Ermənilər tarixən azərbaycanlılara
qarşı soyqırım törədiblər
Dekabrın 10-u Beynəlxalq
İnsan Haqları günüdür.
İlk dəfə olaraq insan haqqına Fransada 1789-cu ildə
qəbul edilmiş "İnsan və vətəndaş
haqqları haqqında deklarasiya"da rast gəlinir.
XX əsrdə insan hüqüqları sahəsində əsas
sənəd 10 dekabr 1948-ci ildə BMT təşkilatı tərəfindən
qəbul olunmuş "İnsan hüqüqları haqqında
ümumi deklarasiya" olub.
1950-ci ildən başlayaraq 10 dekabr insan hüquqları
günü kimi qeyd edilir.
1966-cı ildə BMT-nin rəhbərliyi altında "Vətəndaşlıq
və siyasi hüqüqlar haqqında beynəlxalq pakt" və
"iqtisadi, sosial və mədəni hüqüqlar
haqqında pakt" qəbul edilmişdir.
Avropada insan hüqülarının və
azadlığın qorunması üçün Avropa
Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq
müqavilələrdən fərqi ondadır ki, Avropada real
işləmə mexanizminə malik insan haqlarını qoruyan
Avropa məhkəməsi fəaliyyət göstərir.
Amma təəssüflər olsun ki, dünya insan
hüquqlarını pozan işğalçı ölkələrin
siyasətinə hələ də göz yummaqdadır. Tarixənm
işğalçı Ermənistan azərbaycanlıların
hüquqlarını vəhşicəsinə pozaraq onları
doğma torpaqlarından didərgin salıb, qətlə
yetirib, yandırıb və s.
Uzağa
getməyək, təkcə Dağlıq Qarabağ
münaqişəsinin qızışdığı
1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan 250 min nəfər
azərbaycanlı son nəfərədək öz doğma
yurdlarından zorla qovulub və Azərbaycana pənah gətiriblər.
Həmin köçürülmə illərində erməni
cəlladlarının işgəncələrinə məruz
qalan 410 azərbaycanlı, o cümlədən, 57 qadın, 23
uşaq vəhşicəsinə qətlə yetirilib, müxtəlif
bədən xəsarəti alıb, onların
yaşayış evləri və əmlakları qarət olunub.
Nəticədə, Ermənistanda azərbaycanlılar
yaşayan 9 min kv. km ərazi
zəbt olunub.
Ermənistanın işğal etdiyi rayonlardan olan əhalinin
yaşayış şəraiti pisləşdiyinə görə
onları arasında təbii artım kəskin surətdə
aşağı düşmüş, uşaq ölümü
artıb. Bunu
sabit il hesab olunan 1989-cu illə 1998-ci ilin
müqayisəsi aydın göstərir işğal olunmuş
rayonların hamısında 1989-1998-ci illər
arasındakı dövrdə doğum kəskin surətdə
aşağı düşmüş, ölüm qismən
artmış və təbii artım hər 1000 nəfərə
görə həddən çox azalıb. Bu azalma (hər
1000 nəfərə görə) rayonların hamısında
11, 2 - 22,6 nəfər arasında olub. Göstərilən illərdə Cəbrayıl,
Qubadlı, Zəngilan və Ağdam rayonları əhalisinin məskunlaşdıqları
yeni yerlərdə təbii artım daha çox
aşağı düşüb. (16,9
- 22,6 nəfər arasında). İşğal
olunmuş rayonların hamısında demoqrafik göstəricilər
orta respublika səviyyəsindən aşağı olub.
Beləliklə,
Ermənistanın təcavüzü nəticəsində 1
milyondan artıq nəfər qaçqın və
köçkün əmələ gəldi, 20 min nəfər
həlak oldu, 50 min nəfər əlil oldu, 5,1 min nəfər
(1 iyun 1992-ci ilə qədər) əsir və itkin
düşdü, işğal olunmuş rayonlarda əhalinin təbii
artımı 22 - 26 nəfər arasında (hər 1000 nəfərə)
aşağı düşdü.
XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların
kütləvi deportasiya əməliyyatı - 1948-1956, 1987-1988-ci
illər adlı - dörd mərhələyə
bölünür. Statistik və arxiv sənədlərində təsdiq
olunduğuna görə, bu əməliyyatlar nəticəsində
indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı
tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası
qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940
yaşayış məntəqəsindən 698-nin adı Ermənistan
Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni
adları ilə əvəz olunub. Ancaq ermənilər
bununla da kifayətlənməyib. Addəyişmə
əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən
tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın
keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı
yaşayış məntəqəsinin adı dəyişdirilərək
erməni adları ilə əvəz edilib.
Ermənistanın
Azərbaycana qarşı açıq-aşkar təcavüzü
bütün beynəlxalq hüquq norma və
prinsiplərinə ziddir. Belə ki, dünyada
sülhün və təhlükəsizliyin təminatçısı
olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın
əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və
bu məqsədlə təcavüz hərəkətlərinə
və ya sülhün pozulmasına yönəlmiş digər
pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata
keçirmək” nəzərdə tutulur. Nizamnamə
nəinki təcavüzü, həm də dövlətlərarası
münasibətlərdə qüvvə və ya hədə tətbiq
etməni də qadağan edir (2-ci maddənin 2-ci bəndi),
dövlətlər ara-sında baş verə biləcək hər
cür mübahisələri ancaq dinc vasi-tələrlə həll
etməyi tələb edir (2-ci maddənin 3-cü bəndi).
Təcavüz aktının baş verməsilə təcavüzə
məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə
uyğun olaraq BMT Təhlükəsizlik Şurası
qarşısında təcavüzkar dövlətin məsuliyyəti
məsələsini qoyur. Təcavüz
anlayışının müddəalarının birində
göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik
Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII
fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri
görsün. BMT Baş Məclisinin 1967-ci il 18 dekabr
tarixli 2330 (XXII) saylı qətnamə layihəsində təcavüz
hərəkətlərinin qarşısını almaq və
BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhü və
təhlükəsizliyi qorumaq, eləcə də təsirli tədbirlər
həyata keçirmək üçün təcavüz
anlayışının mahiyyəti öz əksini
tapmışdır.
1974-cü
il dekabrın 14-də BMT Baş Məclisinin
XXIX sessiyasının 3314 (XXIX) saylı qətnaməsində
ilk dəfə olaraq təcavüz anlayışının
mahiyyəti və məzmunu açıqlandı və ona beynəlxalq
hüquqi qiymət verildi. 8 maddədən ibarət
olan qətnamədə təcavüzün nədən ibarət
olması müəyyənləşdirildi.
1-ci maddədə göstərilirdi ki, bir dövlət tərəfindən
digər dövlətin suverenliyinə, ərazi
bütövlüyünə və siyasi müstəqilliyinə
qarşı silahlı qüvvə tətbiq edilməsi BMT
Nizamnaməsinə ziddir və təcavüzkarlıq hesab
olunur.
2-ci maddədə deyilir ki, dövlətin BMT Nizamnaməsini
po-zaraq birinci olaraq silahlı qüvvə tətbiq etməsi təcavüz
aktına sübutdur.
3-cü
maddədə: a) bir dövlətin silahlı qüvvələrinin
digər dövlətin ərazisinə müdaxilə və ya
hücum etməsi, yaxud müvəqqəti xarakter
daşımasından asılı olmayaraq hər hansı bir hərbi
işğal və ya müdaxilə nəticəsində ərazinin
ilhaqı; b) bir dövlətin silahlı qüvvələri tərəfindən
digər dövlətin ərazisinin bombardman edilməsi; c) bir
dövlət tərəfindən və ya onun adından,
silahlı qüvvələrin, qeyri-nizami dəstələrin
və ya muzdluların göndərilməsi və s. təcavüz
aktı kimi qiymətləndirilir.
Qətnamənin 5-ci maddəsində göstərilir ki,
heç bir siyasi, iqtisadi, hərbi və ya başqa mülahizələr
təcavüzə haqq qazandıra bilməz; təcavüz beynəlxalq
sülhə, əmin-amanlığa qarşı ci-nayətdir
və bu cinayəti törədənlər beynəlxalq məsuliyyət
daşımalıdırlar; təcavüz nəticəsində
ərazi əldə edilməsi və yaxud hər hansı mənfəət
qazanılması qeyri-qanunidir. Ermənistan
Respublikası tərəfindən qətnamədəki hər
hansı bir bəndin, ümumiyyətlə əksər maddələrin
pozulması belə bir nəticəyə gəlməyə
imkan verir ki, bu, əsl təcavüz hərəkətləridir.
Ermənistanın bu təcavüzkarlığı BMT
Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını
təyin etmək hüququnun həyata keçirilməsi deyil,
Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə
pozulması – başqa dövlətin ərazi
bütövlüyünə və siyasi müstəqilliyinə
qarşı zor işlədilməsi deməkdir. Bunu belə bir fakt da təsdiq
edir ki, Ermənistan parlamenti bütün beynəlxalq hüquq
normalarını kobudcasına pozaraq, hələ 1989-cu ildə
Azərbaycan Respublikasının Dağlıq Qarabağ
bölgəsinin Ermənistana birləşdirilməsi, yəni
qonşu dövlətin ərazisinin bir hissəsinin ilhaq
olunması haqqında qeyri-qanuni qərar qəbul etmiş və
bu qərarın indi də qüvvədə qalması Ermənistanın
Azərbaycana qarşı dövlət səviyyəsində ərazi
iddiasında olmasına sübutdur.
Ümumiyyətlə,
Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri,
xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində,
1970-ci il 24 oktyabr tarixli beynəlxalq
hüququn prinsipləri haqqında bəyannamədə, eləcə
də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun
Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas
prinsiplərini kobudcasına pozmuşdur. Bununla
yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində
yaşayan erməni icmalarının hüquqlarını
müstəqil xalqların əsas kütləsinin
hüquqları ilə qəsdən qarışdırır və
müstəqil dövlətlərin ərazi
bütövlüyünə münasibətdə erməni
etnik qruplarının hüquqlarına əsassız
üstünlük verir. Beynəlxalq hüquq
normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin
ərazi bütövlüyü və sərhədlərin
pozulmasının qeyri-mümkünlüyü haqqında
1990-cı il noyabrın 21-də qəbul
edilmiş yeni Avropa üçün Paris Xartiyasına da
tamamilə ziddir və qəbuledilməzdir.
Bundan əlavə, beynəlxalq hüquqa görə
soyqırım sülh və insanlıq əleyhinə yönələn
əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin
1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi
qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən
“Soyqırım cinayətinin qarşısının
alınması və cəzalandırılması haqqında”
konvensiyada soyqırım cinayətinin hüquqi əsası təsbit
olunmuşdur.
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırım cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Bu işğalçı dövlətin yürütdüyü təcavüzkar siyasət 20 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də Azərbaycan dövləti bu konvensiyanı rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq Məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Bununla yanaşı, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər də Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulması bildirilir.
Cavid
Xalq Cəbhəsi.- 2018.- 11 dekabr.-
S.9.