Regionların sosial-iqtisadi
inkişafı: yerinə yetirilən vədlər və yeni tendensiyalar
Hər bir uğurlu layihə və proqramın arxasında yüksək siyasi dəstək və iradə dayanır. Məhz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inkişaf strategiyası bu siyasi dəstək və iradənin təcəssümüdür. Bu strategiyanın həyata keçirilməsinin nəticəsi olaraq bir çox sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də Azərbaycan modeli dünyaya təqdim edilib. Bu strategiya ölkəyə siyasi və makroiqtisadi sabitlik gətirib, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılıb, Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olub.
Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki…
“Mən 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda söyləmişdi. Bu sözlər də əslində, Azərbaycanı hər gün yeni zirvələrə daşıyan iqtisadi layihələrin arxasında böyük siyasi iradə və dəstəyin olduğunu göstərirdi.
Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıq. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırılıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub.
Dövlət proqramları uğurla icra olunur
Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olub. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi də dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilib. 2004-2018-ci illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı icra olunub. Hazırda dördüncü proqramın qəbul edilməsinə hazırlıq görülür.
“Deməliyəm ki, birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi”, - dövlət başçımız bu ilin əvvəlində bildirmişdi.
Regionların inkişafına dair uğurla icra edilən dövlət proqramları Azərbaycanın müxtəlif bölgələrində tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirib. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramlarının hazırlanmasını şərtləndirən əsas məqsəd ölkədə iqtisadiyyatın diversifikasiyası, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq idi. Və sevindirici haldır ki, dövlət proqramlarında qarşıya qoyulan məsələlər tam yerinə yetirilib.
Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafına dövlət dəstəyi güclənib, yerli istehsal və emal müəssisələrinin fəaliyyəti genişləndirilib, iqtisadi və sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub. Paralel olaraq yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması nəticə etibarilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edib.
Regionların iqtisadi inkişafında yeni tendensiyalar
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının əsas məqsədi infrastrukturun yaradılmasına yardım etməkdir. Dövlət proqramlarının icrasından əvvəl rayonlarda praktik olaraq nəinki infrastruktur, həmçinin kommunal xidmətlərin verilməsi ilə bağlı problemlərin mövcud olduğunu deyən ekspert qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası regionlarda infrastrukturun formalaşdırılması, xüsusən regionlarla paytaxt arasındakı infrastruktur fərqinin aradan qaldırılmasına hesablanmışdı:
“Dövlət proqramlarının icrasının birinci mərhələsi infrastrukturun formalaşdırılması və bunun hesabına regionlara sərmayənin cəlb edilməsi əsas prioritet idi. İkinci mərhələdə formalaşmış infrastrukturun artıq dəyərə çevrilməsi çox vacibdir. Artıq dövlət proqramları keyfiyyət baxımından mövcud infrastrukturun dəyərə çevirməsini hədəfləyir.
Sektorlar üzrə baxsaq, regionlar əvvəllər
daha çox aqrar sektorun inkişafı
ilə xarakterizə olunurdu, amma artıq regionların sənayeləşməsi
özünü göstərir. Regionların malik olduğu potensial artıq aqrar sektorla yanaşı,
sənaye və emaledici sənayenin
inkişafını tələb edir. İnfrastrukturun dəyərə çevrilməsi
mərhələsində də innovasiya tələb
edən sektorların dəstəklənməsi və inkişaf etdirilməsinə ehtiyac
var. Bu baxımdan, potensial artıq aqrar sektordan sənaye və emaledici sektora transfer olunur. Həm sənaye parklarının
yaradılması, həm
də sənaye şəhərçiklərinin formalaşdırılmasından məqsəd məhz potensialın innovativ olaraq transferinə nail olmaqdan ibarətdir”.
İqtisadiyyatda regionların payında
artımın qeydə
alındığını vurğulayan V.Bayramov qeyd edib ki,
qeyri-neft ixracının
yarıdan çoxu regionların payına düşür:
“Qeyri-neft ixracının
artırılması ilə
yanaşı, bütövlükdə
büdcədə və
biznesdə regionların
payının artırılması
prioritet olaraq qalır. Regionların inkişafı üzrə
üç dövlət
proqramının yerinə
yetirilməsi sərmayənin
cəlb olunmasına imkan verən infrastrukturun formalaşdırılması
baxımından əhəmiyyətli
idi. Növbəti mərhələdə, xüsusən biznes mühitinin formalaşdırılması
hesabına regionların
iqtisadiyyatına daha çox sərmayənin cəlb olunması prioritetdir”.
Ekspertin sözlərinə görə,
sərmayələrin cəlb
olunmasında yerli hakimiyyət orqanlarının
rolunu gücləndirmək
vacibdir. O söyləyib
ki, sərmayələrin
cəlb edilməsi, əslində yerli hakimiyyət orqanlarının
bir funksiyası kimi xarakterizə olunmalıdır. Yerlərdə investisiya mühitinin yaradılmasının yerli
hakimiyyət orqanlarının
fəaliyyətindən asılı
olduğunu deyən V.Bayramov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev regionlara investisiyanın cəlb olunması üçün
yerli hakimiyyət orqanlarının qarşısına
konkret tapşırıqlar
qoyub.
Mükəmməl iqtisadi təhlillərə
söykənən iqtisadi
proqram
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun regionların sosial-iqtisadi inkişafı üzrə
dövlət proqramlarını
Prezident İlham Əliyevin çox mükəmməl iqtisadi təhlillərinə və
elmi əsaslara söykənən iqtisadi proqram adlandırıb:
“Prezident bunu
2003-cü ildə öz
seçki platformasında
elan etmişdi. Sonrakı mərhələlərdə
də göründüyü
kimi, bu proqramlar Azərbaycan iqtisadiyyatında mühüm
rol oynadı. Elektrik enerjisi və yol infrastrukturunun,
eləcə də sosial infrastrukturların bərpası birinci proqramda öz həllini tapdı, sonrakı mərhələlərdə
isə insanların daimi iş yerləri
ilə təmin olunması, regionların potensialına uyğun olaraq orada aqrar
və sənaye sahələrinin inkişaf
etdiriləsi prioritet oldu”.
Regionların inkişaf etdirilməsi ilə yanaşı, eyni zamanda qanunvericilik
bazasında ciddi addımlar atıldı. Millət vəkili
söyləyib ki, regionlarda sahibkarlığın
inkişaf etdirilməsi
ilə əlaqədar
vergi sistemində mühüm dəyişikliklər
oldu, torpaq vergisi istisna olmaqla, bütün vergilər ləğv olundu. Fermerlərə gübrələr və hər hektara görə subsidiyalar, güzəştli
kreditlər verildi, bütün bunlar isə dövlət proqramlarının mərhələ-mərhələ
həllini şərtləndirdi.
“Dövlət proqramları
bütövlükdə bir-birinin
davamıdır. Dövlət proqramlarının ən başlıca məqsədi
hərbi regionun əmək ehtiyatları, təbii resursları və digər spesifik xüsusiyyətləri
nəzərə alınaraq
orada daimi iş yerlərinin yaradılması, vətəndaşlarımızın
işlə təmin olunması, bütövlükdə
şəhərin yükünün
azaldılaraq regionların
inkişafına nail olmaqdır.
Dövlət proqramlarının başlıca hədəflərindən
biri yerli xammala əsaslanan istehsal və emal sahələrinin yaradılması idi.
Bununla əlaqədar olaraq yerlərdə çox böyük emal müəssisələri fəaliyyətə
başlayıb. Rusiya və
digər ölkələrə
böyük həcmdə
kənd təsərrüfatı
məhsulları ixrac edirik. Bu isə
ölkəyə böyük
miqdarda valyutanın daxil olması deməkdir. Sahibkarların məhsullarını xarici bazarlara çıxarılması üçün
gömrük rüsumlarının
yumşaldılmasına dair
proqram qəbul olundu, gömrük islahatları həyata keçirdi. Sahibkarların ixrac etdikləri məhsullara vergi güzəştlərinin tətbiqi
və bəzi vergilərin geri qaytarılması kimi stimullaşdırıcı tədbirlər
həyata keçirildi.
Dövlət tərəfindən
təşviqedici addımlar
atıldı, bir çox ölkələrdə
Azərbaycan ticarət
evləri yaradıldı,
məhsullarımızın xaricdə təbliğ olunması üçün
“Made in Azerbaijan” brendi adı
altında işlər
görüldü. Bütün bu
addımlar dövlət
büdcəsi hesabına
atıldı və sahibkarlarımızın xarici
bazarlara çıxışını
asanlaşdırdı. Hətta ölkədən kənarda
sahibkarlıqla məşğul
olan böyük şirkətlərimiz var”,
- iqtisadlçı millət
vəkili vurğulayıb.
Qeyri-neft
sektorunda regionların
çəkisinin getdikcə
artdığını deyən
A.Hüseynov qeyd edib ki, artıq
34 rayonumuz özünü
maliyyələşdirir, öz
gəlirləri hesabına
büdcələrini formalaşdırırlar:
“Əvvəllər mərkəzdən dotasiya alan rayonlarımız vergi ödəyən subyektlərin hesabına büdcəni formalaşdırırlar. Nəticədə, getdikcə ümumi daxili məhsulun payında sahibkarlığın, özəl sektorun iştirakı get-gedə artır”, - o əlavə edib.
Sonda qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatında əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında da əksini tapır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda həyata keçirilən islahatlara yüksək qiymət verib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşıb (2017). Forumun “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib.
Ömər
Əmirov
Xalq Cəbhəsi.- 2018.- 12 dekabr.-
S.13.