Güney Azərbaycan: klassik şeirepik şeir

 

 

3-cü yazı

İranda Azərbaycan dilinin qadağan olunması, bütün aliorta təhsil müəssisələrində dərslərin fars dilində aparılması Şamini daim düşündürüb, qəlbində bu duruma qarşı üsyan, kəskin etiraz hissləri doğurmuşo, əsərlərində bu problemə özünün obyektiv münasibətini bildirib. Şair şəxsi həyatında gördükləri, yaşadıqları və ciddi müşahidələri əsasında qələmə aldığı “Necə şair yarandım mən?” poemasında ilk dəfə bu milli məsələnin mahiyyətinə vardığını nəzmə çəkir. Güneydə yaranmış bir sıra poeziya və nəsr nümunələrində olduğu kimi, bu poemada da müəyyən dilüslub xətalarına yol verilib, lakin bu ağrılı mövzu o qədər yanğılı, atəşli bir dil, coşğun duyğu ilə işlənmişdir ki, əsəri diqqətə almamaq mümkün deyil... Yüksək kateqoriyalı bədii ədəbiyyat nümunəsi səviyyəsində olmasa da, maraqlıdır ki, poemanın misraları arasında Güneydə ədəbi dilin inkişafının ləngiməsi, formalaşmamasının səbəbləri açıqlanır. Folklor ocağı adlandırdığı ata evində böyüyüb dil açan, bülbül kimi dil-dil ötən kiçik Mahmud oxuyub elmin zirvələrini fəth etmək məqsədilə kitab-dəftərini, çantasını götürüb məktəbə yollanır. Əsl problembundan sonra başlanır. Şair yazır:

 

İş burada düşdü tərsə:

Dilim türkü ola-ola

Gərək farsi oxuyaydım,

Öz dilimi unudaydım...

Anam döndü madər oldu,

Atam pədər, bacım xahər.

Qardaşım bəradər oldu,

Dilim zəban, çörəyim nan.

Karıxıb türk dilində danışdığına görə cərimələnən, döyülən və qaranlıq hücrəyə salınan, beləcə yad dildə təhsil almaq məcburiyyəti qarşısında qalan Mahmud təslim olmur, içində azadlıq eşqi şölələnir, gecə-gündüz yazıb-oxuyur, məktəbdə fars dilini öyrənir, doğma dilini isə unutmur. Lakin bu şərtlər altında yalnız altıncı sinfə qədər oxumağa səbri çatır, sonra isə kəndə qayıdır, atasının böyük əkin sahəsində işləməyə başlayır.

 

İlan kimi qabıq qoydum,

İşləməkdən cana doydum.

Ömrümün ilk baharında,

Oxumağı buraxmadım,

Su axan səmtə axmadım,

 

- deyən yeniyetmə aldığı qalaq-qalaq kitabları çıraq işığında oxuyur, fərdi mütaliə ilə ciddi məşğul olur, hər gecə şeir yazmaqla ruhunu sakitləşdirir.

İsveçrə xalqının milli qəhrəmanı, hakim rejim tərəfindən həbs olunaraq Şilyon qalasına salınan məhbus Bonivarın “İnsanlar zəncirlər içində zəbun olmaq üçün doğulmamışlar!” hökmü, əslində zülm və əsarətə qarşı üsyan kimi səslənir və sanki Güney aydınlarının real durumunu əks etdirir. Ana dilinin buxovlanması da milli zülm əsarətin bir halqasıdır. Mahmud isə bu əsarətə boyun əymir, ana dilini daha səylə öyrənərək dərin qatlarına enir. Azərbaycan şifahi xalq ədəbiyyatının, folklorun zənginliyi gənc şairi heyrətə gətirir xalq üçün faydalı, qaydalıbu dildə bir mədrəsənin belə olmaması, bircə kitabın belə nəşr edilməməsi ona əzab verir təəssübkeşliklə öz xalqının dilinə, mədəniyyətinə üz tutur. Şami poemada milli kimliyə qayıdış, özünüdərk prosesini belə təsvir edir:

 

Qabağıma qoydum börkü,

Düşündüm mən, yazdım türkü.

Öz gülümdən aldım gülab,

Yadxərmənin sovurmadım.

Təbiətdən ilham aldım,

Şeir qoşub qələm çaldım.

O qədər yazdım oxudum,

Ta ki şair yarandım mən.

 

Şaminin lirik-epik təsvirində Ana möhtəşəm bir varlıq, bütün bəşəriyyətin başının tacı, övladlarının yolunda ömrünü şam tək əridən, məhəbbəti dənizi kimi qəlbində çağlayan fədakar bir insandır. Kəlmələrində böyük bir hikmət yaşayan bir az da adi görünən misralara diqqət edək:

 

yazım, şanına ey böyük qadın?

Daha istəyirsən ulu tanrıdan?

Bu sənin bəsindir, anadır adın.

 

Qeyd edək ki, şairin eyniadlı poemasına mövzu seçdiyi “Ana ürəyiəfsanəsi insana başucalığı gətirən, qürurverici bir hadisə əsasında yaranmasa da, bir görk-ibrət dərsi olmaq etibarilə, övladları onları gerçəkdən sevən uğrunda canından keçən anaların qədrini bilməyə çağırışa tərbiyəvi-didaktik mövqeyinə görə aktualdır yeni-yeni bədii əsərlərin mövzusuna çevrilməkdədir. Çünki həyat həm müsbət, həm mənfi hadisələrin qovuşuğunda inkişaf edir. Şairləri qələmə sarılmağa sövq edən əfsanənin məğzi belədir: Keçmiş zamanlarda cəfakeş bir ananın oğlu aşiq olur bir könüldən min könülə vurulduğu qızla evlənmək istəyir. Ancaq qız bu təklifin müqabilində oğlanın qarşısında qorxunc bir şərt irəli sürərək deyir: - Sənin sevginin qədərini, eşqinə sədaqətini bilmək istəyirəm. Bunun üçün mənə ananın ürəyini gətirməlisən!..

Eşqindən gözləri kor olmuş oğul bu acımasız təklif qarşısında edəcəyini bilmir uzun tərəddüddən sonra, nəhayət, sevgi mərhəmət, insanlıq hisslərini yenərək anasını öldürməyə qərar verir. Ana bəlkə olacaqları hiss etdiyindən, oğluna qarşı çıxmır nankor oğul bu müqəddəs varlığı öldürərək ürəyini bir qabın içərisinə qoyur. O, sevdiyi qızın istəyini yerinə yetirən aşiq həyə¬canı ilə qaçaraq gedərkən ayağı daşa ilişir özü bir tərəfə, qabın içindəki ürək isə başqa bir tərəfə düşür. Canının ağrısından sızıldayan oğul: “Of, ay ana!” dedikdə, ananın toz-torpağa bulaşmış hələ soyumamış ürəyindən bir nida yüksəlir: “Can bala, əzil- dinmi?!”

Dövrünün qüdrətli ədəbi simaları olmuş İrəc Mirzə, Arif Qəzvini, Nima Yuşic ən nəhayət, Mahmud Sadıqpur Şami bu mövzuda dörd maraqlı əsər yazıblar. Onların hər biri öz orijinallığı, mövzuya baxışı bədii həlli cəhətinə görə bir-birindən fərqlənir, lakin Şaminin “Ana ürəyi”inin əsas üstünlüyü onun Azərbaycan türkcəsində qələmə alınmasıdır:

irəc Mirzə”yazıb bu macəranı Farsi dilindədir o gözəl dastan.

Bir başqa şair yazmışdır bunu,

Şeirində var idi bir neçə nöqsan.

Ancaq ki, türkicə yazılmamışdır,

Çünki verilməmiş bu dilə meydan.

 

Şami “Ana ürəyipoemasında əvvəlcə təsvir etdiyi aşiq qızı dilləndirir. Qız anasından onu yetişdirən oğluna yalan şikayətlərdə bulunur. Onuntənələri bağrımı yarır, acı sözləri tikan kimi ürə-yimə sancılır, qədər ki, sənin anan sağdır, mənim bir an da olsa, üzüm gülməyəcək. Əgər məni doğrudan da sevirsənsə, ananın yanına get, sən onu öldür ürəgin çıxardıb tez mənə gətir”, - iftira tələbi

 

Ürəkdən sevirəm səni mən inan,

Ancaq buna görə səndən qaçıram.

 

- etirafının müqabilində öz gücünü itirir. Şər, iftira, qeyri-humanist sınaq dəhşətli sonluqla nəticələnir.

M.S.Şami övladlıq borcunu anlamayan Ana deyilən müqəddəs varlığa ehtiram göstərmək əvəzinə, onu ötəri bir sevgiyə qurban verən övlada yaşam haqqı vermir əsərin sonunda qəhrəmanını ölümə məhkum edir. Bu hadisə sevdiyi qızın rədd cavabından qeyzlənərək onu boğub öldürən oğlan anasına nankor sevgilisinə qoşa qəbir qazarkən baş verir:

 

Gedib anasın da gətirdi ora,

Ürəyi yaralı gözləri giryan.

Başladı onlara qəbir qazmağa.

Onu yaxa-yaxa bir acı hicran.

Vurarkən dalbadal külüngü yerə,

Çıxdı daş altından bir əfi ilan.

Bir anda cavanı elə çaldı ki,

Qışqırıb qorxudan çəkdi bir fəğan.

 

Oğlanın fəğanına axışıb gələn kənd camaatı artıq onun keçindiyini görür. Bütün nankor övladlara görk üçün məzarlıqda iki qəbir deyil, üç qəbir qazılır ana, oğul sevgilisi yan-yana dəfn edilir. Beləliklə, şair hər iki poemada insanları anaların sağlığında qədrini bilməyə, ona hörmət edib ehtiram göstərməyə, milli dəyərlərimizə sahib çıxmağa çağırır Məhəmməd Peyğəmbərin ərz elədiyiCənnət anaların ayaqları altındadırkəlamını xatırladır. Şair bir qızın uğursuz sınağını anlamayan bəşəriyyətin ən ağır cinayətini törədən oğulun, kor-koranə eşqi üzündən qəddarlaşmış bir insanın faciəsini, əslində insanlığın faciəsi kimi ümumiləşdirir.

Güney şairləri klassiklərdən, korifey söz ustadlarımızın yaradıcılığından elə yüksək sənətkarlıqla bəhrələnirlər ki, nəticədə bütün parametrlərilə poema janrının tələblərinə cavab verən yeni səpkili orijinal əsərlər araya-ərsəyə gətirirlər. Etkilənmə qaynaqlarını açıq etiraf edən Güney şairlərinin bu əsərlərdə hətta bəhrələndikləri şairlərlə, sənətkarlarla iftixar duyduqları da aydın müşahidə olunur. İstedadlı şair olmaqla yanaşı, dəyərli elmi araşdırmaları ilə oxucuların rəğbətini qazanmış Hüseyn Düzgünün dünyanın heç bir nemətinə aldanmayaraq yalnız söz sənətinə xidmət edən ölməz Səməd Behrəngiyə həsr etdiyi eyniadlı poemadan gətirdiyimiz örnəklə onun böyük fəxarətlə müraciət etdiyi obyektləri-sənətkarları göstərəcək fikrimizi yekunlaşdırmağa çalışacağıq:

 

Qazi Burhanəddin oldu, ey yar!

Qanla qoruduğu hanı o diyar?

Hanı o döyüşkən Hürufilərim?

Namərdə satılır müqəddəs yerim.

Hanı Bəktaşilər, hanı Goranlar,

Hanı o qəməli yurda qurbanlar?

Hanı qanlı izli o Qızıl Başlar?

İllərin ardından, mən Vurğunların,

Sənə gətirirəm dərin salamın.

 

H.Düzgünün “Səməd Behrəngi” poemasındakı “Mənim babam yazanQara məcmuə”, Gərək ki, yol aça mədrəsələrə” misraları ilə demək istədiyi mətləb aydındır və fikrimizcə, şərhə ehtiyac yoxdur.

Beləliklə, tədqiq olunan dövrdə Güney Azərbaycanda yaranan poemalara klassik ədəbiyyatın təsiri ancaq fəlsəfi düşüncə və sözdən ustalıqla istifadə etmək meyarı ilə şərtlənməmiş, ictimai həyata baxışda milli özünüdərk, azadlıq ideyası ilə xəlqiliyin sintezində yeni, orijinal ədəbi-bədii keyfiyyət qazanıb.

 

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2018.- 12 dekabr.- S.14.