ABŞ-da alimlik dərəcəsi
alan ilk azərbaycanlı
xanım
Başlanğıc…
O, Bakıda “Malakan bağı” adı ilə tanınan parkdakı fəvvarədə ucalan qız heykəllərinin müəllifi, mərhum heykəltaraş Nəcəf Salamovun qızıdır. Çox təvəzökar, vətənpərvər, əzmkar xanımdır…
Heç vaxt özünü diqqət mərkəzində görməyə tələsmir. Necə deyərlər, başını aşağı salıb öz elmi araşdırmaları ilə məşğuldur…
Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 83 nömrəli məktəbdə alıb. 1998-ci idə Bakı Dövlət Universitetinin kimya fakultəsini qırmızı diplomla bitirib. 2000-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Oranı da qırmızı diplomla başa vurub. Elə həmin ildən də BDU-nin üzvü kimya kafedrasında böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Burada işləyərkən ekologiya və ekaloji kimya sahəsinə onda böyük maraq yaranıb və Azərbaycanda bu sahədə tədris proqramı olmadığından qərara gəlib ki, təhsilini xaricdə davam etdirsin…
Tərəqqi...
2002-ci ildə ABŞ-ın İndiana Universitetinə, yenidən magistr proqramına qəbul olunur. 2004-cü ildə ekalogiya ixtisası üzrə- School of Public and Environmental Affairs-də (Master”s of Science in Environmental Science) ikinci dəfə magistr dərəcəsi alıb. Bu proqram ABŞ-da ekalogiya üzrə ən mükəmməl proqramlaradan biridir ki, bütün dünyada qəbul olunur…
İxtisası yaxşı mənimsədiyindən ABŞ-ın E. S. Muskie Freedom Support Act Graduate Fellowship Dövlət Deportamenti onunla maraqlanaraq, onu ətraf mühitin zərərli maddələrlə çirklənməsi üzrə doktoranturaya dəvət edir və magistr təhsilini başa vuran kimi həmin deportamentin maliyyə dəstəyi ilə İndiana Universitetinin doktoranturasına qəbul olunur. 2011-ci ildə elmi işini uğurla müdafiə edərək Ekalogiya üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəyə yiyələnir. Və bu sahə üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı xanım olmaq şərəfinə nail olur...
Hazırda İndiana Universitetinin Ekaloji Kimya laboratoriyasında, ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur. Bu proqram ABŞ və Kanadanın Ətraf Mühitin Mühafizəsi Nazirlikləri tərəfindən maliyələşir. Onun rəhbərlik etdiyi qrum bu proqramla ABŞ-ın böyük göllərinin ətrafında, havada və bir neçə monitorinq məntəqələrində 150-dən çox zəhərli maddənin miqdarının vaxtaşırı ölçülməsi ilə məşğuldur. Proqramın nəticələrindən elmi tədqiqat inistitututları və bütün dünya agentlikləri istifadə edir…
Bununla yanaşı elmi tədqiqat işlərini də davam etdirirərək qlobal konteksdə ətraf mühitin çirklənməsi ilə çox maraqlanır. Hazırda Norveç Artikasında fəaliyyət göstərən Svalbard Universiteti ilə əşyara qatılan yanğınəleyhinə əlavələrin hesabına Artikada ətraf mühitin zəhərli maddələrlə çirklənməsinə qarşı tədqiqatda əməkdaşlıq edir.
Deyir ki, yanğınəleyhinə əlavələrin əksəriyyətinin necə də zərərli olduğunu təsəvvür etmək çox çətindir. Qlobal bir problemdir. Məsələn, məişətdə istifadə etdiyimiz mebellərin əksəriyyətində istifadə olunan yumşaq süngərlərə istehsal zamanı yanğın əleyhinə əlavə olunan maddələrin insan orqanizminə nə qədər ziyanlı olduğunu bilsəniz dəhşətə gələrsiniz…
Bunlarla yanaşı onu, böyük şəhərlərdəki binaların daxilində havanın çirklənməsi çox düşündürür. Rəhbərlik etdiyi qrum bu yaxınlarda Portuqaliya Səhiyyə Nazirliyi ilə əməkdaşlığa başlayıb. Portuqaliyanın böyük şəhərlərində, uşaq bağçalarında və qocalar evlərindəki havanı araşdırırlar. Araşdırmaların nəticələri elmi məqalələrdə, beynəlxalq konfranslarda ictimaiyyətə çatdırılacaq…
Arzular...
Deyir ki, gələcəkdə ekalogiyanın insan sağlamlığına təsiri barədə tədqiqat aparmağı planlaşdırır. Atmosferdəki zərərli maddələrin müxtəlif xroniki xəstəliklərlə əlaqəsini araşdırmaq istəyir. Bu yaxınlarda İndiana Universitetindən, bu elm ocağının professorları ilə birlikdə, yeni bir tədqiqat aparmaq üçün qrant alıb. Layihəyə əsasən rəhbərlik etdiyi qrum orqanizimdəki zərərli birləşmələri insanın dırnağından, tükündən nümunələr götürməklə araşdırmağa başlayacaq. Bu nümunələr vasitəsi ilə çox asan şəkildə insan orqanizminin geniş miqyasda biomonitorinqini aparmaq olacaq. İnanır ki, bu araşdırmayla ekoloji sağlamlıq sahəsində böyük nəticələr əldə edəcək. Məsələn, insanın dırnaq və tukü vasitəsi ilə onun qan qrupunu, xəstəliklərini təyin etmək mümkün olacaq…
Amerika və amerikalılar...
Sizcə Amerika necədir, özünüzü burada necə hiss edirsiz? – sualıma - özünü çox yaxşı hiss etdiyini, söyləyib: “Amerikalılar istiqanlı insanlardır. Karyera sahəsində ünsiyyətə tez gəlirlər. Əgər sən öz məqsədlərinə nail olmaq üçün çox çalışır və çətinliklərdən qorxmursansa, öz imkanlarını realizə etmək üçün Amerika misilsiz ölkədir. Amerika sayağı həyat, iş, iş, yenə də iş deməkdir. Və həyat ritmi çox gərgindir. Məişət zəmnində isə məndən ötrü Amerika özündə super rahatlığı ehtiva edir. Burada hər şey insanın rahatlığı üçün düşünülüb”.
Azərbaycan - Amerika…
Azərbaycanlılarla amerikalılar arasında fərqi soruşanda:
- Əlbəttə ki, var. Tamamilə fərqli mədəniyyət, fərqli cəmiyyət. Həyat tərzləri, düşüncələri bizdən çox fərqlidir. Və mən bu fərqli cəmiyyətə, fərqli düşüncəyə uyğunlaşmağa çalışıram. Amerikalılar fərdiyyətçidilər və burada özünəpərəstiş məktəbdə oxuyarkən onlara aşılanır. Nəticədə onu deyə bilərəm ki, bəzi avropa ölkələrini çıxmaq şərti ilə, dünyanın heç bir yerində azərbaycanlıların ailə inistitutundan güclüsü yoxdur.
Burada ailələrin
çoxu bir-birindən
perik düşüb. İllərlə bir-birinin üzünü görmürlər. Ailə müqəddəsliyi
olmadığından yaşlıların
əksəriyyəti qocalar
evlərində ömür
sürür. Qadınlar hər
şeyi karyerasına qurban verir. Akademik arada yüksəlməkdən
ötrü qadınlara
kişilərdən artıq
çalışmaq gərək
olur. Məsələn, çalışdığım
akademik arada bir tələbə-doktorant
kimi yeganə qadın idim ki, övladlarım vardı. Bunlar qeyri-rəsmi münasibətlərə
daha çox üstünlük verirər.
Mənlə yaşıd qadınların
heç birinin hələ də mükəmməl ailəsi
yoxdur. Bütün
bunlara görə milli adətlərimizə,
mənə tərbiyə
verən valideynlərimə,
həyat yoldaşıma
minnətdaram - deyərək
cavab verdi...
Və…
Xaricdə yaşayan həmvətənlilərimizə
nə arzulayırsız? - soruşanda söylədi:
- Bütün hallarda öz kökünə, milli ənənələrimizə,
adətlərimizə və
əsasən də biri-birinə hörmət
nümayiş etdirsinlər.
Məqsədə doğru inamla
səy göstərsinlər.
Çətinliklərdən qorxmaq lazım
deyil. Zəhmət
heç vaxt nəticəsiz qalmır...
… Bəli, haqqında söhbət açdığım bu xanım, davranışı,
mədəniyyəti, elmi,
savadı ilə onu əhatə edən amerikalılarda Azərbaycana rəğbət
aşılayan bir azərbaycanlı xanımıdır.
Ekalogiya üzrə fəlsəfə doktoru Əminə Nəcəf qızı Salamova…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Xalq Cəbhəsi.- 2018.- 16 dekabr.-
S.7.