlıq
və dəstək duran Rusiya, digər
tərəfdən Rusiyaya
qarşı olan Qərb, bir tərəfdən də daxili təlatümlər içində olan ölkə. Paşinyan cox
çətin dillema qarşısındadır. Onun daxildəki problemləri həll etmədən xarici problemləri həll edə bilməsi mümkünsüz
kimi görünür.
-Həmsədrlik institutu demək olar fəaliyyətsizdir. Həmsədrlərdən gözləntiniz nədir və bu institutun
gələcəyini necə
görürüsünüz?
- Onların gördüyü
işlərin nəticəsi
göz qabağındadır.
Yəni Qarabağ məsələsində
heç bir irəliləyiş əldə
olunmayıb. Bu qrupun işi zaman itkisindən başqa bir şey deyil. Bu qrupa ABŞ, Fransa
və Rusiyadan başqa digər dövlət nümayəndələri
də daxil olsa daha yaxşı
olardı. Məsələn,
Türkiyə. Tükiyə qardaş dövlət kimi həm də
adekvat qiymət verməyi bacarır.
Bu münaqişənin həlli məsəsləsində
daha maraqlı olması bu qrupun fəaliyyətində
bir dönüş yarada bilər. Əks təqdirdə bu qrupun fəaliyyətindən
hansısa bir müsbət nəticə
alınması inandırıcı
deyil.
-KTMT-nin müharibə
başlayacağı halda
hansi mövedə olacağı ilə bağlı ehtimallar nədən ibarətdir?
-Bildiyimiz kimi, Azərbaycanla Ermənistan arasında gedən müharibə əsasən Dağlıq Qarabağ ətrafında baş tuta bilər. Yəni Dağlıq Qarabağ deyure olaraq Azərbaycan ərazisidir. Azərbaycan da öz ərazilərini qorumağa və işgaldan azad etmək hüququna malikdir. KTMT-nin müharibəyə qoşulması o zaman baş tuta bilər-əgər, Azərbaycan KTMT-yə üzv olan bir dövlətə hücum etsin. Yəni müharibə sırf Azərbaycan ərazisində baş verdiyi ücün KTMT-nin bu müharibəyə qoşulması mümükunsüzdür. Bunun da biz 16 aprel müharibəsi zamanı şahidi olduq.
-Məsələn, Qazaxıstanla Azərbaycanın münasibətləri kontekstində KTMT-nin daha çox formal quruma bənzədiyini demək olarmi?
-Qazaxıstnla Azərbaycan dost və müttəffiq ölkədir, strateji təarəfdaşımızdır. Yəni KTMT-də iştirak edən hər bir ölkəylə Ermənistan istisna olmaqla çox yaxın tərəfdaşlığımız var. Bu münasibətlər çərcivəsində KTMT Azərbaycana qarşı ola biləcək bir addım atmaz. Qazaxıstan daim Azərbaycanı dəstəkləmiş və bunu da təbii ki, hərbi blokun zəiflətməsinə gətirib çıxaran amillərdən biri kimi dəyərləndirmək olar.
Əli
Xalq cəbhəsi 2018.- 28 avqust .- S.9.