Ölkəmiz Qazaxıstanda keçirilən
yarmarkada təmsil olunub
Qazaxıstanın paytaxtı Astanada Yeni il qabağı ənənəvi xeyriyyə sərgisi və yarmarkası keçirilib. Qazaxıstanda Akkreditə Olunmuş Diplomatik Korpus Rəhbərlərinin Xanımları Klubunun təşəbbüsü və səfirliklərin təşkilatçılığı ilə hər il keçirilən yarmarkada Azərbaycanın Qazaxıstandakı səfirliyi də iştirak edib. Bu il 50 ölkənin səfirliyinin qatıldığı sərgi və yarmarkada diplomatik nümayəndəliklərin, diaspor və qeyri-hökumət təşkilatlarının, yerli və xarici şirkətlərin təmsilçiləri iştirak ediblər. Yarmarkanın əsas məqsədi satışdan əldə olunan vəsaitin xeyriyyə layihələrinə sərf olunmasıdır.
Xeyriyyə yarmarkasında Azərbaycandan gətirilən
məhsullar, milli mətbəximizin ləziz
xörəkləri və şirniyyatları, müxtəlif növ çay məhsulları
nümayiş olunub.
Azərbaycan şərabları, nar
şirəsi və digər məhsullarımız ən çox satılanlar sırasında idi. Azərbaycan stendində, həmçinin
xalçalarımız, şallar, kəlağayılar
da nümayiş olunub. Xeyriyyə tədbirinə qatılan bəzi
ölkələr öz mədəni
proqramları ilə çıxış ediblər.
Xalq Cəbhəsi.- 2018.- 4 dekabr.-
S.16.