Etməsin tək vətənimdən məni
dünyada…
MEHMED AKİF
ƏRSOY (1873-1936)
2-ci yazı
Şeir Türkiyənin əksər ərazilərinin Antanta qüvvələri tərəfindən zəbt olunduğu və ölkənin gələcək taleyinin Anadolu ərazisində gedən döyüşlərdə həll olunacağı dövrdə yazılıb. Belə bir vaxtda Mehmed Akif Ərsoy xalqının qələbəsinə inamını itirməmiş, onun məğlubiyyət-dən yaxa qurtaracağına ümid nümayiş etdirib. Aşağıdakı nümunədən göründüyü kimi şairin inamı vaxt baxımından çox da uzağa getmir, onun inamı sabahdan da yaxın bir tarixə bağlanır:
Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaxın.
Ona görə də şeirin birinci bəndinin ilk sözü olan “qorxma” ifadəsi türk tədqiqatçılarının çox düzgün olaraq şərh etdikləri kimi qorxu, vahimə mənasında deyil, adi münasibət və müraciət formasında sonrakı inam və ümidin başlanğıcına çevrilir. Şair bu bənddə göstərir ki, türkün mövcudluğunun təsdiq rəmzi olan türk bayrağı heç vaxt enməyəcək, düşmən nə qədər uğur əldə etsə də, sonuncu türk igidinin sağ qalacağı və yaşayacağı təqdirdə türk öz qalibiyyətini qoruyacaq və düşməni məhv edəcək.
Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq,
Sönmədən yurdumun üstündə tütən ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq,
O mənimdir, o mənim millətimindir ancaq.
“İstiqlal marşı”
şeirində gələcəyə
böyük inam və ümid hissi aşılanmaqla yanaşı, birliyə, düşmənə qarşı
amansız olmağa çağırış da
var.
Bu çağırış onsuz da niyyətləri
puç olan düşmənə zərbə
vurmaq, onun heçliyini, türk igidləri qarşısında
acizliklərini əks
etdirmək baxımından
xarakterikdir. Şairin nəzərində türkün
“qərbi’’, “mədəniyyət”
adı ilə məlum olan düşməni türk cəsurluğu qarşısında
o qədər zəifdir
ki, onun niyyəti yırtıcılıq
olsa da, “tək dişli canavar” kimi niyyətinə
çatmaqdan uzaqdır.
Ulusun, qorxma! Nasıl böylə bir imanı boğar,
“Mədəniyyət” dediyin tək dişi qalmış canavar?
Mehmed Akif şeirdə türk şanlı tarixini səciyyələndirərək, torpaq, vətən, namus yolunda tarixən
canından keçən,
son damla qanına qədər vuruşan türk igidlərini yad edir, bugünkü
adamlara nümunə göstərir, onların şəhid ruhlarını
uca tutur. Şair bu
halda elə bir uca məqamda
da-yanır ki, onun səsi vətənin hər yerində eşidilir.
Bu səs ölkəni
naməhrəm tapdağı
və naməhrəm əlindən qorumağı
diqtə edir:
Kim ki bu cənnət
vətənin uğruna
olmaz ki fəda,
Şühəda fışqıracaq torpağı
sıxsan, şühəda.
Canı,
cananı, bütün
varımı alsın
da Xuda,
Etməsin tək vətənimdən
məni dünyada cüda.
Ruhumun səndən, İlahi, budur ancaq əməli
Dəyməsin məbədimin köksünə
naməhrəm əli.
Bu əzanlar ki, şəhadətləri dinin
təməli,
Əbədi yurdumun üstündə mənim inləməli.
Vətənin istiqlalını arzulayan Mehmed Akif azadlıq
düşmənləri olan
zalımlara nifrət bəsləyir. O, istiqlalı vətən üçün
ən əziz nemət sayır, vətən övladlarının
xoşbəxt gələcəyini
bunda görür:
Zülmü alqışlayamam, zalımı
əsla sevəməm,
Gələnin keyfi üçün
keçmişə qalxıb
söyəməm,
Biri əcdadıma saldırdımı
hətta boğaram...
Doğduğumdan bəridir aşiqəm
istiqlalə,
Mənə heç tasmalıq etmiş deyil altun lalə.
Milli duyğulan
yüksək olan Mehmed Akif vətəninin
daim tərəqqisi arzusunda olmuş, düşmən təcavüzlərinin
ağır vaxtlarında
narahatçılıqlarını gizlətməyib. Şair Türkiyəyə düşmən gözü
ilə baxan xristian dövlətlər
birliyi ölkələrinin
hər birinə nifrət bildirir, konkret olaraq bu ölkələrin adını sadalamaqdan çəkinmir. Bu yol ilə Mehmed
Akif onların düşmən niyyətlərinə
öz etirazını
bildirir. Məlum həqiqətdir
ki, XX əsrin əvvəllərində Türkiyəyə
qarşı təcavüzkar
planların həyata keçirilməsində xüsusi
rol oynayan ölkələrdən biri
də Rusiya olub. Mehmed Akif digər ölkələr kimi Rusiyanın da Türkiyəyə qarşı
müdaxiləsini uğursuz
hesab edir, türklərin mübariz əzmi qarşısında
hamı kimi rusların da sınacağına inam nümayiş etdirir: “Qəhrəman milləti gördün ya, bir az silkindi Leş yiyən qarğaların səsləri birdən dindi. Əski sevdaları qabilsə
unutsun ruslar!”
Lakin Mehmed Akif yaradıcılığı
üçün bir xarakterik cəhət də ondan ibarətdir
ki, keçən əsrin əvvəllərində
Türkiyənin çətinliklər
dövrünü əks
etdirən şeirlərində
inam və ümidlə yanaşı,
ötəri bir ümidsizlik də özünə yer tapır. Ancaq nəzərə almaq lazımdır ki, bu hal
ötəri olmaqla, həm də keçicidir. Məsələn:
“Hüsran” (burada üzüntü, kədər
mənasında) şeirində
şairin həyəcan
və narahatçılıqları
özünə aşağıdakı
kimi yer alır:
Mən böylə bakir durmayacaqdım əli bağlı,
İslamı oyandırmaq üçün
hayqıracaqdım.
Gur hissli, gur imanlı
beyinlər coşar
ancaq,
Mən zatən
uzun boylu düşünməkdən uzaqdım.
Hayqır!
Kimə, lakin hanı sahibləri yurdun,
Ellərdiyatanlar, sağa baxdım, sola baxdım.
Fəryadımı artıq boğaraq
nəşimi tutdum,
Min parça edib
şeirimə gömdüm
də buraxdım.
Şairin
bu səpkidə olan “Bülbül” şeirindəki hadisələrə
münasibət onun daxili hiss və həyəcanlarından doğur.
Şeirin sonunda olan nikbin ruh
əvvəlki bədbinliyi
aradan götürür:
Təsəllidən nəsibim yox, xəzan ağlar baharımda,
Bu gün bir xanimansız sərsəriyəm
öz diyarımda.
-deyən şair,
axırıncı misrada
“mənim haqqım, sus ey bülbül,
sənin haqqın deyil matəm” deməklə bütün
ələmi aradan götürür. Mehmed Akif yaradıcılığında
belə bir ruh hakimdir ki,
sahibi olan məmləkət heç
vaxt məğlub olmaz. Məmləkətin,
millətin çətin
günündə meydanda
sinəsini sipər edən igidləri varsa, o ölkənin işğalı mümkün
deyil:
Sahibsiz olan məmləkətin batması haqdır,
Sən sahib olursan,
bu vətən batmayacaqdır.
Mehmed Akif yaradıcılığında
türk ordusunun zəfər tarixinə daxil olan, təkcə
Türkiyə üçün
deyil, bütün türk dünyası üçün şanlı
tarixi gün kimi qəbul olunan Çanaqqala döyüşünün bədii
əksinin xüsusi yeri var. “Çanaqqala şəhidlərinə” adlı
şeirində bu tarixi hadisə yadellilərin ədalətsiz
hücumları, nahaq qan tökmələri şəklində şərh
olunur:
Əski
dünya, yeni dünya bütün əyyami-bəşər,
Qaynıyır qum kimi, tufan kimi,
məhşər, məhşər.
Mehmed Akif bu təcavüzün
başında dayanan avropalıları yırtıcı,
kaftar, vəhşi və s. şəklində
səciyyələndirir, onlara
olan nifrətini açıq formada bildirir. “Çanaqqala
şəhidlərinə” əsərində
igidlik göstərən,
qəhrəmancasına şəhid
olan yenilməz türk əsgərinin yurd sevgisi mədh
olunur. Şair onların şəhidliyində
ölümsüzlük axtarır,
qanları tökülən
torpağın hər
qarışında ruhlarının
əziz tutulmasına əminlik bildirir. Mehmed Akif bu
yol ilə onların adının tarixə yazıldığını,
qələbənin hər
bir türk üçün, vətənini
sevən hər bir vətənpərvər
üçün zəfər
tarixi olduğunu vurğulayır:
Sən ki son əhli-salibin qıraraq savletini,
Şərqin ən sevgili sultanı Səlahəddini,
Qılınc Arslan kimi iclalına etdin heyran,
Sən ki İslamı kuşatmış,
boğuyorkən hüsran.
O dəmir çenberi köksünlə qırıb
parçaladın,
Sən ki ruhunla bərabər
gəzər əcrəmi
adın,
Sən ki asəra gömülsən
daşacaqsan, heyhat,
Sənə gəlməz bu
üfüqlər, səni
almaz bu cahan,
Ey şəhid oğlu şəhid, istəmə
məndən məqbər,
Sənə ağuşunu açmış
duruyor Peyğəmbər.
Göründüyü kimi, burada “ey
şəhid oğlu şəhid” ifadəsində
türklərin qəhrəmanlıq
tarixi əks etdirilir, bu qəhrəmanlıqda
bir nəslin yox, nəsillərin payının olduğuna işarə edilir.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2018.- 7 dekabr.- S.14.